Microsoft Word Dinler cap doc



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə61/113
tarix22.11.2017
ölçüsü2,79 Kb.
#11327
1   ...   57   58   59   60   61   62   63   64   ...   113

 
195
nın zamanınadək davam etdi. Məsələn, 4-cü əsrin sonlarında Roma 
imperatoru Teodosius Milan şəhərində keçirilən Pasxa bayramında 
kilsəyə daxil olarkən Müqəddəs Embros şəxsən özü Salonik əhalisi 
ilə pis davrandığına və əli günahsız insanların qanına bulandığına gö-
rə onun kilsəyə daxil olmasına icazə vermədi və tövbə etməyəcəyi 
təqdirdə kafir elan ediləcəyini bildirdi. İmperator səmimi şəkildə töv-
bə etdi və müqəddəs Embros onun tövbəsini qəbul etdi.  
 
15. Papalar 
Amma vəziyyət belə davam etmədi və Jan Jak Russo vəziyyətin 
dəyişməsi barəsində vurğuladığı sözlər çox maraqlıdır: 
“Bütpərəstlərin qorxduğu hadisə baş verdi. Hicablı  və  məzlum 
xristyanlar öz davranışlarını dəyişdirdilər. Qısa zaman ərzində axirət 
səltənəti kimi adlandırılan səltənət zahirpərəst və maddiyyatçı başçı-
nın hakimiyyəti altında ən kəskin istismarçı və dünyəi səltənətə çev-
rildi.
1
 
Kilsə yavaş-yavaş güclənirdi və siyasətə müdaxilə etməyə baş-
layırdı. Zaman ötdükcə kilsənin siyasi müdaxilələrinin təsiri də artır-
dı. 800-cü ildə xristyanların rəhbəri olan Papa Fransa şahı Şarlmanın 
tacqoyma mərasimini keçirtdi və bununla da “Müqəddəs Roma İmpe-
riyasının” təməlini qoydu. Bu zamandan sonra xristyan ruhanilərinin 
siyasətə birbaşa və kobud müdaxiləsi başlanıldı. Xaç yürüşləri və İn-
kivizisiya məhkəmələri də bu dövrdə meydana çıxdı. Bu müdaxilə 
1806-cı ilə qədər davam etdi.  
Dini liderlər Həzrət  İsanın (ə) tövsiyəsinin tam əksinə olaraq 
“Ata”-“Papa” adını üzərilərinə götürdülər. Yepiskop və keşiş kimi lə-
qəblər də onların arasında kəskin  şəkildə çoxalmağa başladı. Roma 
şəhərinin Yepiskopu Papa adlandırılırdı və Yunan dilində bu ata mə-
nasını kəsb edirdi. Bu sözün Fransız dilindəki tələffüzü “Pap” idi. 
                                                 
1
 İctimai saziş, dördüncü kitab, 8-ci fəsl 


 196 
İndiyə qədər 260-dan artıq Papa Katolik xristyanların rəhbərliyi-
nə nail olublar. Bir neçə müxalif Papa da mövcud olmuşdur və Onları 
“Antipope” yəni, Antipapa adlandırmışlar. Bir neçə  nəfərin Papa və 
yaxud Antipapa olması ixtilaflı məsələ kimi qalmışdır. Bəzən Papalar 
boyunlarından daim asılmış xaçdan əlavə  kəmərlərin iki ədəd qılınc 
bağlayırdılar. Halbuki, tarixdə  kəmərinə iki qılınc bağlayan höküm-
dar və şah belə olmamışdır. Papalar digər rəhbərlər kimi üç hissəyə 
bölünürlər; bəziləri təqvalı, bəziləri orta təqvalı və bəzilər də pozğun 
olmuşlar. 896-cı ildə Roma Papası altıncı Stefan neçə ay öncə basdı-
rılmış sabiq Papa Formosusun cənazəsinin qəbirdən çıxarılması əmri-
ni verdi. Ölmüş Roma Papasını qəbirdən çıxararaq müttəhimlər kür-
süsündə oturtdular və mühakimə etdərək cəzalandırılması hökmünü 
çıxartdılar. Cəzaya uyğun olaraq onun burnunu və qulaqlarını kəsdi-
lər, bir neçə hissəyə parçaladılar və Romadan keçən Tibr çayına atdı-
lar. Bir müddətdən sonra rahiblərdən biri cənazənin hissələrini topla-
yaraq basdırdı. Roma Papası altıncı Aleksandrın (1492-1503) həyata 
keçirdiyi pozğunluqlar və  dəhşətli  əməllər tarixdə çox məşhurdur. 
Amma bu işlərin heç birisi dünya katoliklərinin belə Papaları Antipa-
palar kimi tanımasına səbəb olmadı.  
Papa olmaq müddətli deyildir və ömürünün axırınadək davam 
edir. Papa dünyasını  dəyişəndə “Kardinal” adlandırılan yüksək mə-
qamlı Yepiskoplar yeni Roma Papasının seçilməsi üçün Vatikanda 
bir araya gəlirlər və Papanın kim olması barəsində məşvərət aparırlar. 
Lazımi qədər səs toplanıldıqda rəy kağızları xüsusi samanla birlikdə 
yandırırlar və  məxsusi tüstü borusundan üğ tüstü çıxır. Tüstü boru-
sundan ağ tüstünün çıxması yeni Papanın seçilməsini insanlara çat-
dırmaq mənasını daşıyır. Bir müddətdən sonra Kardinallardan biri 
eyvana çıxaraq qaydaya uyğun olaraq Latın dilində bu sözləri söy-
ləyir: “Habemus Papam”, yəni “Bizim Papamız var”. Bu sözdən son-
ra yeni Papanın adını söyləyir. Tanıdılma mərasiminin başa çatma-
sından sonra yeni Papa eyvana çıxaraq insanları əlinin yelləyərək sa-
lamlayır. Amma lazımi qədər səs toplanılmadıqda rəy kağızları xüsu-
si otla yandırılır və tüstü borusundan boz tüstü çıxır. Bu işarə insan-


 
197
lara yeni Papanın hələ seçilmədiyini və müzakirələrin davam etdiyini 
çatdırır.  
Artıq min ildir ki, Papalar seçiləndən sonra öz adlarını dəyişdi-
rirlər. Bu müddət ərzində Papaların iyirmi üç nəfərinin adı “Jan” və 
altı  nəfərinin adı “Pol” olmuşdur. Roma Papası iyirmi üçüncü Jan 
1963-cü ildə dünyasını  dəyişdi və altıncı Pol onun yerinə keçdi. 
Onun 1978-ci ildə vəfat etməsindən sonra seçilən Papa tarixdə ilk də-
fə olaraq adını “ Birinci Jan Pol” qoydu. O bu addımı ilə özündən ön-
cə olan hər iki Papanın yolunu davam etdirmək istədiyini bildirdi. 
Amma, bu Ropma Papası 28 gündən sonra dünyasını dəyişdi və Pol-
şalı Kardinal Karol Voytila Papa seçildi və özündən öncə olan üç 
Papaya hörmət  əlaməti olaraq özünü “İkinci Jan Pol” adlandırdı. 
İkinci Jan Pol katolik kilsənin ən məşhur Papalarından biri kimi tari-
xə düşdü. O, 27 illik Papalıq dövründə dünyanın müxtəlif ölkələrinə 
yüzdən çox səfərlər etdi. Qeyd etmək lazımdır ki, İkinci Jan Polun 
Papa seçilməsindən sonra Roma Papası olmaq inhisarçılığı İtaliyanın 
əlindən çıxdı və o ilk qeyri-İtaliyalı Papa oldu.  
 
15-1. Papa və İmperator 
528-565-ci illərdə  Şərqi Romanın imperatoru olmuş Yustinyan 
din və dövlət arasındakı əlqəni belə qeyd edir: 
“Kilsə  və  İmperatorluq Allahın öz tükənməz rəhmətilə  bəşəriy-
yətə bəxş etdiyi ən böyük nemətlərdəndir. Kilsə ilahi məsələlərlə məş-
ğul olur və imperatorluq insanların işlərinə nəzarət və onlara başçı-
lıq etmək üçün nəzərdə tutulur. Bunların hər ikisi eyni yerdən qay-
naqlanır və  bəşəriyyəti irəliyə doğru hidayət edir. Elə bu səbəbdən 
də, İmperatorlar üçün onların rifahı üçün dua edən keşişlərə hörmət 
və ehtiram etməkdən mühim iş ola bilməz. Əgər kilsə hər yerdə eyib-
siz çalışarsa və imperatorluq Allaha tam arxalanaraq ədalət və insaf-
la dövləti idarə edərsə, hamıya müsbət təsir göstərəcəkdir və bütün 
yaxşılıqlar insanlara nazil olacaqdır. Deməli, biz ilahi məsələləri 
təlim etmək və kilsənin hörmətini qorumaq üçün daha diqqətli olma-
lıyıq və bu məsələyə əhəmiyyət verməliyik. Əgər qeyd olunan məsələ-


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə