Microsoft Word Dinler cap doc



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə52/113
tarix22.11.2017
ölçüsü2,79 Kb.
#11327
1   ...   48   49   50   51   52   53   54   55   ...   113

 168 
sədən  əmələ  gələn utopik düşüncələr, arzular və ümidlərdimi? Onun 
hekayəsi müşriklərin Tanrılarının əfsanələrinə bənzəyirmi?”  
18-ci  əsrdə  İsanın (ə) məsələsinin və hekayəsinin  əfsanə olması 
barədə bəhs olunurdu. Həmin əsrdə növbəti dəfə İsanın həyatını tənqid 
atəşinə tutan 1727-1768-ci illərdə Hamburq Universitetinin şərq dilləri 
üzrə müəllimi, Professor Herman Samuel Raymaros olmuşdur.  Hətta 
18-ci əsrdə belə artıq sübuta yetirilmiş sayılan və cəmiyyətdə tam təs-
diqlənmiş inanclarla qarşı çıxmaq olduqca qorxulu idi və Raymaros 
həyatda olarkən öz yazılarını çap etdirməyə  cəsarət tapmadığından 
onun yazılarını Lesinq adlı bir şəxs onun vəfatından sonra çap et-
dirdi.  
Raymaros onunla eyni zamanda yaşayan filosofların Deisti ba-
xışlarını  qəbul edərək möcüzələrin mövcudluğunu qəti  şəkildə  rədd 
etmişdir. O, müqəddəs kitabı azad şəkildə tənqid edərək İsanı Məsi-
halıq iddiası ilə  çıxış edən, bəzi vədlər verməklə  ətrafına bir qrup 
insan toplayan bir şəxs kimi qələmə vermiş və ölkənin güc struktur-
ları ilə üzləşərkən qətlə yetirildiyini bildirmişdir.  İsanın davamçıları 
öz arzularına çatmaq üçün onun cənazəsini oğurlamışlar, onun yeni-
dən dirilərək geriyə qayıtmaq hekayəsini qurmuşlar və kilsə yarat-
mışlar. Raymarosun öz baxışlarından əldə etdiyi nəticə böyük qəzəb 
dalğasının yaranmasına səbəb oldu və Lesinq üçün böyük problemlər 
yarandı. Bu nailiyyətlər bir sıra araşdırmalardan sonra tamamlanma-
mış halda təsdiq edildi və cəmiyyətdə olan qəzəbin yatmasından son-
ra yaddan çıxdı.  
Raymarosdan sonra möcüzələrin faydası məsələlərini irəli sürən 
və xristiyanlığın köklərini araşdıran bir neçə yazıçı meydana çıxdı, 
amma onlar düşüncə nöqteyi-nəzərindən Raymarosdan fərqlənirdilər. 
Bu yazıçıların əksəriyyəti universitetlərdə və digər dövlət idarələrin-
də çalışırdılar. Onlar artıq cəmiyyətdə təsdiq olunmuş dinə qarşı hər 
bir fundamental addımı onların düşüncələri ilə üst-üstə düşmədiyini 
bildirirdilər. Onların nəzərincə İncil kitablarındakı möcüzəli ünsürləri 
kənara qoysaq yalnız İsanın həyatı barədə mötəbər mənbə qazanmış 
oluruq. Belə olduqda İsanı müasir dünya üçün ən böyük əxlaq müəl-


 
169
limi kimi qəbul edə bilərik. Belə  tənqidçiləri Rationalistlər adlan-
dırırdılar, yəni  İncildəki hekayələri məntiq və  ağıl yolu ilə çözmək 
istəyənlər. Bundan sonra qeyd etdiyimiz termin daha geniş  və  dərin 
mənada istifadə edilməyə başladı. 
Volney adlı bir alim 1790-cı ildə qələmə aldığı “İmperatorluğun 
xarabalıqları” adlı əsərində bu şübhəni daha qabarıq formada gündə-
mə çıxarmışdı. Napoleon 1808-ci ildə Almaniyanın tanınmış yazıçısı 
Veylandla (Wieland) görüşəndə ondan siyasət və müharibə barəsində 
heç nə soruşmadı, əksinə İsanın tarixdə doğurdan mövcud olub olma-
masını soruşdu.
1
  
4. Həzrət İsanın (ə) həyatı 
Matta və Luka İncillərinə  əsasən xristiyanlığın  əsasını qoyan 
Həzrət İsa (ə) Beyt Ləhmdə dünyaya göz açmışdır. Bu şəhər Urşəli-
min səkkiz kilometrliyində yerləşir və təxminən eradan min il əvvəl 
Davud şah həmin şəhərdə dünyaya gəlmiş və böyüyüb başa çatmış-
dır. Yəhudilərin xilaskarının Beyt Ləhmdə dünyaya gəlməsi və Da-
vuda bənzəməsi məsələsinin vacibliyinə görə bu iki müəllif Həzrət 
İsanın (ə) həmin  şəhərdə dünyaya gəlməsi məsələsi üzərində  təkid 
göstərmişlər.  
Həzrət İsanın (ə) doğum tarixi təxminən Miladi tarixinin başladığı 
ilə  təsadüf edir. Amma, tarixi hesablamalara əsasən O Həzrətin 
İncillərdə adı çəkilmiş şahlarla eyni vaxtda dünyaya gəlməsini nəzərə 
alsaq Həzrət İsanın (ə) Miladi tarixin başlamasında 4 ya 8 il öncə dün-
yaya gəlməsini müşahidə edə bilərik.  İncillərdə qeyd olunduğu kimi, 
anası  Məryəm Nasirə  şəhərindən olan Yusif adlı bir dülgərlə nişan-
lanmışdı.  İsanın dünyaya gəlməsi hekayəsi həm Matta, həm də Luka 
incillərinin başlanğıcında qeyd olunmuşdur. Mark və Yühənna O Həz-
rətin doğum hekayəsini qeyd etməmişlər, Beyt Ləhmdən söz açma-
                                                 
1
 Sivilizasiya tarixi, cild 3, fəsl 26, Bu məsələ barəsində daha geniş  məlumat  əldə 
etmək üçün Arçibald Robertsonun “İsa:əfsanə yaxud tarix?” kitabına müraciət edə 
bilərsiniz. 


 170 
mışlar və yalnız Nasirəyə işarə etmişlər. (Mark 9:1, Yühənna 1:45-46, 
Yühənna 7:41-42). Matta İncilində belə qeyd olunmuşdur: 
“İsa Məsihin doğum hekayəsi belədir: Onun anası Məryəm Yu-
siflə nişanlanmışdı. Onlar yaxınlıq etməmişdən öncə Məryəm Müqəd-
dəs Ruhdan hamilə qaldı. Həyat yoldaşı Yusif saleh bəndələrdən ol-
duğu üçün ona öyüd-nəsihət vermək istəmədən gizlicə onu buraxıb 
getmək istədi. Amma, o bu barədə düşündüyü zaman birdən Allahın 
mələklərindən biri onun yuxusuna gəldi və dedi: “Ey Davudun oğlu 
Yusif, Məryəmi həyat yoldaşın etməkdən qorxub çəkinmə, çünki, onun 
daxilində olan Müqəddəs Ruhdandır. O bir oğlan dünyaya gətirəcək və 
onun adını İsa qoyacaqsan. Çünki, O öz ümmətini günahlardan uzaq-
laşdıracaq.” Bütün bunlar Allahın peyğəmbərin dili ilə dediyi kəlamın 
tamamlanması və bakirə qızın hamilə qalaraq oğlan dünyaya gətirməsi 
və adını “Emmanuel” qoyması üçün baş vermişdir. Təfsirdə bu ad 
“Allah bizimlə” deməkdir. Yusif yuxudan oyanan kimi Allahın mələyi 
buyurduğu kimi lazım olanı həyata keçirtdi və Məryəmi özünə həyat 
yoldaşı etdi. Birinci oğlu olmayana qədər onu tanımadı (yaxınlıq et-
mədi). Onun adını İsa qoydu.” (İncil Mattaya görə, 1: 18-25) 
İsa Məsih (ə) üçün Matta incilinin başlanğıcında və Luka İncili-
nin üçüncü fəslində nəsəbnamə (nəslin sıralaması) qeyd olunmuşdur. 
Bu iki fərqli nəsəbnaməni açıqlamaq İncil təfsirçiləri üçün ən böyük 
problemlərdən biridir.  
Dünyaya gəlməsindən sonra onun adını Yeşvə, yəni “Allahın xi-
lası” qoydular. Yunanlılar və Romalılar bunu Yesus formasına dəyiş-
dirdilər və Ərəb dilində bu ad İsa formasında istifadə olundu.  
Bunu da qeyd etmək lazımdır ki, Həzrət İsanın (ə) atasının olma-
ması Xristiyanlıqda  ən böyük etiqadi məsələlərdən biridir və yalnız 
İncillərdə qeyd olunduğu kimi O Həzrətin “Dülgər Yusif” adlı atası 
olmuşdur. Amma Qurani-Kərimdə bu tarixi bir məsələ kimi qeyd 
olunmuşdur və insanların Həzrət Məryəmə  (ə) qarşı hücum çəkərək 
onu ismətsizlikdə günahlandırmaları öz əksini tapmışdır. Elə bu 
səbəbdən də, O “sükut orucu”
1
 tutur və onun dünyaya yenicə gəlmiş 
                                                 
1
 Xristiyanlıqda müstəhəbbi sükut orucu, yəni danışmamaq orucu vardır. 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə