Microsoft Word Dinler cap doc



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə46/113
tarix22.11.2017
ölçüsü2,79 Kb.
#11327
1   ...   42   43   44   45   46   47   48   49   ...   113

 
149
mümkünsüzdür. Qeyd olunmuş dini əhkamlar murdar, pak, halal və 
haram yeməklər, digər məsələləri əhatə edir.  
Əti halal və haram olan heyvanlar barədə mövcud olan əhkamlar 
Levilər 11 və  Təsniyə 14-də yerləşdirilmişdir. Məsələn; cütdırnaqlı 
və gövşəyən heyvanların əti halaldır. Dəvə və dovşan gövşəyir, am-
ma cütdırnaqlı deyillər. Elə buna görə də onların əti haramdır. Eləcə 
də, quşlar və dəniz heyvanları barəsində də çoxlu sayda dini əhkam-
lara malikdirlər. Yəhudilərin  əti halal olan heyvanlar, onların kəsil-
məsi, haram və halal yerlərinin bölüşdürülməsi, bişirilməsi, yeməyin 
saxlanılması  və yeyilməsi sahəsində geniş  məhdudiyyətləri vardır. 
Heyvanı kəsən şəxs ya dini alim olmalıdır, yaxud heyvanın kəsilmə 
qaydalarını dini alimlərin yanında tam öyrənmiş şəxs olmalıdır. Halal 
və yeyilməyə münasib olan ət Kaşer adlanır.  
Yəhudilikdə  əti süd və yaxud süd məhsulları ilə yemək də ha-
ramdır. Elə buna görə  də  İsraildə  bəzi “Əmr be məruf və  Nəyh  ən 
munkər”-lə məşğul olan xüsusi dəstələr yeməkxanalara gedərək müş-
tərilərə haram ətin və yaxud ətlə süd məhsullarının verilməməsi iş-
lərinə  nəzarət edirlər. Yəhudilər üçün çörəyi və bir neçə başqa ye-
məyi yemək məqsədilə  şəri  əl yumaq qaydaları da mövcuddur. Ye-
məkdən sonra barmaqların heç olmasa iki qatlanan hissəsini yumaq 
vacid buyurulmuşdur.  
Yuxudan oyandıqdan sonra ibadət etmək üçün əlləri dirsəklərə 
qədər yumaq və  dəstəmaz almaq, eləcə  də qola və alına üzərində 
Tövrat ayələri yazılmış parçaları bağlamaq vacib buyurulmuşdur.  
Yəhudilər gündə üç dəfə namaz qılırlar; sübh, əsr yaxud axşam-
üstü və axşam namazı. Sinaqoqda namaz qılmaq daha yaxşı bilinir və 
sinaqoqda  ən azı on kişi toplaşdıqdan sonra camaat namazı  qılınır. 
Namaz vaxtı digərlərindən daha yaşlı və İbrani dilini daha yaxşı bilən 
bir kahin öndə dayanır və İbrani dilində dualar oxuyur, Tövratdan ti-
lavət edir və bəzi hallarda rukuya gedir. Yəhudilərin ibadət zamanı ən 
çox oxuduğu dua Tövratdan götürülmüş  Şema (yəni, “Dinlə” de-
məkdir) adlanır: 


 150 
Ey İsrail, dinlə: Bizim Allahımız olan Yahvəh vahid və tək Yah-
vəhdir. Onda öz Yahvə Allahınızı bütün gücünüz və bütün ruhuunuzla 
sevin! (Təsniyə, 6:4-5)
1
 
Yəhudilərin qibləsi Urşəlim şəhəridir. Yalnız Samerilər qiblənin 
Nablos şəhərinin yanındakı Cerezyem dağı olduğunu bildirirlər.  
Yəhudilərin orucu ilin müxtəlif ayları arasında bölüşdürülmüş-
dür. Onların ən əsas orucu “Yovmu Kipur”-dur. Bu gün münasibətilə 
həmin gündən öncəki günün axşamından başlayaraq bir gün müd-
dətində oruc tutulur. Bu gün ərzində yemək, içmək, (barmaqları 
çıxmaq  şərtilə) yuyunmaq, daranmaq, ətir vurmaq və digər gözəllik 
vasitələrindən istifadə etmək, kişilərin öz qadınları ilə cinsi əlaqədə 
olması, dəri ayaqqabı geymək olmaz və Yəhudilər sinaqoqlara topla-
şaraq ibadətlə  və istiğfarla məşqul olurlar. Bundan əlavə daha dörd 
vacib oruc vardır və bunlardan biri İbrilərin Su ayının doqquzuna tə-
sadüf edir. Yəhudilər bu günün orucunu eradan əvvəl 587-ci ildə Ur-
şəlimin dağdılmasını anaraq “Yovmu Kipur” orucu kimi tuturlar. Da-
ha üç vacib və bir neçə müstəhəbbi oruclar da mövcuddur. Məsələn; 
birinci və dördünçü günlər yemək və içməkdən imtina edərək gün do-
ğandan gün batanadək oruc tuturlar.  
Urşəlim məbədinin mövcud olduğu 70-ci ilədək Yəhudi kişiləri 
ildə üç dəfə piyada olaraq ora getmək məcburiyyətində idilər. Bunun 
biri Fesh bayramına, digəri Həftələr bayramına və üçüncüsü Sukkot 
bayramına təsadüf edirdi. Sözsüz ki, ondan sonra da Urşəlimə ziyarət 
səfərləri var idi və İran Yəhudilərinin adət-ənənələrinə əsasən bu zəv-
varlara da Hacı adı verirdilər.  
İnsanın sünnət edilməsi Yəhudilikdə təkid olunmuş vacib əməl-
lərdəndir və Allahın Həzrət İbrahimlə (ə)
2
 bağladığı əhdə əsasən uşa-
ğın dünyaya gəlişinin səkkizinci günündə  Yəhudi ruhaniləri tərəfin-
dən həyata keçirilir. Onlar vacib əməl sayılan sünnətə çox böyük əhə-
                                                 
1
 Qeyd etdiyimzi kimi Yəhudilikdə “Yəhvəh” sözündən istifadə etmək qəti  şəkildə 
haram buyurulmuşdur və Yəhudilər Tövratı tilavət edərkən və ibadətlə məşğul olar-
kən həmin sözün əvəzinə “Aduney”, yəni “mənim Ağam” sözündən istifadə edirlər.  
2
 Yaranış 14_9:17 


 
151
miyyət verdiklərinə görə qeyri-Yəhudi uşaqları da sünnət edirdilər. 
Xristyanlıqda və zərdüştlükdə sünnət yoxdur.  
Həzrət Musa (ə) və Həzrət Harunun (ə) qəbiləsindən olan Yəhu-
dilər Levilər adlanırlar və  təxminən  İslam dünyasındakı seyyid 
anlayışını  və  mənasını verir.
1
 Haxam  Yəhudi alimi və kahin, yaxud 
ravvin Yəhudi ruhanisidir. Ravvin Həzrət Harunun (ə) nəslindən, ən 
aşağısı isə Levilərdən olmalıdır.
2
 
 
12. Yəhudi bayramları 
 İbrani təqvimi  Şəmsi-Qəməri Təqvimidir.Yəni, bu təqvimin il-
ləri  şəmsi və ayları  qəməridir. Belə ki, aylar sıra ilə 29-30 gündən 
ibarət olur. Yəhudilər Qəməri aylarını sabit saxlamaq üçün hər üç il-
dən bir Adar ayından  sonra ilin aylarına Adar Şeni (yəni, ikinci Adar)  
ayını artırırlar və həmin il 13 aydan ibarət olur. Belə illəri İbbur (yəni, 
hamilə) adlandırırlar. Onların ili payız fəslindəki Teşri ayından baş-
layır və onun birinci yarımilliyinə 4381 və ikinci yarımilliyinə 4382 
artırmaqla  İbrani tarixi əldə etmiş oluruq. Bu tarixin aləmin yaranı-
şından hesablanması fərz olunur.  
Yəhudilərin bayramları aşağıdakılardır:  
1.  Şənbə günü: Bu gün ailənin bütün üzvləri bir yerdə yemək 
yeyirlər və bu ziyafət zamanı ailə başçısı əlinə bir piyalə şərab
3
 alaraq 
dua oxumağa başlayır və ailə üzvlərinə ötürür. Ailə üzvləri hamısı 
bir-bir həmin  şərabdan içirlər.  Şənbə gününün istirahət günü  kimi 
təyin olunması on fərmandan biridir (Xuruc 20:8-11). Tövratda qeyd 
olunduğu kimi Həzrət Musanın (ə) zamanında bir nəfəri  şənbə gü-
                                                 
1
 İslam dünyasında ata nəsli Həzrət Muhəmmədin (s) babası Haşimə çatan kəs 
Seyyid adlandırılır. Yəhudilərdəki Lavilər də ata nəsli tərəfindən Musa ibn İmran ibn 
Qəhat ibn Lavinin nəslindəndirlər.  
2
 Qurani  Kərimdə  və digər  İslam mənbələrində Kahin qeybdən xəbər verən  şəxs 
mənasında istifadə olunmuşdur.  
3
 Şərab bir çox dinlərdə, o cümlədən Yəhudilikdə və Xristiyanlıqda halaldır, amma 
şərabdan çox istifadə zamanı yaranan sərxoşluq haram və qəbahətli hesab olunur.  


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə