Microsoft Word Dinler cap doc



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə60/113
tarix22.11.2017
ölçüsü2,79 Kb.
#11327
1   ...   56   57   58   59   60   61   62   63   ...   113

 192 
riyyət üçün sirli mərifət elmini gətirən mələk olmasını bildirirdilər. 
Eləcə də, Doketistlər İsanın (ə) insani cismə malik olmadığını və çar-
mıxa çəkilərkən ölmədiyini bildirirdilər. Onların nəzərincə  İsa (ə) 
yalnız zahirən adam şəklində idi. Xristyan kilsələri 2-ci əsrdə Nas-
tiklərlə Doketistlərin yaydıqları dini təlimlərin səhv olduğunu elan 
etdilər və İsanın (ə) insan olması məsələsinə daha çox təkid etdilər.  
 
13. Xristyanlıq Romada 
Kilsə yarandı  və möhkəmləşdi. Bütün yerli kilsələrin başında 
Yepiskpolar dayandılar. Keşişlər Yepiskopların müavini vəzifəsini 
icra etməyə başladılar və Şəmmaslar qocalarla zavallıların məsələlə-
rini araşdırmaqla yanaşı müxtəlif növ xeyirxah işlərlə məşğul oldular. 
Xristyan cəmiyyəti arasında bu şəxslərdən əlavə kilsəyə xidmət gös-
tərmək və onun möhkəmlənməsi üçün ilahi nemətlərdən bəhrələnmiş 
şəxslər də mövcud idi. Bunlar müəllimlər, çobanlar, elçilər və s. idi-
lər və onlar Allahın ruhundan ilham alaraq danışırdılar. Bəzi şəxslər 
də möcüzə göstərmək, xəstələrə şəfa vermək və müxtəlif dillərdə da-
nışmaq kimi müxtəlif qeyri-adi bacarıqlara malik idilər.  
Roma mərkəzi hökuməti bəzi vaxtlarda kilsələrlə xoş davranırdı-
lar. Amma, Roma hökümdarları çox vaxt möminlərə əzab-əziyyətlər 
verirdilər. Belə haqsızlıqlar nəticəsində Petros və Pavlos kimi insan-
lar qətlə yetirildilər.  
Zaman ötdükcə  bəzi böyük əhəmiyyət kəsb edən mərkəzlərin 
sayı artmağa başladı. Roma, Urşəlim, İskəndəriyyə və Antakyanı belə 
qüdrət mərkəzlərinə nümunə kimi çəkmək olar. Bu dörd şəhərin dini 
işləri Patriarxlara tapşırıldı. Eləcə  də, qeyd olunmuş bölgələrdə 
“Yepiskopun əraziləri” adlı  fərdi  ərazilər meydana çıxdı və adından 
da məlum olduğu kimi bu ərazilər yepiskopların nəzarəti altında idi. 
4-cü əsrdə Konstantinin yeni paytaxt, Konistantinopolu inşa etməsinə 
görə bu şəhər də böyük əhəmiyyət kəsb edən mərkəzlərdən birinə 


 
193
çevrildi. Digər yerlərdə olduğu kimi bu şəhərdə  də kilsə Patriarxın 
əlində idi.  
Konstantinin zamanında (vəfatı 337-ci il) Xristyan cəmiyyəti 
Roma imperatorları tərəfindən əzab-əziyyətə tuş gələn dəstə anlamını 
itirərək “Dövlət kilsəsi” statusuna qədər yüksəldi və  mərkəzi höku-
mət onu rəsmən tanıdı. Belə dəyişikliklər nəticəsində kilsə həyatında 
əsaslı  dəyişikliklər meydana çıxdı, Bizans və Roma imperiyasında 
Yəhudiləri çıxmaq şərtiylə yaşayan insanların əksəriyyəti ən azı üzdə 
də olsa xristyanlığı qəbul etdilər. Şərq və qərb kilsələri arasında par-
çalanma tam müəyyənləşdikdən sonra  hər iki tərəf  müstəqil şəkildə 
ibadət, fəlsəfə, ilahiyyat və adət-ənənə mərasimlərini yaratdılar. Elə-
cə də, Misirdə Qibti (Kopt), Suriyada Suryani, İraq və İranda Nesturi 
kilsələri özünəməxsus dini adət-ənənələr meydana çıxartdılar.  
7-ci əsrin əvvəllərində Ərəbistan yarımadasında İslam dini yara-
nandan və müsəlman hökümdarlar Misirdə, Şamda, Mesopotamiyada 
və Afrikanın şimal bölgələrində yaşayan xristyanların idarəetmə işlə-
rini  ələ aldıqdan sonra xristyanlar İslam dininə hörmətlə yanaşmağı 
anladılar. Onlar müsəlmanları imanlı dostları, həmvətənləri və çox 
vaxt da hökümdarlarını kimi qəbul etdilər.  
11-ci  əsrdən 13-cü əsrədək Avropa dövlətləri Xaç yürüşlərinə 
başladılar və beləliklə təkcə müsəlmanlarla yəhudilər arasında deyil, 
qərbi Avropa və Bizans xristyanları arasında da böyük nifrət qazandı-
lar. Xristyanların 1099-cu ildə Qüdsə və 1204-cü ildə Konistantino-
pola hücumları zamanı törətdikləri qırğınlar və etdikləri işkəncələr 
istər müsəlmanların, istərsə  də  Şərq xristyanlarının zehnində  mənfi 
təəssüratlar yaratmışdır.  
 
14. İsa (ə) rahiblər üçün nümunədir 
Həzrət  İsa (ə) ibadətlə dolu pak həyat yaşadığı üçün xristiyan 
rahiblərin  ən böyük nümunəsinə çevrildi. O Həzrət özü barəsində 
belə deyirdi: “Göydə uçan quşların belə yuvaları var, amma insan öv-


 194 
ladının baş qoymaq üçün yeri yoxdur.”  (Matta 8:20, Luka 9:59) O 
Həzrətin ən böyük şagirdi Petros ona dedi: “Biz hər şeydən üz dön-
dərərək sənin arxanca gedirik.” (Matta 19:27, Mark 10:28, Luka 
18:28) Elə bu səbəbdən də, xristiyanlar o Həzrəti özləri üçün nümunə 
götürərək evlilikdən üz döndərdilər və rahibliklə məşğul olmağa baş-
ladılar.  
Eləcə də, O Həzrət təkidlə tövsiyyə edərək bildirmişdi ki, bütün 
davamçıları bir-biriləri ilə qardaş olsunlar, heç kim özünü başqa-
sından üstün bilməsin və heç kim özünə “Ağa”, “Ata”, “Rəhbər” lə-
qəbini götürməsin: 
“Sizi “Ağa” adlandırmasınlar, çünki sizin ustadının birdir, Mə-
sihdir və siz bir-birinizlə qardaşsınız. Yer üzərində heç kimi “Ata” 
adlandırmayın, çünki sizin atanız takdir və o da göylərdədir. Heç 
zaman da sizi “Rəhbər və öncül” adlandırılmasına icazə verməyin, 
çünki sizin rəhbəriniz də birdir, Məsihdir. Sizdən daha böyük məqam 
sahibləri zizin xidmətçiləriniz olacaqlar və özünü böyük bilən hər kəs 
alçalacaq və təvazökarlığı özünə peşə edən şəxslər də böyüklüyə ça-
tacaqlar. (Matta 23: 8-12) 
O Həzrət sonda insanların arasından getdi və olduqca çətin, 
məsuliyyətli olan idarəçilik işləri elçilərin üzərinə düşdü. O Həzrətin 
təyin etdiyi elçilər həmin zamanlar böyük əzab  əziyyətlərə dözərək 
İlahi tərəfindən göndərilən fərmanları dövrün ictimai şəxsiyyətlərinə 
və hökümdarlarının çıxardığı  fərmanlara qurban vermədilər. Məsə-
lən, Petros və Yühənna belə  şəraitlərdə öz müxaliflərinə açıq-aydın 
şəkildə bildirdilər: “Əgər sizə itaət etməyin Allaha itaət etmədən üs-
tün olması Allah yanında savab sayılırsa, onda əmr edin..... Allaha in-
sanlardan daha çox itaət etmək lazımdır. (Həvarilərin işləri 4:19, 
5:29) 
Xristyanların sonrakı  nəsilləri də uzun müddət  ərzində bu yolu 
davam etdirərək bütün çətinlikləri alınaçıq şəkildə qarşıladılar və Ro-
manın müşrik hökümdarlarına qarşı mübarizə apardılar. Hökümdar-
lara qarşı olan etinasızlıq və laqeyidlik (313-cü ildə xristyanlığın Ro-
mada azad edilməsindən sonra belə) Romanın birinci xristyan sezarı-


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə