Microsoft Word Dinler cap doc



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə112/113
tarix22.11.2017
ölçüsü2,79 Kb.
#11327
1   ...   105   106   107   108   109   110   111   112   113

 350 
Yəhudilikdə ailə qurmuş qadınlar üçün hicab vacib atributlardan 
sayılırdı və hal-hazırda da bəzi radikal yəhudi xanımları ailə qurduq-
dan sonra müxtəlif baş örtükləri, şlyapalarla və pariklərlə saçların ər-
lərindən başqa hamıdan gizlədirlər. Bəziləri isə elə bu məqsədlə saç-
larını ümumiyyətlə tam dibdən kəsdirirlər.
1
  
Xristyan qadınlar da bir neçə on il bundan öncəyədək saçlarını 
gizlədirdilər. Həzrət Məryəmin (ə) və digər müqəddəs xanımların bü-
tün portretləri və heykəlləri hicablı şəkildə hazırlanırdı.  
Xristyan rahibələr də saçlarını gizlədirdilər və onların baş örtük-
lərinin rəngi (rahiblərin papaqları kimi) onların rahiblik qurluşunun 
təzahürü kimi hesab olunurdu.
2
 Hindu və zərdüşt xanımlar da hicab-
dan istifadə edirdilər.  
Yəhudilikdə yun və kətanın qarışığından hazırlanmış paltarların 
geyilməsi haramdır (Təsniyə, 22:11). Radikal yəhudilər həmişə  və 
başqa yəhudilər bəzi dini mərasimlər zamanı başların “Yarmulka” 
adlanan balaca araxçın qoyurlar.  
Sikhlər başlarına nisbətən böyük əmmamə qoymağı vacib bilir-
lər və bu məsələ  bəzi hallarda xüsusi problemlər yaradır. Məsələn 
motosklet sürmək üçün təhlükəsizlik dəbilqəsinin qoyulması vacib 
bilinən ölkələrdə onlar bu qanunu qəbul etmirlər. Eləcə  də, müsəl-
                                                 
1
 Yəhudilik tarixinin ən  əhəmiyyətli hadisələrindən biri 2004-cü ilin bahar fəslində 
meydana çıxdı. Belə ki, dünyada mövcud olan pariklərin əsasən Hindistandakı Vişnu 
məbədində gözəlliklərini qurban verərək saçlarını kəsən hindli qadınların saçlarından 
düzəldilməsi şayiəsi yayıldı. Həmin məbədin xidmətçiləri də öz növbələrində kəsil-
miş saçları xüsusi qablara toplayaraq parik istehsal edən fabriklərə satırlar. Belə bir 
məsələnin təsdiq tapması yəhudi qadınlarının parikdən istifadə ehtimalını sıfıra endi-
rirdi. Çünki, yəhudiliyin ikinci hökmü bütpərəstliyin qadağan olunmasıdır və bu dini 
hökm qeyd etdiyimiz məsələyə də aid olunur. Yəhudi ruhanilərindən biri məsələnin 
dügün olub-olmamasını yoxlamaq üçün Hindistana göndərilir. Hadisənin düzgünlü-
yü doğrudan da təsdiqləndi və bundan sonra istər dünyadakı yəhudilər arasında, is-
tərsə də İsrailin daxilində böyük problemlər meydana çıxdı. Qəzəbli yəhudilər say-
sız-hesabsız pariki oda atdılar və bu hadisədən sonra parik istehsalı ilə məşğul olan 
fabriklərə külli-miqdarda zərər dəydi.   
2
 Yaxın vaxtlaradək Papanın yanına gedən hər bir xanımın başında qara rəngli örtük 
olmalı idi. Amma İspaniyanın kraliçası istisna olaraq başına ağ rəngli baş örtüyü atır-
dı.  


 
351
manlara qarşı xüsusi düşmənçilikləri olan ölkələrdə sikhlər barədə 
məlumatı olmayan insanlar onları müsəlmanlarla səhv salaraq onlara 
hücum edirlər.  
Hicab Həzrət Muhəmmədin (s) hicrətindən bir neçə il sonra ilk 
olaraq O Həzrətin xanımları üçün, sonra isə bütün müsəlman xanım-
lar üçün hicab vacib buyuruldu və Qurani-Kərim də bu vacibliyi tə-
kidlə dəstəklədi. Xanımlar namaz qılarkən belə hicablarına riayət et-
məlidirlər. Müsəlman olmayan xanımlar və  kənizlərin hicab bağ-
laması vacib deyildir.  
Ehram zamanında kişilər tikili paltarlarını, ayaqqabılarını və pa-
paqlarını geyinməməlidirlər. Başları açıq olmalıdır, üstüaçıq ayaqqa-
bılar, səndəllər geyinməlidirlər və tikişi olmayan parçanı ehram kimi 
bədənlərinə bağlamalıdırlar. Qadınların da üzləri açıq olmalıdır.  
Katolik və ortodoks ruhanilərinin hamısı və bəzi protestan firqə-
lərinin ruhaniləri xristyanlıq dini mərasimlərinin həyata keçirilməsi 
üçün xüsusi ruhani paltarlarından istifadə etməyi vacib bilirlər. Dər-
vişlər və sufilər də bəzi dini mərasimləri üçün, o cümlədən Səma mə-
rasimi üçün xüsusi paltar geyinirlər.  
Yoqalar üçün paltarlar yüngül olmalıdır və yalnız övrətlərini ört-
məlidir. Caynizmin “Səma paltarlılar” firqəsinin müqəddəsləri daim 
lüt və paltarsız yaşayırlar.  
 
19. Evlilik 
Evlilik dinlərdə mövcud olan ən mühim məsələlərdən biridir:  
1.  Dinlərin  əksəriyyətində bağqa dinlərin davamçıları ilə ailə 
qurmaq qadağan olunmuşdur. Əhli-sünnət müsəlmanın kitab əhli ilə 
də ailə qurmasına icazə verirlər, amma şiyəlikdə bu icazə daimi kə-
binlərə aid edilmir.  
2.  Bəzi  şəxslərin bəzi  şəxslərlə ailə qurması qadağandır: Mə-
sələn, ailə daxili evliliklərə qoyulmuş qadağa bütün qəbiləyə də şamil 


 352 
edilə bilər. Bəzi hallarda qəbilə daxili, hətta ailədaxili evliliklərə  də 
rast gəlinir. Tarixdə mövcud olan ailədaxili evliliklərin hamısı ana 
oğul arasında qeydə alınmışdır. Ailədaxili evliliklər bəzi hallarda səl-
tənət və şahlıq sülaləsinə (Fironlar kimi) aid olmuşdur və bu addımı 
atmaqda məqsəd şahlıq qanının rəiyyət və adi insanların qanı ilə qa-
rışmaması olmuşdur.  
İslam dinində ailə qurulmasına qadağa qoyulmuş insanların ək-
səriyyəti məhrəmləridir. Məhrəmlik qan qohumluğu, növbəti evlilik 
və süd qohumluğu ilə əmələ gəlir. Ailə qurmağa hələlik qadağa qo-
yulmuş insanlar isə xanımın bacısı (baldız) və ərli xanımlar ola bilər. 
Yəhudilikdə və xristyanlıqda da məhrəmiyyət məsələsi təxminən bu 
formadadır. Amma bir məsələ mövcuddur ki, yəhudilikdə əminin öz 
qardaşı qızı ilə ailə qurması mümkündür və xristyanlıqda əmi, dayı, 
bibi, xala uşaqları ilə ailə qurmağa icazə verilmir. Bir şərtlə icazə ve-
rilir ki, sonrakı nəsildən olsun və yaxud uşağın səlahiyyəti xaç atası-
na keçsin. Zərdüştlükdə bacı ilə qardaşın, hətta ata ilə  qızının ailə 
qurması barəsində nümunələr mövcuddur. Amma sonralar İbrahimi 
dinlərin təsiri altında bu adət təmamilə qadağan olundu. Firdovsinin 
Şahnamə əsərində İranın əfsanəvi padşahı Bəhmənin öz qızı Humay-
la ailə qurması və onu öz vəliəhdi etməsi qeyd olunmuşdur.  
3.  Bir çox dinlərdə evlilik İlahi bağlılıq kimi dəyərləndirilir. 
Yəhudilər evliliyi “Qiduşin”, yəni müqəddəs adlandırırlar. Xristyan-
lar evliliyi müqəddəs dini mərasimlərdən biri kimi qələmə verirlər. 
İslam isə onu mübarək təkid olunmuş müstəhəbbi əməl adlandırırlar. 
Amma bu müstəhəbbi əməl bir çox hallarda zərurət üzündən vaciblik 
səviyyəsinə yüksəlir.  Şənliyin təşkil olunması, kəbinin oxunmasının 
vacibliyi və bir çox başqa məsələlər bu mərasimin nə qədər əhəmiy-
yətli olmasını vurğulayır.  
Başqa İbrahimi və qeyri-İbrahimi dinlərin nəzərləri üst-üstə dü-
şür. İstər katolik, istərsə də ortodoks xristyanlar evliliyi yeddi müqəd-
dəs adətdən biri hesab edirlər və onu ibadətlə eyniləşdirirlər. Elə bu 
səbəbdən də, kəbinin kilsədə keşiş tərəfindən oxunmasını vacib bilir-
lər. Xristyanların kəbin mərasimlərinin özünəməxsus xüsusiyyətləri 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə