Microsoft Word Dinler cap doc



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə110/113
tarix22.11.2017
ölçüsü2,79 Kb.
#11327
1   ...   105   106   107   108   109   110   111   112   113

 344 
İnsanların törətdikləri əməllərin savabı və cəzası barəsində din-
lərdə üç müxtəlif düşüncə tərzi mövcuddur: 
1.  Dünya nemətlərini  əldə etmək yolu ilə savab və dünya ne-
mətlərini özündən uzaqlaşdırmaqla günah qazanmaq. Belə düşüncə 
tərzi Tövratda təsniyə bölümünün 28-ci babında müqəddəs kitabın ən 
uzun fəslində, eləcə də Levilər bölümünün 26-cı babında qeyd olun-
muşdur. Bu əqidə cüzi şəkildə də olsa İbrahimi dinlərdə gözə çarpır 
və məad məsələsi ilə heç bir əlaqəsi yoxdur.
1
  
2.  Ölümdən və ölülərin başqa dünyada yenidən dirilməsindən 
sonra savab və günahın qarşılığının alınması. Belə dini yanaşma zər-
düştlükdə, yəhudilikdə, xristyanlıqda və    İslamda mövcuddur. Vədə 
verilmiş xilaskarın zühuru ilə rəcət və qiyamət arasındakı vaxt, eləcə 
də, bu iki hadisə
2
 arasındakı digər məsələlər adları  çəkilən hər dörd 
dində mübahisəli məsələlərdən biri olaraq qalmaqdadır. Dinlə əlaqəsi 
olmayan bir qrup tədqiqatçıların nəzərincə ölülərin yenidən dirilməsi 
və qiyamət xilaskarın intizarından yaranan məsələlərdəndir.  
3.  Günahın və savabın qarşılığının ölümdən sonra elə bu dünya-
da alınması. Bu yanaşma tərzi təsadüf nəticəsində yuxarıda qeyd etdi-
yimiz iki yanaşmanın tərkibindən əmələ  gəlmişdir və Tənasux-Yeni 
şəklə salma (Reincarnation) adlandırılır. Daha öncə diqqətinizə çat-
dırdığımız kimi Hindularda belə bir əqidə mövcuddur və onu “Sam-
sara” adlandırırlar. Bunun başqa formaları Buddizmdə, Caynizmdə, 
Sikhizmdə, bəzi yəhudi, xristyan və islam firqələrində gözə çarpır. 
                                                 
1
 Tövratdan əlavə İncil də dünyada baş verən bəlaların və fəlakətlərin insanların gü-
nahları üzündən meydana çıxmasını bildirir (Luka 13:1-9). Qurani Kərimdə  də bu 
ayəni oxuyuruq: 
ﺎَﻤِﺒَﻓ ٍﺔَﺒﻴِﺼﱡﻣ ﻦﱢﻣ ﻢُﻜَﺑﺎَﺻَأ ﺎَﻣَو
 
ٍﺮﻴِﺜَآ ﻦَﻋ ﻮُﻔْﻌَﻳَو ْﻢُﻜﻳِﺪْﻳَأ ْﺖَﺒَﺴَآ
 
 
 “Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazandığınız günahların (et-
diyiniz əməllərin) ucbatındandır! (Bütün bunlara baxmayaraq) Allah (günahlarınızın) 
çoxunu əfv edər.” (Şura surəsi, ayə 30) Qeyd etmək lazımdır ki, Qurani Kərim bə-
laların imtahan xarakteri daşımasını da vurğulayır və  İslam mənbələri onların 
arasındakı fərqləri dəqiqliklə araşdırır.   
2
 Bu hadisələrin hər ikisinin cismani və ruhi olması və onların bütün insanlara, yaxud 
bəzi insanlara aid olması  və bundan başqa bütün heyvanların və canlıların həşri 
Qurani-Kərimdə qeyd olunmuşdur.  (Ənam surəsi, 38 və    Təkvir surəsi, ayə 5) 


 
345
İslamdakı  bəzi firqələr arasında Tənasux mərhələləri Kəvr və  Dəvr 
adlandırılır.
1
 Bu  firqələrin davamçıları  məad barəsində buyurulmuş 
ayələri Tənasux kimi yozurlar.  
Bu yanaşmaya əsasən insan öldükdən sonra başqa bir yerdə ye-
nidən dünyaya gəlir. O başqadığı yeni həyatında keçmiş həyatında et-
diyi əməllərin cəzasını çəkir və yaxud mükafatını alır. İnsanların xoş-
bəxt və bədbəxt olmalarının səbəbi də elə bidir. Onun hal-hazırda hə-
yata keçirtdiyi əməllər də onun gələcəyini müəyyənləşdirir və yeni-
dən dünyasını  dəyişdikdən sonra onun nəticəsini görür. İnsanlarda 
mövcud olan əxlaqi pozğunluq da elə bu düşüncə tərzindən qaynaq-
lanır.  
14. Radikal və Plüral dinlər 
Dinlərin radikallığı  və plürallığı arasında olan fərqlər də müx-
təlifdir. Məsələn, Əhli-sünnətin İmamlarından olan İmam Əzəm fiqhi 
məsələlərdə Plüral və İmam Şafei Radikal idi. Şiyə alimləri arasında 
da belə radikallıq və plürallıq mövcuddur. Bəzi dinlərin davamçıları 
dinlərinin radikal və bəziləri dinlərinin plüral olması ilə fəxr edirlər. 
İslam dini radikal din deyildir və  İslam  şəriəti plürallığa daha 
çox meyillidir. Müsəlmanlar  İlahi təlimləri  əllərində  rəhbər tutaraq 
Allahdan onları unutqanlıqlarına, etdikləri səhvlərə görə bağışlanıl-
maqlarını və cəzalanmamalarını, onlardan öncəkilərin çiynlərinə qoy-
duğu ağır yükü onların çiynlərinə qoymamalarını istəyirlər. (Bəqərə 
surəsi, 286) Həzrət Muhəmməddən (s) nəql olunmuş hədisə istinadən 
O Həzrətin ümmətindən olan şəxslər üçün 9 şey günaha yazılmaya-
caqdır: Xəta, unutqanlıq, bilmədiyi işlər, dözə bilmədiyi şeylər, çarə-
sizlikdən və ehtiyacdan yaranan məsələlər, məcbur olunmuş  işlər, 
bədgümanlıq, yaranışın necəliyi barəsindəki düşüncələrin vəsvəsəsi-
nə düşmək, dildə və əldə görsənməyən qibtəyə görə.
2
 
                                                 
1
 Biharul Ənvar, cild 53, səhifə 13 
2
 Üsuli Kafi, cild 2, səhifə 463 


 346 
Bəli, bu azadlıq  İslam ümmətinə aiddir. Amma başqa dinlərdə 
məsələlər belə asanlıqla həll olunmur. Yəhudilik olduqca radikal və 
çətindir. Xristyanlıqda günahı qərara almaq belə günahdır və təqiyyə 
(Canının xətərə düşəcəyi təqdirdə dinini və  məzhəbini gizlətmək) 
haramdır. Hind və Çin dinlərində insanlar özlərinə dözülməz işkən-
cələr verirlər. Belə  işkəncələrdən  ən asanı insanın daxili təmizliyi 
üçün inəyin sidiyini içməsi və peyinini yeməsidir.  
İslam dinində günahların əksəriyyəti üçün dünyada heç bir cəza 
nəzərdə tutulmamışdır. Az bir günahlar üçün nəzərdə tutulmuş cəza-
ları  həyata keçirmək üçün isə bütün şərtlər qorunub saxlanılmalıdır 
və günah sahəsində yaranmış hər hansı bir şübhə cəzanın ləğv olun-
ması ilə nəticələnir.  
İslamda məsələlərə daha asan yanaşmanın olmasından əlavə Al-
lah insanlar üçün daha asanını istəyir və insanları çətinliklərə salmaq 
istəmir (Bəqərə surəsi, 185). Dində insanlar üçün onları taqətdən sa-
lacaq heç nə yoxdur (Həcc surəsi, 78). İslam dini praktik və əməli cə-
hətdən də olduqca asandır. Məsələn, İslamda və Qurani-Kərimdə mü-
qəddəs üçlüyün və Həzrət İsanın (ə) ilahilyi qəbul olunmasa da (Mai-
də surəsi, ayə 17, 72, 73) xristyanları öz pənahında saxlayır və on-
ların ictimai hüquqlarını qoruyur.  
İslam cəmiyyətində hakim olan məsələlərə asan yanaşma düşün-
cə tərzinə görə münafiq və müsəlman ata və anadan dünyaya gəlmiş 
uşaq da İslam cəmiyyətinin bir üzvü kimi qəbul olunur. Ona müsəl-
man adı vermək olar və onun başqa bir müsəlmanla ailə qurması 
mümkündür, kəsdiyi heyvan halaldır və dünyasını  dəyişdikdə onu 
müsəlman kimi dəfn etmək lazımdır. Yəni, ona meyid qüslü vermək, 
kəfənləmək, meyid namazı  qılmaq və müsəlman adət-ənənəsinə uy-
ğun olaraq dəfn etmək vacibdir.  
 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə