121
və Məsihə (Maşyəh), yəni məhs olunmuşa itaət etmək şəri baxımdan
hamıya vacib idi.
Bəni-İsrailin birinci padşahı Şaul təxminən əradan əvvəl 1030-
cu padşah təyin olundu. Bu padşahın adı Əhdi-Ətiqdə (Samuelin bi-
rinci kitabı, doqquzuncu fəsldən sonra) “Şaul” və Qurani-Kərimdə
“Talut” kimi qeyd olunmuşdur : “(İsrail övladının) peyğəmbəri onla-
ra dedi: “Allah Talutu sizə padşah göndərdi”. Onlar isə: “Biz hökm-
darlığa daha layiq ikən və ona var-dövlət verilmədiyi halda, o, necə
bizə padşah ola bilər?” – deyə cavab verdilər. (Peyğəmbər onlara)
dedi: “Allah sizdən ötrü onu (bəyənib) seçmiş, elm və bədəncə (qüv-
vəcə) ona üstünlük vermişdir. Allah Öz mülkünü (səltənətini) istədi-
yinə verər. Allah (Öz lütfü və kərəmi ilə) genişdir, (Allah hər şeyi) bi-
ləndir!” (Bəqərə surəsi, ayə 247)
Birinci padşahın təyin edilməsindən sonra İsraillilərlə Fələstinli-
lər arasında dəhşətli müharibə baş verdi və qələbə Bəni-İsrailin üzünə
güldü. Bu qövmün ən böyük qəhrəmanı Culyat idi və Qurani-Kərim-
də bu ad Calut kimi qeyd olunmuşdur. O, Həzrət Davud (ə) tərəfin-
dən qətlə yetirildi və onun qoşunu döyüş meydanından qaçdı.
Həzrət Davud (ə) Talutun canişini oldu (təxminən eradan əvvəl
1015-ci ildə). Həm zikr və dua edən, həm də döyüşçü və fateh olan
Davud (ə) Yəhudilər üçün çox müqəddəs bir şəxsdir və özünəməxsus
yerə malikdir. O Həzrətin ən böyük uğurlarından biri Urşəlim
1
(İrru-
səlim) şəhərinin fəthi idi. Bu şəhər Həzrət Davudun (ə) paytaxtı oldu
və həmin şəhəri “Davudun şəhəri” adlandırdı. Urşəlim Yəhudilərin
qibləsidir.
Həzrət Süleyman (ə) atası Həzrət Davudun (ə) yerinə keçdi və
Bəni-İsrail ən mühim və əzəmətli dövrünü bu padşahın zamanında
1
Jerusalem, yəni “sağlam və salamat şəhər” bu şəhərin əsil adıdır. Amma müsəlman-
lar bu şəhəri Qüds, Beytül Məqdəs və yaxud Beytul Muqəddəs (İbri dilindəki Beytu
Həmiqədaş, yəni “Məbəd evi” sözü ilə eyni məna verir) adlandırırlar. Bu şəhərin
başqa bir adı da “İlya Kapitolina” –dır və müsəlmanlar bu adı da İlya sözü ilə əvəz
etmişlər.
122
yaşadı. O Həzrət Urşəlim şəhərində olduqca böyük bir məbəd inşa et-
di və bu məbəd “Süleymanın Heykəli”
1
adı ilə tanındı.
Bu məbəd bir dəfə eradan əvvəl 587-ci ildə Babilistanın padşahı
“Nabukadnassar” (İslam mənbələrində bu ada “Buxtunəssər” kimi
qeyd olunmuşdur) tərəfindən və ikinci dəfə 70-ci ildə Roma şahza-
dəsi Titus tərəfindən viran edilmişdir.
Qeyt etdiyimiz məbəd o zamana qədər (eradan əvvəl altınci və
ikinci əsrlərdə bir neçə on illiyi çıxmaq şərtilə) həmişə Yəhudilərin
ixtiyarında olmuşdu və Yəhudi kişiləri ildə üç dəfə müəyyən edilmiş
bayramlarda həcc mərasimini keçirmək üçün piyada olaraq səfərə
çıxırdılar.
Bu məbəd tədricən xristiyanların əlinə keçdi və İslam dininin ya-
ranmasından sonra ikinci xəlifənin zamanında sülh yolu ilə müsəl-
manlara təslim edildi. Müsəlmanlar Süleyman məbədinin xarabalıq-
larını Ömər məscidi adlı əzəmətli bir məscidə çevirdilər və onun üzə-
rində “Qubbətus səxrə” adlı gümbəz tikdilər. Qeyd edək ki, sonradan
həmin gümbəz qızılla örtüldü. Daha sonra bu məscidin kənarında
mavi gümbəzli bir xırda məscid inşa edildi və “Məscidül Əqsa” ad-
landırıldı.
2
Fələstin torpaqlarında yaradılan Urşəlim şəhərinin qərb hissəsi
Birləşmiş Millətlər Təşkilatının qərarı ilə 1948-ci ildə İsrailə və hə-
min iki məscidin yerləşdiyi şərq hissəsi isə İordaniya ölkəsinə verildi.
İsrail 1967-ci ildə baş vermiş altı günlük müharibədə Qüds şəhərinin
şərq hissəsini də güc yolu ilə İordaniyanın əlindən aldı və həmin
hissəni ixtiyarında olan qərb hissəsinə əlavə etdi. BMT-nin Təhlükə-
sizlik şurasının qəbul etdiyi 242 saylı qətnamədə İsrail dövlətindən
altı günlük müharibə zamanı işğal etdiyi əraziləri geri qaytarmaq tə-
ləb olunsa da, İsrail dövləti hələ də bu qətnaməyə etinasızlıqla yana-
şır.
1
Heykəl İbri dilində “Hündür bina” mənasını verir və Ərəb dilində də hümdür mə-
nasını kəsb edir.
2
İsra surəsinin ilk ayələrində qeyd olunmuş “Məscidul Əqsa” adı həmin məscidin
yerinə işarə edir. Kəhf surəsinin 21-ci ayəsinə də müraciət edə bilərsiniz.
123
Qeyd olunmuş məscidlər İslamın ilk illərindən indiyə qədər mü-
səlmanların ixtiyarında olmuşdur (Xaç yürüşləri zamanı bir neçə il
xristiyanlar tərəfindən həyata keçirilmiş işğalı istisna etmək şərtilə),
bütün İslami mərasimlər, cümə və cəmaət namazları həmin məscid-
lərdə həyata keçirilmişdir. 1967-ci ilədək Hacıların Məkkə və Mədi-
nəni ziyarət etdikdən sonra Qüdsü ziyarət etmək üçün İordaniyaya sə-
fər etmələri adəti də mövcud idi.
Artıq illərdir ki, arxeoloji qazıntılar bəhanəsilə həmin iki məsci-
din ətrafında qazıntı işləri apararaq həmin əraziləri dağıtmaq istəyir-
lər. Deyilənlərə əsasən həmin bu iki məscidin yerində Süleyman mə-
bədi inşa etmək fikrindədirlər.
Kitab əhli Əhdi-Ətiqdə qeyd olunan səhv məlumata əsaslanaraq
belə bir nəzər irəli sürmüşlər ki, Həzrət Süleyman (ə) bütpərəst xa-
nımlarının vəsvəsəsinə uyaraq həyatının sonunda bütpərəst olur. Qu-
rani-Kərimdə isə Həzrət Süleymana (ə) böyük önəm verilir və pak bir
bəndə kimi qeyd olunur.
6-2. Ölkənin parçalanması
Əhdi-Ətiqdə Həzrət Süleymanın (ə) vəfatından sonra onun övla-
dı Rohbiam Bəni-İsrailin padşahı olur və ölkənin idarəçiliyini ələ alır.
O zülmkarlıq etdiyinə görə on iki Bəni-İsrail qəbilə başçılrında on
nəfəri ona itaət etməkdən boyun qaçırır və yalnız iki qəbilə başçısı
qalır. Bunlardan biri Yəhuda və digəri Benyamin olur. Həmin bu iki
qəbilə başçısı nisbətən daha kiçik əraziyə malik Yəhuda (Həzrəti Ya-
qubun (ə) övladlarından birinin adı ilə adlandırılmışdır) torpaqlarında
qaldılar. Urşəlim şəhəri də Yəhuda torpaqlarında idi və “Yəhudi” sö-
zünün də buradan əmələ gəldiyi həmin ərazilər olduqca böyük əhə-
miyyətə malik idi. Qalan on qəbilə başçıları Həzrət Süleymanın (ə)
böyük sərkərdəsi Yurbiamın başçılığı altında İsrail dövlətini yaratdı-
lar. Bu zamandan Bəni-İsrailin iki dövləti oldu: Rohbiamın padşahı
olduğu cənubda yerləşən Yəhuda ölkəsi və Yurbiamın padşahı oldu-
ğu, şimalda yerləşən İsrail ölkəsi. Bu iki ölkənin şahları da həmin bu
iki nəfərin nəslindən idi.
Dostları ilə paylaş: |