Microsoft Word Dinler cap doc



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə39/113
tarix22.11.2017
ölçüsü2,79 Kb.
#11327
1   ...   35   36   37   38   39   40   41   42   ...   113

 
127
Bu hadisədən sonra Yəhudilər qonşu ölkələrdə, Avropada və şi-
mali Afrikada məskunlaşmağa başladılar. Bu vəziyyət İbrani dilində 
Qalut, yəni “Vətəni tərk” və onların yayıldığı regionlar Yunan dilin-
dən götürülmüş Diaspora, yəni “Dağınıqlıq” adlandırılır. Müəyyən 
müddətdən sonra onların bir hissəsi indi Mədinə adlandırılan və o za-
manlar “Yəsrib” adlanan şəhərə köçdülər. İslam mənbələrinə əsasən 
Mədinəyə köçən bu Yəhudi dəstəsinin məqsədi Həzrət Muhəmməd 
(s)-in mübarək viladəti ilə bağlıdır.  
Sonralar, ikinci xəlifənin zamanında müsəlmanlar qüds şəhərini 
müzakirələrin köməkliyi ilə xristiyanlardan aldılar. Təbərinin yazdı-
ğına  əsasən, müsəlmanların Qüdsü təhvil alarkən xristiyanlar qarşı-
sında öhdəliklərinə götürdüyü vəzifələrdən biri də  Yəhudilərin bu 
şəhərə daxil olmasına icazə verməmələri idi.    
 
6-7. Yəhudilər və digər qövmlər 
Bəzi insanlar kiçik yəhudi xalqının inhisarçılıq və xudbinlik 
xüsusiyyətinə  işarə edirlər.
1
 Digər xalqların bəziləri onların Yəhudi-
lər tərəfindən belə adlandırıldıqları üçün Yəhudilərlə düşmənçiliyə 
başlamışlar və onalrı  təhqir etmək üçün müxtəlif işlər görmüşlər. 
Qeyd etmək lazımdır ki, Qüds şəhərinin ilk dəfə eradan əvvəl altıncı 
yüz illikdə viran edilməsinin və  Bəni-İsrailin Babilistanlılar tərəfin-
dən əsir götürülmələrinin əsası elə bu məsələ idi. Həmin zamanlar İr-
miyay peyğəmbər Allah tərəfindən Bəni-İsrailə  xəbər gətirdi ki
Bəni-İsrail düşmənə  təslim olacağı  təqdirdə özləri və  şəhərləri to-
                                                 
1
 Onların belə özünəməxsus xüsusiyyətlərinə nümunə olaraq dünya əhalisini iki 
hissəyə, “Yəhudilər” və “Quyim” (Gentiles), yəni kafirlərə bölürdülər. Onlar özləri-
nin “Quyim” adlandırdıqları kafirlər qarşısında heç bir öhdəçilik daşımadıqlarını bil-
dirirdilər: “Kitab əhlindən elə kəslər vardır ki, əgər onlara bir qinar (çoxlu) əmanət 
verərsənsə, onu tamamilə sənə qaytararlar; elələri də vardır ki, onlara təkcə bir dinar 
qızıl əmanət versən, başlarının üzərində möhkəm durub tələb etməyincə sənə qaytar-
mazlar. Bunun səbəbi budur ki, onlar: “Ümmilərə görə (kitab əhli olmayan cahil 
ərəblərin mallarını mənimsəməyə görə) bizə irad tutulmayacaq”, - deyər və bilə-bilə 
Allaha qarşı yalan söyləyərlər.” (Ali İmran surəsi, ayə 75) Bir çox alim və tədqiqat-
çıların nəzərincə Qurani Kərimdə qeyd olunmuş “Ummilər”  Quyimlərə işarə edir.   
 


 128 
xunulmaz qalacaqlar. Onlar ilahi tərəfindən göndərilmiş bu qurtuluş 
xəbərinə məhəl qoymadılar, peyğəmbəri döydülər, zindana atdılar və 
O, Qüds şəhərinin işğal olunduğu zamana qədər zindanda qaldı. (İr-
miya, 37 və 38) 
Hər halda, Yəhudilər vətənlərini itirdilər, amma dinlərini, mədə-
niyyətlərini, adət və  ənənələrini qoruyub saxladılar və digər qövm-
lərin arasında assimilyasiya olunmadılar. Belə bir vəziyyət onların 
müxtəlif qövmlərin arasında yaşamalarına görə meydana çıxmışdır. 
Onlara ilk sahiblik edən müşriklər, sonra xristiyanlar və daha sonra 
müsəlmanlar olmuşlar.  
Onlar müsəlman ölkələrində, xüsusən də Andalosiyada yaxşı ya-
şayırdılar və onların bəziləri ictimai sahələrdə yüksək məqamlara qə-
dər qalxa bilmişdilər. Halbu ki, Avropa ölkələrində yaşayan Yəhu-
dilər onlar üçün ayrılmış Qetto (ghetto) adlı yerlərdə zillət içərisində 
yaşayırdılar. Bir çox hallarda isə xristiyanlar onları güc yolu ilə öz 
dinlərinə gətirirdilər.  
Xristyanlar 1492-ci ildə Andolosiyanı təmamilə müsəlmanlardan 
aldıqdan sonra Yəhudiləri də həmin ərazilərdən qovmağa başladılar. 
Həmin yurdsuz-yuvasız Yəhudilər sonda Şimali Afrikadakı müsəl-
man ölkələrinə, Osmanlı dövlətinə  sığındılar. Amma onların az bir 
hissəsi dəniz quldurları  və acgöz dənizçilərdən yaxa qurtararaq mü-
səlmanların mehr və məhəbbətlə dolu qucaqlarında yer tapa bildilər. 
Müsəlmanların insanpərvər və humanist xüsusiyyətləri,  əcnəbilərlə 
xoş davranmaları Yəhudi və Xristyan tarixçiləri tərəfindən ağızdolu-
su ilə qeyd olunmuşdur.  
Yəhudilərin özünəməxsus ruhiyələri və onların iqtisadi bacarıq-
ları onları qəbul etmiş xalqların onlara qarşı həssasiyyətini gücləndi-
rirdi. Təəssüf hissi ilə qeyd etməliyəm ki, aşağıda qeyd edəcəyimiz 
ziddiyyətli məsələlər Yəhudilərlə digər xalqlar arasında dərin par-
çalanmaların meydana çıxmasına səbəb oldu:  
1.  Onların qədim zamanlarda Həzrət İsaya (ə) qarşı kəskin möv-
qedən çıxış etmələri Xristiyanların müqəddəs İncil kitablarında, eləcə 
də, Yəhudilərin Həzrət Muhəmmədə (s) qarşı düşmənçilik aparma-


 
129
ları, müharibələr törətmələri Qurani-Kərimin Bəqərə, Ali İmran, Ni-
sa, Maidə, Əhzab və Həşr surələrində qeyd olunmuşdur. Tarix boyu 
da Yəhudilər həmişə ya xristiyan, ya da müsəlman ölkələrində yaşa-
mışlar. Onların sonrakı dövrlərdə  də davranışları  (İslam cəmiyyət-
lərində  şərab paylamaları, pozğun qadınlara niyyətlərini həyata ke-
çirmək üçün evlərini icarəyə vermələri, müsəlmanlara və xristiyan-
lara faizlə pul vermələri) onlara qarşı etiraz yaradır. İsrail dövlətinin 
hal-hazırda həyata keçirdikləri təcavüzkarlıq dünya ictimaiyyəti ara-
sında Yəhudilərə qarşı etiraz yaratması. 
2. Keçmişdə istər xristyan və istərsə  də müsəlman ölkələrində 
yəhudilərin əzilməsi işləri aparılmışdır. Bəzən də insanlar (Məsələn; 
hər hansı bir uşağın Yəhudilər tərəfindən oğurlanması şayiəsinin ya-
yılmasından sonra) onları yerli dini (Xristyanlıq və yaxud İslam di-
nini) qəbul etməyə  məcbur edirdilər.  İnsanlar öz istəklərinə çatmaq 
üçün onlara donuz əti, yaxud ətlə qatıq yedizdirirdilər.
1
 Qeyd etmək 
lazımdır ki, istər Xristyanlıq və istərsə də İslam dinində belə rəftarlar 
düzgün hesab edilmir və müsəlman alimlər insanların belə davranış-
larına kəskin etirazlarını bildirmişlər. Digər tərəfdən də insanlar məc-
buriyyət üzündən zahirən İslamı qəbul etsələr də daxildə Yəhudi qa-
lırdılar. Həmin insanlar Avropada “Marrano” və İranda “Anus”
2
 ad-
landırılırdı. 
Dünya səviyyəsində aparılan Yəhudiliklə mübarizə “anti-Seme-
tizm” adlandırılır. Hitler də çoxlu sayda Yəhudiyə  işkəncə verərək 
müxtəlif yollarla qətlə yetirmişdir. Bəzi Yəhudilər xüsusi sobalarda 
yandırılmışlar və insanların belə formada edam edilmələri “Holo-
kost” adlandırılmışdır 
Dünya səviyyəsində mövcud olan Yəhudi şəbəkəsi kütləvi infor-
masiya vasitələrini ələ alaraq beyinlərə və düşüncə tərzlərinə də təsir 
göstərə bilmiş, bu yolla özünə tərəfdaşlar əldə edə bilmişlər. Elə buna 
görə də, Ağ evə və Amerika Birləşmiş Ştatlarının digər icraedici or-
                                                 
1
 Yəhudilər üçün donuz əti və ətlə qatıq yemək haram buyurulub. Bu iş onlara böyük 
əzab-əziyyət törədir.  
2
 Anus ibrani dilində Məcbur deməkdir. 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə