Microsoft Word Dinler cap doc



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə105/113
tarix22.11.2017
ölçüsü2,79 Kb.
#11327
1   ...   101   102   103   104   105   106   107   108   ...   113

 
329
landırılmasını qəbul edirlər. Çünki, bütün müsəlmanlar dini alimləri 
“müsəlman” adlandırırlar. 
 
12-8. Ruhani 
Dünyadan mövcud olan dinlərin  əksəriyyətində ruhanilər möv-
cuddur. Yəni dünyada mövcud olan bütün cəmiyyətlərdə kahin və ke-
şiş ləqəbini öz üzərinə götürən, Tanrı ilə insanlar arasında vasitəçilik 
missiyasını boynuna götürən təbəqə mövcuddur. Bu dindar təbəqənin 
imtiyazları olduğu kimi bəzi məhrumiyyətləri də vardır. Dini mıra-
simlərə başçılıq etmək belə imtiyazlardan biri sayıldığı kimi ailə hə-
yatı qurmaqdan və mülk sahibi olmaqdan boyun  qaçırtmaq da məh-
rumiyyətlərdən biri kimi qəbul edilir.  
Ruhani din aləmində fərqlənə bilər. Yəni, din alimi ilahiyyat üz-
rə mütəxəssisdir. O, həmən dinin elmi sahələrində dərs deyə və dini 
təlimlər sahəsində kitab və məqalə yaza bilər. Belə bir şəxs ruhanilik 
vəzifəsinə təyin olunduqadan sonra dini mərasimlərə rəhbərlik etmək 
icazəsini də almış olur və qeyd etdiyimiz vəzifəyə təyin olunmadıqda 
belə bir iş üçün hüququ olmur.  
Bəzi adi məsələlər belə  hər hansı bir dində ruhanilərin üzərinə 
düşən öhdəliklərdən biri kimi qəbul oluna bilər. Məsələn; yəhudilik 
və xristyanlıqdakı evlilik məsələsi. Yəhudi ruhanilərinin müxtəlif, 
eyni zamanda olduqca qeyri-adi öhdəlikləri Tövratın Levilər bölü-
mündə qeyd olunmuşdur. Xristyanlıqda olduqca müqəddəs əməl he-
sab olunan və böyük əhəmiyyət kəsb edən evlilik məsələsi keşişin və 
yaxud yepiskopun kəbin kəsmə mərasimini kilsədə icra etdiyi zaman 
düzgün hesab edilir və qəbul olunur.  
Dünya dinlərinin  əksəriyyətində ruhani vəzifələrinin  əksəriyyəti 
və ən əsası da ibadət müqəddəs məbədlərdə həyata keçirilir və bu mü-
qəddəs məkanlardan xaricdə baş tutan ibadətlər düzgün hesab edilmir.  
Dini elmlərə yiyələnmək və bü sahədə ixtisaslaşmaq heç bir dəs-
tənin və yaxud təbəqənin ixtiyarında deyildir. Hamı, istər kişi, istərsə 
də qadın və bu dinə etiqadı olmayan insanlar belə həmən dinin müx-
təlif elmlərini öyrənə bilərlər. Qadının ruhani olması və hər hansı dini 


 330 
mərasimləri icar etməsi məsələsi sahəsində bəzi ixtilaflar mövcuddur. 
Məsələn, xristyan dininin müxtəlif firqələrində qadının keşiş  və ya-
xud yepiskop olması sahəsində fikir ayrılıqları mövcuddur. Protestant 
firqələrinin əksəriyyəti bunun mümkün olmasını bildirirlər.
1
  
İslam dinində ruhani anlamı mövcud deyildir və elə bu səbəbdən 
də, ruhani məfhumunu dərk etmək müsəlmanlar üçün olduqca çətin-
dir.
2
 İslam dininin alim və  fəqihləri bizlərə bu dindən möminin bir-
başa olaraq Allahla təmasda olmasını öyrətmişlər və xristyanlıqdan, 
eləcə  də, bir çox dinlərdən fərqli olaraq insan tək başına da namaz 
qıla və ibadət edə bilər. Cəmaat namazı üçün də ruhaniyə ehtiyac 
yoxdur və camaat namazı qıldırmaq üçün həmən şəxs üç şərtə əməl 
etməlidir:  Ədalətli olmalıdır, Həmd və Surəni düzgün oxumağı ba-
carmalıdır və namazın məsələləri ilə tanışlığı olmalıdır.  
Amma İslam dinində “Alim” mövcuddur və dini elmlərin daxili-
nə gedərək araşdırmaq, Qurani-Kəriminin əmrinə uyğun olaraq (Töv-
bə surəsi, 122) “din barəsində düşünmək” vacib məsələlərdən biridir. 
Digər tərəfdən, fiqh alimini təqlid etmək hər bir müsəlmanın şəri və-
zifəsidir. Bu hər bir ağıllı insanın hər bir sahədə  həmin sahənin 
ekspertinə müraciət etməsinə  bənzəyir. Alimə iqtida etmək də daha 
yaxşı hesab olunur.  
Dünyadakı bütün dinlərdə, o cümlədən xristyanlıqda namaz yal-
nız məbəddə yerinə yetirilməlidir və namazın başqa məkanda həyata 
keçirilməsi mümkünsüzdür. Amma İslam dinində yer üzünün hər bir 
məkanı məbəd kimi qəbul olunur.  
                                                 
1
 Bir neçə il bundan öncə Anqlikan kilsəsi xanımların keşiş olmasına icazə verdi. Bu 
fətva həmən kilsənin bir çox ruhanilərinə  ağır gəldiyi üçün Anqlikan kilsəsini tərk 
edərək katolikliyi qəbul etdilər. Anqlikan kilsəsindən gələn ruhanilərin həyat yoldaş-
ları var idi və bu məsələ bəzi arzuolunmaz problemlər yarada bilərdi. Çünki, katolik 
ruhani subay olmalıdır. Amma, Roma Papası onlara ailəli olmalarına baxmayaraq 
katolikliyi qəbul etməyə icazə verdi. Bu qərar bir çox katolik ruhanilərinin etirazları 
ilə üzləşdi. Onlar bildiridilər ki, əgər ruhaninin həyat yoldaşı ola bilərsə  bəs bizim 
niyə xanımımız olmasın? 
2
 Maraqlısı budur ki, son əsrdə din alimlərini və dini təhsil alan tələbələri “Ruhani” 
adlandırırlar. Qeyd etmək lazımdır ki, bu söz artıq adət halını almışdır və heç bir 
xüsusi məna kəsb etmir.  


 
331
13. Axirəttanıma 
Dünyanın sonu barəsində  bəhs edən sahə (qayıdış  və qiyamət) 
“Axirəttanıma” (Eschatology) adlandırılır. Qayıdışın qiyamətin özü 
olması barəsində yəhudilikdə və islamda iki müxtəlif nəzəriyyə möv-
cuddur.  İslam dinindəki bəzi nümunələri sizin diqqətinizə çatdıraq: 
Şiyələr həm qayıdışa, həm də qiyamətə inanırlar. Halbuki, əhli-sün-
nət yalnız qiyamətə inanırlar. Elə bu səbəbdən də,  şiyələrin “rəcət” 
qayıdış kimi təfsir etdikləri bəzi Quran ayələrini əhli-sünnət qiyamətə 
aid edirlər.
1
 Xristyanlar  rəcətlə qiyamətin bir olmasına inanırlar və 
onların Tanrı kimi qəbul etdikləri Həzrət İsa Məsihin (ə) ikinci dəfə 
qayıdacağını və min illik hökumət yaradacağına inandırlarını vurğu-
layırlar. O Həzrət insanların sonuncu mühakiməsi üçün qiyamət yara-
dacaq və onları cənnətə və yaxud cəhənnəmə göndərəcəkdir. Yəhudi-
lər ümumiyyətlə yalnız bəzi insanların yenidən diriləcəyinə inanırlar 
və  rəcətlə qiyamət arasındakı bağlantı barəsində elə  də yaddaqalan 
nəzərlər söyləmirlər.  
 
13-1. Dünyanın sonu barəsindəki dəhşətli xəbərlər 
Dünyanın sonunun çatması  bəşəriyyətin diqqətini özünə  cəlb 
edən ən mühim məsələlərdən biri olmuşdur və dünyanın sona çatması 
barəsində verilən məlumatlarda olduqca dəhşətli və narahat edici xə-
bərlər mövcud olmuşdur. Yəhudilikdə bu fitnələr o qədər dəhşətli də-
rəcədə qeyd olunmuşdur ki, keçmiş zamanlarda yəhudi böyüklərinin 
əksəriyyəti dünyanın sonunun yaranması üçün lazım bilinən hazır-
lıqların qorxusundan Məsihanın onların zamanında zühur etməməsi-
nə dua edirdilər. Qeyd etmək lazımdır ki, xristyanlıqda dünyanın so-
nu çatanda şeytan yenidən azadlığa qovuşur və dünyanın hər yerində 
fitnə-fəsad törədir, zalım insanları sayı çoxalır və dünyanın hər yerin-
                                                 
1
 Məsələn Nəm surəsinin 83-cü ayəsində hər bir ümmətdən bir dəstənin həşr oluna-
cağına və ayağa qaldırılacağına işarə edilmişdir. Halbuki, Kəhf surəsinin 47-ci ayə-
sində bütün insanların istisnasız olaraq dirildiləcəyinə işarə edilmişdir.  


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə