299
çevirir. Belə olduqda dini çərçivə dağılır, dərin,
zərif və dəqiq dü-
şüncələr meydana çıxır. Qeyd etdiyimiz dərin, zərif, dəqiq düşüncələr
nə yolla olursa olsun əsas mətnə istinad olunmalıdır və beləliklə də,
həm bu düşüncələr dəyər qazanaraq mötəbərliyini sübut etməlidir,
həm də müqəddəs mətnlərin məfhumu hal-hazırkı oxucuların düşün-
cə tərzi ilə üst-üstə düşməlidir.
Yəhudi, xristyan və müsəlman cəmiyyətlərinin mədəni irsini
araşdırarkən davamçıları tərəfindən olduqca mötəbər bilinən müqəd-
dəs mətnlərin bəzi hallarda onların istək və arzularına
zidd olan mə-
sələlər barəsində danışmasının şahidi oluruq. Qeyd etdiyimiz məsələ-
lə həmin cəmiyyətlərin ziyalı şəxsiyyətlərinin diqqətlərindən kənarda
qalmamışdır.
Müxtəlif dinlərin ziyalı şəxslərinin bəziləri səbirsizlik edərək
müqəddəs mətnlərdən üz döndərmişlər və həm Allahın, həm də mil-
yonlarala mömin şəxslərin qəzəbi ilə üzləşmişlər. Belə şəxslərin dav-
ranışları yəhudilərin, xristyanların və müsəlmanların əvvəlki nəsil-
lərinin fəlsəfə ilə düşmənçilik etməsinə gətirib çıxartdı.
Amma ziyalı şəxslərin böyük bir hissəsi insanların düşüncə cə-
hətindən yüksəlmələri üçün çalışdılar.
Onlar diqqətlərini müqəddəs
mətnlərin batininə yönəldərək təvilin zəruri məsələlərdən biri olma-
sını qeyd etdilər və müqəddəs mətnlərdən almaq istədikləri mənaları
təvilin köməkliyi ilə əldə etdilər. Sonda bu ziyalılar fəlsəfəni irfanla
dəyişdirdilər və onları bu sahədə göstərdikləri əvəzsiz fəaliyyətlər İb-
rahimi dinlərin davamçılarını fəlsəfəyə yaxınlaşdırdı.
Bütün deyilənlərdən belə nəticə çıxarmaq olar ki, təvil müqəd-
dəs mətnlərin zahiri mənası baxımından dəstəklənməməsi səbəbindən
subyektiv forma və təfsir müqəddəs mətnlərin zahiri mənası baxımın-
dan dəstəklənməsi səbəbindən obyektiv forma kimi qəbul edilir.
Təvilin müqəddəs mətnlər tərəfindən birbaşa dəstəklənməməsi
səbəbindən təvil yazanlar öz təvillərini təfsirlərin kənarında qeyd et-
mək məcburiyyətində qaldılar. Amma
bir az düşündükdən sonra tə-
villə məşğul olan bütün insanların müqəddəs mətnlərin zahiri təfsirini
təsirli forma kimi qəbul etməmələri məlum olur. Onların öz təvillə-
rini təqdim etməkdə yeganə səbəb insanların əqli cəhətdən inkişaf et-
300
məsindən sonra bu təvilləri müqəddəs mətnlərin əsas təfsiri kimi qə-
bul edəcəkləri olmuşdur.
Gözlənildiyi kimi də oldu və insanların zehni gücü artmağa baş-
ladı və məsələləri daha dərindən anlamaq bacarıqları yüksəldi. Yəhu-
diliyin və islam dininin davamçıları tədricən dini mətnlərdə qeyd
olunmuş Allah-Taalanın,
mələklərin, qiyamətin, cənnətin, cəhənnə-
min və maddi formada təcəssüm olunmuş sair məsələlərin mücərrəd-
liyə yaxınlaşdırılaraq təvil olunmasını başa düşməyə başladılar. Bu
sahədə atılmış ilk addım Haqq-Taalanın mücərrədliyi etiqadını yarat-
maqdan ibarət oldu. Qeyd etmək lazımdır ki, alimlərin bəziləri elə
bununla da kifayətləndilər və daha irəli getmədilər.
İslam dünyasında Allahın və ümumiyyətlə heç bir mövcudun
mücərrədliyini qəbul etməyənlər isə “Əhli hədis”, “Mücəssəmə” və
“Müşəbbəhə” adlandırıldılar. Hal-hazırda mövcud olan “Sələfilər” bu
düşüncə tərzinin davamçılarıdırlar.
Elm də inkişaf etdi və onun inkişaf etməsi ilə insanların qəbul
etdikləri səmavi kitablar barəsindəki təvəqqələri yüksəldi. Onların bir
əksəriyyəti müqəddəs kitablarının
ayələrində müxtəlif elmlərin, o
cümlədən riyaziyyat, fizika, kimya və sair elmlərin mövcud olması
məsələsinə inanırdılar. Artıq müasir suallar meydana çıxmağa başladı
və hər bir dinin alimləri təvilin köməkliyindən yararlanaraq bu sual-
ların hər birinə qənaətbəxş cavablar verdilər.
İctimai düşüncə tərzinin də inkişaf etməsi müxtəlif dinlərin mü-
təfəkkirlərini yeni addımlar atmağa sövq etdi və onlar da öz növbə-
sində səmavi kitabları təvilin köməkliyi ilə qeyd etdiyimiz ictimai
düşüncələrlə müqəddəs mətnlər arasında ahəngdarlıq yaratdılar.
10-14. Təvili qəbul etməyənlər
Təvil malik olduğu faydasına
və vacibliyinə baxmayaraq mü-
qəddəs mətnlər tərəfindən birbaşa olaraq dəstəklənməmələri səbəbin-
dən həmişə diqqətdən kənarda qalmışdır və tüfeyli həyat tərzi keçir-
mişdir. Şəxsi rəyə əsasən təfsir etmək və yaxud bu ittihamla ittiham-
lanmaq düşüncəsi heç vaxt təvil əhlini sakit buraxmamışdır və on-
ların bəziləri zaman keçdikcə təvillərini azaltmağa başlamışlar. Təvil
301
alimlərinin bəzilər isə ömürlərinin sonunda ümumiyyətlə təvil məsə-
ləsindən üz döndərmişlər və bu məsələləri öz vəsiyyətnamələrində
qeyd edərək öz dinlərini səmavi kitaba əda etmişlər.
Həqiqət isə bundan ibarətdir ki, keçmişdə İsmaililər
kimi öz
təvili baxışlarını şücaətlə müdafiə edən və öz dini məktəblərini bu tə-
villər üzərində quran insanları keçmişdə tapmaq çətin idi. Yalnız
indiki dövürdə hermenevtika elmi müqəddəs mətnlərin geniş təvilini
baş ucalığı ilə təqdim edə bilirlər.
Təvil elminin həmişə müxalifləri olmuşdur. Bu müxaliflər özlə-
rinin malik olduqları təvilin dərəcəsinə diqqət yetirmədən təvili səhv
və qeyri-əxlaqı proses kimi qələmə verməyə çalışmışlar. Onlar təvili
insanın öz sözünü sözünün mötəbərliyi daha çox olan başqa bir nəfə-
rin ağzına qoymağa bənzətməyə çalışmışlar. Təvil elminin tərəfdarla-
rı isə onların cavabında, “müqəddəs mətnlərin ədəbi mətnlər olması
səbəbindən onlarda qeyd olunmuş məfhumların
və düşüncə təkamülü
ilə eyni səviyyədə təkamül tapmalıdır və təvil bu təkamül prosesinin
bir hissəsisdir” fikrini irəli sürmüşlər.
İbn Meymun yazır:
“İnsanlar təvil məsələsi sahəsində iki dəstəyə bölünürlər: birinci
dəstə təvilin mətnin bəyan açıqlanılması üçün olduğunu düşünürlər
və ikinci dəstə təvili yüngül bir nəzər kimi qəbul edərək məsxərə et-
mişlər. Çünki, mətndə təvil mənasının olmaması məlumdur. Birinci
dəstə təvilin düzgünlüyünü sübut etmək məqsədilə bütün yollara əl
atdılar və mətnin mənasının bu olmasını güman etdilər. Amma, bu iki
dəstədən heç birisi bunların şeir incəlikləri olmasını anlamadılar və
onun hansı səbəbdən istifadə olunması düşüncə sahibləri üçün sirr
deyildir. Bu metod keçmişdə daha geniş yayılmışdır və hamı qeyd et-
diyimiz metoddan istifadə edirdilər. Necə ki, şairlər də öz şeirlərində
şerin incəliklərindən istifadə edirdilər.”
1
İbn Meymun insanın ağlı və düşüncəsi ilə ziddiyyət təşkil edən
bəzi Tövrat ayələrini təvil edəndə və bu addımı ilə Yəhudilik üçün ol-
duqca dəyərli əsərlər yaradanda başda Yəhud ibn ƏlFəxxar (1235-ci
1
Dəlalətul Hairin, 3/43