Microsoft Word Dinler cap doc



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə53/113
tarix22.11.2017
ölçüsü2,79 Kb.
#11327
1   ...   49   50   51   52   53   54   55   56   ...   113

 
171
körpəsi danışmağa başlayır və anasına verilən ittihamları puça çıxar-
dır. (Məryəm surəsi, 26-33)
1
 
İncillərdə Həzrət İsanın (ə) həddi buluğa çatdığı illər və gənclik 
yaşları barəsində az məlumat mövcuddur. Yalnız bir yerdə O Həzrətin 
12 yaşı olanda Həzrət Məryəm və Yusiflə Nasirədən ziyarət üçün 
Urşəlimə getməsi, onlardan ayrılaraq Süleyman məbədinin alimləri ilə 
elmi müzakirələrə qoşulması  və  təxminən otuz yaşında qüsl almaq 
üçün Həzrət Yəhyanın (ə) yanına getməsi hadisələri qeyd olunmuşdur.  
İncillərdə “İsanın qardaş və bacılarından” söz açılmışdır. Katolik 
və Ortodoks Xristyanların nəzərincə  Məryəm ömrünün sonunadək 
bakirə qaldı və  bu səbəbdən də Həzrət İsanın (ə) sözün əsil mənasın-
da qardaş və bacılarının olması mümkünsüzdür. Bu səbəbdən, İncil-
dəki həmin kəlamın mənasını  təfsir etmək və açıqlamaq lazımdır: 
İsanın bakirə  Məryəmdən dünyaya gəlməsindən sonra Məryəm və 
Yusif öz birgə  həyatlarını yaşamağa başladılar  və onların övladları 
dünyaya gəldi. Matta İncildən qeyd etdiyimiz hissənin sonunda bu 
iddia təsdiq olunur.  
 
5. Qüsl verən Yəhya 
Həzrət İsa Məsihin meydana çıxmasından bir müddət öncə Bəni 
İsrailin gənc və sevilən peyğəmbərlərindən olan Həzrət Yəhya ibn 
Zəkəriyya (ə) qiyam edərək insanlara moizələr oxumağa başladı. O 
Həzrət insanlara belə buyururdu: “Tövbə edin, çünki səmavi mələkut 
artıq yaxındır”  (Matta 3:2, Mark 1:4 və Luka 3:3) 
Bəni-İsrail nəzərindən Səmavi mələkut onların özləri üçün can-
landırdığı utopik İlahi dövlət mənasını kəsb edir. Elə bu səbəbdən də, 
(İncillərin müxtəlif yerlərində qeyd olunduğu kimi Həzrət Yəhya (ə) 
dəvət məsələlərində böyük nailiyyətlər əldə etmişdi və insanlara bö-
yük təsir göstərə bilmişdi. Belə ki, cəmiyyətin bütün təbəqələrindən 
                                                 
1
 Həzrət Məryəmin (ə) ittiham edilməsi və bu ittihamın aradan götürülməsi məsələsi 
Xristiyanlıqda mövcud deyildir.  


 172 
olan insanlar dəstə-dəstə onun yanına gəlirdilər, tövbə edirdilər və O 
Həzrət onlara qüsl verirdi.  
Tədricən Həzrət Yəhya ilə (ə) Celil vilayətinin zülmkar və qəd-
dar padşahı olan Hirodis Titrarx arasında qarşıdurma yarandı  və bir 
müddətdən sonra Hirodisin əmri ilə O Həzrətin boynunu zindanda 
olarkən vurdular. (Matta 14:1-12, Mark 6:14-29, və Luka 9:7-9) 
 
6. Həzrət İsanın (ə) qiyamı 
İncillərdə qeyd olunduğu kimi Həzrət İsa (ə) təxminən otuz ya-
şında olarkən peyğəmbərliyə çatdı. (luka 3:23). Həzrət İsa (ə) Həzrət 
Yəhyanın (ə) həbs olunması xəbərini eşitdikdən sonra Celil əyalətin-
də yerləşən Nasirə şəhərini tərk etdi və Kefernahum şəhərinə gəldi.  
İsa Celilin hər tərəfini dolandı, Kenaysda təlimə başladı, səmavi 
mələkutun yaxınlaşması barədə moizələr etdi, qövmündə olan bütün 
xəstəlikləri müalicə etdi. O, Suriyada şöhrət tapdı, müxtəlif xəstəlik-
lərə düçar olan insanları, dəliləri, iflicləri onun yanına gətirirdilər və 
O Həzrət onlara şəfa verirdi. Celildən, Dikapolisdən, Urşəlimdən, 
Yəhudiyyədən və  İordaniyanın o biri tərəfindən insanlar onun arxa-
sınca yola düşdülər. (Matta 4:23-25, Mark 1:14-15, Luka 4:14-15) 
Həzrət İsa (ə) da Həzrət Yəhya (ə) kimi səmavi mələkutun ya-
xınlaşdığı barədə  xəbər verdiyi zamanlar insanlarla heç bir problem 
yaşamırdı və camaat onu böyük sevgi ilə dəstə-dəstə qəbul edirdilər 
və iman gətirirdilər. O Həzrətə iman gətirən insanların  əksəriyyəti 
onun tezliklə  “İlahi Utopiya” yaradacağına və özünün də  həmin  şə-
hərin padşahı olacağına inanırdılar. Heç kim, hətta O Həzrətin ən ya-
xın şagirdi Petros belə Allahın Məsihinin məğlub olacağını təsəvvür 
belə etmirdi. (Matta 21:16, Mark 32:8) 
Yəhudi dininin liderləri  Həzrət İsanın (ə) onların “Xilaskar Mə-
sih” qiyamının öhdəsindən gəlməməsini və onların arzularını həyata 
keçirə bilməməsini, eləcə də, onların əxlaqi çatışmazlıqlarına və dav-
ranışlarına qarşı çıxdığını müşahidə etdikdən sonra onunla müxalifət 
etməyə başladılar. 


 
173
Həqiqət bu idi ki, Həzrət İsa (ə) Bəni-İsrailin intizarında olduğu 
İlahi dövləti yaratmağa nail olmadı. Buna görə də O Həzrətin silah-
daşları belə bir iddia irəli sürdülər ki, (birinci) O, bəşəriyyətin günah-
larının qurbanı olmaq üçün gəlmişdi və (ikinci) O, sonuncu hakimlik 
üçün yenidən qayıdacaq. Bu iki məsələ Xristyanlığı əsası oldu. Digər 
tərəfdən isə  Yəhudilər belə bir iddai ilə  çıxış etməyə başladılar ki, 
Bəni-İsrailin utopik dövlətinin Həzrət İsa (ə) tərəfindən yaradılmama-
sı və sonda çarmıxa çəkilməsi onun xilaskar Məsih yox tarixdə say-
sız-hesabsız olan saxta Məsihlərdən biri olduğunu sübuta yetirir.  
Həzrət İsa (ə) mütəmadi olaraq Həzrət Yəhyaya (ə) təriflər yağ-
dırırdı  və müxalifləri ilə söhbətdə o peyğəmbərin gözəl  əxlaqına və 
şöhrətinə istinad edərək onun adından bəhrələnirdi. (Matta 21:23-27, 
Mark 11:27-33, Luka 20:1-8) 
Həzrət  İsa (ə) Həzrət Yəhyanın (ə) işini davam etdirdi və  İlahi 
dövlətin qurulacağı müjdəsini verməyə başladı. O Həzrət möminlərin 
və şagirdlərin təlimini və liderliyini öhdəsinə götürdü, həmin ətrafda 
olan sinoqoqlarda moizələr oxumağa başladı. Luka yazır: “Celil əya-
lətinə qayıtdı və sinoqoqlarda moizələr oxumağa başladı: 
“Allahın ruhu məndədir. Çünki, məni yoxsullara müjdə vermək 
üçün məsh etdi və  qəlbi qırıq insanlara şəfa vermək,  əsirləri azad 
etmək, korları  bəsirət qazanmaları üçün moizə etmək və  əzilməkdə 
olan insanları azadlığa çıxarmaq üçün məni göndərdi.” (Luka 4:18) 
 
7. Həzrət İsanın (ə) fəaliyyətinin sonu 
İncillərin hər dördündə  Həzrət  İsanın (ə) həyatı  və sözlərindən 
bir hissəsi qeyd olunmuşdur, amma onların  əksəriyyəti O Həzrətin 
peyğəmbərlik fəaliyyətlərinə aiddir. Belə ki, O Həzrətin çarmıxa çə-
kilməsi hadisəsi hər dörd İncilin sonunda qeyd olunmuşdur. İncillər-
dən əldə etdiyimiz məlumata əsasən O Həzrət İlahi eşqlə dolu bir za-
hid idi və o zamankı Fələstinin çürümüş və pozğun cəmiyyətini düz-
gün yola hidayət etmək üçün geniş fəaliyyət planı hazırlamışdı. Həz-
rət  İsa (ə) bu işlərini həyata keçirmək üçün bütün səylərini səfərbər 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə