115
İstər
Qurani-Kərimə, istərsə də Tövrata görə O Həzrətin möcü-
zələrinin sayı qeyd etdiyimizdən çox idi. Həzrət Musanın (ə) doqquz
nişanəsini özündə əks etdirən Qurani-Kərim ayəsində O Həzrətin Fi-
ronun dəvəti üçün nəzərdə tutduğu nişanələr qeyd olunmuşdur:
“Biz Musaya doqquz aşkar möcüzə (əsa, günəş kimi parlayan
yədi-beyza, çəyirtkə və digər həşərat, qurbağa, qan, qıtlıq, daşların
arasından fəvvarə verib çıxan su, dənizin yarılması və Tur dağının
qaldırılıb İsrail oğullarının başları üstündə saxlanılması) verdik. İs-
rail oğullarından soruş: (Musa) onların yanına gəldikdə, Firon ona:
“Ya Musa! Mənə elə gəlir ki, sən ovsunlanmışsan (ağlın başında
deyildir)”, - demişdi.” (İsra surəsi, ayə 101)
5-3. Dənizdən keçiş
Tövratda qeyd olunduğuna əsasən, sonda Firon təslim oldu,
Həzrət Musa və Həzrət Harunu (ə) gecə vaxtı yanına çağırtdırdı və
onlara dedi: “Bəni-İsraillə hara istəyirsəniz gedə bilərsiniz.” Onlar
Misirin şərqində yerləşən Qırmızı dənizə tərəf yola düşdülər və hə-
min məkanda çadır qurdular. Bir müddətdən sonra Firon peşiman ol-
du və öz ordusu ilə onların arxasınca getdi. Musanın (ə)
qövmü uzaq-
dan Fironun öz qoşunuyla gəlməsini gördülər. Həmin anda Musa (ə)
əlini dənizə tərəf uzatdı, dəniz parçalandı, qurudu və Bəni-İsrail asan-
lıqla dənizdən keçə bildilər.
1
Onların ardınca Fironun döyüşçüləri də-
nizə daxil oldular və Həzrəti Musa (ə) Allahu-Taalanın əmrinə əsasən
bir əlinin işarəsilə onların hamısını suda boğdu. Tövratda Fironun özü-
nün dənizdə qərq olması barədə heç nə yazılmamışdır və kitab əhli bu-
nu inkar edirlər. Tövratda qeyd olunanlara əsasən Misirdən çıxan za-
man uşaqları çıxmaq şərtilə Bəni-İsrailin sayı altı yüz min nəfər
olmuşdur. Bəni-İsrailin Həzrət Yusifin (ə) zamanında Misirə daxil ol-
1
İslam alimlərinin böyük əksəriyyəti dənizin əslində Nil çayı olmasını bildirirlər.
Tövratda belə qeyd olunmuşdur ki, Bəni-İsrailin əvvəlcədən
də yerləşdiyi yer Nil
çayının sağ tərəfi olmuşdur və onların keçdiyi dəniz isə Misirin sərhədində yerləşən
Qırmızı dəniz olmuşdur. Qurani-Kərimdə qeyd olunmuş “Bəhr” sözü də dəniz sö-
zünə daha münasibdir.
116
duğu vaxtla onların Həzrət Musanın (ə) rəhbərliyi altında Misirdən
çıxarılmarı vaxtı arasında dörd yüz otuz il keçmişdir. (Xuruc 12:37-
40)
Qurani-Kərimdən və İslami hədislərdən belə qənaətə gəlmək
olar ki, Bəni-İsrail Fironun izni ilə deyil Allahın əmri ilə Misiri tərk
etdilər
: “(Sonra) Musaya belə vəhy etdik: “Qullarımla birlikdə (Mi-
siri tərk edib) gecə yola çıx. Siz, şübhəsiz ki, (Fironun ordusu tərə-
findən) təqib ediləcəksiniz!” (Şüəra surəsi, ayə 52) Eləcə də, Qurani
Kərimdə açıq şəkildə bildirirlir ki, Həzrət Musa (ə) Allahu-Taalanın
əmri ilə əsasını dənizə vurdu, əlini dənizə tərəf uzatmadı.
Bəni-İsrail Sina yarımadası ətrafında
yerləşdilər və onlar üçün
səmadan şehə bənzər maddə və bildirçin quşu nazil edildi və bu hadi-
sə onların səhrada olduqları qırx il ərzində hər gün təkrarlanırdı. Töv-
ratda qeyd olunduğuna əsasən bu yeməyin adı “Mənnə” idi. Çünki
Bəni-İsrail onu görən kimi İbri dilində “Man huvə”, yəni “O nədir?”
sualını verdilər.
5-4. Lövhələr və on əmr
Bəni-İsrailin Misiri tərk etməsindən üç ay keçdikdən sonra Həz-
rət Musa (ə) Allahu-Taala ilə söhbət üçün Tur
1
dağına getmək əmrini
aldı. O Həzrət dağda iki lövhə aldı və bu lövhələrin üzərində Allahın
əmrləri həkk olunmuşdu. Qurani-Kərimdə bu sözü “Əlvah” forma-
sında, yəni cəm halında istifadə etmişdir:
“Biz onun üçün lövhələrdən
hər şeydən, moizə və təfsilata dair hər şeyi yazdıq. (Və belə buyur-
duq: ) “Bundan möhkəm yapış və ümmətinə də onun ən gözəl (savabı
çox olan) hökmlərindən yapışmağı (onlara əməl etməyi) əmr et. (Axi-
rətdə) sizə fasiqlərin yurdunu (Cəhənnəmi) göstərəcəyəm!” (əraf
surəsi, ayə 145) Tövratda qeyd olunduğuna əsasən (Xuruc 29 və Təs-
niyə 5) Bu iki lövhənin üzərində məşhur olan “On əmr” həkk olun-
muşdu. Əmrlə belədirlər:
1
Tur Süryani dilində dağ mənasını verir.
117
1. Özünüzə məndən başqa Allah seçməyin.
2. Bütə səcdə etməyin.
3. Allahın adını yalandan çəkməyin
4. Şənbə gününü müqəddəs bilin.
5. Ata və ananıza hörmət göstərin
6. İnsan qətlə yetirməyin
7. Zina
etməyin
8. Oğurluq etməyin
9. Qonşu
1
üçün yalandan şahidlik etməyin
10. Qonşunun malına və namusuna qarşı tamahkarlıq etməyin
2
5-5. Bəni-İsrailin buzova sitayiş etməsi
Tövratda belə qeyd olunmuşdur ki, Bəni-İsrail Həzrət Musanın
(ə) Sina dağından geri dönməsinin gecikdiyini
görəndə Həzrət Haru-
nun (ə) yanına gəldilər və onlar üçün Tanrılar hazırlamağı istədilər. O
Həzrət də onların qıymətli əşyalarından bir buzov hazırladı və onları
həmin inəyə sitayiş etməyə həvəsləndirdi. Allah-Taala bu hadisəni
Həzrət Musaya (ə) çatdırdı və onları məhv etmək istədi. Amma O
Həzrətin şəfaət istəməsi ilə bunu etmədi. Həzrət Musa (ə) həmin löv-
hələri götürüb Bəni-İsrailin yanına qayıtdı. O Həzrət onların bu nala-
yiq hərəkətlərini gördükdən sonra həmin lövhələri yerə vurdu və
məhv etdi. Sonra qardaşını mühakimə etməyə başladı və buzovu yan-
dırdıqdan sonra parçalayaraq suya tökdü və suyunu Bəni-İsrailə içirt-
di. Sonra da onlara qılınclarını çıxararaq yarım gün ərzində döyüşə-
rək bir-birilərini qətlə yetirməyi əmr etdi. Qurani-Kərimdə də bu
1
Kitab əhli nöqteyi-nəzərindən doqquzuncu və onuncu əmrdə istifadə olunan
“Qonşu” sözünün mənası əslində “Həmnöv” mənasını daşıyır.
2
“Öz qonşunuza qarşı tamahkarlı etməyin. Qonşunun xanımına, quluna, kənizinə,
inəyinə, uzunqulağına və ümumiyyətlə heç nəyinə tamahkarlıq göstərməyin.” Hal-
hazırda Bəzi Yəhudilər və xristiyanlar birinci və ikinci əmrləri
bir-birinə qoşmuşlar
və sonrakı əmrləri bir say irəli aparmışlar. Beləliklə, doqquzuncu əmrdə “Qonşunun
xanımına” və onuncu əmrdə “qonşunun digər malına” tamahkarlıq etmək qadağan
edildi. Bununla da qonşunun xanımı onun qulu, kənizi, inəyi, uzunqulağı ilə eyni
yerdə saxlanılmadı.