Microsoft Word Dinler cap doc



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə44/113
tarix22.11.2017
ölçüsü2,79 Kb.
#11327
1   ...   40   41   42   43   44   45   46   47   ...   113

 142 
Mişna iki Qemaradan ibarətdir: Babilistan Qemarası və Fələstin 
(Urşəlim) Qemarası. Təlmud Qemaralara uyğun olaraq iki cürdür: 
Daha dolğun olan Babilistan Təlmudu və Fələstin (Urşəlim) Təlmu-
du. Birinci Təlmudda Mişnanın bir parçası nəql olunur və sonra hə-
min parçaya Qemara başlığı altında təfsir verilir.  
Təlmud altı bölümdən ibarətdir və bunların hər birisi “Seder” 
adlanır və altı sederin daxilində 63 dini risalə vardır: 
1.  Zeraim sedri; (Toxumlar, məhsulların hökmü və heyvanların 
nəsil verməsi) – 11 risalə 
2.  Mued sedri; (Bayram bölümü, anım günləri barəsində) – 12 
risalə 
3.  Naşim sederi; (qadınlar bölümü, evlilim əhkamları) – 7 risalə 
4.  Nezeyqin sederi; (Zərər və ziyanlar bölümü, mal və insanlara 
dəyən ziyan barəsindəki əhkamlar) – 10 risalə 
5.  Qedaşim sedri; (Müqəddəslər bölümü, Yəhudi dininin mü-
qəddəsləri) – 11 risalə 
6.  Teharut sederi; (Təharət bölümü, pak və napak barəsindəki 
əhkamlar) – 12 risalə 
Təlmudda iki əsas məsələ ilə üzləşirik: Birincisi “Hellaxa”-dır. 
Hellaxa düzgün yaşmaq üçün dini əmrlərdən ibarət metod və üslub 
mənasını daşıyır. İkincisi “Eqada”-dır. Eqada qədim zamanlarda ya-
şamış  Yəhudilərin və yaxud digər qövmlərin böyük şəxsiyyətlərinin 
başalrına gələn hadisələrdən ibarət rəvayət mənasını kəsb edir.  
Təlmuddakı mövzuların bir çoxuna İslam dininə aid kitablarda 
rast gəlinir və müsəlmanların bəziləri məsələnin məğzinə varmadan 
bu mətləblərin bir hissəsini tam olaraq qəbul etmişlər. Müsəlmanlar 
bu növ rəvayətləri “İsrailiyyat” adlandırırlar. Təlmudda həqiqətlə 
uzlaşan məsələlərə  də rast gəlmək olar və bu mətləblərin bəziləri 
ayələr və düzgün İslami rəvayətlərlə üst-üstə düşür.  
Təlmud Yəhudiliyin bütün sahələrini özündə cəmləşdirərək onu 
qoruyan ensklopediya mənasını daşıyırdı. Xristiyanlar Təlmudda 
Həzrət İsaya (ə) qarşı pis sözlərin qeyd olunması  səbəbindən bu ki-
taba qarşı  çıxmışlar. 6-cı əsrdə kilsə başçıları bu kitabla ixtilaflarını 


 
143
elan etdilər, amma bir neçə əsr heç bir problem yaranmadı və Yəhu-
dilər Xristyanların bu sahədəki təəssübkeşliklərini təhrik etməmək 
üçün məsələyə diqqətlə yanaşırdılar. 1239-cu ildə xristyanlığı  qəbul 
etmiş bir yəhudi Roma Papasını bu kitabı yandırmağa sövq edir və 
Təlmudyandırma  ənənəsinin  əsasını qoyur. Bundan sonra Təlmudla 
dolu arabalar meydanlara gətirilərək yandırılırdı  və kitabın üzərinə 
vurulmuş dəri cildlər çəkməçilərə və ayaqqabı tikənlər verilirdi.  
Hal-hazırda Babilistan Təlmudunun yalnız bir neçə nüsxəsi 
mövcuddur və dünyanın müxtəlif ölkələrinin kitabxanalarında sax-
lanılır. Amma, yalnız Almaniyanın Münxen şəhərindəki kitabxanada 
Təlmudun tam və dolğun forması mövcuddur.  
Təlmudun İbrani dilindəki mətninin ən birinci və ən məşhur çapı 
İtaliyanın Venesiya şəhərində Danial Bumberq tərəfindən həyata ke-
çirilmişdir.(Babilistan Təlmudu 1520-1523-cü illərdə və Fələstin Təl-
mudu 1523-1524-cü illərdə). Babilistan Təlmudunun səhifələrinin 
sayı 5894 ədəddir və müxtəlif çaplarda da bu saya riayət olunur. Təl-
mud bəzi Avropa dillərinə  tərcümə edilmişdir və bu kitabın  İngilis 
dilindəki tərcüməsi 18 cilddə Londonda çap olunmuşdur. Bu kitabın 
qısaldılmış forması 1971-ci ildə “Təlmuddan bir xəzinə” adı altında 
Tehranda çap olunmuşdur.  
 
9. Qebala 
Yəhudilərin irfanı Qebala (yəni məqbul və qəbul olunan) adlan-
dırılır. Yəhudi  İrfanı  məhsuldar məktəbdir. Bu məktəb Bəni-İsrailin 
mənəvi həyatında böyük yerə malik olmuşdur və hal-hazırda da ma-
likdir. Bu sahədə bəzi kitablar da mövcuddur və onlardan ən mühimi 
“Zuher” (yəni Parlaq)-dır. Bu kitabın həqiqi müəllifi barəsində fikir 
ayrılıqları mövcuddur. Qebala elmi İlahi  Ərş,  İsmi-Əzəm, dünyanın 
sonunda baş verəcək hadisələr, Məsihanın zühuru, qayıdış və qiyamət 
barəsində söz açır və Hüruf elmi bu fənn sahəsində olduqca böyük 


 144 
əhəmiyyətə malikdir. Qeyd etmək lazımdır ki, əbcəd ədədləri eradan 
əvvəl ikinci əsrdə  Yəhudi icması  tərəfindən ixtira olundu və sonra 
xristiyanlığa və İslama keçdi.  
“Hesidim” irfani firqəsi 1740-cı ildə İsrail Beel Şem Tub tərəfin-
dən təsis olundu və Şərqi Avropada genişlənməyə başladı. Bu Yəhu-
dilərin əməli və praktik irfanlarının nümunəsidir. Qeyd etmək lazım-
dır ki, bu firqədə Səma rəqsi mövcuddur.  
 
10. Etiqadlar 
Yəhudi dini alimi, filosofu və həkimi Musa ibn Meymun (1135-
1204) Yəhudi dininə yeni libas geyindirdi və onun üçün 13 əsas prin-
sip və etiqad tərtib etdi. Bu etiqad sahələri aşağıdakılardır: 
1.  Allahın varlığı 
2.  Onun təkliyi 
3.  Onun mücərrəd olması 
4.  Zamanla məhdudlaşmaması 
5.  Bütün işlərdə hikmət sahibi olması 
6.  Ədaləti 
7.  İbadət yolu ilə ona çatmağın mümkün olması 
(Bunların hamısı Allah barəsində idi. Digər məsələlər) 
8.  Peyğəmbərliyə inam 
9.  Həzrət Musanın (ə) daha üstün olması 
10.   Tövratın səmavi kitab olmasına inam 
11.   Dini əhkamların dəyişdirilməsinə icazənin olmaması 
12.  Məsihanın zühur etməsi 
13.  Qiyamət və insan varlığının əbədiliyi 
Yəhudilər də digər qövmlər kimi yaşadıqları mühitin təsiri altına 
düşmüşlər və bəzi sivilizasiyalar ilə təmasda olanda istər istəməz on-
ların bir çox düşüncə tərzlərindən və adət-ənənələrindən yararlanmış-


 
145
lar. Amma bunu da qeyd etməliyik ki, onlar həmişə bütün sadaladı-
ğımız məsələlərə özlərinəməxsus Yəhudi donu geyindirirdilər.  
Ümumiyyətlə Yəhudilər dindar və adət-ənənəyə bağlı qövmdür. 
Digər tərəfdən liberal Yəhudilərin dindarlıqla  əlaqəsi yoxdur, hətta 
onlar Allahı inkar həddinə də çatırlar. Onların Yəhudiliyə olan bağ-
lılığı sırf milli, mədəni bağlılıqdır. Liberal Yəhudilərin özlərinin bil-
dirdikləri kimi onların bu bağlılıqları milli mentalitetə sahib olmaq 
üçündür. İsrailin sabiq Baş Naziri Qolda Mayer (Golda Meir, 1969-
1974) özü etiraf etdiyi kimi.  
Yəhudilikdə təbliğ yoxdur, çünki Yəhudilər öz dinlərini Allahın 
yalnız Bəni-İsrail nəsli üçün  buyurduğu ilahi nemət kimi qəbul edir-
lər. Elə bu səbəbdən də, kim özü Yəhudi olmaq istəsə onu qəbul edir-
lər.
1
 Təlmudda belə tövsiyyə olunur ki, kim Yəhudi olmaq istəsə ilk 
olaraq ona bu qövmün çəkdiyi zilləti anlatmaq lazımdır. Yalnız hə-
min şəxs meydana girmək cəsarətini özündə topladıqdan sonra bu di-
nə daxil olmaq şansını qazanır. Sonda həmin şəxsin Yəhudiliyə qəbul 
olunub olunmaması üçün məhkəmə qurulur.
2
 Nadir hallarda Yəhu-
diliyin məcburi qəbul etdirilməsi mövcud olmuşdur.
3
 Yəhudilər bir 
sıra hallarda insanları sionizmə dəvət edirlər.  
 
10-1. Yəhudilikdə tövhid məfhumu 
Yəhudilik (İslam və xristyanlıq kimi) başlanğıcdan tövhid üzə-
rində qurulmuşdur və Yəhudililərin bütün peyğəmbərləri, Həzrət Mu-
sadan (ə) başlayaraq bütün çoxlu sayda peyğəmbərlərin hamısı Al-
laha  şərik qoşmaqla mübarizə aparmışlar. Tövhidi dinlərin davamçı-
larının da bəzən öz dinlərindən xəbərsiz olduqları halda şirkə üz tutma-
ları halları da meydana çıxır. Amma qeyd etdiyimiz məsələ  tədqi-
qatçıların bu dinin əsli və əsası barəsindəki nəzərlərini dəyişdirə bilmir. 
                                                 
1
 Bəzi dinlərdə ümumiyyətlə heç kimi qəbul etmirlər. Məsələ Livandakı “Dürzi”lər 
və İsmaili şiyələrinin bəzi qolları kimi.  
2
 Yəhudilər Yəhudiliyi yeni qəbul edənləri “Ger”, yəni “Yad” adlandırırlar.  
3
 Məsələn; Qurani-Kərimin Buruc surəsində qeyd olunmuş “Əshabi Uxdud” kimi 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə