281
sahədəki düşüncələrinə yaxın olan mövqedən çıxış etməyə başladılar.
Amma bunu da qeyd etmək lazımdır ki,
Hədis əhlinin düşüncələri hə-
lə də qalmaqdadır.
Eləcə də, Allah-Taalaya Tövratda “Alov”
1
, İncildə “Ruh”
2
və
Qurani-Kərimdə “Nur”
3
adların ilə xitab olunmuşdur. Allahın bütün
sifətlərdən uzaq bilinməsi zərurəti səmavi kitabların davamçılarını bu
sözləri məcazi mənada şərh etməyə məcbur etdi. Din alimləri bu
məqsədlə əqli və nəqli sübutlardan çox istifadə edirlər. Əqli dəlillər-
dən daha üstün sayılan nəqli dəlillərdən biri kimi Tövratda qeyd
olunmuş “Allah insan deyil”
4
cümləsini nümunə gətirə bilərik. Mü-
səlmanların nəqli dəlillərindən biri kimi Qurani-Kərimdəki “Ona bən-
zər heç bir şey yoxdur.”
5
ayəsini nümunə gətirə bilərik.
Yəhudi filosofu Filo (Philo) 1-ci əsrdə Əhdi-Ətiqi fəlsəfənin kö-
məkliyi ilə şərh etmişdir. Filonun elmi irsi 215-ci ildə vəfat etmiş
Klement İskəndərlinin (Clement of Alexandria) vasitəsi ilə xristyan-
lığa gətirildi və 254-cü ildə vəfat etmiş Origen onu sistemləşdirdi.
Allahın bütün sifətlərdən uzaq olması məsələsi
o qədər əhəmiy-
yətli məsələlərdən birinə çevrildi ki dinlərin kəlam elminin alimləri
“Allah necədir?” sualının əvəzinə “Allah necə deyil?” sualını soruş-
mağı meydana çıxartdılar. Yəhudilikdə və xristyanlıqda əmələ gəlmiş
belə baxış “Apofatik ilahiyyatın” meydana çıxmasına səbəb oldu.
Apofatik ilahiyyat nöqteyi-nəzərindən bütün insani sifətlər Allaha şa-
mil edilmir, hətta “mövcud” sözündən belə Allah barəsində istifadəyə
icazə verilmir. Digər tərəfdən Allah-Taalanın özünü insana göstər-
məsi Apofatik ilahiyyatın da kamil olmamasını sübuta yetirir.
Biz müsəlmanlar Allah-Taalanın bütün sifətlərdən uzaq olması
sahəsində atılan addımlara görə sevinc hissi keçirməliyik və qeyd et-
məliyik ki, kitab əhli ilə əməkdaşlıq sahələrindən biri də elə budur.
Bütün deyilənlərdən belə bir
nəticəyə gəlmək olar ki, heç kim-
başqa dinlərin mənbələrini söz çatışmamazlığı üzündən əmələ gələn
1
Təsniyə və ikilik bölümü 4:24
2
Yühənna İncili, 4:24
3
Nur surəsi, ayə 35
4
Ədədlər bölümü 23:19
5
Şura surəsi, ayə 11
282
anlaşılmazlıqlara görə tənqid etməməlidir. Digər tərəfdən də, həmin
kitabların İslam dini nöqteyi-nəzərindən insanlar tərəfindən hazır-
lanmalarına görə biz müsəlmanların şübhəli sözləri açıqlamaq sahəsin-
də üzərimizə heç bir öhdəlik düşmür. Amma biz müsəlmanlar insaflı
olmalıyıq və Qurani-Kərimdə buyurulduğu kimi kitab əhli ilə söhbət
zamanı ən yaxşı yollardan istifadə etməliyik. (Ənkəbut surəsi, ayə 46)
10-3. İrfan və sufilik
Bütün dinlərdə olan irfan və sufilik bəhsləri həmən dinlərin fiqhi
və fəlsəfi bəhslərinə qarşı göstərilmiş reaksiya mənasını daşıyır. İrfan
zövqdən yaranır, isbat və yaxud inkar edilmir və incəsənətlə yaxın
əlaqəyə malikdir. İrfan olduqca incə bir alov kimidir. Qarşısına keçən
hər şeyi yandıraraq irəliləyir. Hindistan və uzaq şərq dinlərinin hamı-
sı irfanidir və hal-hazırda da cüzi bir təbliğat aparmaq bütün Amerika
və Avropa xalqlarını öz tərəfinə çəkir. Mərhum Əllamə Təbatəbai
“İslamda şiyə anlamı” adlı kitabının ikinci cildində belə yazır:
“Arif Allaha eşq və məhəbbətlə sitayiş edən şəxsdir. Onun nə sa-
vab qazanmaq ümidi, nə də əzabdan qorxma hissi vardır. Bu sözlər-
dən İrfanın digər məzhəblərin müqabilində dayanan yeni bir məzhəb
kimi qəbul etmək düzgün deyildir. İrfan Allaha sitayiş etmə yolların-
dan biridir (qorxu və yaxud ümidlə edilən sitayiş yox, eşqlə edilən si-
tayiş)və dinin həqiqətlərini əqli düşüncə və zahiri görünüşlə yox mə-
həbbətlə anlamaq yoludur. Allaha sitayiş edən dinlərin, hətta bütpə-
rəstliyin davamçıları belə bu yolun, yəni irfan yolunun köməkliyi ilə
həqiqətə çatırlar. Həm bütpərəstlikdə, həm yəhudilikdə, həm xrist-
yanlıqda, həm zərdüştlükdə və həm İslamda irfan əhli olan və olma-
yan insanlar mövcuddur.”
Həqiqətən də irfan hər bir ölkədə özünü zamanın və məkanın
dini ilə ahəngdar edir. Andalusiya səkkiz əsr İslam dininin bölgələ-
rindən biri olmuşdur və 1240-cı ildə vəfat etmiş İbn Ərəbi kimi arif-
lər həmən diyarda dünyaya gəlmişlər. O ərazilər 1492-ci
ildə təma-
milə xristyanlaşdı və rahibliyin banilərindən biri olan 1556-cı ildə və-
fat etmiş Cezuit İqnatos Dolevivla kimi arifləri ərsəyə gətirdi.
283
İslam irfanı Həzrət Əmirəlmöminin Əlidən (ə) qalmışdır və bü-
tün ariflərin sıralaması sonda O Həzrətə çatır. İrfan və sufilik sözləri
İslamın əsas mənbələrində, eləcə də İslam ölkələrində eyni məna da-
şıyır. Şeyx Əkbər Muhiyəddin İbni Ərəbi və Mövlana Cəlaləddin Ru-
mi kimi şəxsiyyətlər asanlıqla “Arif” və “Sufi” adlandırılırlar. Bəzi
ölkələrdə, o cümlədən İranda “Sufi” sözü bəzi səbəblər üzündən o qə-
dər də müsbət məna kəsb etmir.
Daha öncə qeyd etdiyimiz kimi yəhudilərin irfanı “Qebala” ad-
landırılır. Unutmamalıyıq ki, xristyanlığın yarandığı zamanlarda yə-
hudi irfanının bir növü mövcud idi və davamçıları onu “Təriqət” ad-
landırırdılar. (Həvarilərin işləri 9:2 və 22:4)
Sonda onlar müstəqil bir
din yaratdılar. Xristyanlıqda daha öncə qeyd etdiyimiz kimi yəhudi
irfanı üzərində qurulmuş irfan mövcuddur. Amma bundan əlavə
xristyanlıqda dərin irfan və böyük ariflər mövcuddur. Daha öncə
qeyd etdiyimiz kimi Hindistan və Uzaq şərq dinləri təmamilə irfan
üzərində qurulmuşdur.
1
Xristyan irfanındakı rahiblik, Hindistan və
Uzaq Şərq irfanı çətinliklərə dözmək və düşünməkdən ibarətdir. Bəzi
dinlər teorik və bəziləri praktik
irfana üstünlük verirlər, amma ümu-
milikdə böyük dinlərin hamısında irfanın hər iki növü mövcuddur.
Bir müsəlman nöqteyi-nəzərindən dağın başında nitq söyləyən (Matta
5:7) və Tövrata əməl olunması məsələsinə təkid edən (Matta 5:17)
Həzrət İsanın (ə) irfanı düzgün irfandır. Amma Pavelin Tövratda bu-
yurulan şəriətə qarşı çıxan irfanı təmamilə yalnışdır.
2
(Romalılara
1
Mərhum Əllamə Təbatəbainin sözləri mətndə qeyd olunmuşdur: “Həm bütpərəst-
likdə, həm yəhudilikdə, həm xristyanlıqda, həm zərdüştlükdə və həm İslamda irfan
əhli olan və olmayan insanlar mövcuddur” Bu sözlərə əlavə olaraq
bildirmək istəyi-
rik ki, bütpərəst arifdən “irfanla bütpərəstlik arasında nə əlaqə vardır?” sualını soruş-
saq belə cavab verəcək ki, “İnsanların bəziləri bu bütlərin vasitəsilə mənəfi paklığa
çatırlar.”
2
Bəzi ölkələrdə və xüsusən də İranda düzgün olmayan irfanı “Təsəvvüf-sufilik” və
bununla məşğul olan insanı isə “Sufi adlandırılar. Bəzi səhv sufilər “Yəqin” məqamı-
na çatdığını və “Allahın eşqi onu “məst” elədiyini iddia edərək “Və sənə yəqin
(ölüm) gələnədək Rəbbinə ibadət et!” (Hicr surəsi, ayə 99) və “Sərxoş ikən nə dedi-
yinizi anlamayana qədər namaza (namaz qılınan yerə) yaxınlaşmayın.” (Nisa surəsi,
ayə 43) ayələrini əllərində rəhbər tutaraq ibadəti tərk etmişlər.