Microsoft Word Dinler cap doc



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə56/113
tarix22.11.2017
ölçüsü2,79 Kb.
#11327
1   ...   52   53   54   55   56   57   58   59   ...   113

 180 
Pak İmamların, İslam alimlərinin buyurduqlarına və qərb tədqi-
qatçılarının bilrdiklərinə əsasən xristyanların hal-hazırki dini etiqad-
ları Pavlosun fəaliyyətlərinin və təbliğatının bəhrəsidir. 
O, Koloslulara yazdığı  məktubda 1:15 İsa Məsihi (ə) “Yaradıl-
mışların ilk yaradılmışı” kimi adlandırmasına baxmayaraq Filipililərə 
olan məktubda 2:1-11 belə yazır:  
“(İsa) Allahla bərabər olmağı özü üçün qənimət bilmədi və bən-
də surətinə girərək insanlara oxşadı.  İnsan simasına düşdüyü üçün 
təvazökar oldu və çarmıxa çəkilib ölənə qədər itaət etdi.......” 
Pavlosun həyatı  və düşüncələri Həvarilərin işləri kitabında və 
onun öz məktublarında mövcuddur. Eləcə də, Barnaba (Varnava) İn-
cilinin başlanğıcında və sonunda o olduqca sərt  şəkildə  tənqid olu-
nur.
1
 Bəzi  İslami hədislərdə  də Pavlos xristyanların yollarını azması 
məsuliyyətini daşıması qeyd olunmuşdur.  
Qeyd etmək lazımdır ki, Pavlos 64-67-ci illərdə Romada qətlə 
yetirilmişdir. Tarixçilərin nəzərincə Xristyanlığın genişlənməsində 
Pavlosun rolu olduqca əhəmiyyətlidir, amma xristyanlar Müqəddəs 
Ruhun daha böyük rola malik olduğunu vurğulayırlar.  
Bir çox tarix kitablarında elçilər barəsində söhbət açılmamışdır.  
 
9. İnqilabçı İsa 
Məsihanın siyasi-ilahi ideologiyası Həzrət İsa Məsihin (ə) sima-
sında təcəssüm tapmışdır. İncilləri mütaliə etdikdən sonra Həzrət İsa-
nın (ə) inqilabçı bir insan və  məzlumların zalımlar üzərində  qələbə 
çalması üçün çalışan bir şəxs olduğunu tam şəkildə dərk edirik. Unut-
mayaq ki, xristyanlar lap əvvəldən belə onun fəaliyyətinin ilahi bir iş 
olmasını  və  bəşəriyyətin günahlarının qarşılığı olaraq qətlə yeti-
rildiyini bildirdilər. Onlar Həzrət  İsanı  (ə) inqilabçı bir şəxs qeyd 
                                                 
1
 Xristyanlar Barnaba İncilini qəbul etmirlər 


 
181
etməyi sevmirlər. İndi diqqətinizə O Həzrətin inqilabçı və siyasi işlə-
rindən bir neçəsini çatdıracağıq: 
 
9-1. Düşmən təşkilatlarına təsiri 
Həzrət  İsa (ə) dəfələrlə öz davamçılarından onu insanların ya-
nında inkar etməməsini istəməsinə baxmayaraq (Matta 10:33 və...), 
öz müqəddəs məqsədlərinə çatmaq məqsədilə öz şagirdlərindən 
birinə tanınmamaq  şərtilə  Yəhudi  şurasına (Sanhadrinə) getməsini 
tapşırdı. Heç kim həmin şagirdin Yəhudi şurasında iştirak etməsinin 
və Həzrət İsanı (ə) inkar etməsinin bilməsə də həmin şəxsin şuranın 
çıxardığı  qərarları  və  Yəhuda Esxaryutanın xəyanətini O Həzrətə 
çatdırmasını anlamaq olar.  
Sonda Həzrət İsa Məsih (ə) zahirən həbs olunub çarmıxa çəkil-
dikdən sonra, elə bir qorxulu şəraitdə və bütün şagirdlərin qorxudan 
qaçıb gizlədiyi halda o hakimin yanına getdi və  Həzrət  İsa Məsihin 
(ə) cəsədini ondan aldı və böyük təntənə ilə torpağa tapşırdı.  
İncil yaznlar onu belə təsəvvür edirlər: 
Rama sakini olan Yusif adlı dövlətli bir şəxsdir. O da İsanın 
şagirdlərindən idi. (Matta 27:57-60) 
Rama sakini olan Yusif adlı  şərafətli,  şura üzvlərindən və eyni 
zamanda İlahi Mələkutun intizarında olan bir şəxs. (Mark 15:43) 
Şura üzvlərindən olan Yusif adlı bir şəxs. Yaxşı və salih bir in-
san idi və onların  əməllərində müdaxilə etmirdi. Yəhudi  şəhərlərin-
dən biri olan Rama şəhərinin  sakini idi. O da İlahi Mələkutun intiza-
rında idi. (Luka 23:50-53) 
Yusif Ramadan və İsanın şagirdlərindən idi, amma Yəhudilərin 
qorxusundan gizli yaşayırdı (Yühənna 19:38) 
 
9-2. Qan içində qüsl 
Həzrət  İsa (ə) həyəcanla dolu moizələrindən birində Allah yo-
lunda şəhidlik arzusunu bəyan etmək üçün “Xaç suyunda qüsl” mü-
qəddəs sözündən istifadə etdi. Qeyd etmək lazımdır ki, “Qan içində 
qüls və xaç suyuna girmək” məcazən şəhid olmaq mənasını kəsb edir. 


 182 
(İslami  ədəbiyyatda istifadə olunan qanla dəstəmaz almaq kimi). 
Mark İncilində (10:38-39) xaç suyuna girmək şəhidlik mənasında is-
tifadə olunmuşdur. İncillərdə suda xaç suyuna girmək və qüsl almaq-
dan əlavə odda və müqəddəs ruhda xaç suyuna girmək də gözə çarpır 
(Matta 2:11, Mark 1:8, Luka 3:16). Qurani-Kərimdə (Bəqərə surəsi 
138-ci ayə) istifadə olunan “Sibğətullah” termini də bəzi təfsir alim-
lərinin nəzərincə “İlahi qüsl” mənasını verir.  
“Mən yer üzərindən od alovlandırmağa gəlmişəm. Elə isə indi 
alovlandığı və tutaşdığı zaman nə istəyirəm? Amma mən bir qüsl et-
məliyəm, onu tapmalıyam və onu tapana qədər böyük çətinliklər içə-
risindəyəm. Siz mənim yer üzərində salamatlıq bəxş etmək üçün gəl-
diyimi düşünürsüz? Xeyr, mən sizə deyərəm: təfriqə üçün! Çünki, bir 
evdə olan bu beş nəfərdən sonra ikisi üçündən və üçü ikisindən ayrı-
lacaq: Ata oğuldan, oğul atadan, ana qızından, qız anasından, bəy 
gəlindən, gəlin bəydən”. (Luka 12:49-53) 
 
9-3. Şəhidlik xaçı (Səlib) 
Xristyanlar Həzrət İsa Məsihin (ə) bəşəriyyətin günahları yolun-
da çarmıxa çəkilməsinə görə xaç işarəsini boyunlarından asırlar. Həz-
rət  İsa (ə) dəfələrlə böyük təkidlə onun əsil davamçısının öz xaçını 
özü ilə daşayan və onun arxasınca gedən şəxs olduğunu vurğulamış-
dır. O Həzrətin bu sözündən aydın şəkildə anlamaq olar ki, xaçın bo-
yundan asılmasının tarixi keçmişi Həzrət İsa Məsihin (ə) hələ həyatda 
olduğu zamana qayıdır və xaçı onun çarmıxa çəkilməsinin nişanəsi 
kimi qəbul etmək yalnışdır. Bu adəti “Özünü inkar” və Allah yolunda 
şəhid olmağa hər an hazır olmaq kimi açıqlamaq lazımdır. Bir çox 
inqilablarda inqilabçıların kəfən geyərək küçələrə  çıxmaları da 
təxminən bu mənanı kəsb edir.  
“Çoxlu sayda insan onunla gedəndə üzünü onlara tərəf çevirə-
rək dedi: “Mənim yanıma gələn insan atasını, anasını, arvadını,  öv-
ladını, qardaşlarını, bacılarını və hətta öz canını özünə düşmən bil-
məzsə  mənim  şagirdim ola bilməz. Öz xaçını götürərək mənim ar-
xamca gəlməyən şəxs mənim şagirdim ola bilməz.” (Luka 14:25-27) 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə