Microsoft Word Dinler cap doc



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə66/113
tarix22.11.2017
ölçüsü2,79 Kb.
#11327
1   ...   62   63   64   65   66   67   68   69   ...   113

 
211
qin dildə mövcud olan kitabları sayılırdı, amma sonralar Əhdi-Cədid 
tədricən Xristyan cəmiyyətlərinə daxil olmağa və müqəddəsləşməyə 
başladı.  
Xristyanların hamısı həmişə və hər yerdə bu fikir üzərində təkid 
göstərmişlər ki, hal-hazırda mövcud olan İncillər Həzrət İsaın (ə) öz 
buyurduqları  və  həyatıdır və Matta, Mark, Luka və Yühənna onları 
qələmə almışlar. Luka İncilinin başlanğıcında bu sözlər qeyd olun-
muşdur:  
“Bir çoxlarının bizim yanımızda baş vermiş  və tamamlanmış, 
eləcə də lap öncədən kəlamın nəzarətçiləri və xidmətçiləri tərəfin bizə 
çatdırılmış hadisələrin qələmə alınmasına  əl uzatmalarına görə biz 
onların hamısının diqqətlə  əvvəldən sonadək sənə yazmaq qərarına 
gəldim ey əziz Tivfilos!” (Luka 1:1-3) 
Diqqətə layiq məsələlərdən biri də bundan ibarətdir ki, hal-
hazırki İncillərdə yalnız O Həzrətin sözləri və hədisləri qeyd olunur 
və heç zaman öz hikmətli sözlərindən və dini elmlərdən birbaşa İlahi 
müraciətə əlavə etmirlər. (Halbuki, hal-hazırki Tövratda Həzrət Mu-
sanın (ə) həyatı  və  kəlamlarından başqa digər müraciətlər də möv-
cuddur).  
Qeyd etmək lazımdır ki, Qurani-Kərimdə buyurulanlara əsasən 
həqiqi İncil Həzrət İsaya (ə) nazil olmuşdur (Ali-İmaran 3-4, Maidə 
46-47, Məryəm 30 və Hədid 27) və həmən İncilin hal-hazırda möv-
cud olan İncil kitabı ilə heç bir bağlılığı yoxdur.  
Tarixə  nəzərə yetirsək görərik ki, Xristyanlar Həzrət  İsanın (ə) 
kitabının olmasına heç vaxt inanmamışlar və  İncillərin O Həzrətin 
həyatından və kəlamlarından söz açdığını bildirmişlər. Tomas Mişel 
yazır: 
“İncillər yazılmamışdan öncə şifahi tərz mövcud idi. Xristyanla-
rın nəzərincə  İsa (ə) 30-cu ildə  vəfat etdi və onun davamçıları onu 
tanımışdılar, etdiyi işləri görmüşdülər, sözlərini eşitmişdilər və onun 
xatirəsini zehnlərində saxlamışdılar. Xristyanlar ilk dəfə ibadət üçün 
bir yerə toplaşanda həmin xatirələrini bir-birilərinə danışırdılar. Za-


 212 
man ötdükcə bu söhbət xüsusi çərçivəyə düşdü və həcmi get-gedə art-
mağa başladı.”
1
 
Həzrət İsanın (ə) kitabının olmaması məsələsi heç bir yerdə qeyd 
olunmur. Çünki, hər bir xristyan üçün bu tam aydın məsələdi və O 
Həzrətin kitaba sahib olması məsələsi heç bir xristyanın zehninə belə 
gəlmir. Nadir hallarda müsəlmanlarla aparılan bəhslər zamanı bu mə-
sələyə işarə edilir və onlar öz cəmiyyətlərində belə bir inancın olması 
məsələsini inkar edirlər. Tomas Mişel əlavə edərək yazır: 
“Xristyanlar heç bir zaman Həzrət Məsihin İncil adlı kitab gə-
tirdiyini demirlər. Müsəlmanları Qurani Kərim və Peyğəmbərləri ba-
rəsində malik olduğu vəhy etiqadı xristyanlıqda mövcud deyil və 
Həzrət İsaya (ə) vəhy gəlməsi qəbul olunmur. Xristyanlar İsanı İlahi 
vəhyin təcəssümü kimi qəbul edirlər və onların  əqidəsinə  əsasən o 
heç bir vəhy gətirməmişdir,  əksinə o vəhyin özü olmuşdur. Elə bu 
səbəbdən də, biz xristyanlar İsanın yazdığı və yaxud öz şagirdlərinə 
yazdırdığı İncili istəmirik və qəbul etmirik.  
Xristyanların nöqteyi nəzərindən İsanın Allah kəlamının və vəh-
yinin təcəssümü olması  məsələsini qəbul etmələrinin aydınlaşma-
sından sonra bu məsələni də qeyd etməliyik ki, onların  əqidələrinə 
əsasən incillərin hamısı Onun şagirdlərinin səyi nəticəsində meydana 
çıxmışdır. Yəni, Onun şagirdləri ilham və Məsihə olan iman yolu ilə 
onun davamçılarının  əksəriyyətində olan iman məfhumunu çatdırdı-
lar. Bu dörd İncillərdən hər birisi Məsih barəsində özünəməxsus tərz-
də  şəhadət verir. İncillərin ümumi baxışdan və  bəzi xırdalıqları  nə-
zərindən bir-birilərindən fərqli olmalarına baxmayaraq hamısı  İsa-
nın hüviyyəti və  şagirdlərinə  qədər çatmış  İlahi vəhyin mahiyyəti 
barəsində ümumi nəzərə malikdir. Elə bu səbəbdən də, Xristyanlar 
bir  İncili götürüb digər  İncilləri tərk edə bilmirlər. Çünki, onların 
imanları bu dörd İncilin ümumi təlimləri üzərində qurulmuşdur. 
Onların nəzərincə İncillərin hər hansı birini kənara qoymaq onların 
imanlarında naqislik yaradacaqdır.  
                                                 
1
 Xristyan kəlamı, səh 43-44 


 
213
Bu məsələ bizi vəhy məsələsi sahəsində müsəlmanlarla xrist-
yanlar arasında olan başqa bir fərqi çatdırır. Xristyanların nə az, nə 
də çox olmamaq şərtilə dörd İncilə etiqadı vardır və yalnız bu dörd 
İncilin düzgün olmasını, digər  İncillərin səhv olmasını bildirirlər. 
Çünki, xristyan cəmiyyəti onların Allah tərəfindən olduğunu düşünür-
dü. Qeyd etmək lazımdır ki, xristyanların iman və etiqadları  İsanın 
şagird və elçilərinin imanı üzərində qurulmuşdur və öncədən bildir-
diyimiz kimi ilk xristyanların nəzərincə Allahın ruhu onların cəmiyyə-
tinə (yəni Kilsəyə) hidayət bəxş etmişdir.  
Bu məsələdən başa düşürük ki, Allah İncilin yazılı şəkildə olma-
dığı və İsanın kəlamlarının və əməllərinin şifahi şəkildə nəql olundu-
ğu otuz il ərzində (30-cu ildən 60-cı ilədək)həmin cəmiyyəti hidayət 
etmişdir. Müqəddəs Ruh göndərdiyi ilhamların və gətirdiyi vəhylərin 
vasitəsilə İncilləri qələmə alanları Məsihin sözlərini və əməllərini qə-
ləmə almaq sahəsində hidayət etmişdir. Müqəddəs Ruhun xüsusi şə-
kildə həyata keçirdiyi işlərdən biri də bundan ibarət idi ki, İncil ya-
zanların kəlami baxışlarını Allahın istədiyi kimi İsanın həyatına, ölü-
münə  və yenidən dirilməsinə yönəltmək  yolu ilə insanlara çatdır-
maqdan, hidayət etməkdən ibarət idi. Sonda ilk xristyan cəmiyyəti 
Müqəddəs Ruhun bələdçiliyi ilə saysız-hesabsız xristyan yazılarının 
içindən dörd İncil də daxil olmaqla 27 kitabı seçdi və onların  İlahi 
vəhylə yazılmasını qəbul etdi. Bu yazılar Əhdi-Cədid adlandırılmağa 
başlanıldı və tarix boyu xristyan etiqadının əsasını təşkil etdi.  
Xristyanlıqda qəbul olunan vəhy və müqəddəs kitablarla bu cür 
anlam  İslam dinində bu sahədə mövcud olan anlamlarla fərqlidir. 
Müsəlmanlar Quran təlimləri ilə meydana gələn ümmətdir. Onların 
əqidəsinə görə Allah İslam peyğəmbərini göndərdi, Quranı ona vəhy 
etdi və bundan sonra İslam ümməti meydana çıxdı. Amma xristyan-
ların nəzərincə xristyan cəmiyyəti Müqəddəs Ruhun təlimləri, xüsusi 
iman və  İsadakı  İlahi vəhylər barəsində yazdıqları öz kitablarının 
köməkliyi ilə yaranmışdır. Buna görə  də, xristyan cəmiyyəti  Əhdi-


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə