Microsoft Word Dinler cap doc



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə41/113
tarix22.11.2017
ölçüsü2,79 Kb.
#11327
1   ...   37   38   39   40   41   42   43   44   ...   113

 
133
yeməkdən boyun qaçırırdılarsa  Əhdi-Cədiddə (Həvarilərin işləri 
10:9-16 və s yerlərdə) bütün ətlər halal buyurulmuşdur və xristiyanlar 
heç bir əti haram bilmirlər. Xristiyanların nəzərincə  Əhdi-Ətiqdə 
qeyd olunmuş şəriyyət Əhdi-Cədiddəki şəriyyəti tərk etmək üçündür.  
Əhdi-Ətiq kitabı İbrani dilindədir və onun az bir hissəsi Kəldani 
dilində qələmə alınmışdır. Bu dillərin hər ikisi ərəb dili kimi Sam dili 
qrupuna aiddirlər. Əhdi-Ətiqin İbrani dilində tərtib olunmuş nüsxələri 
xristyanların tərcümələrindəki tərtibatla bir az fərqlidir. Amma Töv-
ratın beş bölümü hər tərtibatda toxunulmaz olaraq qalır.  
Əhdi-Ətiqin Yunan dilində də bir nüsxəsi mövcuddur və bu nüs-
xə İbrani dilindən tərcümə olunmuşdur. Yunan dilində
1
 olan nüsxəni 
“Tərcumeye səbiniyyə” yaxud “Yetmiş tərcümə” adlandırırlar. Qeyd 
etmək lazımdır ki, bu tərcümə təxminən eradan əvvə 258-ci ildə Mi-
sirin padşahı Batlaymus Filadelfusun əmri ilə 72 nəfər tərəfindən 
edilmişdir. Bu nüsxə ilə İbri dilində olan əsas nüsxə arasında fərqlər 
mövcuddur və daha mühim budur ki, qeyd etdiyimiz tərcümə nüsxə-
sində  İbrani dilində olan nüsxədə mövcud olmayan bölümlər möv-
cuddur. Yəhudi alimləri 1-ci əsrdə öz müqəddəs kitablarını müəyyən-
ləşdirmək üçün “Yavna” adlı yerə toplaşanda o zaman sayı 39-a ça-
tan İbrani dilində qələmə alınmış dini kitablardan istifadə etdilər və 
Yunan dilində  qələmə alınmış kitabları istifadə etməyərək kənara 
qoydular. Bu kitablar sonralar “Apokrifa”, yəni “bağlı” adlandırıldı.  
Xristiyanların kitabı, yəni  Əhdi-Cədid Yunan dilində  qələmə 
alındı  və onlar Apokrifa kitablarında öz Əhdi-Ətiqlərindən istifadə 
etdilər. Bununla da, onların  Əhdi-Ətiq kitablarının sayı 46-ya çatdı 
və müqəddəs bilinən bu kitabları  qəbul olundu. Təxminən beş  əsr 
sonra Martin Luter Kinq bu kitabların ilhamla yazılmasına şəkk etdi 
və bir müddətdən sonra Protestant xristiyanlar həmin kitabları kənara 
                                                 
1
 Makedoniyalı  İskəndər təxminən eradan əvvəl 330-cu ildə Yaxın  Şərq regionunu 
fəth etdikdən sonra Yunanlılara məxsus elmin yayımı işini həyata keçirməyə başladı 
və bu məqsədlə “iskəndəriyyə” adlı şəhərlər salmağa başladı. Bu şəhərlərdən biri Mi-
sirdədir və bizim dövrümüzə  qədər də elm şəhəri olması statusunu qoruyub saxla-
maqdadır. Bundan sonra Yunan dili elm və yazı dili kimi tanındı.  


 134 
qoyaraq  Əhdi-Ətiqin Protestant formasını meydana çıxartdılar. Bu 
nüsxə  Yəhudilərin Tənəxi ilə eyni idi. Protestantların daha çox dini 
kitab çap etmələrini nəzərə alsaq deyə bilərik ki, hal-hazırda dünyada 
əksər nüsxələrdə apokrifa mövcud deyildir. Katolik və Ortodoks 
kilsələr buna qarşı  çıxırlar və qeyd olunmuş bölümləri  Əhdi-Ətiqin 
bir hissəsi kimi qəbul edirlər və onları “İkinci qanun” (Deuterocano-
nical) adlandırırlar.  
Yunanlılara aid digər kitab dəstəsi Sudepiqrafa (Pseudepigrap-
ha), yəni “Saxta yazılar” adlandırılır. Bu dəstəyə aid kitablrın mötə-
bərliyi azdır və heç vaxt Əhdi-Ətiqdə yerləşdirilməmişdir. Eradan bir 
neçə on il öncə  bəzi ziyalı  Yəhudilər tərəfindən qələmə alınmış bu 
yazılar kitab əhlinin onlara diqqət ayırmaması səbəbindən aradan get-
di, amma həmin  əsərlərin bəzilərinin tərcümələri dünyanın müxtəlif 
yerlərində mövcuddur və son əsrlərdə kəşf olunmuşdur. Xristyanların 
da bəzi  əlavələr etdikləri bu kitabların sayı çoxdur və  həmin kitab-
ların toplusu İngilis və digər Avropa dillərinə tərcümə olunaraq çap 
edilmişdir.
1
   
Tənəx 39 kitabdan ibarətdir və xristiyanlar bu kitabı  tərcümə 
edərək Əhdi-Ətiq adlandırdılar. Əhdi-Ətiq üç bölümdən ibarətdir: 
1.  Tarixi bölüm 
2.  Hikmət, münacat, dua və şeir 
3.  Peyğəmbərlərin gələcək haqqında xəbərləri 
 
7-1. Tənəxin tarixi bölümü (Əhdi-Ətiq) 
Əhdi-Ətiqin tarixi bölümü 17 kitabdan ibarətdir və onun ilk beş 
kitabı “Tövrat” adlandırılır. Onun başqa bir adı isə “Pentatuk” (Pen-
tateuch), yəni “Beş kitab” yaxud “Beş bölüm” adlandırılır.  
Tövrat “Yaranış” bölümü ilə başlayır. Dünyanın yaradılışı, 
Adəm və  Həvvanın xəlq edilmələri, yaxşı  və pis mərifət ağacının 
meyvəsindən yemələri, onların “Ədən” bağından, yəni cənnətdən qo-
                                                 
1
 Bu kitablardan ibarət bir məcmuə “The Forgotten Books of Eden” adı ilə 1927-ci 
ildə Amerikada, İngilis dilində çap olunmuşdur.  


 
135
vulmaları, Adəmin övladlarının hekayəsi, Nuhun tufanı, Həzrət İbra-
him, İsmail, İshaq, Yaqub və Yusifin (ə)-ların başlarına gələn hadisə-
lər bu bölümdə qeyd olunmuşdur.  
Digər dörd bölümdə isə  Həzrət Musanın (ə) həyatı  və  Bəni-İs-
railin həyatı açıqlanır. Bu bölümdə O Həzrətin dünyaya gəlməsi, pey-
ğəmbərliyə çatması, xaric olması, dövlət təşkil etməsi və dünyadan 
köçməsi geniş  şəkildə qeyd olunmuşdur. Bu dörd bölümdə dini hö-
kümlər və qanunların bir əksəriyyəti, vəhy barəsində  məlumatlar da 
qeyd olunmuşdur. Yəhudilər və xristyanların nəzərincə Tövratın beş 
bölümünün müəllifi Həzrət Musa (ə) özüdür.  
Bəni-İsrailin tarixi Həzrət Yuşənin (ə) zamanından sonraya aid 
edilir və digər on iki kitabda qeyd olunmuşdur. Əhdi-Ətiqin tarixi ki-
tabları aşağıdakılardır: 
1.  Yaranış bölümü; (Dünyanın yaranışı, Həzrət Adəm, Nuh, 
İbrahim, İsmail, İshaq, Yaqub və Yusif) 
2. Xuruc bölümü (Həzrət Musanın (ə) dünyaya gəlməsi və pey-
ğəmbərliyə çatması, Bəni-İsrailin  Misirdən çıxarılaraq Sinaya köçü-
rülməs, Əhkam) 
3. Levilər bölümü; (Həzrət Harunun (ə) nəslindən və Lavi ailə-
sindən olan Yəhudi ruhanilərinin və kahinlərinin hökümləri) 
4. Ədədlər bölümü; (Həzrət Musanın (ə) zamanında Bəni-İsrai-
lin sayı, şəriyyəti və tarixi) 
5. Təsniyə yaxud ikilik bölümü; (Öncəki bölümlərdə qeyd olun-
muş dini əhkamların təkrarı və Bəni-İsrailin Həzrət Musanın (ə) vəfa-
tına qədər tarixi) 
6. Yuşənin səhifəsi; (Həzrət Musanın (ə) canişini Yuşə ibn Nu-
nun tarixi, həyatı və sərgüzəştləri) 
7. Hakimlər bölümü; (Padşahların təyin edilməsindən öncə 
Bəni-İsrail hakimlərinin tarixi) 
8. Rut kitabı; (Həzrət Davudun (ə) nənələrindən olan Rut adlı bir 
qadının həyatı) 
9. Samuelin birinci kitabı; (Samuel peyğəmbərin tarixi, Şaulun, 
yəni Talutun hakimiyyətə təyin edilməsi) 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə