Microsoft Word Dinler cap doc



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə59/113
tarix22.11.2017
ölçüsü2,79 Kb.
#11327
1   ...   55   56   57   58   59   60   61   62   ...   113

 
189
Yühənnanın sözlərinə əsasən Həzrət İsa (ə) həbs edilərkən düş-
mənlərindən biri ona möhkəm sillə vurdu. O Həzrət dərhal etiraz edə-
rək dedi: “Nəyə görə məni vurursan?” (Yühənna 18:22-23).
1
  
Eləcə  də  Həzrət  İsanın (ə) “şər insanlara müqavimət göstərmə-
məyi” deməsinə baxmayaraq O Həzrətin  şagirdləri bu sözlərin öz 
şəxsi məsələlərinə aid olduğunu bildirirlər və zülmkarların müqabi-
lində həmişə müqavimət göstərirdilər. (Bu müqavimət və mübarizə-
lərin  şərhi “Həvarilərin işləri” kitabında qeyd olunmuşdur). Onlar 
padşahların və dinin düşmənlərinin müqabilində müqavimət göstər-
mək üçün Allahın dərgahına əl açaraq belə dua etdilər: 
“Ey Allah! Sən göyü, yeri, dənizi və onlarda olan hər şeyi yara-
dan Allahsan.... Sən öz müqəddəs bəndən olan İsanı məsh etdin. Hi-
rodis və Pontius Pilatos İsrail ümmətləri və qövmləri ilə bir araya 
gələrək sənin təqdir buyurduğun hadisəni həyata keçirdilər.  İndi ey 
Allah sən onların hədələrinə nəzər yetir və öz bəndələrinə sənin kə-
lamınla söz demələrini əta et.” (Həvarilərin işləri 4:24-29) 
 
10. Kilsənin yaranması 
Barəsində Əhdi-Cədiddə söz açılan Xristyan icması “Həvarilərin 
kilsəsi” adlanırdı və bu sözü deməkdə məqsəd elçilərin və xristyan-
ların birinci nəslidir. Bu icma təxminən 30-100 illərə, “Gül yağışı 
bayramından” müqəddəs kitabın sonuncu bölməsinin hazırlandığı 
vaxta qədər olan zaman kəsiyini əhatə edir. 
Birinci Xristyan icması belə olmuşdur: 
“(Yeni Xristyanlar) elçilərin təlim olunmasında, onların çörək 
sındıraraq dualar oxumalarında ehtiyat edirdilər. Bütün insanlar 
qorxdu və elçilərin əlindən bir çox möcüzələr gəlirdi. Bütün imanlılar 
birlikdə yaşayırdılar və hər şeydə şərik idilər. Onlar bütün mal-mülk-
                                                 
1
 Eləcə  də Hollandiyalı filosof Espinoza İncildə qeyd olunmuş bu sözü özünün   
“İlahiyyat və siyasət barəsində tezis” əsərinin yeddinci fəslində çox gözəl açıqlayır 
və siz oxuculara bu dəyərli sözləri oxumağı məsləhət görürəm. 


 190 
lərini satdılar və hər kəsə ehtiyacı olduğu qədər verdilərHər gün mə-
bəddə bir ürəyə bağlanırdılar və evlərdə çörək kəsirdilər, yeməyi 
xoşluqla,  sadəliklə yeyirdilər, Allaha şükrlər oxuyurdular və bütün 
insanlar arasında çox hörmətli olurdular. (Həvarilərin işləri 2:42-47) 
Bu izzət və böyüklük çox uzun çəkmədi və zaman ötdükcə öncə 
Yəhudilər və sonra da Roma imperatorları düşmən olmağa başladılar.  
Urşəlimdə Həvari Yaqub tərəfindən əslən Yəhudi olan Xristyan-
lardan ibarət icma yaradıldı və həmin icmaya üzv olan şəxslərin sayı 
həm Urşəlimdə, həm də Fələstinin digər ərazilərində artmağa başladı. 
Pavlos və Barnaba adlı digər Həvarilər “müjdəni” digər qeyri-Yəhudi 
qövmlərə də çatdırdılar.  
Bu hadisədən sonra kilsə üçün ilk problem meydana çıxdı və bu 
promlem ondan ibarət idi ki, xristyanlığı yenicə  qəbul etmiş bütpə-
rəstlər xristyanlığı qəbul etməmişdən öncə Yəhudi dinini qəbul etmə-
lidirlər, ya yox? Pavlosun nəzərincə Allah İsanı ölülərin arasından 
qaldırıb və bu əməlilə xilas üçün yeni dövr yaradıb. Buna görə  də, 
bundan sonra xristyanlar Yəhudi şəriyyətinə boyun əymək məcburiy-
yətində deyillər. 
Bundan sonra Roma imperiyasının hər yerində Həvarilərin büt-
pərəstləri xristyan etmək fəaliyyətləri daha da gücləndi və qeyri-
Yəhudilikdən xristyanlığa gəlmişlərin sayı kilsədə  əksəriyyət təşkil 
etməyə başladı. Xırda mömin icmaları Suriyadan tutmuş Misirə  qə-
dər imperiyanın bütün şəhərlərində, daha sonra Anadoluda, Yunanıs-
tanda və sonda İtaliyada yaranmağa başladı. Klassik deyimlərə  əsa-
sən Petros ilk olaraq Urşəlimdə, sonra Antakyada və sonda Romada 
elçilər icmasının başçısı seçildi və o İmperator Neronun zamanında 
Romada edam edildi.  
 


 
191
11. Xristyanlığın yayılması 
Dinin inkişafında və genişlənməsində iki amil əsas rol oynayır: 
birincisi, əzablara dözmək və ikincisi təbliğ. Din kənara qoyulduqda 
məhv olur. 
Xristyanlar təxminən 300 il böyük əzab-əziyyətlər çəkdilər və 
bu yoldu saysız-hesabsız şəhidlər verdilər. Xristyanlığın əsası da elə 
bu 300 il ərzində qoyuldu və müxtəlix xalqları bu dinə dəvət etmək 
sahəsində də böyük uğurlar əldə olundu. Roma imperiyasında xrist-
yanların sayının durmadan artması nəticəsində 4-cü əsrin əvvəlrində 
həmin imperiyanın rəsmi dini kimi qəbul edildi. Geniş təbliğat işləri 
nəticəsində isə dünyanın bir çox yerlərində genişlənməyə başladı. 
Bəzi dinlərdə, o cümlədən Yəhudilikdə təbliğ yoxdur və davam-
çıların sayının çoxalmasına vacib məsələ kimi baxılmır. Amma, İs-
lam və Xristyanlıq kimi dinlərdə təbliğ  məsələsinə böyük önəm ve-
rilir. Xristiyan təbliğatçılarından ibarət heyətlər qədim zamanlardan 
dünyanın müxtəlif ölkələrinə səfər edərək bu dini hər yerdə yaymaqla 
məşğul oldular. Eləcə də, son əsrlərdə qərb mədəniyyətinin çiçəklən-
məsi, istismarçılığın və  mədəniyyət hücumunun başlaması  nəticə-
sində Xristyanlıq şərq ölkələrində də geniş yayılmışdır.  
 
12. Kəlami ixtilafların yaranması 
Sonda Xristyanlıq Roma imperiyasının hər yerinə yayıldı və dini 
mütəfəkkirlər Həzrə  İsa (ə) ilə Allah arasındakı  əlaqənin necəliyini 
açıqlamaq məqsədilə fəlsəfi terminlərdən, həmin dövrdə geniş yayıl-
mış anlamlardan yararlanaraq xristyanlıq dininin ilahiyyat elmini 
meydana çıxartdılar.  
İlkin xristyanlar Nastik düşüncə tərzinin təsiri altına düşərək İsa-
nın (ə) insan olmasını inkar etməyə başladılar. Nastiklər onun bəşə-


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə