Microsoft Word Dinler cap doc



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə64/113
tarix22.11.2017
ölçüsü2,79 Kb.
#11327
1   ...   60   61   62   63   64   65   66   67   ...   113

 204 
17. Əhdi-Cədid 
Xristyanların müqəddəs kitabı iki hissədən ibarətdir: Əhdi-Cədid 
və Əhdi-Ətiq. Bu müqəddəs kitabların belə adlandırılmasının səbəbi 
Allahu-Taalanın insanla iki dəfə  əhd-peyman bağlaması olmuşdur. 
Biri köhnə əhd-peymandır və o Həzrəti İsa Məsihdən (ə) öncə yaşa-
mış başqa peyğəmbərlərlə bağlanılmışdır. Bu əhd-peymanda yaxşı və 
pis vədələrin, qanunların və şəriətin köməkliyi ilə nicat tapmağın bəzi 
yolları müəyyənləşdirilmişdir. Köhnə  əhdin, yəni Əhdi-Ətiqin tərəf-
darları Bəni-İsrail olmuşlar. İkincisi yeni Əhd-peymandır və Allahu-
Taala onu Həzrət  İsa Məsihə  və onun tərəfdarlarına nazil etmişdir. 
Yeni  Əhddə nicatın yalnız məhəbbət yolu ilə  əldə olunması müəy-
yənləşir. Belə ki, onların nəzərinə görə Allah insan cildində görsənir
insan övladının günahlarını öz üzərinə götürür, çarmıxa çəkilmə əza-
bına dözərək bütün günahların müqabilində qurbana çevrilir. Tarixə 
nəzər salsaq görərik ki, belə düşüncə ağıl və məntiqlə üst-üstə düşmə-
məsinə baxmayaraq xristyanlığın  əsasını qoymuşdur. Yühənna 
İncilində bu sözlər qeyd olunmuşdur: 
“Allah bu dünyada o qədər məhəbbət bəslədir ki, öz yeganə oğ-
lunu göndərdi və ona iman gətirənlərin həlak olmamasını, əbədi hə-
yata qovuşmalarını buyurdu. Çünki, Allah öz oğlunu yer üzünə mü-
hakimə etmək üçün göndərməmişdir, əksinə onun vasitəsilə dünya ni-
cat tapsın. (Yühənna 3:16-17) 
Müqəddəs kitabın Köhnə Əhd barəsində olan hissəsi Əhdi-Ətiq 
və yeni Əhd barəsində olan hissəsi Əhdi-Cədid adlandırılır. Həqiqət-
də isə  Əhdi-Ətiq Yəhudilərin səmavi kitabıdır və xristyanlar həmən 
kitaba hörmət göstərərək onu öz kitablarının önündə yerləşdirmişlər.  
Xristyanların nəzərincə Allahın bəşər əhli ilə bağladığı iki əhd-
peyman mahiyyət baxımından bir-biriləri ilə ixtilafdadır və iki müx-
təlif yolla ərsəyə gəlmişdir. Əhdi-Əiq Həzrət İsadan (ə) öncə yaşamış 
peyğəmbərlərin vasitəsilə şıfahi yolla bəyan edilmişdir, halbuki, Əh-
di-Cədid Həzrət İsanın (ə) vasitəsilə insanlara çatdırılmışdır. Bu çat-


 
205
dırılma şifahi bəyanla məhdudlaşdırılmamışdır və ilahi qüvvənin in-
san formasına düşməsi yolu ilə insanların arasında yaşamaq yolu ilə 
həyata keçirilmişdir. Elə bu səbəbdən də, xristyanların nəzərincə bu 
əhd-peymanın bağlanılması zaman Allah iyirmi əsr bundan öncə in-
san cildinə girərək İsa adlı bir şəxsin daxilində qərar tapmışdır. Xrist-
yanlar arasında çox yayılmış bir cümlə kimi istifadə etsək; “Kəlmə 
cismə çevrildi”. “Kəlmə” (Logos) sözü xristyan ilahiyyatında  ən 
qədimi fəlsəfi terminlərdən biri kimi qəbul olunur.  
Xristyanların nəzərincə Allahın insanlar üçün bəşər formasında 
təcəssüm etməsi  şəriət barəsində, halal-haram barəsində söz açmaq 
üçün olmamışdır, əksinə Allah insan formasında təcəssüm edilməsin-
dən sonra özünü insanların günahları yolunda özünün qurban vermək 
istəyirdi. Tarixə diqqət yetirsək bu düşüncə tərzinin xristyanların dini 
düşüncələrinin əsasını təşkil etməsinin şahidi olarıq.  
Əhdi-Ətiqlə  Əhdi-Cədid arasındakı  fərqi sizin diqqətinizə çat-
dırmaq istərdim. Əhdi-Ətiqdə şəri məsələlər, dinin əhkamlar və hansı 
işlərin görülməsi, hansı  işlərin yerinə yetirilməməsi barəsində söz 
açılır. Məsələn hansı  işin görülməsinə icazə verilməsi, hansı  işlərin 
qadağan buyurulması, hansı ətin halal və hansı ətin haram olması və 
s. kimi məsələlərə işarə edilir. Amma, Əhdi-Cədiddə belə məsələlər  
mövcud deyildir. Bu kitabda Allahın insanlara olan məhəbbəti üzün-
dən insan cildində  təcəssüm etməsi və bir müddətdən, yəni qısa və 
əzablı həyat yaşadıqdan sonra bəşəriyyətin günahları yolunda çarmı-
xa çəkilərək qətlə yetirildi.  
Xristyanlar bu sahədə  “Şəhid” və  “Şəhidlik” sözündən istifadə 
etməyə daha çox təkid göstərirlər. Onların iddiasına görə Həzrət İsa 
(ə) “Qurban” edildi və insanların günahlarının bağışlanması yolunda 
fədakarlıq edərək özünü qurban verdi. Qeyd etmək lazımdır ki, dün-
yada mövcud olan bütün cəmiyyətlərdə olduğu kimi xristyan cəmiy-
yətində  də  şəhid məfhumu mövcuddur və  həvarilər kimi tanınan ilk 
xristyanların  əksəriyyəti  şəhid adlandırılırlar. Amma Həzrət  İsa (ə) 
barəsində bu sözdən istifadə etmirlər.  
Əhdi-Cədid Yunan dilində qələmə alınmışdır. Əhdi-Cədidin baş-
lanğıcında dörd incil qeyd olunmuşdur.  İncil sözü Yunan dilində 


 206 
“müjdə” mənasını verir, Səmavi mələkutun yaxınlaşması münasibə-
tilə müjdə.  
Əhdi-Cədidin hamısı xristyanlar tərəfindən qəbul olunur və on-
ların arasında Epokrifa mövcud deyildir. Qeyd etmək lazımdır ki, 
Əhdi-Cədid barəsindəki epokrifa kitabları  Əhdi-Ətiq sahəsindəki 
epokrifa kitablarından daha çoxdur. Amma elə ilk iki-üç əsrdə xrist-
yanlar yavaş-yavaş Əhdi-Cədid sahəsindəki bütün kitabları ətrafında 
vahid məxrəcə gəldilər.  
Müqəddəs kitab dəfələrlə dünyanın müxtəlif dillərinə  tərcümə 
olunmuşdur və bu kitabın dünyanın hər yerində yayımlanması sahə-
sində müxtəlif təşkilatlar mövcuddur. Onlardan biri 1804-cü ildə 
Londonda təsis edilmiş “Müqəddəs kitablar üzrə agentlik”-dir. Bu 
agentliyin dünyanın müxtəlif ölkələrində nümayəndəlikləri də vardır. 
YUNESCO
1
-nun illik hesabatlarına və statistik məlumatlarına əsasən 
xristyanların müqəddəs kitabları dünyadaən çox çap olunan və ya-
yımlanan kitabdır. Marksizmin süquta uğramasından öncə Marksizm 
barəsində mövcud olan kitablar ən çox satılan kitab idi. Müqəddəs 
kitablardan sonra ən çox satılan kitablar nağıl və hekayə kitablarıdır.  
Əhdi-Ətiq və Əhdi-Cədid kitablar toplusu 66 kitabdan ibarətdir:  
Əhdi-Ətiq 39 kitabdan ibarətdir və onun mündərəcatı  yəhudilik bö-
lümündə sadalandı. Əhdi-Cədid 27 kitabdan ibarətdir və onlar mövzu 
baxımınan dörd hissəyə bölünürlər: 
1.  İncillər 
2.  Həvarilərin işləri 
3.  Həvarilərin məktubları 
4.  Apokolipsis və vəhylər 
 
17-1. İncillər 
Həzrət  İsanın (ə) dostlarının və davamçılarının böyük əksəriy-
yəti O Həzrətin həyatını  və  dəyərli sözlərini yazmağa başladılar. 
                                                 
1
 YUNESCO  və Birləşmiş Millətlər Təşkilatının digər bölmələri (Əsas qərar qəbul 
edici Təhlükəsizlik Şurasından başqa) müstəqil şəkildə fəaliyyət göstərirlər və onla-
rın yaradılmasındakı əsas məqsəd müqəddəs və böyük arzular olmuşdur.  


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə