Microsoft Word Dinler cap doc



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə113/113
tarix22.11.2017
ölçüsü2,79 Kb.
#11327
1   ...   105   106   107   108   109   110   111   112   113

 
353
də vardır. Məsələn, ortodokslar kəbin mərasimində gəlinlə bəyin ba-
şına balaca taclar da qoyurlar.  
İstər katolik olsun, istərsə  də ortodoks rahiblər, rahibələr,  şəm-
maslar, keşişlər və yepiskoplar ailə qura bilməzlər. Onlar bu müqəd-
dəs adətin  əvəzinə başqa müqəddəs adət-ənənələri həyata keçirirlər. 
Yəni, rahiblik və yaxud ruhanilik xristyanlığın müqəddəs adət-ənənə-
lərindən ikincisidir.  
4.  Böyük ehtimala görə xristyanlıqda mövcud olan müqəddəs-
lərdən biri ailəliklə təklik arasındakı fəziləti bir araya gətirmək üçün 
cinsi yaxınlığı olmayan ailə həyatı qurmuşlar. Hinduizmin davamçı-
ları cinsi yaxınlıqdan üz döndərməyi “Brahmançarya” adlandırırlar 
və evlilikdən sonra olan yaxınlığın yalnız nəslin artırılması üçün hə-
yata keçirirlər (Qandi kimi).  
5.  Amerika xristyanları arasında Kuikerlərdən (Quakers) ayrıl-
mış Şeykerlər (Shakers) adlı firqə mövcuddur və bu furqədə ailə qur-
maq ümumiyyətlə haramdır. Dinlər və məzhəblərin varisləri tərəfin-
dən çoxalaraq genişlənmələrinə görə  təxminən 250 il bundan öncə 
yaranmış bu firqə artıq yer üzərindən silinmək üzərədir. Sonuncu sta-
tistik məlumatlara görə 21-ci əsrin  əvvəllərində bu firqədən yalnız 
yeddi qadın Şeyker qalmışdı.  
6.  Dünya dinlərinin adət-ənənələri həyat yoldaşlarının çoxlulu-
ğu üzərində qurulmuşdur və bir çox dinlərin banilərinin çoxlu sayda 
həyat yoldaşı olmuşdur. Həzrət İsa Məsihin (ə) isə ümumiyyətlə hə-
yat yoldaşı olmamışdır. Budda öz arvad və uşağını tərk edərək özünə 
əzab-əziyyət verməklə mənəvi saflığını qazanmaq üçün getdi.  
Avropa yəhudiləri arasında çox arvadlılıq Ravin Qarşum ibn Yə-
huda tərəfində 1028-ci ildə qadağan edildi və bu qadağa zaman öt-
dükcə şərqdə yaşayan yəhuilərə də təsir etməyə başladı. Xristyanlar-
da heç vaxt çox arvadlılıq mövcud olmamışdır. Çox arvadlılıq məsə-
ləsi öncədən xristyan olan Mormoniyalıların adət  ənənəsində daha 
öncələr mövcud olmuşdur, amma bu adət sonralar onların arasında da 
qadağan edilmişdir. Sikhizmin davamçıları da çox arvadlılığı  qəbul 
etmirlər. Cahiliyyət dövrünün ərəbləri arasında bu sahədə heç bir 
məhdudiyyət mövcud deyildi, amma İslam dini bunu dörd arvadla 


 354 
məhdudlaşdırdı. Amma ədalət bərqərar olunmayacağı təqdirdə yalnız 
bir dəfə ailə qurmağa icazə verilir.
1
 Ailəlik və çox arvadlılıq sahəsin-
də dörd yanaşma mövcuddur: 
A. Bir kişinin bir qadınla ailə qurması (Monogamy): Bu xrist-
yanlıqda və bəzi başqa dinlərdə mövcuddur. 
B. Bir kişinin bir neçə qadınla ailə qurması (Polygamy): Belə 
yanaşma bir çox dinlərdə mövcuddur. 
C. Bir neçə kişinin bir qadınla ailə qurması (Polyandry): Belə 
adət-ənənələrə Tibetdə yaşayan Buddistlər arasında rast gəlmək 
mümkündür. Həmin cəmiyyətlərdə bir neçə qardaş bir xanımla ailə 
qururlar və o xanımın uşaqları onların hamısına aid olunur.  
D. Bir neçə kişinin bir neçə xanımla ailə qurması: Belə ya-
naşmaya hələ heç bir cəmiyyətdə rast gəlinməmişdir.  
7. Tövratda qardaşlıq qanunu (Levirate) barəsində bunlar qeyd 
olunmuşdur: 
“Əgər qardaşlar bir yerdə yaşayarlarsa və onlardan biri övladı 
olmadan dünyasını dəyişərsə, ölən qardaşın həyat yoldaşı ailədən ol-
mayan bir adamla yenidən ailə qurmamalıdır və ölənin qardaşı onun 
həyat yoldaşı olmalıdır. Dünyaya gəlmiş ilk uşağa ölən qardaşın adı 
verilməlidir və adının İsrail arasından getməsinə icazə verilməməli-
dir.  Əgər həmin kişi ölən qardaşının həyat yoldaşını arvadı etməyə 
razı olmazsa qardaşının həyat yoldaşı qəbilə başçılarının və şeyxlə-
rin yanına gedərək deməlidir: “Mənim yoldaşımın qardaşı qardaşı-
nın adının  İsrail arasında qorunub saxlanılmasını  qəbul etmək istə-
mir və  mənim qardaşı arvadı kimi davranmaqdan boyun qaçırır!” 
Bundan sonra şəhərin  şeyxləri həmən kişini yanlarına çağıraraq 
onunla söhbət edirlər.  Əgər yenidən qardaşının həyat yoldaşı ilə 
evlənməkdən boyun qaçırarsa və “Mən onu almaq istəmirəm!” de-
yərsə qardaşının həyat yoldaşı kişinin yanına gələrək şeyxlərin gözü 
qarşısında onun ayaqqabılarını çıxartmalı, üzünə tüpürməli və cavab 
olaraq bu sözləri deməlidir: “Öz qardaşının evini qurmaqdan boyun 
                                                 
1
 Nisa surəsi, ayə 3 


 
355
qaçıran insanla belə davranılmalıdır!” Həmən insanın adı  İsrail 
arasında “Ayaqqabısı çıxarılmış” qalır.(Təsniyə25:5-10) 
8. Mehriyyə və başlıq pulu sahəsində də 4 yanaşma tərzi möv-
cuddur: 
A. Bəy gəlinə mehriyyə verir: İslam dinində olduğu kimi. 
B.  Gəlin bəyə mehriyyə verir: Hinduizm ənənəsində olduğu kimi. 
C. Bəy və  gəlin qarşılıqlı olaraq bir-birilərinə mehriyyə verirlər: 
Yəhudilikdə belə bir adət mövcuddur.
1
 
D. Heç kim heç kimə mehriyyə vermir: Xristyanlıqda olduğu 
kimi 
Qeyd etmək lazımdır ki, ilk üç halda mehriyyəni verən və alan 
başqa bir şəxs, o cümlədən bəyin və yaxud gəlinin atası ola bilər.
2
  
 
20. Boşanma və yaxud təlaq 
İslamda və yəhudilikdə boşanmaya icazə verilir, amma xristyan-
lıqda boşanma qadağan olunmuşdur. Bu qadağa Həzrət  İsanın (ə) 
özünə istinadən qeyd olunan məsələlərdən biridir: 
Feriseylər Onu sınamaq məqsədilə yaxınlaşıb dedilər: “Hər sə-
bəblə qadını boşamaq caizdir?” İsa cavab verib dedi: “Başlanğıcdan 
Yaradanın onları kişi və qadın yaratdığını, dediyini oxumadınızmı? 
Və buna görə insan ata-anasını buraxacaq və arvadına bağlanacaq-
dır. İkisi də bir bədən olacaqdır. Elə ki, onlar artıq iki deyil, bir bə-
dəndirlər. Beləliklə, Allahın birləşdirdiyini insan ayırmamalıdır.” 
Onlar İsaya dedilər: “Belə isə, Musa nə üçün bir boşanma kağızı ve-
                                                 
1
 Bəyin mehriyyəsi belədir ki, ailə qurarkən üzərinə öhdəçilik götürür. Bu öhdəliyə 
əsasən bəy gəlini boşadıqda və yaxud ondan daha tez öldükdə 200zuz (dul olarsa 100 
zuz) ödəməlidir. Gəlinin mehriyyəsi isə onun cehizi və başqa malıdır və yəhudilikdə 
gəlinin gətirdiyi cehiz kişinin malı olur. İslam dinində mehriyyə evliliyə aid bir 
məsələdir və boşanmaqla, yaxud ölməklə heç bir əlaqəsi yoxdur. Gəlinin gətirdiyi 
cehiz və başqa mal da onun şəxsi malıdır.  
2
 Məsələn, Həzrət Musanın (ə) qayınatası öz qızının mehriyyəsini özü alır. (Qisəs 
surəsi, ayə 27) 


 356 
rərək qadını boşamağı əmr etdi?” İsa onlara dedi: “Daşürəkli oldu-
ğuna görə Musa arvadlarınızı boşamanıza icazə verdi, fəqət belə ol-
mamışdır. Və mən sizə deyirəm: “Kim zinadan başqa səbəblə arva-
dını boşayıb başqası ilə evlənərsə, zina edər; boşanmış olanla da ev-
lənən zina edər!” (Matta 19:3-9) 
Bəzən xristyanlar evliliyi əvvəlcədən səhv olaraq dəyərləndirir-
lər və bu ailəliyi pozmaq üçün nəzərdə tutulmuş  şəriyyət hiyləsidir. 
Amma bir məsələni də nəzərə almaq lazımdır ki, hal-hazırda Ameri-
kada və bəzi başqa xristyan ölkələrindəki evliliklərin yarısı boşanma 
ilə nəticələnir. Bu boşanmalar dövlət səviyyəsində icra edilir və kilsə 
bu məsələni qəbul etmir.  
Yəhudilikdə boşanma kişinin əlindədir. Amma təxminən min il 
bundan öncə adını daha öncə qeyd etdiyimiz Ravin Qarşum qadının 
razılığını da boşanmanın əsas şərtlərindən biri kimi təsdiqlədi. Yəhu-
dilər Tövratda qeyd olunduğu kimi (Təsniyə 24:1) öz xanımları ilə 
boşananda boşanma məktubu yazmalıdırlar və nigah kəsiləndə  nə-
zərdə tutulmuş mehriyyəni ödəməlidirlər.  
 
21. Qisas, diyə və bağışlamaq 
Qisas, diyə və bağışlamaq sahəsində də üç yanaşma tərzi möv-
cuddur:  
1.  Ancaq qisasa icazə verilmişdir: Tövratda belə qeyd olunmuş-
dur 
2.  Həm qisas, həm də diyə (qanpulu) qeyd olunmuşdur: Təlmud-
da yazıldığı kimi 
3.  Həm qisas, həm diyə, həm də bağışlamağa icazə verilmişdir: 
Qurani-Kərimdə buyurulduğu kimi 
4.  Yalnız bağışlamağa icazə verilmişdir:  İncilin zahirində belə 
qeyd olunmuşdur (Matta 5:38-39). Amma, Həzrət  İsa Məsihin (ə) 
Tövratın əhkamlarını batil etmək niyyətində olmaması (Matta 5:17), 


 
357
həm qisasın, həm də bağışlamağın Həzrət İsa Məsihin (ə) şəriətində 
olmasını təsdiq edir.  
 
22. Bəzi başqa dini əhkamlar 
Müxtəlif dinlərdə pak və  nəcis məfhumu mövcuddur. Qeyd et-
mək lazımdır ki, bu iki məfhumu bizim beynimizdə tutduğumuz mə-
sələlərdən daha geniş  şəkildə  qəbul etməliyik. Məsələn, yəhudilərin 
qədimi şəriətində (70-ci ildə məbədin dağıdılmasından öncə) bəzi də-
ri xəstəlikləri xəstəlik sahibini murdar edirdi. Bu hadisədən sonra 
həmin şəxs insanlardan ayrılmalı və xüsusi formada xarabalıqda ya-
şamalı idi. Kimsə ona yaxınlaşanda qışqıraraq “Nəcis, Nəcis!” demə-
lidir (Levilər 13:45). O yaxşılaşandan sonra kahinin yanına getməli-
dir, kahin onu müayinə etməlidir və onun paklaşması barəsində hökm 
çıxartmalıdır. Bundan sonra olduqca qeyri-adi qurban kəsmək məra-
simi keçirməli idi. Bu qurban kəsməyin qayda-qanunu Levilər bölü-
mündə (14:1-57) qeyd olunmuşdur.  
Çirklilik həm insanda, həm də qeyri-insanda meydana çıxan bir 
formadır.  İslam dinində insanın napak və çirkli olması iki cürdür: 
Cismi və ruhi. Hər iki napaklıq insanın önündən və arxasından xaric 
olan bəzi maddələrlə  əlaqəlidir, amma yalnız bununla bitmir. Yat-
maq, cinsi yaxınlıq, ölmək, ölüyə toxunmaq və bəzi başqa məsələlər 
insanın napak və çirkli olmasına səbəb olur. Ruhi napaklıqlar isə aşa-
ğıdakı formalarda yaranır: 
1.  Bilərəkdən və ümumi xarakter daşıyan (cinsi yaxınlıq nəticə-
sində) 
2.  Bilərəkdən və cüzi xarakter daşıyan (yatarkən cinsi boşalma) 
3.  Bilməyərəkdən və ümumi xarakter daşıyan (heyz və aybaşı 
olmaq barəsindəki ehtimal) 
4.  Bilməyərəkdən və cüzi xarakter daşıyan(insanın yuxuya get-
məsi kimi) 


 358 
İslam dinində istər insan və istər qeyri-insan üçün paklıq su, tor-
paq, günəş, istihalə, şəhadəteyni deməklə və sair yollarla əldə olunur. 
İnsanın ruhi cəhətdən paklaşması üçün isə onun niyyət etməsi lazım-
dır. Napak olub qurtardıqdan sonra bədəninin hər yerinə qüsl verə və 
yaxud bəzi yerlərini təyəmmüm edə bilər.  
Müxtəlif dinlərdə qeyri-adi nəcislik və paklıq məfhumları möv-
cud ola bilər. Amma, bütün bunların hamısını qeyd etmək üçün başqa 
bir kitab yazılmalıdır.  
Katolik və ortodoks keşişləri nöqteyi-nəzərindən günahı etiraf 
etmək və boyuna almaq dəstəmaz almaq mənasını daşıyır. Çünki, eti-
raf etməmiş bir insan ibadət mərasimlərində iştirak etmək hüququna 
malik deyillər.  
Hər bir dində müxtəlif ibadət formaları vardır və onların həyata 
keçirilməsi müxtəlif dinlərdə bir-birindən fərqlidir.  İbadət həm dua 
(namaz), həm də ziyarət formasında ola bilər. Duaların ləfzi olmasına 
baxmayaraq tərkibindən qiyam, ruku, səcdə, ağlamaq, ah çəkmək ki-
mi hərəkətlər də mövcuddur. Ziyarətlər də həmçinin daha çox əməli 
olmasına baxmayaraq xüsusi ləfzlərdən də istifadə olunur.  
 
22-1. Qiblə 
Dinlərin bir çoxunda qiblə məfhumu mövcuddur. Qiblə həm xü-
susi bir məkan və yaxud dörd istiqamətdən biri ola bilər. Müqəddəs 
Məkkə  şəhəri müsəlmanların, Urşəlim (Qüds) Yəhudilərin məkan 
qibləsidir (Samiri yəhudilər Cerezim dağını məkan qibləsi kimi qəbul 
edirlər). Şərq qədim zamanlarda bütün xristyanlar üçün istiqamət və 
cəhət qibləsi olmuşdur. Hal-hazırda isə yalnız ortodokslar bu adəti 
qoruyub saxlamışlar. Sabiilərin qiblə istiqaməti şimal istiqamətinə ol-
muşdur. Hiduizm, caynizm, buddizm davamçılarının sitayiş etdikləri 
bütlər qiblə sayılmırlar. 
Müxtəlif dinlərin və firqələrin davamçıları müqəddəs məkanlara 
görə bir-biriləri ilə savaşdadırlar. İslam dini ilə müşriklərin Kəbə üzə-
rində apardıqları müharibələr sonda Hicri-Qəməri tarixi ilə 8-ci ildə 
müsəlmanların qələbəsi ilə nəticələndi.  


 
359
Müxtəlif dinlər keçmiş zamanlarda Urşəlim (Qüds) şəhəri və 
onun hərəmi üzərində  kəskin mübarizələr aparmışlar. Xaç yürüşləri 
zamanı müsəlmanlarla xristyanlar və müsəlmanlarla yəhudilər arasın-
da meydana çıxan müharibələr hələ də müxtəlif formalarda davam et-
məkdədir. Hal-hazırda həmin şəhər qəsbkar İsraillilərin və onun pak 
hərəmi Fələstin müsəlmanlarının ixtiyarındadır.  
Müxtəlif dinlərin müqəddəs məkanlarına edilmiş hücumların bir 
neçə  səbəbi vardır.  İslam dinində qeyd olunmuş  Əbrəhənin kəbəyə 
nəticəsiz nücumu, Yəzid ibn Müaviyənin ordusunun Hicri-Qəməri ta-
rixi ilə 64-cü ildə Hüseyn ibn Numeyrin başçılığı altında hücumu, 
Hicri-Qəməri tarixi ilə 73-cü ildə Həccac ibn Yusifin başçılığı altında 
Əbdülməlik ibn Mərvanın hücumu. Bizə yaxın dövrlərdə isə Vəhabi-
lərin Müqəddəs İmamların Bəqi qəbristanlığında və Kərbəladakı mə-
zarlarına hücumu, Rusların toplarla Həzrət İmam Rızanın (ə) müba-
rək hərəminə hücumu, Amerika işğalçılarının İraqdakı müqəddəs mə-
kanlara hücumu və Hindlilərin Baberi məscidinə hücum edərək part-
latması da İslam dininin müqəddəs məkanlarına olan hücumlardan bir 
neçəsidir.  
Başqa məbədlər də tarix boyu belə hücumlara məruz qalmışlar. 
Misal üçün Buxtunnəsrin eradan əvvəl 587-ci ildə Süleyman məbə-
dinə hücumu və Roma şahzadəsi Titusun 70-ci ildə  həmən məbədə 
hücum edərək dağıtması. Soltan Mahmud Qəznəvinin təxminən min 
il öncə Hindistan bütxanalarına və hinduların 1984-cü ildə Hindista-
nın Amritsar şəhərində yerləşən Sikhlərin Qızıl məbədinə hücum et-
mələri də belə hücumlara bir nümunədir.  
Eləcə də, bir dinə aid məbədin başqa bir dinin məbədinə çevril-
məsi də geniş yayılmış məsələlərdən biridir. Məsələn, tövhid məbədi 
olan Kəbənin cahiliyyət dövründə bütxanaya çevrilməsi və Hicri-Qə-
məri tarixi ilə 8-ci ildə yenidən tövhidi məbədə, Qüds şəhərindəki 
Süleyman məbədinin, Şam və Konstantinopol kilsələrinin, iran atəş-
gahlarının və Hindistan bütxanalarının bəzilərinin məscidlərə çevril-
məsi. Eyni zamanda Əndəlusdakı məscidlərin kilsələrə çevrilməsi.  
 


 360 
22-2. Müqəddəs dil 
Bütün dinlərdə müqəddəs dil məfhumu mövcuddur və müqəddəs 
dil dedikdə səmavi kitabın nazil olduğu dil nəzərdə tutulur. Islam di-
ninin müqəddəs dili ərəb dilidir və namazın başqa dildə  qılınması 
düzgün deyildir. Eləcə də, bəzi əqdlərin, o cümlədən nigah əqdinin də 
ərəb dilində oxunmasına təkid edilir. Yəhudilərin müqəddəs dili İb-
rani dilidir. Xristyanlar müxtəlif zamanlarda və müxtəlif məkanlarda 
başqa dilləri, o cümlədən Yunan, Latın, Süryani, Qibti dillərini mü-
qəddəs bilmişlər. Elə bu səbəbdən də, müxtəlif xristyan firqələrinin 
ibadət mərasimləri də yuxarıda qeyd etdiyimiz dillərdən birində 
keçirilir. Hal-hazırda dinlərin əksəriyyəti müqəddəs dil məfhumunun 
əhəmiyyətsiz olmasını vurğulayır və xristyanlar bu cəhətdən başqa 
dinlərdən daha irəlidə addımlayır. Katoliklər təxminən 40 il bundan 
öncəyə qədər Latın dilində ibadət edirdilər. İkinci Vatikan şurasında 
ibadət zamanı Latın dilindən istifadə vacibliyi ləğv olundu. Hal-
hazırda katoliklərin bəzi azsaylı firqələri bu məsələni qəbul etməyə-
rək hələ də latın dilində ibadət edirlər. Papa öz fitvalarını Latın dilin-
də verir və bu dini fitvalar dərhal müxtəlif dillərə tərcümə olunur.  
Ortodoks kilsəsi Yunan dilini, Suriya kilsəsi Süryani dilini, Er-
məni kilsəsi erməni dilini və Qibti kilsəsi Misirdəki Qibti dilini (İs-
lam dini meydana çıxmamışdan öncə) müqəddəs sanır. Protestantlar 
lap  əvvəldən belə müqəddəs dil məfhumunu qəbul etməmişdilər və 
ibadətlərini, eləcə də, dini mərasimlərini öz ana dillərində icra etmiş-
lər.  
Zərdüştlərin müqəddəs dili Avesta dili, Hinduların müqəddəs di-
li Sanskrit dili, Sabiilərin müqəddəs dili isə Mandayi dilidir. Buddiz-
min müqəddəs kitabları Pali və Prakriti dillərində qələmə alınmışdır, 
amma artıq məlum olmuşdur ki, Buddistlə bu dilləri heç vaxt mü-
qəddəs dil kimi qəbul etməmişlər.  
Hindularda ləfzdən və sözdən istifadə olunmayan və barmaq işa-
rələri ilə həyata keçirilən müqəddəs dil də mövcuddur. Bu dili Mud-
ralar (Mudras) adlandırırlar. Bəzi bütlərin barmaqlarının dayanma 
forması da bu dildə olan bəzi məfhumlara dəlalət edir.  


 
361
 
 
 
 
The past and current histories of humanity show that these questions 
are relevant to the vast majority of people: who created me? And in 
general, is there a creator? I wonder, will my life just end here or will 
it continue after death? What is my role in this life? 
Doctor Ahmad Ahmadi 
 
We present to Azerbaijani readers the book Introduction to Major 
Religions by Iranian author Hüseyn Tövfiqi. The book’s content and 
explanations set it apart from other works that are available to 
Azerbaijani readers, and for these characteristics it was selected to be 
translated into the Azerbaijani language.  
 
Introduction to Major Religions consists of four sections that are 
similar to one another and that flow in a natural order according to 
their themes.  The first section gives general information about 
religion, faiths of the ancient world and the religions of India, China 
and Japan. The second section is dedicated to Judaism, the third to 
Christianity, and the fourth to Islam and its comparison to other 
religions.  
Prof. Hamlet Isaxanli 
 
 
This book is published on the basis of a joint project by Khazar 
University (Baku, Azerbaijan Republic) and the SAMT organization 
(Iran Islamic Republic). 


 362 
Hüseyn Tövfiqi 
 
 
 
 Introduction to  
Major Religions 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəzər Universitəsi Nəşriyyatı 
Khazar University Press 
2013 
 

Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə