Microsoft Word Dinler cap doc



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə101/113
tarix22.11.2017
ölçüsü2,79 Kb.
#11327
1   ...   97   98   99   100   101   102   103   104   ...   113

 
317
“Məndə ilahi böyüklük var. Mən həm şaham, həm də mubədəm. 
Bu səbəbdən də əlimi bütün pisliklərdən çəkmişəm və ruhumu yalnız 
paklığa doğru yönəltmişəm.”
1
 
Mənuçehr barəsində: 
“Yer üzərindəki bütün pəhləvanlar ona afərin oxumağa başladı-
lar. Qoy əbədiyyətə qədər həm taxt-tac, həm də Mubədlərin böyüklü-
yü səndə olsun.”
2
 
İranın tarixi padşahları da dinlə siyasəti bir yerdə cəmləşdirmiş-
dilər. Məsələn, Sasanilər sülaləsinin banisi Ərdəşir BabəkanZərdüşt 
ruhanisi idi və rəsmi yazışmalarda özünü “Ərdəşir Mubəd” adlandı-
rırdı. O dövlətin ən yüksək vəzifələrini mubədlərə tapşırdı və zərdüşt-
lük dinini kəskin şəkildə gücləndirdi. Ərdəşir Babəkanın siyasi baxış-
ları belə idi: 
“Əgər  şah dini dəstəkləyərsə,  şahlıq və din arasında qardaşlıq 
yaranar. Çünki, dindarlıqla şahlıq eyni məxrəcdəndirlər və elə bil bir 
çadır altında yaşayırlar.  
Şahlıq tac-taxtı olmadan din bir yerə çata bilər, nə  də dinsiz 
şahlığın təsiri ola bilər. 
Dinsiz padşahlıq ola bilməz və din də öz növbəsində  şahsız çi-
çəklənə bilməz. 
Əgər dinin qoruyucusu şah olarsa, sən bunların ikisini (yəni din-
lə şahlığı) qardaş adlandırmalısan.”
3
 
Ərdəşir Babəkanın siyasi yazılarından sayılan “Ərdəşirin əhdna-
məsində” bu sözləri oxuyuruq: 
“Bilin və agah olun ki, əgər ölkədə bir gizli dini başçılıq və bir 
də aşkar şahlıq bir-biriləri ilə düz gəlməzlərsə dini lider sonda şahın 
əlindəki bütün iqtidarı öz əlinə keçirəcəkdir. Çünki, din əsasdır və 
özüldür, amma şahlıq bu özül üzərində olan sütundur. Özülə sahib 
                                                 
1
 Şahnamə, səhifə 27 
2
 Şahnamə, səhifə 48 
3
 Şahnamə, səhifə 380 


 318 
olan şəxs sütunu əlində saxlayan şəxsə rahatlıqla qalib gələ bilər və 
bütün binanı ələ keçirməyi bacarar.”
1
 
Müxtəlif şahların dinlə dövlət arasındakı əlaqə barəsində söylə-
diklərini mütaliə etdikdən sonra diqqətinizə  Zərdüştlərin müqəddəs 
kitablarındadinlə siyasət arasındakı  əlaqənin hansı  şəkildə açıqlanıl-
masını çatdırırıq: 
“Ən yaxşı dində (Zərdüştlükdə) padşahlıq dindir və din də pad-
şahlıqdır.... Padşahın böyüklüyü Ahuramazda dininə sitayiş etməsin-
dədir və Ahuramazda dininin böyüklüyü padşahlıqdadır. Məxluqlar 
üçün ən böyük xoşbəxtlik padşahlıqla ən yaxşı dinin birləşdiyi zaman 
yaranır. Düzgün və doğru padşahlıq yaranır və düzgün padşahlıq ən 
yaxşı din vasitəsilə çiçəklənir.”
2
 
Yəhudilikdə hökumət düşüncəsi həmişə mövcud olmuşdur. Da-
ha öncə qeyd etdiyimiz kimi Həzrət Musa (ə) işini siyasətlə başladı 
və Firona müxtəlif yollarla təzyiq göstərərək onu Bəni-İsrailə zülm 
verməkdən çəkindirdi. Həzrət Musa (ə) sonda bu siyasətlərinin nəti-
cəsini gördü və Bəni-İsraili Fironun zülmündən xilas edərək azadlığa 
çıxartdı. O Həzrət Bəni-İsraili azadlığa çıxartdıqdan sonra Sina səh-
rasında dövlət yaratdı və ömrünün sonunadək öz qövmünün istər di-
ni, istərsə  də siyasi başçısı oldu. Bu məsələ geniş  şəkildə Tövratda 
qeyd olunmuşdur. Ondan sonra Yuşa ibn Nun Bəni-İsrailin lideri ol-
du və ondan sonra bir çox hakimlər qövmün daxili ixtilaflarını  həll 
etməklə  məşğul oldular. Bəni-İrailin o zamanlar onları  işğalçı qon-
şuları qarşısında müqavimət aparmaq üçün bir yerə toplaya biləcək 
padşahları yox idi. Elə bu səbəbdən də, öz dövürlərinin peyğəmbəri 
olan Samuelin yanına getdilər və onlar üçün padşah təyin etməsini 
xahiş etdilər. O Həzrət, Şaul (Talut) adlı bir gənci onların padşahı tə-
yin etdi və onu müqəddəs yağla məsh etdi. Bu məsh padşahın ilahili-
yini göstərirdi və müqəddəs yağla məsh olunmuş Məsihə itaət etmək 
şəri cəhətdən hamıya vacib sayılırdı. Şauldan sonra Həzrət Davud (ə) 
                                                 
1
 Ərdəşirin əhdnaməsi, 5-ci hissə 
2
 Dinkərd,47 


 
319
və ondan sonra isə oğlu Həzrət Süleyman (ə) padşah və məsih oldu-
lar. Həzrət Süleyman (ə) dünyasını dəyişdikdən sonra oğlu Rohbaam 
onun canişini oldu və padşahlıq onun nəsli ilə davam etdi. Digər tə-
rəfdən on iki Bəni-İsrail qəbiləsindən onu Rohbaamı qəbul etmədilər 
və Həzrət Süleymanın (ə) sərkərdələrindən olan Yurbaam ibn Nabatı 
padşah seçdilər. Bu zamandan sonra Bəni-İsrailin iki ölkəsi olmuş-
dur: Cənubda Rohbaamın başçılıq etdiyi Yəhuda ölkəsi və  şimalda 
Yurbaamın başçılıq etdiyi İsrail ölkəsi. Bu iki ölkə padşahlığı həmən 
padşahların nəsli ilə davam etdirildi və sonda İsrail ölkəsi eradan əv-
vəl 722-ci ildə Assuriyalılar tərəfindən və Yəhuda ölkəsi eradan əv-
vəl 587-ci ildə babilistanlılar tərəfindən süquta uğradıldı, bu ölkə 
əhalisi isə  qətliam olunaraq əsarətə  məhkum oldu. İsrail ölkəsindən 
əsir düşmüş insanlar barəsində məlumat mövcud deyildir, amma Yə-
huda ölkəsindən əsir düşənlər Babilin Kir tərəfindən fəth olunmasın-
dan sonra azadlığa buraxıldılar və onların bir hissəsi Kirin köməkliyi 
ilə Fələstin torpaqlarına qayıtdılar.  
Belə bir çətin şəraitdə Bəni-İsrailin beynində xilaskar Məsih dü-
şüncəsi formalaşmağa başladı. Bu düşüncə get-gedə daha da inkişaf 
etməyə başladı və Bəni-İsrail onun köməkliyi ilə öz ümidsizliklərinə, 
ruh düşkünlüklərinə qalib gəldilər. Yəni Bəni-İsrail xilaskar Məsihanı 
gözləməklə öz mövcudluğunu qoruyub saxlaya və bu günümüzədək 
gəlib çata bildi.  
İntizar çəkən Yəhudilər məhv olmuş dini hökumətlərini qurma-
maq üçün 2000 ildən artıq vaxt gözlədilər. Onlar yeni hökumətin və 
dövlətin yaradılmasının onların intizar amalları ilə üst-üstə düşmədi-
yini bilirdilər. Dünyanın bəzi yerlərində  Məsiha iddiası ilə bu fikrə 
düşənlər isə  nə  qədər çalışsalar da sonda uğur qazana bilmədilər və 
öz istəklərini həyata keçirməyi bacarmadılar. Təxminən bir əsr öncə 
sionistlər din qardaşlarını müstəqil dövlət yaratmağa razı sala bildilər 
və 1948-ci ildə işğal olunmuş Fələstin torpaqlarında yəhudilərin İsrail 
adlı dünyəvi ölkəsi meydana çıxdı.  
Xristyanlıqda da qeyd etdiyimiz kimi Papalar təxminən min il 
ərzində (800-1806-cı ilədək) insanların həm dini, həm də dünyəvi li-


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə