Microsoft Word Dinler cap doc



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə57/113
tarix22.11.2017
ölçüsü2,79 Kb.
#11327
1   ...   53   54   55   56   57   58   59   60   ...   113

 
183
“Camaatı şagirdləri ilə birlikdə yanına çağıraraq dedi: “Mənim 
arxamca gəlmək istəyən hər bir şəxs özünü inkar etməlidir, öz xaçını 
götürməlidir və mənim arxamca gəlməlidir. Çünki, özünü xilas etmək 
istəyən hər bir insan onu öldürməlidir, öz canını  mənim və incilin 
yolunda fəda edən şəxs onu xilas etmiş olar.” (Mark 8:34-35, 16:24-
26, Luka 9:23-25) 
 
9-4. Sabitlik əvəzinə qılınc 
Asayiş və rahatlıq sevən insanlar xilaskar Məsihanın amallarını 
yalnış  təsəvvür etmişlər. Həzrət  İsa Məsih (ə) onların düşüncə  tərz-
lərini düzəltmək üçün öz peyğəmbərliyinin məqsədini aydın formada 
açıqlayır: 
“Mən yer üzərində sabitlik yaratmaq üçün gəlməmişəm, sabitlik 
gətirməmişəm, əksinə qılınc gətirmişəm. Çünki, gəlmişəm kişini ata-
sından, qızı anasından, gəlini qaynanasından ayıram. Hər bir şəxsin 
düşməni onun ev əhli olacaqdır. (Matta 10:34-36) 
 
9-5. Silahli müdafiəyə çağırış 
Həzrət İsanın (ə) təqib edilməsi və həbs olunması məsələsi qəti-
ləşəndə, onunla adı cinayətkar kimi davranılacağı  məlum olanda O 
Həzrət silahlı müdafiə üçün sonuncu dəfə səy göstərdi, amma lazımi 
cavab almadı: 
“Sonra onlara dedi: “Qılıncı olmayan insan libasın sataraq 
qılınc alsın, çünki sizə deyirəm ki, bu yazı (yəni öncədən verilmiş xə-
bər, Aşiya 53:12) artıq həyata keçməkdədir. Yəni, günahkarlarla eyni 
qəbul edilməm. Çünki, mənim barəmdə olan hər şey həyata keçmək-
dədir.” Dedilər: “Ey Rəbbimiz, bu da iki qılınc.” Onlara dedi: “Ki-
fayət edər.” (Luka 22:36-38) 
O Həzrətin silahdaşları xilaskar Məsiha barəsində lazımi məlu-
mata sahib olmadıqları səbəbindən onun üçün hər hansı bir qorxunun 
yarana biləcəyini düşünmürdülər və bu səbəbdən də, onun qılınc al-
maq barəsindəki təkidlərinə o qədər də ciddi yanaşmadılar. Amma 
çoxlu sayda insanın qılınc və dəyənəklərlə ona hücum etdiyini görən-


 184 
də silahın nə dərəcədə əhəmiyyətli olduğu anladılar. Onlar bu vəziy-
yətə hazır olmadıqları üçün belə böhranlı vəziyyətdə qılıncdan istifa-
də nəticəsiz və mənasız bir iş idi. Elə bu səbəbdən də, Həzrət Məsih 
(ə) belə bir addım atmağı onlara qadağan etdi:
1
 
“Birdən  İsanın silahdaşlarından biri (Şamun Petros) qılıncını 
qınından çıxardaraq rəisin nökərinə  zərbə endirdi və onun qulağını 
başından ayırdı. İsa ona dedi: “Qılıncını qınına qoy, çünki əlinə qı-
lınc alan hər bir kəs qılıncla da həlak olacaq.” (Matta 26:9, Matta 
26:51-52, Mark 14:47, Luka 22:50-51, Yühənna 18:10-11) 
 
9-6. Padşahın təhqir edilməsi 
Həzrət İsa Məsih (ə) Celil bölgəsinin padşahı Hirodisi tülkü ad-
landırdı. Həzrət İsa (ə) Həzrət Yəhyanın (ə) qatılı olan Hirodisin za-
limlığından və daş ürəkli olmasında zərrə qədər də ehtiyat etmədi: 
“Həmən gün Ferisilərdən bir neçə  nəfər gələrək ona dedilər: 
“Uzaqlaş və burdan get! Çünki, Hirodis səni qətlə yetirmək istəyir.” 
Onlara belə cavab verdi: “Gedin və o tülküyə deyin ki, bu gün ya 
sabah (Dəlilərin bədənlərindən) cinləri çıxaracağam, xəstələrə  şəfa 
verəcəm və otuzuncu gün  (işlərimi görmək üçün) hazır olacağam. 
Amma, bu gün. Sabah, yaxud birisigün (peyğəmbərliyimi təbliğ etmək 
üçün) yol getməliyəm. Çünki, hər hansı bir peyğəmbərin Urşəlimdən 
kənarda öldürülməsi qeyri-mümkündür.” (Luka 13:31-33) 
Həzrət Məsih (ə) Celil bölgəsinin padşahı ilə belə  sərt davran-
mışdı. Amma, Paul hökümdarlara itaət etməyi tövsiyyə edərək bu 
sözləri vurğulayır: 
“Hər bir şəxs özündən daha qüdrətli şəxsə itaət etməlidir, çünki 
Allahdan savayı qüdrət sahibi olan yoxdur və əgər varsa da o Allah 
tərəfindən təyin edilmişdir. Özündən daha qüdrətli şəxsə müqavimət 
göstərən insan Allaha qarşı çıxmışdır və özünə ziyan etmişdir. Çünki, 
insanın yaxşı  əməlinin cəzası yoxdu, əksinə pis əməlin cəzası var. 
                                                 
1
 İslam Peyğəmbəri Həzrət Muhəmməd (s) də müsəlmanların Məkkə  şəhərində 
yaşadığı  çətin zamanlarda lazımi müdafiə  şəraitinin yaranmamasına görə onları 
silahlı münaqişəə girməkdən çəkindirdi.  


 
185
Onda bu qüdrətdən qorxmaq istəmirsənsə yaxşılıq et və onun tərifini 
eşit, çünki Allahın sənin üçün buyurduğu yaxşı xidmətçisidir. Pislik 
etdiyin zaman qorx. Çünki, qılıncını boş yerə qaldırmaz, çünki o Al-
lahın xidmətçisidir və azğınlardan intiqam alar. Buna görə  də ona 
itaət etmək lazımdır. Yalnız qorxu üzündən yox, daxildən gələn istək-
lə. Çünki, buna görə xərac da verirlər, çünki bu işin qoruyucularıdır-
lar. Onda hər kəsin haqqını özünə qaytarın. Xəracı xərac verməyə la-
yiq, cizyəni cizyə verməyə layiq, qorxunu qorxmağa layiq və hörməti 
hörmətə layiq insanlara qaytarın. (Romalılara məktub 13:1-7) 
 
9-7. Allah və Sezar 
Bir məsələni qeyd etmək lazımdır ki, İncillərdə bu söz gözə 
çarpır: “Sezarın işini sezarın üzərinə buraxın və Allahın işini Allaha.” 
Amma bunu da qeyd etmək lazımdır ki, (birinci) qeyd etdiyimiz mə-
na İncillərdə belə gəlmişdir: “Sezarın malını sezara verin və Allahın 
malını Allaha”, (ikinci) bu söz heç nəyə dəlalət etmir. Çünki, Həzrəti 
İsa (əs) bu sözləri təqiyyə şəraitində demişdi: 
“Onu nəzarətdə saxlayırdılar. Əməlisaleh insanlar cildində ca-
suslar göndərdilər ki, ondan söz alsınlar və onu hakimin qüdrəti və 
hökmünə buraxsınlar. Elə bu məqsədlə  də ondan soruşdular: “Ey 
Ustad, biz bilirk ki, sən düz söz danışırsan, təlim verirsən və heç kim-
dən də çəkinmirsən, əksinə Allahın yolunu sədaqətlə öyrədirsən. Bi-
zim sezara xərac verməyimiz düzgündür ya yox?” O, onların hiylə-
sini dərk etdi və onlara dedi: “Məni nə üçün sınayırszı? Mənə bir di-
nar göstərin.” (Onlar ona bir dinar verdilər və o soruşdu) ”Üzərin-
dəki görüntü və  rəqəm kimindir?” Onlar cavab verdilər: “Sezarın-
dır!” O onlara dedi: “Onda Sezarın malını Sezara verin və Allahın 
malını Allaha.” Onu insanların yanında məcbur edə bilmədilər və 
cavabından təəccüblənərək sakit dayandılar.  (Luka 20:20-26, Matta 
22:15-22, Mark 12:13-17) 
Bu hekayənin əvvəlindən, orasından və axırından məlum olur ki, 
onlar bu sualı Həzrət Məsihi (ə) cəncələ salmaq üçün vermişdilər. O 
Həzrət də birbaşa cavabın əvəzinə (hə ya yox), dinar istəməklə məsə-


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə