Microsoft Word Dinler cap doc


-2. Petros və digər daha tanınmış elçilər



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə55/113
tarix22.11.2017
ölçüsü2,79 Kb.
#11327
1   ...   51   52   53   54   55   56   57   58   ...   113

 
177
8-2. Petros və digər daha tanınmış elçilər 
Ən böyük elçi Şamundur və  Həzrət  İsa (ə) onu Petros , yəni 
“Qaya”
1
 adlandırdı və onu kilsənin, daha doğrusu Xristyan icmasının 
özül daşı təyin etdi: 
“Və mən də sənə deyirəm ki, sən Petrossan və bu qayanın üzə-
rində öz kilsəmi tikəcəm və cəhənnəmin qapıları ona tərəf açılmaya-
caq və  səmavi mələkutun açarlarını  sənə tapşırıram. Yer üzərində 
bağladığın hər şey göylərdə də bağlanacaq və yerdə açdığın  hər şey 
göylərdə də açılacaqdır. (Matta 16:18-19, Yühənna 21:15-19) 
Həzrət  İsa Məsihin (ə) getməsindən sonra Petros xristyanlığı 
təbliğ etmək məqsədilə İtaliyanın paytaxtı Romaya köçdü və elə hə-
mən şəhərdə Neron tərəfindən şəhid edildi. Xristyanlığın ilk yepisko-
punun məzarı Roma şəhərindəki Vatikan təpəliyində yerləşmişdir və 
həmin məkanın olduqca dini əhəmiyyətli yerə çevrilməsinə səbəb ol-
muşdur. Elə bu səbəbdən də, qədim zamanlardan belə Vatikan kato-
liklərin mərkəzinə çevrilmişdir. “Sant Piter” kilsəsi, onun ətrafında 
olan saraylar və bağlar dünyanın memarlıq və sənət incilərindən he-
sab olunur.  
Yühənna hələ uşaq yaşında elçi olmuşdur (Yühənna 13:23-25 və 
21:20) və xristyanların nəzərincə öz İncilini qoca yaşlarında, birinci 
əsrin sonlarında qələmə almışdır.  
İncillərdən başqa birisini də Matta qələmə almışdır. Eləcə  də 
Əhdi-Cədidin bəzi yazıları Petrosa, Yühənnaya və digər elçilərə aid 
edilir.  
Bir sıra İncilləri və Epokrifa kitabları da ölçilərə aid etmişlər və 
bəzi xristyan icmaları kilsələrinin keçmişini elçilərdən biri ilə bağla-
mağa çalışırlar.  
                                                 
1
 Şəm”un Əssəfa (Səfa ərəbcə qaya mənasını kəsb edir) bütün İslami kitablarda Həz-
rət  İsanın (ə) canişini kimi qeyd edilmişdir və  Həzrət Nərgisin (ə) hekayəsində o 
həmin xanımın babası kimi qeyd olunmuşdur. Xristyanlar Şəm”unun (Petrosun) nəsli 
barədə söz açmayıblar, amma İncildən onun həyat yoldaşının olması məsələsi məlum 
olur. (Matta 8:14-15) 


 178 
Yəhuda Esxaryuta Yəhudi dininin başçılarının yanına gedərək 
Həzrət İsanın (ə) həbs olunması üçün lazımi köməklik göstərə biləcə-
yini bildirdi və elə bu məqsədlə də O Həzrəti onlara göstərdi və bu-
nun müqabilində onlardan müəyyən miqdarda pul aldı. Həzrət İsanın 
(ə) getməsindən sonra on bir elçi “Matiyas” adlı bir şəxsi Yəhuda Es-
xaryutanın yerinə təyin edərək saylarını yenidən on ikiyə çatdırdılar. 
(Həvarilərin işləri 1:15-26) 
İncillərdə qeyd olunduğu kimi Həzrət  İsa (ə) öncədən qeybdən 
belə bir xəbər vermişdi ki, onun bütün elçiləri ona qarşı səhv buraxa-
caqlar. Belə də oldu və O Həzrət həbs olunanda elçilərin hamısı onu 
tək qoyub qaçdılar.  
 
8-3. Pavlos 
Həzrət İsanın (ə) Petrosu öz canişini təyin etməsinə baxmayaraq 
O Həzrətin başqa bir elçisi Pavlos praktiki olaraq daha yaxşı möv-
qeyə sahib olur və xristyanlığın memarına çevrilir. Bu şəxsin adı ilk 
olaraq İbrani dilində olan “Şaul” idi və həmin adın Yunan dilində tə-
ləffüzü “Savlos”dur. O, xristyanlığı  qəbul edəndən sonra adını Pav-
losa dəyişdirdi.  
O, təəssübkeş yəhudi olmasına baxmayaraq Roma vətəndaşı idi 
və Həzrət İsanın (ə) getməsindən sonra xristyanlara əzab-əziyyət ver-
məklə məşğul idi. Sonda, xristyanları həbs etmək məqsədilə Qüds şə-
hərindən Dəməşqə gedərkən Həzrət  İsanın (ə) nurunu görməsini və 
onun  əmri ilə xristyan olmasını iddia etməyə başladı.(Həvarilərin 
işləri 9:1-31) 
Pavlos böyük həyəcan və ruh yüksəkliyi ilə xristyanlığın təbliği-
nə başladı və bu yolda böyük əzab-əziyyətlərlə üzləşdi. Həzrət İsa (ə) 
tərəfindən peyğəmbərlik məqamına yüksəlməsini iddia edən Pavlos 
müxtəlif bölgələrə səfər edərək xristyanlığı Aralıq dənizinin ətrafında 
olan bölgələrdə yaymağa başladı. Həmin bölgələrin xristyanlığı yeni 
qəbul etmiş əhalisi üçün yeni kitablar da qələmə aldı və onları hida-
yət etdi. Həmin kitabların və risalələrin bəzisi  Əhdi-Cədiddə qeyd 
olunmuşdur.  


 
179
Pavlosun yeni fikirləri digər Həvarilər arasında gərginlik yara-
dırdı və onunla digər elçilər, hətta Petros arasında qarşıdurmanın ya-
ranması “Həvarilərin işləri” kitabında və onun öz risalələrində qeyd 
olunmuşdur. O yazır: “Petros Antakiyaya gələndə onunla müxalifət 
edərək üz-üzə dayandı, çünki danlanmağa layiq idi.” (Qalatiyalılara 
məktub 2:11) 
Pavlos öz üstünlüklərini və xristyanlığın təbliği yolunda üzləşdi-
yi çətinlikləri sadalayanda “Yalançı qardaşlar” sözündən istifadə edir. 
O bu sözləri onun fikir və düşüncələrilə müxalifət edən digər elçilərə 
xitabən vurğulayır: 
“Onlar  İbranidirlərsə, mən də  İbraniyəm. Onlar İsraillidilərsə, 
mən də  İsrailliyəm. Onlar İbrahimin nəslindəndirlərsə, mən də on 
onun nəslindənəm. Məsihin xidmətçiləridirlərsə, mən daha dəlisov 
olduğum üçün onlardan daha üstün xidmətçiyəm. Daha çox möhnət 
çəkmişəm, daha çox qırmancla döyülmüşəm, daha çox zindanlarda 
qalmışamvə digər Yəhudilərdən beş  dəfə daha çox ölümlə üzləşmi-
şəm, qırxdan bir dəfə az qırmancla döyülmüşəm, üç dəfə çubuqla dö-
yülmüşəm, bir dəfə daşqalaq olunmuşam, üç dəfə gəmim məhv olub 
və gecə-gündüz dənizlərdə olmuşam. Səfərlərin, çayların, oğruların, 
öz qövmümüm, öz ümmətimimim,  şəhərlərin, səhraların, dənizlərin, 
yalançı qardaşlarımın əlindən daim qorxu, möhnət və məşəqqət içəri-
sində yaşamışam. Dəfələrlə yuxusuzluq, aclıq, susuzluqçəkmişəm, 
oruc tutmuşam, soyuqda və paltarsız qalmışam, amma bunlardan da-
ha ağır yük kilsələr üçün çəkdiyim fikirlər olmuşdur. Kimdir zəif? 
Mən zəif olmamışam. Əgər fəxr etmək gərəkərsə mənim zəifliyimə aid 
olan bütün məsələlərlə fərx edərəm ki, Allah və İsa Məsihin atası ilan 
Xudavənd  əbədi olaraq mübarəkdirlər və onlar mənim yalan danış-
madığımı bilirlər. Dəməşq hökümdarı Haris mənim həbs etmək üçün 
bu  şəhəri qoruyurdu. O məni qalanın pəncərələrinindən birindən 
zənbilin içərisində aşağı atdı, amma mən sağ qaldım.” (Korinflilərə 
ikinci məktub 11:22-33) 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə