Microsoft Word Dinler cap doc



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə49/113
tarix22.11.2017
ölçüsü2,79 Kb.
#11327
1   ...   45   46   47   48   49   50   51   52   ...   113

 158 
olurdular. Qeyd etmək lazımdır ki, onların qibləsi Süleyman məbədi 
yox günəş idi və onların bu adəti Mitraistlərdən götürməsi nəzərə çar-
pır.  
Onların təfsir və irfan barədəki məlumat səviyyələri yüksək idi 
və birinci əsrdə onların təxmini sayı 4000 nəfərə çatırdı. O zamanlar 
üzv olmaq sahəsində mövcud olan çətinlikləri nəzərə alsaq bu o 
qədər də az say deyildir.  
Bəzi alimlərin nəzərincə bu firqənin düşüncə tərzi Xristyanlığın 
əsasını qoydu. Hətta bu firqənin bütün davamçılarının Xristiyan ol-
ması da mümkündür. Qeyd etmək lazımdır ki, Həzrət Yəhya ibn Zə-
kəriyya (ə) da İsinilər firqəsindən olmuşdur. Həm  İncillərə, həm də 
İslami hədislərə  əsasən O Həzrətin səhralarda keçirdiyi həyat tərzi 
bunun bariz nümunəsidir.  
 
13-5. Qariun yaxud Qaraim 
Qariun, yaxud Qaraim həm Ərəb, həm də İbrani dilindəki “Qə-
rəə” feli kökdən əmələ gəlmişdir və Ferisilərin şişirdilmiş təfsirlərinə 
qarşı çıxaraq səmavi kitabın qiraət və tilavət olunmasına işarədir.  
Bu firqə İslam dininin yaranmasından sonra meydana çıxdı. Qa-
riun firqəsinin davamçıları Təlmudu qəbul etmirdilər, Tövratın zahiri 
mənasına təəssübkeşliklə yanaşırdılar və daim Ferisilərlə üz-üzə gə-
lirdilər. İlk öncə onların lideri Enan adlı bir Yəhudi ruhanisi idi və o 
öz məktəbini əhli-sünnənin böyük alimi Əbu Hənifənin baxışları üzə-
rində qurmuşdu. O, bu firqəni Mənsur Dəvaniqinin zamanında Bağ-
dad şəhərində yaratdı. Sonralar Benyamin Nəhavəndi adlı şəxs bu fir-
qəni o dövrün İran torpaqlarında yaymağa başladı, bu məktəbdə də-
yişikliklər meydana çıxartdı və Qariun adını Enaniyyə adı ilə dəyiş-
dirdi. Qaraim İbrani dilindədir və tərcümədə qiraət edənlər deməkdir. 
Ötən əsrlərdə Qariunların əksəriyyəti müsəlman ölkələrində ya-
şayırdılar. Hal-hazırda bu firqə davamçılarının sayı 10000 nəfərdir. 
Onların iki min nəfəri  İsraildə  və qalan səkkiz min nəfəri Rusiya, 
Ukrayna və digər ölkələrdə yaşayırlar. Ukraynada yerləşən Krım 
(Crimea) yarımadasının adı da “Qaraim” sözündən götürülmüşdür. 


 
159
Onların arasında böyük alimlər olmuşdur və onların Yəhudi ilahiy-
yatı sahəsindəki nəzərləri tədqiqatçıların geniş rəğbətilə üzləşmişdir. 
Qariunlarrın Ərəb dilində də kitabları vardır və onlar öz dini bəhslə-
rində Hənəfi məzhəbinin Fiqhi terminlərindən istifadə edirlər.  
 
13-6. Dunmə 
 Dunmə firqəsinin adı  İstanbul Türkcəsindəki “Dönmə” sözün-
dən götürülmüşdür. Bəzən onları “Şebbetien” adlandırırlar, yəni fir-
qənin banisi olan Şabbetay Tsevinin (Shabbetai Tsevi) şərəfinə.  
Şabbetay Tsevi 1626-cı ildə Türkiyənin Qərbindəki İzmir şəhə-
rində dünyaya gəlmişdir və Yəhudi irfanı və ilahiyyatı barəsində mü-
taliələr etdikdən, araşdırmalar apardıqdan sonra Yəhudilərin Məsihası 
olduğu və onlara nicat vermək üçün gəldiyi iddiasını irəli sürmüşdü. 
Yəhudilər onun müydana çıxmasından öncə çoxlu müsibətlər gör-
müşdülər və onun Məsiha kimi qəbul edilməsi üçün bütün münbit 
şərait var idi. Elə bu səbəbdən də, Avropa, Türkiyə və Orta Şərq Yə-
hudilərinin  əksəriyyəti onun dəvətini qəbul etdilər və onun ətrafına 
çoxlu sayda insan toplaşdı.  
O, özünü tanrının ilk övladı adlandırırdı və 1666-cı ildə çevriliş 
edəcəyini deyirdi. O qiyam vaxtının yaxınlaşmasından öncə Urşəlimə 
və Qahirəyə səfər etdi. Həmin dövürdə Yəhudilər sevincdən bayram 
edirdilər və “Yaşasın  şahımız Məsih”, “Yaşasın sultanımız Tsevi” 
sözlərini təkrarlayırdılar.  
Şabbetay Tsevi 1666-cı ildə Urşəlimə getmək əvəzinə İstanbula 
getdi və  dərhal Osmanlı padşahları  tərəfindən həbs olundu. 1666-cı 
ilin sentyabr ayının 16-da onu Osmanlı padşahının yanına gətirdilər 
və müsəlman olmasını istədilər. O, İslam dinini qəbul etdikdən sonra 
adını  dəyişdirərək “Muhəmməd  Əfəndi” etdi və müsəlman xanımla 
ailə qurdu.  
O, öz davamçılarının  əksəriyyətini  İslam dinini qəbul etməyə 
həvəsləndirdi, amma buna baxmayaraq Yəhudilərin əksəriyyəti onun 
Məsiha olduğunu bildirirdilər. Yəhudilər bu məsələyə aydınlıq gətirə-
rək bildirirdilər ki, onun oxşarlarından biri müsəlman olub və özü isə 


 160 
Bəni-İsrailin itmiş qəbiləsini tapmaq üçün göylərə qalxmış və tezliklə 
zühur edəcəkdir. Bu firqənin  ən aktiv üzvlərindən biri belə deyirdi: 
“Musanın Fironun sarayında böyüyüb başa çatdığı kimi Məsihanın da 
Osmanlı padşahlarının sarayında böyüyüb başa çatması lazım buyu-
rulmuşdur. Yəni, bu  yolla o azmış müsəlmanları da düz yola hidayət 
edə bilər.” 
Şabbetay Tsevi öz Məsiha obrazını qoruyub saxlaya bildi və 
beləliklə də, Yəhudilərin arasında İslam dinini yaymaq üçün onlarla 
təmasda ola bilirdi. Onun yaratdığı firqənin davamçıları müsəlman 
adət-ənənəsinə uyğun olaraq başlarına  əmmamə qoydular, İslam 
adət-ənənəsinin davamçıları oldular və  Bəni-İsrailin xilaskarı olan 
Şabbetay Tsevinin tezliklə qayıdacağı ümidi ilə yaşadılar.  
O, 1676-cı ildə dünyasını dəyişdi. Onun qardaşı və digər yaxın 
şəxsləri davamçılarını öz ətraflarına toplayaraq bu hərəkatın aradan 
getməsinə icazə vermədilər. Sonralar bu firqənin davamçıları zahirdə 
özlərini müsəlman göstərmələrinə baxmayaraq batində Yəhudi adət-
ənənəsinə sadiq qaldılar. Hal-hazırda onların bir hissəsi Türkiyədə 
yaşayır.  
 
14. Məsihanın zühuru intizarını çəkərkən 
Qədim dövrlərdə yaşayan xalqların hamısı yaşadıqları vəziyyət-
dən narazı  və  gələcəklərinin naməlum olması  səbəbində keçmişləri 
ilə öyünürdülər. Belə xalqlar milli və ictimai sevinclərini yalnız bun-
da bilirdilər. Keçmişlə yaşayan bəzi xalqlar, o cümlədən Yunanlar və 
Romalıların Hesiod və Ovid qəsidə yazanları öz şanlı keçmişlərini 
möhtəşəm əsərlərdə böyük məharətlə təsvir etmişlər. Onların hər ikisi 
dünya üçün beş dövür və beş ardıcıl nəsil nəzərdə tutaraq belə deyir-
dilər: “İnsanlar Qızıl əsr adlanan dövrdə şad və firavan, qəm, kədər-
dən uzaq, qətl törətmədən və torpağın onlara bəxş etdiyi nemətlərlə 
yaşayırdılar. Onların ölümü də yuxusuz yatmağı  və qanad çalaraq 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə