Microsoft Word Dinler cap doc



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə107/113
tarix22.11.2017
ölçüsü2,79 Kb.
#11327
1   ...   103   104   105   106   107   108   109   110   ...   113

 
335
Yəhudilər Həzrət Davudun (ə) nəslindən olacaq xilaskarın gəl-
məsini gözləyirlər və onun adının dəqiq nə olduğunu bilmirlər. (Bə-
zən bu adın Davud və bəzən də, Minahim olduğunu bildirirlər) Xrist-
yanlar təxminən 2000 il bundan öncə çarmıxa çəkilmiş  və ölülərin 
arasından qalxaraq dirilmiş, sonra da göylərə getmiş Həzrət Məsihin 
(ə) yenidən geri qayıtmasının intizarındadırlar. Ümumiyyətlə xrist-
yanlığın  əsası xilaskarın gəlməsi etiqadının üzərində qurulmuşdur. 
Qeyd etdiyimiz kimi xristynalıq ilk olaraq yəhudiliyin irfanı kimi 
meydana çıxmışdır, amma özünün də özünəməxsus irfanı vardır.  
Hinduizmdə bəzi insan və heyvan cildində olan Tanrıların zühur 
edəcəyi düşüncə tərzi mövcuddur və onu “avatar” adlandırılar. Hind-
lilər əlində qılınc və ağ at üzərində olacaq Vişnunun onuncu cilvəsi-
nin, yəni “Kalki”-nin intizarındadırlar. Buddistlər isə buddanın Mait-
reya
1
 cildində zühr edəcəyini gözləyirlər.  
 
13-3. Şəhid və xilaskar 
Keçmiş dövrlərdə yaşamış şəhidlər və gələcəkdə gəlməsi gözlə-
nilən xilaskarlar hər bir dinin sabitliyi və  həyatını davam etdirməsi 
üçün olduqca böyük əhəmiyyət daşıyır. Şəhidlər heç vaxt ölmürlər və 
bəzi dinlərin şəhidlərin cismən də diri olmasını iddia edə bilərlər.  
Xristyanlığın  şəhidi və xilaskarı da Məsihdir.
2
 İncillərdə qeyd 
olunduğu kimi o öldürüldükdən sonra qəbrindən qalxaraq qırx gün 
ərzində öz silahdaşları ilə görüşlər keçirmişdir və sonra göylərə qalx-
mışdır. İslam dünyasında şəhid sonuncu xilaskardan fərqlidir. Şiyələ-
rin nəzərində Üçüncü İmam şəhiddir və On ikinci İmam vədə veril-
miş xilaskar. O Həzrət Aşura günü olacaq öz qiyamının ilk anlarında 
ulu babasının məzlumcasına  şəhid olmasınıbütün dünya əhlinə elan 
edəcəkdir. Digər tərəfdən O müqəddəs şəhid rəcət zamanı sevimli öv-
                                                 
1
 Maitreya Sanskrit dilində “Sevən” mənasını kəsb edir.  
2
 Bir  məsələyə diqqət yetirmək lazımdır ki, xristyanlar heç vaxt həzrət  İsanı  (ə) 
“Şəhid” adlandırmırlar. Əksinə fədakarlıq əqidəsinə əsasən O Həzrəti “Qurban” ad-
landırılar.  Şəhid termini mətnlərdə yalnız müqayisə  məqsədilə istifadə edilmişdir. 
Sözsüz ki, xristyanlıq da hər bir din kimi Həvarilərin zamanından indiyədək saysız-
hesabsız şəhidlər vermişdir.  


 336 
ladına qoşulacaqdır və ondan sonra üzün müddət ərzində hakimiyyət 
sürəcəkdir.
1
 
Yəhudilərin xilaskarı əhli-sünnətdəki Mehdi anlayışı ilə üst-üstə 
düşür. Hər iki düşüncəyə  əsasən xilaskar hələ dünyaya gəlməlidir.
2
 
Xristyanların xilaskarı isə  şiyələrin Həzrət Mehdi (əc) barəsindəki 
düşüncələri ilə eynilik təşkil edir. Bu iki firqənin nəzərincə xilaskar 
artıq çoxdan dünyaya gəlmişdir və dünyanın sonunda yenidən zühur 
etmək üçün qeybə çəkilmişdir. Başqa dinlərdə və məzhəblərdə qeyd 
etdiyimiz iki düşüncə  tərzlərinə uyğun nəzərlər mövcuddur. Qurani 
Kərimdə mövcud olan axirəttanıma bəhslərində insanların yenidən 
dirilməsindən  əlavə hesab-kitab, cənnət və  cəhənnmə  məsələləri də 
dünyanın sonunda baş verəcək hadisələr hesab olunurlar. Ənbiya su-
rəsinin 95-96-cı ayələrində və Nəml surəsinin 82-85-ci ayələrində rə-
cət, Yəcuc və Məcucun azadlığa çıxması, “Dəbbətul Ərz” məsələləri-
nə işarə olunmuşdur. Ənbiya surəsinin 105-ci ayəsinə əsasən Allah-
Taala Zəburda saleh insanları yerin varislərinə çevrəcəyi qeyd olun-
muşdur. Bu sözlər 37:29cu Məzamirdə mövcuddur.
3
  
 
13-4. Xilas intizarında olmaq 
İbrahimi dinlərin  ər üçündə dünyanın axrının (rəcətin və qiya-
mətin) yaxın olması barəsində söz açılmışdır və  hər üç din insanları 
dünyanın sonunun nə vaxt gələcəyi barəsində nəzər verməkdən uzaq 
olmağa çağırmışlar. Amma qeyd etmək lazımdır ki, dünyanın sonu-
                                                 
1
 Bürhan  təfsiri kitabında “Yəvmul Kərrət” barəsindəki hədislərə  əsasən  İsra surə-
sinin 6-cı ayəsinin təfsirində qeyd olunmuşdur ki, Həzrət  İmam Hüseyn (əs) rəcət 
(qayıdış) zamanı olduqca mühim rol oynayacaqdır və Həzrət Mehdini (əc) təchiz et-
mək O Həzrətin üzərinə düşəcəkdir. İmam Cəfər Sadiqə (ə) istinadən nəql olunun bu 
hədisdə O Həzrət cəza gününün hakimi kimi qeyd olunmuşdur. Bu da öz növbəsində 
xristyanların Həzrət İsa (ə) barəsindəki dini əqidəsi ilə üst-üstə düşür.  
2
 Əhli-sünnətin olduqca az bir hissəsi Məhdəviyyəti inkar edirlər və belə insanlardan 
biri də  İbn Xəldundur. Eləcə  də,  Əhli-sünnətin az bir hissəsi də şiələrin On ikinici 
İmamının Məhdəviyyətinə inanırlar və belə şəxslərdən biri də İbn Ərəbidir. (Bu ba-
rədə ətraflı məlumat toplamaq üçün Şəhid Mütəhhərinin əsərlər toplusunun 4-cü cil-
dinə, səhifə 944-ə müraciət etmək mümkündür.) 
3
 Hal-hazırda mövcud olan Zəbur Həzrət Davudun (ə) Allahla münacatları toplusu-
dur və kitab əhli onu vəhy, eyni zamanda səmavi kitab kimi qəbul edir.  


 
337
nun nə vaxt gələcəyi barəsində proqnoz vermək bu dinlərin davam-
çılarının arasında həmişə  kəskin  şəkildə mövcud olmuşdur və hal-
hazırda da mövcuddur. Onlar dinlərin adət-ənənələrində mövcud olan 
zühur əlamətlərini öz zamanları ilə uzlaşladırmağa çalışırlar. Bu əla-
mətlərin bəziləri dünyada baş verən təbii hadisələr və bəzilər insanla-
rın əxlaqi davranışları ilə əlaqədardır.  
Düyanın sonunun nə vaxt olacağı barədə danışan insanlar Əbcəd 
hərflərindən istifadə etməklə zühurun dəqiq vaxtını müəyyənləşdir-
məyə çalışırlar və buna inanırlar. Bu üç dininin hər birisində bəzi in-
sanlar bütün döyüş yaraq-yasaqlarını hazırlayaraq tam təchiz olun-
muş halda xilaskarın və dünyanın sonunun nə vaxt gələcəyini gözlə-
mişlər. Yəhudilər onun dağın arxasından çıxacağı ümidi ilə üfüqə göz 
dikmişlər, xristyanlar onun üçün çox böyük bir bina icarəyə götür-
müşlər və müsəlmanlar cümə günlərində çöllərə və səhralara gedərək 
“Əl Əcəl ya Sahibəz Zaman (əc)!” fəryadlarını qaldırmış və O Həzrə-
tin mübarik zühurununun çatmasını böyük sevgi ilə gözləmişlər.  
Vədə verilmiş xilaskarın müqəddəs özünəməxsusluqları vardır: 
Yəhudilərin xilaskarı Həzrət Davudun (ə) nəslindən olması səbəbindən 
O Həzrətin dünyaya gəldiyi Beyt-Ləhm  şəhərində dünyaya göz aça-
caqdır. Böyük ehtimala əsasən onun adı Davuddur. Xristyanların xilas-
karının 12 Həvarisi
1
 var  və onlar Bəni-İsrailinin 12 nəslinə başçılıq 
edəcəklər. İslam dinindəki xilaskarın adı və künyəsi (bəzi rəvayətlərə 
əsasən isə atasının adı) Həzrət Muhəmməd Mustafa (s) ilə eynilik təş-
kil edir. Silahdaşlarının sayı  Bədr döyüşündəki döyüşçülərin sayı  qə-
dər, yəni 313 nəfər olacaqdır. O Həzrətin qiyam etdiyi yer Kəbə evinin 
yanında olacaqdır. Hökumətinin  əsas  şəhəri Həzrət  Əmirəlmöminin 
Əlinin (ə) hökumətinin  əsas  şəhəri Kufə  şəhəri olacaqdır. Məlumat 
üçün bildirmək istərdik ki, Kufə  şəhərinin sakinləri Həzrət  Əmirəl-
möminin Əliyə (ə) sədaqətsizlik göstərdikləri kimi O Həzrətin cani-
şinləri İmam Həsən (ə) və İmam Hüseyn (ə) də sədaqətsizlik göstər-
mişlər.  
                                                 
1
 Həvari sözü Həbəşi dilində Elçi mənasını verir 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə