Microsoft Word Dinler cap doc



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə37/113
tarix22.11.2017
ölçüsü2,79 Kb.
#11327
1   ...   33   34   35   36   37   38   39   40   ...   113

 
121
və Məsihə (Maşyəh), yəni məhs olunmuşa itaət etmək şəri baxımdan 
hamıya vacib idi.  
Bəni-İsrailin birinci padşahı  Şaul təxminən  əradan  əvvəl 1030-
cu padşah təyin olundu. Bu padşahın adı Əhdi-Ətiqdə (Samuelin bi-
rinci kitabı, doqquzuncu fəsldən sonra) “Şaul” və Qurani-Kərimdə 
“Talut” kimi qeyd olunmuşdur: “(İsrail övladının) peyğəmbəri onla-
ra dedi: “Allah Talutu sizə padşah göndərdi”. Onlar isə: “Biz hökm-
darlığa daha layiq ikən və ona var-dövlət verilmədiyi halda, o, necə 
bizə padşah ola bilər?” – deyə cavab verdilər. (Peyğəmbər onlara) 
dedi: “Allah sizdən ötrü onu (bəyənib) seçmiş, elm və bədəncə (qüv-
vəcə) ona üstünlük vermişdir. Allah Öz mülkünü (səltənətini) istədi-
yinə verər. Allah (Öz lütfü və kərəmi ilə) genişdir, (Allah hər şeyi) bi-
ləndir!” (Bəqərə surəsi, ayə 247) 
Birinci padşahın təyin edilməsindən sonra İsraillilərlə Fələstinli-
lər arasında dəhşətli müharibə baş verdi və qələbə Bəni-İsrailin üzünə 
güldü. Bu qövmün ən böyük qəhrəmanı Culyat idi və Qurani-Kərim-
də bu ad Calut kimi qeyd olunmuşdur. O, Həzrət Davud (ə) tərəfin-
dən qətlə yetirildi və onun qoşunu döyüş meydanından qaçdı.  
Həzrət Davud (ə) Talutun canişini oldu (təxminən eradan əvvəl 
1015-ci ildə). Həm zikr və dua edən, həm də döyüşçü və fateh olan 
Davud (ə) Yəhudilər üçün çox müqəddəs bir şəxsdir və özünəməxsus 
yerə malikdir. O Həzrətin ən böyük uğurlarından biri Urşəlim
1
 (İrru-
səlim) şəhərinin fəthi idi. Bu şəhər Həzrət Davudun (ə) paytaxtı oldu 
və  həmin  şəhəri “Davudun şəhəri” adlandırdı. Urşəlim Yəhudilərin 
qibləsidir.  
Həzrət Süleyman (ə) atası  Həzrət Davudun (ə) yerinə keçdi və 
Bəni-İsrail  ən mühim və  əzəmətli dövrünü bu padşahın zamanında 
                                                 
1
 Jerusalem, yəni “sağlam və salamat şəhər” bu şəhərin əsil adıdır. Amma müsəlman-
lar bu şəhəri Qüds, Beytül Məqdəs və yaxud Beytul Muqəddəs (İbri dilindəki Beytu 
Həmiqədaş, yəni “Məbəd evi” sözü ilə eyni məna verir) adlandırırlar. Bu şəhərin 
başqa bir adı da “İlya Kapitolina” –dır və müsəlmanlar bu adı da İlya sözü ilə əvəz 
etmişlər.  


 122 
yaşadı. O Həzrət Urşəlim şəhərində olduqca böyük bir məbəd inşa et-
di və bu məbəd “Süleymanın Heykəli”
1
 adı ilə tanındı.  
Bu məbəd bir dəfə eradan əvvəl 587-ci ildə Babilistanın padşahı 
“Nabukadnassar” (İslam mənbələrində bu ada “Buxtunəssər” kimi 
qeyd olunmuşdur) tərəfindən və ikinci dəfə 70-ci ildə Roma şahza-
dəsi Titus tərəfindən viran edilmişdir.  
Qeyt etdiyimiz məbəd o zamana qədər (eradan əvvəl altınci və 
ikinci  əsrlərdə bir neçə on illiyi çıxmaq  şərtilə) həmişə  Yəhudilərin 
ixtiyarında olmuşdu və Yəhudi kişiləri ildə üç dəfə müəyyən edilmiş 
bayramlarda həcc mərasimini keçirmək üçün piyada olaraq səfərə 
çıxırdılar.  
Bu məbəd tədricən xristiyanların əlinə keçdi və İslam dininin ya-
ranmasından sonra ikinci xəlifənin zamanında sülh yolu ilə müsəl-
manlara təslim edildi. Müsəlmanlar Süleyman məbədinin xarabalıq-
larını Ömər məscidi adlı əzəmətli bir məscidə çevirdilər və onun üzə-
rində “Qubbətus səxrə” adlı gümbəz tikdilər. Qeyd edək ki, sonradan 
həmin gümbəz qızılla örtüldü. Daha sonra bu məscidin kənarında 
mavi gümbəzli bir xırda məscid inşa edildi və “Məscidül Əqsa” ad-
landırıldı.
2
  
Fələstin torpaqlarında yaradılan Urşəlim  şəhərinin qərb hissəsi 
Birləşmiş Millətlər Təşkilatının qərarı ilə 1948-ci ildə  İsrailə  və  hə-
min iki məscidin yerləşdiyi şərq hissəsi isə İordaniya ölkəsinə verildi. 
İsrail 1967-ci ildə baş vermiş altı günlük müharibədə Qüds şəhərinin 
şərq hissəsini də güc yolu ilə  İordaniyanın  əlindən aldı  və  həmin 
hissəni ixtiyarında olan qərb hissəsinə əlavə etdi. BMT-nin Təhlükə-
sizlik  şurasının qəbul etdiyi 242 saylı  qətnamədə  İsrail dövlətindən 
altı günlük müharibə zamanı işğal etdiyi əraziləri geri qaytarmaq tə-
ləb olunsa da, İsrail dövləti hələ də bu qətnaməyə etinasızlıqla yana-
şır.  
                                                 
1
 Heykəl İbri dilində “Hündür bina” mənasını verir və Ərəb dilində də hümdür mə-
nasını kəsb edir.  
2
 İsra surəsinin ilk ayələrində qeyd olunmuş “Məscidul  Əqsa” adı  həmin məscidin 
yerinə işarə edir. Kəhf surəsinin 21-ci ayəsinə də müraciət edə bilərsiniz.  


 
123
Qeyd olunmuş məscidlər İslamın ilk illərindən indiyə qədər mü-
səlmanların ixtiyarında olmuşdur (Xaç yürüşləri zamanı bir neçə il 
xristiyanlar tərəfindən həyata keçirilmiş  işğalı istisna etmək  şərtilə), 
bütün İslami mərasimlər, cümə və  cəmaət namazları  həmin məscid-
lərdə həyata keçirilmişdir. 1967-ci ilədək Hacıların Məkkə və Mədi-
nəni ziyarət etdikdən sonra Qüdsü ziyarət etmək üçün İordaniyaya sə-
fər etmələri adəti də mövcud idi.  
Artıq illərdir ki, arxeoloji qazıntılar bəhanəsilə həmin iki məsci-
din ətrafında qazıntı işləri apararaq həmin əraziləri dağıtmaq istəyir-
lər. Deyilənlərə əsasən həmin bu iki məscidin yerində Süleyman mə-
bədi inşa etmək fikrindədirlər.  
Kitab əhli Əhdi-Ətiqdə qeyd olunan səhv məlumata əsaslanaraq 
belə bir nəzər irəli sürmüşlər ki, Həzrət Süleyman (ə) bütpərəst xa-
nımlarının vəsvəsəsinə uyaraq həyatının sonunda bütpərəst olur. Qu-
rani-Kərimdə isə Həzrət Süleymana (ə) böyük önəm verilir və pak bir 
bəndə kimi qeyd olunur.  
 
6-2. Ölkənin parçalanması 
Əhdi-Ətiqdə Həzrət Süleymanın (ə) vəfatından sonra onun övla-
dı Rohbiam Bəni-İsrailin padşahı olur və ölkənin idarəçiliyini ələ alır. 
O zülmkarlıq etdiyinə görə on iki Bəni-İsrail qəbilə başçılrında on 
nəfəri ona itaət etməkdən boyun qaçırır və yalnız iki qəbilə başçısı 
qalır. Bunlardan biri Yəhuda və digəri Benyamin olur. Həmin bu iki 
qəbilə başçısı nisbətən daha kiçik əraziyə malik Yəhuda (Həzrəti Ya-
qubun (ə) övladlarından birinin adı ilə adlandırılmışdır) torpaqlarında 
qaldılar. Urşəlim şəhəri də Yəhuda torpaqlarında idi və “Yəhudi” sö-
zünün də buradan əmələ  gəldiyi həmin  ərazilər olduqca böyük əhə-
miyyətə malik idi. Qalan on qəbilə başçıları  Həzrət Süleymanın (ə) 
böyük sərkərdəsi Yurbiamın başçılığı altında İsrail dövlətini yaratdı-
lar. Bu zamandan Bəni-İsrailin iki dövləti oldu: Rohbiamın padşahı 
olduğu cənubda yerləşən Yəhuda ölkəsi və Yurbiamın padşahı oldu-
ğu, şimalda yerləşən İsrail ölkəsi. Bu iki ölkənin şahları da həmin bu 
iki nəfərin nəslindən idi.  


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə