284
məktub, 4:13-15) Hər iki irfan xristyanlıqda bir-birinə qarışmışdır və
hər hansı bir xristyan üçün onları ayırmağın heç bir mənası yoxdur.
10-4. Vəhy
Vəhy əsası və mənşəyi Allaha qayıdan hər bir dində Allahla
insanlar arasındakı əlaqə mənasını kəsb edir. İslam dinində istifadə
olunan “Vəhy” termini ilə xristyanlıqda istifadə olunan “revelation”
(yəni, açılış) termini arasında azacıq fərq mövcuddur:
“Vəhy” ərəb dilində”İşarə” mənası verir və İslam terminalogiya-
sında İlahi hidayətə dəlalət edir. Qurani-Kərim bu termindən dəfələr-
lə varlıqların, insanın və bütün yaradılmışların hidayət məsələləri
barəsində istifadə etmişdir. Məsələn; Səmaya olan vəhy (Fussilat su-
rəsi, 12), bal arısına olan vəhy (Nəhl surəsi, 68), Mələklərə olan vəhy
(Ənfal surəsi, 12), Peyğəmbərlərə olan vəhy (Nisa surəsi, 163),öz ye-
ni dünyaya gəlmiş körpəsini qorumaq üçün Həzrət Musanın (ə)
anasına olunan vəhy (Qəsəs surəsi, 7)
“Revelation” (Latın dilindəki “revelare”, yəni zühur və açılış sö-
zündən götürülmüşdür)xristyanlıq terminologiyasında insanları xilas
etmək məqsədilə Allahın insanların gözü önündə zühur etməsi məsə-
ləsinə dəlalət edir. Yaradanın təzahürlərindən sayılan bu dünyadan
əlavə Bəni-İsrailin dənizin parçalanması ilə nicat tapması, Tövratın
əhkamı və Həzrət İsa Məsihin (ə) həyatı xristyan vəhyinin nümunələ-
rindən sayılır.
Yəhudilikdə olan irfan isə İslam dinində mövcud olan irfana
bənzəyir və yəhudilərin dini etiqadlarına əsasən vəhy və peyğəmbər-
lik eradan 400 il öncə başa çatmışdır.
Dünyanın əksər dinlərində vəhy mövcuddur. Amma ibtidai din-
lərdə də vəhyin olub-olmaması məsələsi isə bizim vəhyə necə tərif və
açıqlama verməmizdən asılıdır.
10-5. Səmavi kitablar
İlahi vəhyin sonrakı nəsillər üçün qalan maddi forması dinlərdə
mövcud olan müqəddəs kitablardır. Müqəddəs kitablar keçmişdə na-
285
zil olmuş vəhyləri gələcək nəsillərə çatdırır və hər hansı bir dinin da-
vamçıları onları səmavi və müqəddəs kitablar adlandırırlar. Məsələn;
“Vedalar”, “Tripitaka”, “Avesta”, “Əhdi-Ətiq”, “Əhdi-Cədid” və
“Qurani-Kərim”. Müqəddəs kitablarda istifadə olunan ədəbiyyat
müxtəlifdir və bu kitabların müqəddəs olması yalnız həmən dinin da-
vamçıları tərəfindən qəbul olunur. Hər hansı bir dinin müqəddəs ki-
tabı başqa bir dində xürafatla dolu və yaxud əksinə adlandırıla bilər.
Bəzi müqəddəs kitablar əsrlər boyu sinələrdə əzbərlənmiş for-
mada qalmışdır və nəsildən nəsilə ötürülmüşdür. Yalnız uzun zaman
keçdikdən sonra kitab formasına salınmışdır. Amma bəzi müqəddəs
kitablar isə ilk dövrdən qələmə alınaraq qorunub saxlanılmışdır.
10-6. Qurani-Kərim və müqəddəs kitablar
Əksər dinlərin müqəddəs kitabları əvvəlcə onun səmavi olub-ol-
mamasına diqqət yetirilmədən qələmə alınmışdır və insanlar zaman
ötdükdən sonra onun səmavi olmasını qəbul etmişlər. Halbuki, Qu-
rani-Kərimin səmavi, ilahi və nazil olunmuş vəhy olması qətiyyətlə
vurğulanır.
Qurani-Kərimlə başqa müqəddəs kitabları müqayisə etdikdə gö-
rürük ki, bu müqəddəs kitabda Tövrat və İncildən daha çox tövhidi,
nəsihətamiz, əxlaqı və s. məsələlər mövcuddur. Qurani-Kərimdəki
Həzrət Yusifin (ə) hekayəsini Əhdi-Ətiqin Yaranış bölümündəki (37-
46) eyni hekayə ilə müqayisə etsək bu fərqin nə dərəcədə kəskin ol-
duğunu aydın şəkildə müşahidə etmək olar. Həzrət İbrahimin, Həzrət
Musanın (ə) hekayələri də müqayisə olunmaz dərəcədə daha geniş
qeyd olunmuşdur. Hələ Əhdi-Ətiqdə Həzrət Davud (ə) və Uryanın
xanımı tükürpədici hekayələrini qeyd etmirəm. (Samuelin ikinci ki-
tabı, 11)
Şübhəsiz ki, yəhudilər, xristyanlar və başqa dinlərin davamçıları
da müsəlmanlar kimi öz müqəddəs kitablarından əxlaqi mənalar da-
şıyan məfhumlar əldə edirlər.
Bir məsələni də qeyd etmək lazımdır ki, Qurani-Kərim İslam
dininin əsasıdır. Halbuki, xristyanların təsəvvürünə əsasən İncil və
286
Əhdi-Cədiddə mövcud olan başqa kitablar xristyanlıq yaranandan bir
onillikdən sonra meydana çıxmışdır və xristyanlıq bu kitab olmadan
belə mövcud olmuşdur.
10-7. Allah kəlamının qədim olması
Yəhudilikdə Allah kəlamının qədim olması dini əqidəsi xrist-
yanlıqda Məsihin məxluq sayılmaması əqidəsinin yaranmasına səbəb
oldu. İslam dinində əhli-sünnə tərəfindən Qurani-Kərimin məxluq ol-
maması əqidəsi yarandı. Onlar belə bir nəzər irəli sürdülər ki, “Qu-
rani-Kərim yazıldıqda, hifz olunduqda və tilavət edildikdə Allah kə-
lamıdır və məxluq deyildir. Amma, bizim yazmamız, hifz etməmiz
və oxumağımız məxluqdur.
Yəhudilər Tövratın yaradılışdan öncə də mövcud olduğunu və
ağ-qara alovlarla yazıldığını bildirirlər. Daha sonra Allah-Taala onu
imla şəklində demişdir və Həzrət Musa (ə) onu göz yaşları ilə yaz-
mışdır.
1
(Yəni Tövratın yazılmasında emosiyalardan və hisslərdən
çox istifadə olunmuşdur.)
10-8. Müqəddəs kitabların müəllifləri
Müqəddəs kitabların heç bir müraciəti olmayan hissələrinin
müəllifləri barəsindəki bəhs olduqca əhəmiyyətli bəhsdir. Qurani-Kə-
rimin hamısı və hal-hazırki Tövratın bəzi hissələri Allah tərəfindən
birbaşa olaraq göndərilimiş müraciətlərdir. Amma, Luka İncilinin gi-
riş hissəsində həmin İncili qələmə almış müəllifin Həzrət İsa Məsihin
(ə) həyatı və sözləri barəsində məlumat toplamaq üçün bir çox insan-
lara müraciət etməsi və sonda topladığı məlumatları İncil formasına
salması qeyd olunmuşdur. O eləcə də, “bir çox” insanların da onun
atdığı addımla üst-üstə düşən addım atmasına işarə edir. Həqiqətdə
də, xristyanların Əhdi-Cədidi hazırlamaları bir az vaxt apardı və on-
lar bir neçə on illiklər ərzində çoxlu sayda yazıların arasından bu
müqəddəs kitabı meydana çıxarda bildirlər.
1
Urşəlim Təlmudu, Şikalim 6:1
Dostları ilə paylaş: |