Microsoft Word Dinler cap doc



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə36/113
tarix22.11.2017
ölçüsü2,79 Kb.
#11327
1   ...   32   33   34   35   36   37   38   39   ...   113

 118 
hekayə  təxminə elə bu şəkildə, amma müxtəlif tərzlərdə qeyd olun-
muşdur. Amma Quranda Həzrət Harunun (ə) belə nalayiq hərəkət et-
məsi qeyd olunmamış və O Həzrətin belə səhv addımlardan uzaq ol-
ması bildirilmişdir. Qurani-Kərimdə inəyi duzəldən insanın adı “Sa-
miri” kimi qeyd olunmuşdur.  
“Harun isə bundan (Musa Tur dağından qayıtmamışdan) əvvəl 
onlara belə demişdi: “Ey ümmətim! Siz bununla (hansınızın əqidəcə 
möhkəm, hansınızın şəkkak olduğunu ayırd etmək məqsədilə Allah tə-
rəfindən) yalnız imtahana çəkildiniz. Sizin Rəbbiniz, şübhəsiz ki, Rəh-
mandır. Mənə tabe olub əmrimə itaət edin!”   (Taha surəsi, ayə 90) 
Kitab əhli Qurani-Kərimdə qeyd olunmuş Samiri adına etiraz et-
dilər və belə bir insanın mövcud olmamasını bildirdilər. Çünki, Sami-
ri Fələstindəki Samirə şəhərinə aiddir və həmin şəhəri Həzrət Musa-
dan (ə) əsrlər öncə yaşamış Umri adlı padşah yaratmışdı. (Padşahla-
rın birinci kitabı 16:24) 
Mərhum  Şeyx Muhəmməd Cəvad Bəlaği (r) cavab olaraq bu 
sözləri bildirmişdi ki, Bəni-İsraildə Şəmrun ibn Yəssakar ibn Yəqub 
adlı şəxs var idi və onun ailəsi Şəmruni adlandırılırdı (Yaranış 46:13 
və Ədədlər 26:24). Şəmruni Ərəb dilində Samiri kimi tələffüz edilir.
1
  
Tövratda belə yazılmışdır ki, Həzrət Musaya (ə) yeni nəsihət-
lərini qeyd etmək üçün  qabaqkı lövhələrə bənzər iki daş lövhə hazır-
lamağı əmr etdi. Qurani-Kərimdə də bu məsələyə işarə olunmuşdur:  
“Musanın qəzəbi yatanda lövhələri götürdü. Onların birində: 
“Rəbbindən qorxanlar doğru yola və  mərhəmətə nail olacaqlar!” - 
(deyə yazılmışdı).” Əl-Əraf surəsi, ayə 154) 
 
5-6. Həzrət Musanın (ə) vəfatı 
Həzrət Musa (ə) Bəni-İsraili azad etdikdən sonra onların işlərini 
qaydasına qoydu, onları kafirlərlə mübarizəyə hazırladı  və onlara 
Allahın əhkamını öyrətdi. O Həzrət Sina səhrasında dövlət yaratdı və 
həyatının sonuna qədər qövmünün dini və siyasi liderliyini öhdəsində 
                                                 
1
 Əl Huda ilə dinil Mustafa, cild 1, səh 98-99 


 
119
saxıadı. Bu hadisələrin geniş açıqlanması Tövrat kitabında mövcud-
dur.  
Həzrət Musa (ə) Bəni-İsrailə bərəkət bəxş etdi və ömrünün 120-
ci ilində Ölü dənizin  ətrafında yerləşən Muab adlı yerdə dünyasını 
dəyişdi. Bəni-İsrail onun üçün otuz gün yas və  əzadarlıq mərasimi 
keçirtdilər. Bu hadisə Tövratın “Təsniyə” bölümündə qeyd olun-
muşdur və Tövrat bununla başa çatmışdır:  
Allahın bəndəsi Musa orada Muab adlanan yerdə Allahın kə-
lamlarına uyğun olaraq öldü və onu Muab adlı məkanda Beyti Fəur 
adlanan yerin qarşısındakı  dərədə  dəfn etdilər.
1
  Bu günə kimi heç 
kim onun yerini bilmir. Musa vəfat edəndə onun yüz iyirmi yaşı var 
idi, amma nə gözü zəifləmişdi, nə  də beli bükülmüşdü. Bəni-İsrail 
Musa üçün Muabda otuz gün matəm saxladılar. Musanın matəm gün-
ləri başa çatdı. Yuşə ibn Nun hikmət ruhuna görə tanınırdı. Çünki, 
Musa əlini onun üzərinə qoymuşdu və buna görə də Bəni İsrail ona 
itaət etdilər və Allahın Musaya buyurduqlarına uyğun olaraq əməl 
etməyə başladılar. Bəni israil arasında Musa kimi  Allahın üz-üzə 
tanıdığı kimsə olmayıb. Allahın ona bəxş etdiyi bütün nişanə və mö-
cüzələri Misirdə Firona və onun bəndələrinə, eləcə də bütün Misirə 
göstərdi. Elə buna görə, də Musanın güclü əli və bütün əzəmətləri 
Bəni-İsraillilər üçün qalacaqdır.” (Təsniyə, 34:5-12) 
 
6. Bəni-İsrailin tarixi 
Həzrət Musadan (ə) sonra Allahın  əmri ilə  Həzrət Yuşə ibn 
Nun(ə) qövmün rəhbəri və lideri oldu. O, Fələstinin şimalından cənu-
buna qədər uzanan İordaniya çayını keçdi, Kənan torpaqlarını  və 
onun  ətrafındakı  əraziləri fəth etdi.  Əhdi-Ətiqdə qeyd olunduğuna 
görə bu ərazilərin yerli əhalisi qətliam edildilər və  həmin  ərazilər 
                                                 
1
 Dəfn edən məlum deyil və bəzilərinin nəzərinə əsasən məqsəd Allahdır. 


 120 
Bəni  İsrailə aid oldu. Bu müharibələrin hamısı  Əhdi  Ətiqdin altıncı 
kitabında “Yuşənin səhifəsi” adlı bölümdə mövcuddur. 
Həzrət Yuşədən (ə) sonra Bəni-İsraildən olan böyük şəxsiyyətlər 
insanlara rəhbərlik etdilər və bu mərhələni Bəni-İsrail dövranı adlan-
dırdılar. Onlar şah deyildilər və yalnız Bəni-İsrailin daxili çəkişmə-
lərini həll edirdilər. Bu liderlərin tarixi “Hakimlər” bölümündə qeyd 
olunmuşdur.  
 
6-1. Padşahların dövrü  
Bəni-İsrailin sonuncu hakimi Həzrət Samuelin (ə) iki oğlu var 
idi və onların heç birisi hakimlik üçün yararlı deyildilər. Digər tərəf-
dən Bəni-İsrailin o zamanlar onları bir yerə toplaya və qonşularının 
hücumları qarşısında cəmləşdirə bilən padşahı yox idi.
1
 Elə bu sə-
bəbdən də dövrün peyğəmbəri olan Samuelin yanına getdilər və onlar 
üçün bir şah təyin etməsini xahiş etdilər: 
“Onların bu təklifi Samuelin xoşuna gəlmədi. Çünki, onlar is-
təklərini belə bildirdilər: “Bizə bizim üzərimizdə hakimlik edəcək bir 
şah təyin et. Samuel Allaha dua etdi və Allah Samuelə dedi: “Qövmü-
nün hər barədə dediyi sözləri eşit, çünki səni tərk etmədilər,  əksinə 
onlara hakimlik etməməm üçünməni tərk etdilər. Onları Misirdən 
çıxardığım gündən indiyədək etdikləri bütün əməllər onların məni 
tərk edərək başqa Tanrılara ibadət etmələrini göstərdi. Beləliklə, 
səninlə də belə davranırlar. İndi onların səslərini eşit, amma onlara 
təkidlə şəhadət ver və onlara hakimlik edəcək şahların şahlıq tərzləri 
barədə xəbərdar et.”  (Samuelin kitabının əvvəli, 8:6-9)  
O, buna əsaslanaraq padşahlığın ağır adət və ənənələrini öz qöv-
mü üçün açıqladı, amma onlar öz istəklərindən əl çəkmədilər. Elə bu-
na görə  də,  Şaul (Talut) adlı bir gənci onların padşahı  təyin etdi və 
onu müqəddəs yağla məhs etdi. Bu məhsdən sonra o ilahi hakim oldu 
                                                 
1
 Hicaz əhlinin də İslam dinin meydana çıxdığı zamana qədər şahı yoxu idi və Hicaz-
lıların nüfuzlu şəxsiyyətləri, o cümlədən Əbu Cəhl, Əbu Ləhəb, Əbu Süfyan şah sa-
yılmırdılar. Halbuki o zamanlar və daha öncə belə Romada, İranda və dünyanın bir 
çox yerlərində şah və padşah anlayışı mövcud idi.  


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə