Microsoft Word Dinler cap doc



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə54/113
tarix22.11.2017
ölçüsü2,79 Kb.
#11327
1   ...   50   51   52   53   54   55   56   57   ...   113

 174 
etdi və çox çalışdı, amma O Həzrətin əldə etdiyi uğurlar olduqca az 
idi. Amma, bir neçə şagirdi ilə kilsənin, yəni xristiyan icmasının əsa-
sını qoyduğu üçün ondan sonra, yəni onun şəhadətindən uzun illər 
keçdikdən sonra onun adı ilə bağlı olan din yavaş-yavaş meydana çı-
xaraq güclənməyə başladı.  
Yəhudi dininin liderləri Həzrət  İsanın (ə) təlimlərinin onların 
mənafelərinə zidd olduğunu görəndə onu qətlə yetirmək üçün məkrli 
plan hazırladılar. O Həzrət həyatının sonuncu gecəsində öz şagirdlər-
ilə sonuncu  dəfə İlahi Şam süfrəsinin təamlarından yedi. Sonra onun 
on iki seçilmiş şagirdindən biri olan Yəhuda İsxaryuta Yəhudi kahin-
lərindən aldığı pulun müqabilində O Həzrətə  xəyanət etdi və onu 
Yəhudi kahinlərinin göndərdiyi dövlət məmurlarına təslim etdi.
1
 
Yəhudilərin kimisə edam etməyə hüququ çatmaması səbəbindən onu 
Urşəlimin Romalı başçılarına təslim etdilər. İncillərdə qeyd olunduğu 
kimi Romalı hökümdar Pilatos onu cəzalandırmaqdan boyun qaçırdı 
və onun hər hansı bir cinayət işləmədiyini söylədi. Amma, Yəhudilər 
onun edam olunmasına təkid etdilər və Həzrət İsanın (ə) edam olun-
mayacağı təqdirdə qiyam edəcəklərini bildirdilər.  
Pilatos onlara dedi: “Məsih adı ilə tanınan  İsa ilə  mən necə 
davranım?” Birlikdə dedilər: “Çarmıxa çəkilsin!” Hökümdar dedi: 
“Niyə? Nə pislik edib?” Onlar daha ucadan fəryad çəkərək dedilər: 
“Çarmıxa çəkilsin!” Pilatos bu sözlərin təsirsiz olduğunu və çaxnaş-
ma yaradacağını görəndə su istədi və insanların gözü qarşısında əl-
lərini yuyaraq dedi: “Bu ədalətli şəxsin qanı mənim boynuma deyil. 
Özünüz bilin!” Qövmün bütün üzvləri dedilər: “Onun qanı bizim və 
bizim övladlarımızın üzərindədir.” (Matta 27:22-25) 
İncillərdə qeyd olunduğu kimi Həzrət  İsa (ə) çarmıxa çəkildi, 
çarmıxda öldü və onu dəfn etdilər. Üç gündən sonra
2
 yenidən dirildi. 
O qırx gün ərzində bəzən öz şagirdlərinin gözünə görsəndi və sonra 
                                                 
1
 O  Həzrəti  İsanın kim olduğunu göstərmək üçün onu öpdü və “Yəhuda öpüşü” 
(Judas kiss) termini Xristyanlıqda belə xəyanətlərə şamil olunur.  
2
 İncillərdə qeyd olunduğu kimi O Həzrət özü də belə demişdi ki, üç gün və üç gecə 
yerin qarnında qalacaq. (Matta 12:40). Amma yenə də İncillərdə qeyd olunduğu kimi 
O Həzrəti cümə günü gün batandan sonra torpağa tapşırdılar və bazar günü gün 
çıxanda artıq onun qəbirdə olmadığını gördülər.  


 
175
göylərə qalxdı. Xristyanların nəzərincə bu hadisə 33-cü ildə baş ver-
mişdir.  
Düzdür, Həzrət İsa (ə) insanların arasından getdi. Onun dostla-
rından və silahdaşlarından bəziləri dedi: “Onun dünyadan köçməsi və 
torpağa tapşırılması düzdür, amma üçüncü gün qəbirdən qalxdı, göy-
lərə ucaldı və yer üzərində yenidən hakimlik etmək üçün qayıdacaq”. 
Eləcə də, bu sözləri də dedilər: “Həzrət İsa (ə) insanların günahlarına 
qurban gedərək qətlə yetirildi.” Belə bir iddia da irəli sürdülər ki, Əh-
di-Ətiqdə qeyd olunan peyğəmbərlər onun əzablara düçar olaraq çar-
mıxa çəkiləcəyini öncədən xəbər vermişdilər. Məsih sözü də öz əsil 
mənasını itirdi, çünki heç kim Həzrət İsanın (ə) başına şahlıq məhsi 
çəkməmişdir. Həvarilər onun Allah tərəfindən məhs olunduğunu bil-
dirdilər. (Həvarilərin işləri 4:27) 
Xristyanlar  İsa Məsihin (ə)  şəhid olduğunu qəbul etmirlər,  ək-
sinə onun insanların günahlarının qurbanına çevrildiyini iddia edirlər. 
Tarixdən məlum olduğu kimi bu inanac Xristyanlığın  əsasıdır və 
onlar öz təbliğat işlərində bu məsələ üzərində çox dayanırlar.  
Həzrət İsanın (əs) çarmıxa çəkilməsindən əlli gün sonra Gültök-
mə bayramı  (Əlligünlük, Pentikast bayramı) çatdı. Həmin gün mü-
qəddəs ruh Həvarilərin yanına gəldi və onlardan sonra əsrlər boyu 
Həzrət İsanın (ə) risalətini çiyinlərində daşıyacaq cəmiyyət yarandı. 
 
8. Elçilər, yaxud Həvarilər 
Həzrət İsa Məsih (ə) öz qiyamına başlamamışdan öncə ona haq-
qa dəvət işlərində yardımçı olmaq üçün özünə dost və silahdaş top-
ladı. Bu məsələ Qurani-Kərimin Səf surəsində və İncillərin hamısın-
da qeyd olunmuşdur:  
İsa Celil dənizinin kənarına gələndə “Petros” adı ilə tanınan 
Şamunu və qardaşı Anderiası suya tor tulladıqları zaman gördü. On-
lar balıqçı idilər. İsa onlara dedi: “mənim arxamca gəlin və mən sizi 


 176 
insanların ovçusu edəcəyəm.” Onlar dərhal torları kənara tullayaraq 
onun arxasınca yola düşdülər”. (Matta 4:18-20, Mark 1:16-18) 
Bu insanları çox vaxt Həzrət İsanın Məsih (ə) şagirdləri adlandı-
rırlar. 
 
8-1. On iki Həvari 
Həzrət  İsa Məsih (ə)  şagirdlərindən on ikisini seçdi və onları 
“Elçi” adlandırdı. (Luka 6:13). Qurani-Kərim Həzrət İsanın (ə) elçi-
lərini “Həvari” adlandırır. Həbəşi dilindən götürülmüş bu söz eyni 
mənanı kəsb edir. Həzrət İsa Məsih (ə) bu on iki nəfəri məad
1
 günün-
də hakimlik kürsüsünə  əyləşdiyi zaman onların da on iki kürsüyə 
əyləşərək Bəni-İsrailin on iki dəstəsini mühakimə etmək üçün seç-
mişdir. (Matta 19:28) 
Həzrət  İsanın (ə) on iki elçisinin adı  İncillərdə (Matta 10:2-4, 
Mark 3:16-19, Luka 6:14-16, Həvarilərin işləri 1:13) belə qeyd olun-
muşdur:  
1. 
Şamun (Petros) 
2. 
Anderia (Petrosun qardaşı) 
3. 
Yaqub (Zabdinin oğlu) 
4. 
Yuhanna (Yaqubun qardaşı) 
5. 
Filippus 
6. 
Bartalomey 
7. 
Tuma 
8. 
Matta  
9. 
Yaqub (Halfanın oğlu) 
10.  Tidda (Lukanın yazdıqlarına  əsasən Yəhuda Yaqubun qar-
daşı) 
11.   Qeyrətli Şamun 
12.  Yəhuda İsxaryuta 
 
                                                 
1
 Xristyanlıqda Məad, yəni qayıdışla qiyamət eyni bilinir və  Həzrət  İsa (ə) həmən 
günün hakimidir 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə