Microsoft Word Dinler cap doc



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə65/113
tarix22.11.2017
ölçüsü2,79 Kb.
#11327
1   ...   61   62   63   64   65   66   67   68   ...   113

 
207
Sonralar həmən  şəxsiyyətləri qələmə aldığı bütün yazıları bir yerə 
toplayaraq İncil adlandırdılar. Zaman ötdükcə həmən İncillərdən dör-
dü rəsmiləşdi və qalan İncillər isə unuduldu.
1
 
Birinci və dördüncü İncilləri qələmə alan şəxslər Həvarilərdən-
dirlər və digər ikisi isə Həvarilərin Həvariləridirlər. İlk üç incil ara-
sında ahəngdarlıq mövcuddur və elə bu səbəbdən də onları eyni məz-
munlu İncillər adlandırırlar.Dörd İncil kitabı bunlardır: 
1.  Matta  İncili (Əhdi-Ətiqin verdiyi qeybi xəbərləri  əsas tut-
maqla Məsihin həyatı və sözləri barəsində) 
2.  Mark İncili (Məsihin həyatı barəsində ən qədimi və ən qısa 
kitab) 
3.  Luka İncili (Ən xırdalıqlara işarə etməklə Məsihin həyatı və 
sözləri barəsində) 
4.  Yühənna  İncili (Həzrət Məsihin qeyri-adi insan olmasına 
təkid etməklə O Həzrətin həyatı və sözləri barəsində yazıl-
mış ən sonuncu kitab) 
 
17-2. Həvarilərin işləri 
1-ci  əsrdə Xristyanlıq Həvarilərinin həyatları barəsində çoxlu 
kitab qələmə alınmışdır. Amma onlardan biri hamı tərəfindən təsdiq 
olunaraq rəsmiyyət qazandı.  
Həvarilərin işləri (Luka tərəfindən qələmə alınmışdır. O eləcə 
də, üçüncü incilin müəllifidir və bu kitabında elçilər və xüsusən də 
Pavlos barəsində məlumat vermişdir) 
 
 
                                                 
1
 Müsəlmanların çox diqqət yetirdiyi Barnaba İncilində sonuncu peyğəmbər Həzrət 
Muhəmmədin (s) gələcəyi barəsində söz açılmışdır, amma bu İncil xristyanlar tərə-
findən qəbul olunmur və onu saxta İncil adlandırırlar. Barnaba İncilinin adı Papa 
Qlasiusun Həzrət Muhəmmədin (s) besətindən öncə çap etdirdiyi kitabın mündərə-
catında qeyd olunmuşdur, amma xristyanların nəzərincə həmin İncil itmişdir və hal-
hazırda mövcud olan Barnaba İnciliylə heç bir əlaqəsi yoxdur. Qeyd etmək lazımdır 
ki, Xristyanlarda Barnaba risaləsi adlı bir yazı da mövcuddur və xristyanlar bu yazı-
ya hörmətlə yanaşırlar. Amma qeyd etdiyimiz bu risalə Barnaba İncilindən fərqlidir.  


 208 
17-3. Həvarilərin məktubları 
Xristyanlığın bəzi Həvariləri öz dövrlərinin xristyan cəmiyyətlə-
rinə və böyük şəxsiyyətlərinə məktublar ünvanlayırdılar. Bu məktub-
lar yavaş-yavaş böyük əhəmiyyət kəsb etməyə başladı və yeni dövrə 
daxil oldu. Pavlosdan çıxış yolları, iddialar və öz mübahisələri barə-
sində yazılmış on üç məktub mövcuddur. On dördüncü məktubun 
müəllifi naməlum bir şəxsdir və on beşinci məktubun müəllifi isə 
Pavlosun düşüncələrini tənqid edən Yaqub adlı bir şəxsdir. Sonrakı 
məktublar Həvarilərdən sayılan Petrosla Yuhannaya aid edilir və so-
nuncu məktubun müəllifi “Yəhuda” adlı bir şəxsdir. Bu məktublar 
aşağıdakılardır: 
1.  Elçi Pavlosun Romalılara məktubu (Roma xalqı) 
2.  Elçi Pavlosun Korinflilərə Birinci məktubu (Korinf əhali-
sinə) 
3.  Elçi Pavlosun Korinflilərə ikinci məktubu 
4.  Elçi Pavlosun Qalatiyalılara məktubu (Qalatiya əhalisinə) 
5.  Elçi Pavlosun Efeslilərə məktubu (Efes əhalisinə) 
6.  Elçi Pavlosun Filipililərə məktubu (Filipi əhalisinə) 
7.  Elçi Pavlosun Koloslulara məktubu (Kolos əhalisinə) 
8.  Elçi Pavlosun Saloniklilərə birinci məktubu (Salonik əhali-
sinə) 
9.  Elçi Pavlosun Saloniklilərə ikinci məktubu (Salonik əhalisi-
nə) 
10.  Elçi Pavlosun Timofeyə birinci məktubu (Şəxs adı) 
11.  Elçi Pavlosun Timofeyə ikinci məktubu (Şəxs adı) 
12.  Elçi Pavlosun Titusa məktubu (Şəxs adı) 
13.  Elçi Pavlosun Filimona məktubu (Şəxs adı) 
14.  İbranilərə məktub (Pavlosun və yaxud başqa bir fərdin Yə-
hudilərə məktubu) 
15.  Yaqubun məktubu (Bütün xristyanlara) 
16.  Petrosun birinci məktubu (Bütün xristyanlara) 
17.  Petrosun ikinci məktubu (Bütün xristyanlara) 
18.  Yuhannanın birinci məktubu (Bütün xristyanlara) 


 
209
19.  Yuhannanın ikinci məktubu (Bütün xristyanlara) 
20.  Yuhannanın üçüncü məktubu (Bütün xristyanlara) 
21.  Yəhudanın məktubu (Bütün xristyanlara) 
 
17-4. Mükaşifə 
Həzrət Məsihin (ə) gəlməsindən öncə  Yəhudilər arasında ruhi 
kəşflər (Apokolipsis) barəsində çoxlu məktublar yayılmışdı və Əhdi-
Ətiqdə mövcud olan Danialın kitabı həmin məktublardan hesab edi-
lir. Xristyanlar da yeni mükaşifə kitabları yazmağa başladılar. Eləcə 
də, Yəhudilər bəzi mükaşifə kitablarında dəyişikliklər aparmaqla 
onarı xristyanların istəklərinə uyğun olaraq tənzimlədilər. Əhdi-Cədi-
din sonunda yerləşən Yühənnanın vəhyi kitabında xristyanların inki-
şaf edəcəyi barəsində qeybi xəbər verilir və xristyanlar üçün olduqca 
əhəmiyyətli yazılardan biri kimi hesab edilir. Xristyanların inancına 
görə Yühənna İsanın (ə) azyaşlı Həvarilərindən biri olmuşdur. O bu 
əsərdə ahıl yaşlarında gördüyü bir yuxunu şərh edir. Kitab Elçi Yü-
hənnanın mükaşifəsi adlanır.  
 
18. Müqəddəs kitabın mötəbərliyi 
Müqəddəs kitabın mötəbər olmasını iki yolla araşdırmaq olar: 
1.  Kitab əhli nöqteyi nəzərindən 
2.  Dindar olmayan alimlər nöqteyi nəzərindən 
Müsəlmanların bu sahədəki baxışları bu iki baxışdan fərqlidir və 
bu baxış onuncu fəsildə geniş şəkildə qeyd olunmuşdur.  
 
18-1. Kitab əhlinin nəzəri 
Yəhudilərin və xristyanların Əhdi-Ətiqin düzgün, müqəddəs, eti-
barli və ilahi olmasına etiqadı, xristyanların  Əhdi-Cədidin düzgün, 
müqəddəs, etibarli və ilahi olmasına etiqadı və Müsəlmanların Qura-
ni-Kərimin düzgün, müqəddəs, etibarli və ilahi olmasına etiqadı ilə 


 210 
tam üst-üstə düşür. Yəni bu üç din davamçılarının öz müqəddəs ki-
tablarına olan hörmət və ehtiramı, eləcə də imanı eynidir.  
Onlar hər hansı  səmavi kitaba uyğun gələn hörmət və ehtiram 
dolu sözləri Əhdi-Ətiq və Əhdi-Cədid barəsində istifadə edirlər. Yəni 
onların arasında da müqəddəs kitab, Allahın kitabı və vəhy kimi söz-
lərdən öz müqəddəs kitablarını tanıtmaq üçün istifadə edirlər. Müasir 
yazıçı olan Tomas Mişel yazır: 
“Xristyanların nəzərincə Allah müqəddəs kitabları insan övlad-
larından olan müəlliflərin əli ilə yazır və elə bu səbəbdən də, müqəd-
dəs kitabların bir ilahi və bir də bəşəri müəllifinin olmasını bildirilər. 
Başqa sözlə desək, xristyanların nəzərincə Allah müqəddəs kitabı 
Müqəddəs Ruhun ilham pərisinin köməkliyi ilə yaratmışdır və bu 
məqsədlə də onun yazılması üçün bəşər övladlarından seçmişdir. On-
ları bu yazıları  qələmə almaqda elə istiqamətləndirmişdi ki, ancaq 
onun istədiyi sözləri və məsələləri qələmə almışdılar.  
Müsəlmanların nəzərincə xristyanların bu sahədəki etiqadı  İs-
lam və müsəlman əqidəsindən fərqlidir. Xristyanların nəzərincə Allah 
müqəddəs kitabı yer üzərindəki müəlliflərin əli ilə yazmasına baxma-
yaraq sonda müqəddəs kitabın sonuncu müəllifi özüdür. Müqəddəs 
kitabların yer üzərində yaşayan müəlliflərinin hər biri xüsusi bir za-
manda yaşamışlar və öz zəmanəsinə uyğunlaşmışlar. Bu müəlliflər 
digər insanlar kimi dil və elm məhdudiyyətləri ilə üzləşmişlər. Xrist-
yanların nəzərincə Allah müqəddəs kitabları insanlara imla forma-
sında deməmişdir.  Əksinə  İlahi kəlamları  və düşüncələri çatdırmaq 
üçün onların hər birisinə xüsusi yazıçılıq üslubu bəxş etmişdir.
1
 
Yəhudilər və Xristyanlar Tövratın birbaşa olaraq Həzrət Musa 
(ə) tərəfindən qələmə alındığını bildirirlər. Eləcə də, Əhdi-Ətiqin bəzi 
bölümlərinin başqa peyğəmbərlər tərəfindən qələmə alındığını vurğu-
layırlar. Xristyanların nəzərincə  Həvarilər və  Həvarilərin Həvariləri 
dörd  İncili Həzrət  İsadan (ə) çox illər sonra qələmə almışlar. Xrist-
yanlığın yarandığı ilk zamanlardan yeganə müqəddəs kitab Əhdi-Əti-
                                                 
1
 Mişel, Tomas, Xristyan kəlamı 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə