Microsoft Word Dinler cap doc



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə62/113
tarix22.11.2017
ölçüsü2,79 Kb.
#11327
1   ...   58   59   60   61   62   63   64   65   ...   113

 198 
lər  lazımınca yerinə yetirilərsə Allahın əta edə biləcəyi ən böyük ri-
fah və yaxşılıq meydana çıxacaqdır. Bizim əldə etdiyimiz nemətlər 
daimi olacaqdır və malik olmadığımız nemətlər bizə nazil olacaq-
dır.... Bizim nəzərimizcə bu hadisələr kilsənin müqəddəs qanunlarını 
həyata keçirdiyimiz təqdirdə baş verəcəkdir. Bu qanunları bizə təqva-
lı və möhtərəm elçilər, eləcə də Allah sözünə xidmət edənlər çatdır-
mışlar və müqəddəs atalar onlara açıqlama verərək bizim üçün 
qoruyub saxlamışlar.”
1
 
Papalıq məqamı 868-1049-cu illərdə, yəni iki yüz ilə yaxın zəif-
lədi və öz qüdrətini itirdi. Belə ki, o dövrün bəzi Papalarını Avropa-
nın zadəgan ailələrindən olan olan Marusya adlı bir qız Papalığa tə-
yin edirdi. Bu Papalar namünasib şəkildə pozğun və pis insanların 
arasından seçilirdi. Həmən şəxslərin bəzilərinin Marusiya ilə yaxınlıq 
əlaqələri də olmuşdur. O zamanlar Papalıq məqamına çatmaq üçün 
qətl, rüşvət və digər pozğun  əməllərdən istifadə olunurdu. Məsələn, 
doqquzuncu Benedikt 12 yaşında Papa məqamına seçildi və bu mə-
qamda olduğu müddətdə pozğun həyat tərzi keçirtdi. Bu dövr rühani-
lərinin  əksəriyyəti də pozğunluq və  əxlaqsızlıqla məşğul olmağa 
başladılar.  
Papalıq məqamının yenidən təmizlənməsindən və islah edilmə-
sindən sonra onları siyasi qüdrətləri tədricən xristyan şahların qüdrə-
tindən daha çox oldu və Papalar həmən  şahları  nəzarətləri və  fər-
manları altında saxlamağa başladılar. Roma Papası Üçüncü İnnoken-
tin (1198-1216-cı illərdə Papa olmuşdur) İngiltərə padşahının sualla-
rına cavab olaraq ünvanladığı məktubda bu üstünlüyün şahidi ola bi-
lərsiniz: 
“Allahın bəndələrindən biri olan Yepiskop İnnosentdən xristyan-
lıqdakı sevimli oğlu, canı,  İngiltərənin məşhur padşahı  və onun qa-
nun, azadi varislərinə əbədiyyətə qədər salam olsun. 
Şahlar şahı və ağalar ağası! Əbədiyyətə qədər ən yüksək mərtə-
bəli kahin kimi qalacaq İsa Məsih kilsə səltənətini və kahinliyini elə 
                                                 
1
 R. Schoel, Corpus Iuris Civilis, vol III, Novellae (Berlin, 1912) pp.35-36 


 
199
bir şəkildə təsis etmişdir ki, onlardan biri kahinlərin səltənəti və di-
gəri padşahların səltənəti olmuşdur. Musa Tövratda (Xuruc 19:6) və 
Petrosun birinci məktubu(2:5-10) qeyd etdikləri kimi. O, bir nəfəri 
hamıdan yüksəyə qaldırdı və onu özünün yer üzərindəki xəlifəsi təyin 
etdi ki, bütün dizlər, istər göylərdəki, istər yerdəki və istərsə də yerin 
altındakı məxluqların dizləri İsa üçün qatlansın. Buna görə də, hamı 
onun xəlifəsinə itaət etməlidir və bir başçının və çobanının olmasına 
çalışmalıdır. Yer üzərində mövcud olan bütün şahlar Allahın xətrinə 
bu xəlifəyə və canişinə hörmət qoymalıdırlar və ona baş əymədikləri 
təqdirdə onların hakimiyyətinin düzgünlüyü sual altına düşməlidir.  
Əziz və sevimli oğlum! Siz bu məsələyə ağıllı tərzdə yanaşdınız 
və şahların ürəklərini əlində saxlayan və onları istədiyi şəkildə idarə 
edən Allahın rəhmanlığından ilham alaraq öz məmləkətinizin dünyəvi 
işlərini mənəviyyat baxımından onun rəiyyətlərindən olan bir kəsə 
təslim edəsiniz. Beləliklə də, padşahlıq və kahinlik ruh və bədən kimi 
xeyirli işləri görmək və böyük amalları həyata keçirmək üçün Məsi-
hin canişini olan bir şəxsdə birləşəcəkdir. (İsa) çox qeyri-adi bir iş 
görmüşdür..... Qədim zamanlardan belə müqəddəs Roma kilsəsini öz 
mənəvi işlərinin hakimi kimi təyin edən məmləkətlər indi kilsəni özlə-
rinin dünyəvi işlərinin hakimi kimi də təyin etmişlər. Siz layiqli xid-
mətçi kimi Allah tərəfindən bu məqama seçilmisiniz. Siz Allaha, onun 
Petros, Pavlos kimi elçilərinə,müqəddəs Roma kilsəsinə, bizə  və bi-
zim canişinlərimizə ildə yüz min mark
1
 ödəmək yolu ilə özününzün, 
İngiltərə və İrlandiyanın hüquq və hörmətini, eləcə də saray əhlinin 
gücləndirilməsi sahəsindəki  əzmkarlığınızı nümayiş etdirmisiniz. Siz 
öz ehtiramınızı bildirdiyiniz məktuba qızıl möhürünüzü də qoymusu-
nuz ki, bizim haqqımız və mülkiyyətimiz olsun. Məktubun mətni eynilə 
belədir....”
2
 
Papaların və xristyan hökümdarların qüdrətlərinin enişli-yoxuşlu 
tarixi və bu sahədə meydana çıxmış qarşıdurmalar orta əsrlər tarixi-
                                                 
1
 Qızıl pul 
2
 W. Stubbs, Select Charters (Oxford, Clarndon, 1885) 


 200 
nin böyük hissəsini əhatə etmişdir. O dövrdə yazılmış siyasi yazılarda 
belə bu barədə geniş söhbətlər açılmış və katolik Roma kilsəsindən
yaxud müqəddəs Roma padşahlığından hansı birisinin daha üstün ol-
ması barədə nəzərlər söylənilmişdir.  
On üçüncü əsrdə müqəddəs Tomas Akvinas (1274-cü ildə vəfat 
etmişdir) “İlahiyyatın xülasəsi” adlı kitabında kilsənin ifa etdiyi rolu 
dəstəkləmişdir və on dördüncü əsrdə yaşamış Dante “Səltənət barə-
sində” adlı kitabında imperatorla Papanın birgə nəzarəti altında olan 
vahid xristyanlıqdan söz açır.  
 
15-2. Papa məqamı uğrunda olan çəkişmələr 
İmperator Dördüncü Filipin təzyiqləri nəticəsində 1309-cu ildə 
Papanın qərargahı İtaliyanın Roma şəhərindən Fransanın Avinyon şə-
hərinə köçürüldü və bu vəziyyət 1377-ci ilədək, yəni  təxminən yet-
miş il davam etdi. Bu hadisəni Yəhudilərin eradan əvvəl 6-cı  əsrdə 
Babilistandan qovulmasına bənzədərk “Papaların Babilsayağı qovul-
ması” adlandırdılar.  
Papaların qərargahı yenidən Romaya qaytarılanda Avinyondan 
yeni Papalar meydana çıxdı və onları sonralar Anti-Papa adlandırmağa 
başladılar. Bu məsələ tarixdə “Böyük parçalanma” kimi qeyd olun-
muşdur və 1377-ci ildən 1417-ci ilədək, yəni qırx il davam etmişdir. 
15-ci əsrin əvvəllərindən qarşıdurmaların və çaxnaşmaların güc-
lənməsi nəticəsində katoliklərin kilsəsində üç Papa rəqabət etməyə 
başladı. Çünki, Roma Papası On ikinci Qriqori, Avinyonun Anti-Pa-
pası Üçüncü Benedikt və  İmperatorun Papa kimi təyin etdiyi iyirmi 
üçüncü Jan Papalığa iddialı idilər. Beləliklə də, xristyanlıq üç iddiaçı 
ilə üzləşdi və onların hər birisi iki rəqibinin səhv, özünün haqq və 
düzgün olduğunu bildirirdilər. Bu və digər məsələlərə baxmaq, onları 
araşdırmaq məqsədilə yaradılmış Konstans Şurası (1414-1418-ci il-
lərdə) hər üç iddiaçını bu mıqamdan uzaqlaşdıraraq Beşinci Martini 
Papa elan etdi və bununla da “Böyük parçalanma” sona çatdı.  
Bu zaman kəsiyində güclü Papalar meydana çıxdı  və onların ən 
tanınmışı Altıncı Aleksandr idi. Altıncı Aleksandrın böyük əxlaqi 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə