Microsoft Word Dinler cap doc



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə47/113
tarix22.11.2017
ölçüsü2,79 Kb.
#11327
1   ...   43   44   45   46   47   48   49   50   ...   113

 152 
nündə odun topladığı üçün həbs edirlər və O Həzrətin yanına gətirir-
lər. O, Allahın əmri ilə onu daşqalaq etməyi buyurdu (Ədədlər 15:32-
35). Yəhudilər  şənbə günü işləməyi haram və böyük günah bilirlər. 
Yəhudilər şənbə günü ibadətlə məşğul olurlar, istirahət edirlər və bir-
birilərinə baş çəkirlər.
1
 
2.  Ayın başlanğıcı bayramıİbrani dilində bu bayram “Ruş hu-
deş” adlandırılır və tərcümədə mənası ayın başlanğıcı deməkdir.  
3.  Yeddinci il və yaxud ayrılma ili:  Tövrata  əsasən hər yeddi 
ildən bir bütün borclar və pul ödəmələri bağışlanmalıdır, Yəhudi qul-
ları azadlığa buraxmaq kimi insanpərvər işlər həyata keçirilməlidir 
(Təsniyə 15). Bu ilin İbrani dilindəki adı “Şemita”-dır və tərcümədə 
“azad olmaq” mənasını kəsb edir.  
4.  Yubil ayı: Bu bayram hər əlli ildən bir baş tutur və bu bay-
ram münasibətilə bir çox insanpərvər, humanist və əxlaqi işlər həyata 
keçirilir.   (Levilər 25) 
5.  Fish (Pesəh və yaxud Pasxa) bayramı: Lüğəvi mənası göz 
yummaqdır. Firon və onun ətrafındakılara bəlanın nazil olduğu za-
man Allahın Bəni-İsraillin ilk övladlarının qətlinə göz yumması mü-
nasibətilə belə adlandırılmışdır. Amma bu bayramın belə təntənə ilə 
qeyd olunmasının əsas səbəbi Bəni-İsrailin Fironun zülmündən xilas 
olmaları münasibətilədir. Bu bayram Fələstində yeddi və başqa yer-
lərdə səkkiz gün keçirilir və bahar fəslinin Nisan ayının on dördündə 
başlayır. Bu bayram mərasimi Tövratda (Xuruc 12) qeyd olunmuşdur. 
Fəsh və yaxud Pasxa Yəhudilərin ən böyük bayramıdır və qeyd olun-
muş bayram müddəti ərzində fətir çörəklərdən istifadə etməyə icazə 
verilmişdir. Birinci gecə  (İsraildən kənar yerlərdə ikinci gecə  də) 
bayram axşamı süfrəsi açılır və Misirdə keçirilmiş acı günlərin xati-
rəsini canlandırmq məqsədilə acı göyərtilər yeyilir. 12-ci əsrdən in-
diyədək bəzən Yəhudilər bir uşaq və yaxud yetginlik yaşına çatmış 
                                                 
1
 İbri dilində şənbə “Şabat” kimi tələffüz olunur və bu sözün əsil mənası istirahət et-
mək və işdən uzaqlaşmaq mənasını veriri. Ərəb dilindəki “Səbt” sözü də bu mənanı 
kəsb edir. Fars dilindəki “Şənbə” sözü də Şabat sözündən götürülmüşdür.  


 
153
insanı qətlə yetirməklə onun qanında bayram fətirinin hazırlanmasın-
da istifadə etməkdə günahlandırılmışlar.  
6.  Həftələr bayramı: Bu bayram Pasxa bayramından  əlli gün 
sonra, yəni Pasxadan yeddi həftə keçməsi və məhsulların hazır olması 
münasibətilə keçirilir. Bu bayramın İbri dilindəki adı “Şavuut”-dur. 
7.  İlin başlaması bayramı (Yeni İl bayramı): Bu bayram İbrani 
dilində “Ruş  Həşşana” (yəni, ilin başlanğıcı) kimi adlandırılır. Bu 
gün tövbə ongünlüyü üçün hazırlaşmaq məqsədilə  şeypurlar çalınır. 
Onuncu günün böyük əhəmiyyəti vardır və həmin günü “Yovmu Ki-
pur” adlandırırdılar.  
8.  Yovmu Kipur: Yəni, Kəffarə günü; Bu çox əhəmiyyətli bay-
ramdır Teşri ayının onuncu gününə  təsadüf edir. Bu günü “Asura”, 
yəni “Aşura və yaxud onuncu gün” adlandırırlar. Yəhudilər həmən 
gündən öncəki günün axşamından bayram gününün axşamınadək gü-
nahlarının kəffarəsini vermək məqsədilə oruc tuturlar. Bu günün mü-
qəddəsliyi  şənbə gününün müqəddəsliyindən daha üstündür və bu 
bayram günü işləmək tam şəkildə haramdır (Levilər 16:29-34). Yov-
mu Kipur bayramında fundamental Yəhudilər köhnə və cındır paltar-
lar geyinirlər.  
9.  Kölgəliklər və yaxud çadırlar bayramı: Yəhudilər Teşri ayı-
nın 22-də  Bəni  İsrailin Həzrət Musanın (ə) zamanında Sina səhra-
sındakı çadırlarda yaşamalarını anma məqsədilə bir həftə çadırlarda 
və kölgəliklərdə yaşayırlar.  İbrani dilində bu bayrama “Sukkot” de-
yirlər, yəni (kölgəliklər və yaxud çadırlar). 
10. Açılış bayramı:  İbrani dilində bu bayram “Hanuka” adlanır 
və  Yəhudilərin eradan əvvəl 168-ci ildə Yunanıstanlı istismarçılar 
üzərində qələbə çalması münasibətilə keçirilir. Bu gün Süleyman mə-
bədi Yəhud tərəfindən düşmənin pisliklərindən və dağıntılarından 
paklaşdırıldı. Bu bayram Kölgəliklər bayramından bir həftə sonra ke-
çirilir.  
11. Püşk bayramıİbrani dilində “Purim” adlanır. Bu gün Əhə-
məni şahı Xəşayarşanın vəziri Hamanın fitnəsilə Yəhudilərin qətlia-
mının baş tutmaması münasibətilə bayram keçirilir. Bu macəra ətraflı 


 154 
şəkildə  Əhdi-Ətiqin Ester kitabında qeyd olunmuşdur. Bayramın 
Püşk bayramı kimi adlandırılmasının səbəbi bundan ibarətdir ki, Ha-
man öz qərarını şaha elan etmək üçün günü püşkatma yolu ilə təyin 
etmişdi. Bu bayram qış fəslinin axırlarına təsadüf edir.  
 
13. Yəhudi firqələri 
Bütün dinlərdə müəyyən müddətdən sonra müxtəlif firqələr 
meydana çıxmışdır. Firqələr ölkə,  şəhər, hətta məhəllə  rəhbərliyini 
ələ keçirmək və fərqli düşüncə tərzlərinin mövcudluğuna görə mey-
dana çıxır. Digər məsələlər, o cümlədən qəza, qədər, ixtiyar və sair 
məsələlər sahəsindəki ixtilaflar isə sonradan meydana çıxır. Firqələ-
rin bəzisi güclü və bəzisi zəif olur, eləcə də, azsaylı və çoxsaylı olur. 
Yəhudilərin Babilistandan geri qayıtmasından sonra bir neçə məşhur 
firqə əmələ gəldi. Daha qədim firqələr barəsində isə əlimizdə yetərin-
cə məlumat yoxdur.  
 
13-1. Ferisilər 
Ferisi sözünün İbrani dilində mənası “Xəlvət axtaran” deməkdir. 
Bu ləqəb onların fərqli və daha böyük imtiyaza sahib olmalarına də-
lalət edir. Bu firqə eradan əvvəl ikinci əsrdə meydana çıxdı  və in-
diyədək də Yəhudilərin əksəriyyəti bu firqənin davamçılarıdırlar. Bu 
firqənin əsası “Hesidim” (yəni, pərhizkarlar və təqvalılar firqəsi) fir-
qəsinə qayıdır. Hesidim firqəsi eradan əvvəl 3 və yaxud 4-cü əsrlərdə 
Yəhudilər arasındakı bütpərəstliyi və çaşqınlığı aradan götürmək 
üçün yaradıldı. Onlar Məkabilərin müharibələrində iştirak etmişlər və 
din yolunda canlarından keçərək  şəhid olmuşlar. 18-ci əsrdə  Şərqi 
Avropa Yəhudilər arasında bu hərəkatdan ilham alan Hesidim adlı 
Yəhudi irfan məktəbi meydana çıxdı.  
Ferisilərlə Sədduqilər arasında açıq-aydın ixtilaf var idi. Bu firqə 
Allahı cismdən və bütün cismani sifətlərdə uzaq bilirdi. Eləcə də, in-


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə