305
(ə) belə buyurmuşdur: “Mən Bəni İsrailin itmiş qoyunlarına görə
göndərilmişəm” (Matta 15:24). Amma qəbirdən dirilərək qalxdıqdan
sonra və qeybə çəkilməmişdən öncə öz həvarilərinə bütün ümmətləri
öz şagirdlərinə çevirmələrini və onlara Ata, oğul və müqəddəs ruhun
adı ilə xaç suyunda qüsl vermələrini tapşırmışdır. (Matta 28:19)
11-1. Ortaq və müştərək peyğəmbərlər
Qurani-Kərimdə 26 peyğəmbərin adı qeyd olunmuşdur və onlar-
dan 20-nin adı müqəddəs kitablarda da çəkilmişdir: Adəm, Nuh, İb-
rahim, Lut, İsmail, İshaq, Yaqub, Yusif, Musa, Harun, Davud, Süley-
man, İlyas, İlyəsə, Üzeyr(Əzra)
1
, Əyyub, Yunis, Zəkəriyya, Yəhya və
İsa.
2
Bu peyğəmbərlərin adı müqəddəs kitabda qeyd olunmamışdır:
İdris
3
, Şüeyb
4
, Zulkifl, Hud, Saleh və Həzrət Muhəmməd (s). İslamın
əksinə olaraq yəhudilikdə və xristyanlıqda peyğəmbərliyin xüsusi
çərçivəsi yoxdur və tanınmış şəxsiyyətlərdən, o cümlədən Həzrət İb-
rahimdən (ə) tutmuş ən adi insanlara qədər bir çox insan peyğəm-
bərlik edir.
5
11-2. Peyğəmbərlərin isməti
Yəhudilər və xristyanlar peyğəmbərlərin məsum olmalarını qə-
bul etmirlər və onların da böyük günahlara düçar olmalarını bildirir-
lər. Məsələn; Buzovun Həzrət Harun (ə) tərəfindən düzəldilməsi (Xu-
ruc 32), Həzrət Davudun (ə) zina etməsi (Samuelin ikinci kitabı 11),
Həzrət Süleymanın (ə) bütxana tikməsi (Şahların birinci kitabı 11:1-
13) və s. Həzrət Harunun (ə) peyğəmbərliyi Tövratda qeyd olunmuş-
1
Qurani Kərimdə Üzeyrin peyğəmbərliyi sübut olunmamışdır.
2
Zəkəriyya, Yəhya və İsa (ə) yalnız Əhdi Cədiddə qeyd olunmuşlar. Əhdi Ətiqdə
adları çəkilən Zəkəriyyalar Qurani Kərimdə qeyd olunan Zəkəriyyadan fərqlidirlər.
3
Yaranış bölümündə 5:24-də “Xənux” adı ilə qeyd olunmuşdur.
4
Xuruc bölümündə 2:18-də “Rauil” və yaxud Xuruc bölümündə 3:1-də “Yətrun” adı
ilə qeyd olunmuşdur. Bunu da qeyd etmək lazımdır ki, yalnız Həzrət Şüeybin (ə)
Həzrət Musanın (ə) qayınatası olduğu təqdirdə qeyd etdiyimiz adlar həqiqətlə üst-
üstə düşür.
5
Filippus adlı bir şəxsin dörd qızı bakirə qızı var idi və bunların hər dördü “pey-
ğəmbərlik” edirdilə. (Həvarilərin işləri, 21:9)
306
dur, amma Həzrət Davudun (ə) peyğəmbərliyi yalnız bir dəfə “Həva-
rilərin işləri” bölümündə (2:30) qeyd olunmuşdur. Həzrət Süleyma-
nın (ə) peyğəmbərliyi isə “Süleyman peyğəmbərin məsəlləri” kitabın-
danəşr olunmuşdur.
Xristyanlar yalnız Həzrət İsanın (ə) məsumluğunu qəbul edirlər.
Çünki, xristyanların nəzərincə Həzrət İsa (ə) da peyğəmbərlikdən
başqa ilahilik olmuşdur və tanrı da heç vaxt günah iş görməz.
11-3. Peyğəmbərlərin tarixi mövcudluğu
Peyğəmbərlərin tarixi mövcudluğu barəsində qeyd etmək lazım-
dır ki, hal-hazırkı tarix elmi dünyəvidir və elə bu səbəbdən də, onlar
mövcud olmasını sübut etmək üçün səmavi kitabların qarşısında təs-
lim olmaq istəmir. Hal-hazırkı tarix elmi səmavi kitablar meydana
çıxdığı dövrün hadisələrini özündə canlandıra bilər. Məsələn, tarix-
çilər ərəblərin cahiliyyət dövründə öz qız uşaqlarını diri-diri torpağa
basdıqmalarını Qurani-Kərimə istinadən bildirirlər. Amma, Fironun
dövründə yeni doğulmuş Bəni-İsrailin oğlan uşaqlarının öldürülməsi
məsələsinə görə Qurani-Kərimə istinad etmirlər. Tövratın bu barədə
verdiyi məlumat isə o qədər də dolğun deyildir. Çünki, tarixçilərin
nəzərincə Tövrat Həzrət Musadan (ə) əsrlər sonra qələmə alınmışdır.
Müasir tarix elmi müstəqil mənbələrin qədim dinlərin baniləri ba-
rəsində səssiz dayanmaları və bizim onlar barəsində məlumata sahib
olmağımızın həmin dinlərin öz mənbələrinin informasiya inhisarçı-
lığında olması səbəbindən Nuh, İbrahim, Musa, İsa, Zərdüşt, Mahavi-
ra, Budda və Laotse kimi tarixi şəxsiyyətlərin mövcudluğuna şübhə ilə
yanaşır. Bəzən onların bir qrupunun mövcudluğu qəbul etsə belə onla-
rın möcüzələrini qəbul etmir. (Şübhəsiz ki, İbrahimi dinlərin davam-
çıları qeyri-İbrahimi dinlərin tarixi rəhbərlərinin həqiqətən mövcud
olub-olmaması vacibliyini sübut etməyin onların üzərinə düşməməsi
səbəbindən qeyd etdiyimiz məsələni qəbul etmirlər və yaxud əksinə)
Tarix şahlara və onların yaxınlarına aid olmuşdur və peyğəmbər-
lərin adi insanlar arasından çıxması səbəbindən tarix səhifələrində
gözə çarpmırlar. Məsələn, hal-hazırda tarixçilərin əllərində Fironların
307
sülaləsinin 26 dönəmi barəsində qiymətli məlumatlar mövcuddur.
Amma, İbrahimi dinlərin təqdim etdiyi rəvayətlərə əsasən Misirdə
yaşayaraq siyasi gücə malik olan Həzrət İbrahim (ə), Həzrət Yusif və
Həzrət Musa (ə) barəsində tarixdə heç bir tutarlı məlumat gözə çarp-
mır. Halbuki, bəzi Fironların, onların xanımlarının, hətta bəzi pişiklə-
rin, timsahların, mumiyaların Misirin və dünyanın müzeylərində diq-
qətlə qorunub saxlanılır. Tövrat Həzrət Musa (ə) barəsində belə yazır:
“Heç kim indiyədək onun qəbrinin harda olmasını bilmir” (Təsniyə
34:6). Urşəlimdə də (yəni Qüdsdə) boş qəbir mövcuddur və xristyan-
lar o qəbrin Həzrət İsaya (ə) aid olduğunu bildirmişlər və qəbirin üzə-
rində olduqca əzəmətli kilsə inşa etmişlər.
Digər tərəfdən isə, dünya alimlərindən və tarixçilərindən heç bi-
risi Həzrət Muhəmmədin (s), O Həzrətin Mədinə şəhərində yerləşən
“Peyğəmbər məscidində”
1
yerləşən pak hərəminə, O Həzrətin özünün
Qurani-Kərimi davamçılarının ixtiyarına verməsinə qəti şübhə etmir-
lər. Qeyri-müsəlmanların Həzrət Muhəmmədin (s) peyğəmbərliyini
qəbul etməmələri, Qurani-Kərimin O Həzrətin özü tərəfindən deyil-
məsi məsələsini bildirmələri heç kimə sirr deyildir.
Həzrət Muhəmmədin (s) mövcudluq tarixində heç bir şək-şübhə-
nin olmamasının səbəbi isə bundan ibarətdir ki, O Həzrət adları öncə
qeyd olunan şəxslərdən fərqli olaraq Mədinə şəhərində qüdrətli ilahi
hökumət qurdu və qısa müddətdən sonra bu hökumət bütün dünyaya
yayılmağa başladı. Belə əzəmətli və qüdrətli hökumətin yaradılması
O Həzrətin adını tarixdə möhkəmləndirdi. Belə ki, 1978-ci ildə Ame-
rikada tarixdə ən böyük yerə və təsirə malik yüz şəxsiyyətin müəy-
yənləşdirilməsi sahəsində aparılan elmi araşdırmalara əsasən Həzrət
Muhəmməd (s) siyahının başında yer aldı.
Şərqşünaslar böyük ehtimala görə “Tarixin tənqidi” adlanan
qeyd etdiyimiz metoddan istifadə etməklə müxtəlif dinlərin davamçı-
larının qəzəbləri ilə üzləşdilər.
1
İslam alimlərinin böyük əksəriyyəti İslam sünnəti nöqteyi-nəzərindən bizim pey-
ğəmbərimizdən başqa heç bir peyğəmbərin qəbrinin yeri tam məlum deyildir.
Dostları ilə paylaş: |