Microsoft Word Dinler cap doc



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə58/113
tarix22.11.2017
ölçüsü2,79 Kb.
#11327
1   ...   54   55   56   57   58   59   60   61   ...   113

 186 
lənin məğzini dəyişdirir və onların xərac barəsindəki suallarını ca-
vabsız qoyaraq onları istəklərinə çatmaqda nakam qoyur.  
 
9-8. Yalançı Yəhudi ruhaniləri ilə qarşıdurma 
Həzrət İsa Məsih (ə) xudbin, ikiüzlü və dünyapərəst dini başçı-
ları kəskin şəkildə tənqid edirdi. Elə bu məsələ də, onları Həzrət İsa 
Məsihi (ə) məhv etmək üçün hiyləgərlik etməyə  və  məkirli siyasət 
yürütməyə sövq etdi. O Həzrətin bu barədə buyurduğu sözlərindən: 
“Vay olsun sizlərə ey ikiüzlü Katiblər və Ferisilər. Siz İlahi Mə-
ləkutun qapılarını insanların üzünə bağlayırsınız, çünki özünüz ora 
daxil olmursunuz və daxil olmaq istəyənlərə də mane olursunuz. Vay 
olsun sizlərə ey ikiüzlü Katiblər və Ferisilər. Siz dul qadınların ev-
lərini  əllərindən alırsınız və riyakarlıq üçündən namazlarınızı uzun 
qılırsınız. Elə buna görə də şiddətli əzab tapacaqsınız. Vay olsun siz-
lərə ey ikiüzlü Katiblər və Ferisilər. Siz özünüzə mürid tapmaq üçün 
qurunu və suyu gəzirsiniz, amma tapandan sonra onu özünüzdən da-
ha alçaq və rəzil cəhənnəm övladına çevirirsiniz. Vay olsun sizlərə ey 
ikiüzlü Katiblər və Ferisilər. Siz peyğəmbərlərin qəbirlərini tikirsiniz, 
Sadiqlərin qəbirlərini ziynətləndirirsiniz və “Atalarımızın dövründə 
yaşasaydıq peyğəmbərlərin qanını axıtmaqda onlarla şərik olmaz-
dıq” deyirsiniz. Deməli siz peyğəmbərlərin qatillərinin övladları ol-
duqlarınızı  təsdiq edirsiniz. Onda siz də öz atalarınızın badələrini 
doldurun ey ilanların və  əfilərin övladları. Siz cəhənnəm  əzabından 
necə qaçaqsınız......” (Matta 23:1-36, Luka 11:39-54) 
 
9-9. Güc və qüdrət nümayişi 
Həzrət İsa (ə) dedi:  
“İnsan övladı öz mələkləri ilə öz atasının hüzuruna gələndə hər 
kəsi öz əməllərinə uyğun olaraq cəzalandıracaq. Hər halda sizə deyi-
rəm ki, burada onlanların bəziləri insan övladının öz mələkutuna da-
xıl olmasını görmək istəmirlər və belə olmadan onlar ölümü dadma-
yacvaqlar.” (Matta 16:27-28, Mark 9:1, Luka 9:26-27) 


 
187
Sonda O Həzrət həyatının son günlərində bir uzunqulağın üzə-
rində  İlahi mələkutunun intizarında olan insanların səmimi qarşıla-
maları ilə Qüds şəhərinə daxil oldu. Həmən gün deyilən  şüarlardan 
biri də belə idi: “Allahın adı ilə gələn İsrail padşahı mübarək olsun!” 
Mətnə nəzər saldıqda onun da bu şüarı təsdiqləməsi məlum olur:  
“O zaman Ferisilərdən bəziləri ona dedilər: “Ey Ustad, öz şa-
girdlərini qorxut.” O onların cavabında dedi: “Sizə deyirəm ki, əgər 
bunlar sakit dayanarlarsa daşlar dilə gələcək!” (Luka 19:39-40) 
O Həzrət böyük əzəmətlə  məbədə daxil oldu və  həmin müqəd-
dəs məkanı orada alış-verişlə məşğul olan insanlardan təmizlədi. Bə-
ziləri xilaskar Məsihanın ata minməsini zülmkar padşahların taxtını 
aşırdacağını düşünürdü, amma Həzrət İsa Məsihin (ə) belə bir şərait-
də gördüyü iş adi uzunqulağa minməsi və sonra məbədə daxil olması 
oldu: “Sərrafların piştaxtalarını və göyərçin satanların yerlərini dağıt-
dı.” (Matta 21, Mark 11, Luka 19 və Yühənna 12) 
Həqiqətə  gəldikdə isə  Həzrət Məsih (ə) öz işləri ilə  Bəni-İsrail 
cəmiyyətini sınayırdı və məbəddə islahatçı addımlarının ardınca Feri-
silərin açıq-aşkar müxalifətlərindən sonra inqilab üçün lazımi şəraitin 
mövcud olmamasının  şahidi oldu. Elə bu səbəbdən də, onları dan-
ladıqdan sonra Qüds şəhərinə xitabən belə buyurdu:  
“Ey Urşəlim, Urşəlim! Peyğəmbərlərin qatili və  sənə göndəril-
mişləri daşqalaq edən! Neçə dəfə sənin övladlarını toplamaq istədim, 
balalarını öz qanadlarının altına yığmaq istəyən quş kimi, amma is-
təmədiz. Artıq evləriniz xarabalıqlara çevrilir, çünki sizə daha məni 
görməyəcəksiniz və Allahın adı ilə gələn mübarək olsun deyə bilmə-
yəcəksiniz.” (Matta 23:37-39, Luka 13:34-35) 
 
9-10. Qisası təsdiqləməsi və bağışlamağı tövsiyə etməsi 
Həzrət  İsa Məsih (ə) dağ başında söylədiyi nitqdə öz peyğəm-
bərliyini belə şərh edir:  
“Mənim Tövratı və yaxud peyğəmbərlərin Sühufunu batil etmək 
üçün gəlməmi güman etməyin. Mən batil etmək üçün gəlməmişəm, ək-
sinə tamamlamaq üçün gəlmişəm. Çünki, sizə deyirəm ki, göy və yer 


 188 
məhv olmayana qədər Tövratın bir nöqtsi belə aradan getməyəcək. 
Onda ən xırda dini hökmü belə pozan və insanlara tədris edən şəxs 
ilahi mələkutda  ən aşağı  şəxs hesab olunacaq. Amma, düzgün əməl 
edərək tədris edən şəxslər ilahi mələkutda böyük bilinəcək.... Bu sözü 
eşitmisiniz gözə göz və dişə diş. Amma mən deyirəm ki, şər insanlarla 
mübarizə aparmayın,  əksinə sağ üzünə sillə vurduqda sol üzünü də 
irəli verin....” (Matta 5:17-48) 
Bəzi insanlar yuxarıdakı sözləri zalımlar qarşısında təslim olmaq 
və onların zülmlərini qəbul etmək kimi başa düşürlər, amma əslində 
bu biraz şişirdilmiş etik tövsiyədir və yalnız insanın  şəxsi bağışla-
masına aiddir. Qurani-Kərimdə və İslami hədislərdə səbr, günahkar-
ları bağışlamaq, mədəniyyətsiz insanlara salam vermək, onların pis-
likləri müqabilində böyüklük göstərmək kimi bir çox tapşırıqlara rast 
gəlmək olar. Belə davranışları  İlahi övliyaların davranışlarında da 
aydın şəkildə gözə çarpır.
1
 
Həzrət Əmirəlmöminin Əli (ə) təqvalı insanların ən gözəl xüsu-
siyyətlərindən birinin ona zülm və haqsızlıq edən insanların günahın-
dan keçmək olduğunu buyurmuşdur. O Həzrət  İmam Həsən Müctə-
baya (ə) ünvanladığı məktubunda belə məsələlərə təkid edərək buyu-
rub: “Bu işləri ondan kənar və ona layiq olmayan kəslər barəsində ic-
ra etmək olmaz!”
2
 Başqa bir rəvayətdə isə İmam Cəfər Sadiq (ə) sillə 
vurmaq barədəki məsəlin Həzrət İsa Məsih (ə) aid olduğunu buyur-
muşdur. İncildən oxuyuruq:  
“O zaman Petros onun yanına gələrək dedi: “Ey Xudavənd, 
qardaşımın mənə qarşı buraxdığı  xətaları neçə  dəfəyə  qədər ba-
ğışlamalıyam? Yeddi dəfəyə qədər?” İsa ona dedi: “Sənə yeddi dəfə 
demirəm yetmiş yeddi (70*7) dəfə.” (Matta 18:21-22, Luka 17:3-4) 
                                                 
1
 Nümunə üçün Qurani-Kərimin Nəhl surəsinin 126-218-ci ayələrinə, Möminlər 
surəsinin 96-cı ayəsinə, Furqan surəsinin 63 və 72-ci ayələrinə və Fussilət surəsinin 
34-36-cı ayələrinə müraciət edə bilərsiniz. 
2
 Nəhcül Bəlağə, məktub 31 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə