287
Hər bir insan Qurani-Kərimə baxdıqda asanlıqla onun İlahi kitab
və Allah-Taalanın insana olan müraciəti olmasını anlayır. Yəni bu ki-
tabın ərsəyə gəlməsində Allah-Taaladan savayı kiminsə rolu yoxdur.
Qurani-Kərimdə olan ilahi müraciətlər ən yüksək dəqiqliklə nəql
olunmuş və yazılmışdır. Belə ki,
"
ﺪﺣا ﷲﺁ ﻮه ﻞﻗ
"
“De: O Allah birdir!”
müraciətindəki “ﻞﻗ” sözü həmişəlik olaraq müraciətin əsli ilə qal-
mışdır və sonrakı nəsillərə gəlib çatmışdır. Müsəlmanlar da onu elə
“ﻞﻗ” kimi istifadə etmişlər və heç bir dəyişikliklər aparmadan təkrar-
lamışlar.
Hal-hazırki Tövrat Bəni-İsrailin tarixi və keçmişi, Həzrət Musa-
nın (ə) həyatı və fəaliyyətləri, Allahın O Həzrətə göndərdiyi müra-
ciətlər barəsində söz açan bir kitabdır.
Əhdi-Cədiddə mövcud olan dörd kitab Həzrət İsa Məsihin (ə)
həyatı və O Həzrətin sözləri barəsində söz açır. Amma bu kitabda,
birbaşa olaraq Allahdan göndərilmiş müraciətlər qeyd olunmamışdır.
Bir məsələni bildirmək vacibdir ki, xristyanlar Həzrət İsa Məsihi (ə)
tanrı bilirlər və onun bir çox elçilərinin olmasını bildirirlər. Bu ölçi-
lərin bəziləri isə İncilləri və Əhdi-Cədidin başqa hissələrini qələmə
almışlar. Elə bu səbəbdən də, bu kitabların hamısı ilahi müraciət kimi
qəbul olunmuşlar.
İstər Əhdi-Ətiqdə, istərsə də Əhdi-Cədiddə münacat, hikmət,
fəlsəfə, şeir, peyğəmbərlik və başqa mükaşifələr mövcuddur. Misal
olaraq Həzrət Davudun (ə) Zəburda qeyd olunmuş minacatlarını gös-
tərmək olar.
Əhdi-Cədiddə isə elçilərdən olan 21 məktub mövcuddur və bun-
ların hamısı yeni ədəbi üslubda qələmə alınmışdır. Yəni, Əhdi-Ətiqdə
həmən məktublara bənzər başqa yazılar gözə çarpmır.
10-9. Səmavi kitabların mötəbərliyi
Dinin daxilindən baxanda İbrahimi dinlərin müqəddəs kitabları-
nın mötəbərliyi eyni səviyyədə deyildir. Yəhudilər İncilin və Quranın
səmavi və müqəddəs kitab olmasını qəbul etmirlər. Xristyanlar isə
Qurani-Kərimin səmavi kitab olmasını qəbul etmirlər. Digər tərəfdən
288
müsəlmanlar da hal-hazırda mövcud olan Tövrat və İncilin Allah-
Taalanın Qurani-Kərimdə təsdiqlədiyi Tövrat və İncil olduğunu qəbul
etmirlər. Qurani-Kərim Tövrat və İncili Həzrət Musaya (ə) və Həzrət
İsa Məsihə (ə) göndərilmiş Quran kimi qələmə verir. (Ali İmran surəsi,
ayə 3, 4 və başqa ayələr) Halbuki, kitab əhli dini etiqadlarını əllərində
şüar edərək Tövratın Həzrət Musa (ə) tərəfindən qələmə alındığını bil-
dirirlər. Xristyanların nəzərincə isə Həzrət İsa Məsihin (ə) heç bir ki-
tabı yoxdur və İncillər ona gələn vəhylər toplusu deyil, O Həzrətin
həyatı və sözləri əsasında yazılmış kitabdır. İncillərdə də Həzrət İsa-
ya (ə) Allah-Taala tərəfindən göndərilmiş vəhylərin olması iddia
olunmur. İncillərin yazılış tərzinə də diqqət yetirsək ilahi söz tərzinin
mövcud olmaması gözə çarpır. Amma unutmayaq ki, Yəhudilər və
xristyanlar Tövratı, İncili və digər kitabları onların məfhum və məz-
mununa əsasən vəhyli, müqəddəs və səmavi kitab kimi qəbul edirlər.
İbrahimi dinlərin davamçılarının vəhylə göndərilmiş, müqəddəs
və səmavi kitablar üçün ümumi tərifi olmaması səbəbindən yəhudi-
lər, xristyanlar və müsəlmanlar öz dinlərinə uyğun olaraq müqəddəs
kitablarına inanırlar.
Məsələyə qeyri-dini aspektdən yanaşsaq Qurani-Kərimin İslam
sivilizasiyası çərçivəsində bizə gəlib çatması səbəbindən aydın tarixə
malik olmasının şahidi olarıq. Hər bir tədqiqatçı və araşdırmaçı bu
müqəddəs kitabın müsəlmanlar arasında tam şəkildə yayılmasını görə
bilər. Amma, hal-hazırki Tövrat və İncilin tarixin qaranlıq səhifələ-
rindən baş qaldırası səbəbindən şəffaf tarixi keçmişə malik olmaması
bildirilir və heç kim bu müqəddəs kitabların Həzrət Musa (əs) və
Həzrət İsanın (ə) zamanından indiyədək dəyişilməz olaraq qalmasını
iddia edə bilməz. Yəhudilər və xristyanlar öz kitablarının ilahi və
səmavi kitab olmasını sübut etmək üçün başqa yoldan istifadə edirlər.
Eləcə də, Qurani-Kərimdə qeyd olunduğu kimi həm Tövratda,
həm İncildə İslam dininin müqəddəs peyğəmbəri Həzrət Muhəmmə-
din (s) gəlməsi mövcud olmuşdur.
1
Amma kitab əhli hal-hazırda Töv-
1
Əraf surəsi, ayə 157
289
rat və İncilin islamdan öncə mövcud olmuş və indi dünyanın mötəbər
kitabxanalarında və muzeylərində saxlanılan bəzi nüsxələrini əllərin-
də rəhbər tutaraq öz kitablarında Həzrət Muhəmmədin (s) gələcəyinə
olan ən cüzi işarələri də danırlar. Kitab əhli müsəlmanların bu sahədə
olan nəzərlərini qəbul etmirlər. Kitab əhli eləcə də, bu bəşarətə görə
öz dinini tərk edərək islamı qəbul edən insanların sözlərini dəlil və
sübut kimi qəbul etmirlər. Bütün bu deyilənlərdən belə nəticə çıxar-
maq olar ki, Qurani-Kərim Tövratdan və İncildən söz açanda məqsəd
Həzrət İbrahimə (ə)
1
göndərilmiş və hal-hazırda mövcud olmayan
müqəddəs səhifələr kimi hal-hazırda əsli qalmayan Tövrat və İncil-
dən danışır.
Unutmayaq ki başqa bir Tövrat və İncilin mövcud olması iddiası
Qurani-Kərimin bir çox ali təlimləri kimi yalnız müsəlmanlar tərəfin-
dən qəbul olunr. Belə kitabların mövcudluğunu qəbul edən hər bir
kəs dərhal müsəlman olur.
10-10. Görəsən Müqəddəs kitablar təhirf olunub?
İslam kəlamı ilə xristyan kəlamı arasında ən mübahisəli məsələ-
lərdən biri də təhrif və müqəddəs kitablarda dəyişikliklərin aparılma-
sıdır. Qurani-Kərim on ayədə Tövrat və İncilin (İncillərin yox) nazil
olunması məsələsinə işarə etmişdir:
َﻞﻴِﺠْﻧِﺈْﻟاَو َةاَرْﻮﱠﺘﻟا َلَﺰْﻧَأَو
َنﺎَﻗْﺮُﻔْﻟا َلَﺰْﻧَأَو ِسﺎﱠﻨﻠِﻟ ىًﺪُه ُﻞْﺒَﻗ ْﻦِﻣ
“Tövratı da, İncili də O endirdi. Daha öncə insanları hidayət et-
mək üçün. Furqanı da O nazil etdi.”
2
Müsəlmanlar ən qədim dövrlərdən Allahın nazil etdiyi Tövrat və
İncilin kəskin şəkildə təhrif olunması, həmən müqəddəs kitablarda
Həzrət Muhəmmədin (s) sonuncu peyğəmbər kimi gələcəyi məsələsi-
nin pozulmasını və Allah-Taalanın cismaniliyi kimi məsələlərin ki-
tablara əlavə olunmasını məsələsini qəbul etmişlər.
1
Əla surəsi, ayə 18-19
2
Ali İmran, ayə3-4
Dostları ilə paylaş: |