Microsoft Word Dinler cap doc



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə48/113
tarix22.11.2017
ölçüsü2,79 Kb.
#11327
1   ...   44   45   46   47   48   49   50   51   ...   113

 
155
sanın iradəsi və ixtiyarı məsələsi sahəsində orta yol seçmişdi, ölülərin 
yenidən dirilməsi və İlahi ədalət məhkəməsinin olacağını qəbul edirdi, 
namaz və s. ibadətlərə olduqca böyük əhəmiyyət verirdi. Ferisilər 
Yəhudi cəmiyyətində güclü mövqe sahibi oldular və onların əksəriy-
yət bu firqənin davamçısı oldu.  
Ferisilər yazılı Tövrat olan Əhdi-Ətiqdən əlavə şifahi Tövrata da 
inanırdılar.  Şifahi Tövrat Yəhudi alimlərinin hikmətli sözləri idi və 
onların nəzərincə bu sözlər Həzrət Musanın (ə) zamanından nəsildən 
nəsilə keçərək Yəhudi qövmü üçün qorunub saxlanılmışdır. Bu sözlər 
2-ci əsrdən başlayar 5-ci əsrə qədərki zaman kəsiyində Təlmud kita-
bında bir yerə toplanılmışdır və  Bəni-İsrailin düşüncə  və etiqadının 
əsasını təşkil etmişdir.  
Ferisilər müxtəlif elm mərkəzləri təşkil edirdilər və vaxtlarını 
Tövratın mütaliəsinə  və müqəddəs kitablarını daha dəqiq anlamala-
rına sərf etdilər, bu sahədə yeni-yeni nailiyyətlər qazandılar. Onların 
nəzərincə Tövratda bir hərf belə əskik və yaxud artıq deyildir, eləcə 
də, məqsədsiz və mənasız olaraq yazılmamışdır. Əksinə hər bir hərfin 
və sözün daxilində bizə  məlum olmayan sirlər və  təkrarolunmaz 
rəmzlər gizlənmişdir.  
Yəhudilərin daxili məsələləri onların Babilistandan geri dönmə-
ləri ilə Qüds şəhərinin ikinci dəfə dağıdılması arasındakı zaman kəsi-
yində Ferisi və Sədduqi Haxamlarının əlində idi. Eləcə də, onlar Həz-
rət İsa (ə) ilə kəskin müxalif idilər və onun çarmıxa çəkilməsi üçün 
bütün səylərindən istifadə etdilər. Ferisilərin adı dəfələrlə dörd İncil-
də qeyd olunmuşdur.  
Son əsrlərdə Ferisilər ibadət tərzlərinə, eləcə də, bəzi dini və mə-
dəni məsələlərə görə iki dəstəyə bölünüblər: Aşkenazi (Ashkenazi) 
və Sefardi (Sephardi)
1
. Birinci dəstə (dünya Yəhudilərinin 80 faizini 
təşkil edir) Avropa, xüsusən Almaniya Yəhudilərinə  və ikinci dəstə 
İspaniyadan qovularaq dünyanın müxtəlif ölkələrinə  səpələnmiş  İs-
paniya Yəhudilərinin qalıqlarına şamil edilir.  
                                                 
1
 Bu adlar tərtiblə Yaranış 3:10 və Ubedya 20:1-dən götürülmüşdür.  


 156 
13-2. Sədduqilər 
Bu firqənin adı Həzrət Davud (ə) tərəfindən kahin təyin edilmiş 
Saduq ibn Exitubun adından götürülmüşdür (Samuelin ikinci kitabı 
8:17 və 15:24). Həzrət Süleymanının (ə) zamanında da Saduq kahin-
likdə qaldı (Padşahların birinci kitabı). Hezqiyal peyğəmbər Bəni 
Saduq kahinlərini tərifləmiş  və onların  əmanətdar olmasını alqışla-
mışdır (Hezqiyal 15:44). 
Sədduqilər namazın yerinə qurban kəsmək məsələsinə daha çox 
əhəmiyyət verirlər. Süleyman məbədinin bir çox kahinləri və Senhed-
rin Haxamları bu firqənin nümayəndələridirlər və onlar ilə Roma hö-
kümdarları arasında da yaxşı əlaqə var idi.  
Sədduqilər keçmiş adət-ənənələri qorumağı özlərinə vacib bilir-
dilər və Ferisilərin öz düşüncələrinə uyğun olaraq təfsir etmələrini 
qəbul etmirdilər və onların adət-ənənələrilə müxalif idilər. Onlar Al-
lahın cismi olmasını bildirirdilər və Allahın yolunda kəsilmiş qurban-
ları hər hansı bir şaha verilən hədiyyə və qurbanlarla açıqlamağa, bu-
nula da öz əməllərinin düzgünlüyünü təsdiq etməyə çalışırdılar. Səd-
duqilər nəfsin əbədiliyinə və qiyamətin baş verəcəyinə inanmırdılar. 
Onların nəzərincə istər yaxşılığın, istərsə də pisliyin mükafatının bu 
dünyada veriləcəyini və insanın tam ixtiyara sahib olduğunu bildi-
ridilər.  
Sədduqilər də Ferisilər kimi Həzrət  İsaya (ə) qarşı  çıxdılar və 
onların adı dörd İncildə dəfələrlə qeyd olunmuşdur. 70-ci ildə Urşəli-
min dağılmasından sonra bu firqədən əsər əlamət qalmadı. 
 
13-3. Samerilər 
Samerilərin adı Həzrət Süleymandan (ə) sonra Fələstinin bölün-
məsi nəticəsində İsrailin mərkəzi şəhərinə çevrilmiş Samere şəhərin-
dən gəlir. Bu firqə  Yəhudilərin Babilistandan geri qayıtmasından 
sonra  əmələ  gəldi və  bəzilərinin nəzərincə onlar ümumiyyətlə  İsrail 
nəslindən deyillər. Böyük ehtimala görə onlar İsraillilərlə Assuri-
yalıların qarışığıdırlar.  


 
157
Bu balaca və  məhv olmaqda olan firqə Tövratın beş bölümünü 
qəbul edir və Əhdi-Ətiqin digər 34 kitabını rədd edir. Eləcə də, onlar-
da hal-hazırda geniş yayılmış Yuşe kitabından fərqli olan başqa bir 
Yuşe kitabı da mövcuddur. Onların Tövratı da hal-hazırda geniş ya-
yılmış Tövratdan fərqlidir. Samerilərin İbrani dili də İbrani dilindən 
azacıq fərqlənir.  
Samerilər Nablos şəhərinin yaxınlığında yerləşən Cerezim da-
ğının müqəddəsliyinə inanırlar və  həmin dağı öz qiblələri bilirlər. 
Onların sözlərinə əsasən Həzrət Musanın (ə) da qibləsi bu dağ olmuş-
dur, amma Həzrət Davud (ə) Süleyman məbədinin yerini (Məscidül 
Əqsanı) özündən qiblə təyin etmişdir.  
 
 
13-4. İsinilər 
“İsini” sözünün kökü böyük ehtimala görə “Şəfa verən” demək-
dir. Belə ki, onlar öz ruhlarının şəfası fikrində idilər. Bu sözün başqa 
cür açıqlaması da vardır və başqa ehtimallar da mövcuddur (Müqəd-
dəs suda qüsl verən). 
Adı çəkilən firqə təxminən eradan əvvəl ikinci əsrdə yarandı və 
Urşəlimin dağıdılmasından sonra  Sədduqilər və bir neçə başqa firqə-
lər kimi səhnədən getdi. Bizə  gəlib çatan yalnız onların adlarıdır. 
Amma, 1947-ci ildə Ölü dənizin sahilində yerləşən Fələstin mağara-
laqrında Əhdi-Ətiqin yazılı nüsxəsilə birlikdə onların bəzi yazılı kita-
bələri tapılmışdır. Bununla da, onların etiqadları sahəsində qaranlıq 
qalmış bir çox məsələlərə aydınlıq gəlmişdir.  
İsinilər fərdi malikiyyəti qəbul etmirdilər və evlilik məsələsini 
də yaxşı qarşılamırdılar. Gündə bir neçə dəfə qüsl alırdılar. Onlar bu 
məqsədlə böyük hovuzlar da inşa etmişdilər və son arxeoloji qazıntı-
lar zamanı həmən hovuzlar aşkarlanmışdır. Onlar dan yerinin sökül-
məsilə yuxudan ayılırdılar və ibadətlərini başa vurduqdan sonra gü-
nortaya qədər öz işlərilə  məşğul olurdular. Sonra işlərini saxlayaraq 
kollektiv  şəkildə nahar və  şam yeyirdilər.  Şənbə günü təmamilə  iş 
görmürdülər və ibadətlə, Tövratın mütaliəsi və təfəkkürü ilə məşğul 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə