272
Bütün dinlərin çox mənasız və qaranlıq bir məfhum kimi tanıdıl-
ması sahəsində çox işlər görülüb.
1
Dinlər insanları müxtəlif
dərəcədə
tərki dünya olmağa dəvət edir və rahiblik həyatı yaşamaq bu dinlərin
hamısında gözə çarpır. İslamda rahiblik anlamı yoxdur
2
, amma qədim
zamanlarda yaşamış müsəlmanların bəziləri rahibliyə tərəf getdilər və
məsum İmamlar və din alimləri onları tutduqları səhv yoldan geri
döndərməyə çalışdılar.
3
Bildiyiniz kimi xristyanlıqda şəriət anlamı mövcud deyildir. Bü-
tün dinlərin, istər xristyanlıq, istərsə də digər dinlərin insan öldür-
mək,
oğurluq etmək, zina etmək, yalan danışmaq, qiybət etmək, böh-
tan atmaq və buna bənzər başqa məsələlərə icazə vermirlər. Amma
digər ibadətə aid olan şəriət məsələləri xristyanlıqda gözə çarpmır.
Məsələn, donuz ətininin yeyilməsinə icazə verilməsi başqa İbrahimi
dinlərdə mövcud deyildir, amma xristyanlıqda bu sahədə heç bir
problem yoxdur.
Həzrət İsa Məsihin (ə) da bəşəriyyət uğrunda qurban edilməsi də
insanların günah etməsinə icazə verməməlidir. Eləcə də, İslam dinin-
də də Allahın mərhəmətli və Allahın seçdiyi bəndələrin şəfaətçi ol-
ması müsəlmanlara günah etməmələri
üçün icazə kimi qəbul edilmə-
məlidir.
Əxlaqi günahlardan çəkinmək məfhumu xristyanların bəzilərini
qeyri-adi şəkildə mənəvi paklanmağa sövq etdi. Şəhid Mütəhhəri
çıxışlarının birində xristyanların və xristyan keşişlərinin təqvalı
olduqlarını bildirərək onların cənnət əhli olacaqlarını belə bildirdi:
“Əgər siz təhrif olunmuş və dəyişdirirlmiş xristyan dininə diqqət
yetirsəniz, onların kənd və şəhərlərinə getsəniz onların hamısının pis
1
Eyni zamanda tarixin bütün dönəmlərində dinlərdən məqsədlərə və maliyyə mən-
bələrinə çatmaq üçün istifadə edilib. Əldə olunmuş maliyyə mənbələrindən isə xü-
susi istəklərə uyğun olaraq istifadə edilib. Ən maraqlısı budur ki, insanlar hər hansı
bir din üçün pul verdikləri təqdirdə ona olan bağlılıqları daha da artır
və ümumilikdə
insanlardan daha çox pul yığa bilən din daha böyük uğurlar əldə edə bilir.
2
“Mənim ümmətimin rahibliyi Allah yolunda cihad etməsidir” (Peyğəmbərin hədis-
ləri, Biharul Ənvar, cild 8, səh 170
3
Nəhcül Bəlağə, xütbə 209
273
və fasid adam olduğunu düşünməməlisiniz. Allaha and olsun ki, onla-
rın arasında yuzlərlə, minlərlə elə insanlar var ki, iman, təqva və
paklıqları ilə Məsih və Məryəmin adı ilə insanlara nə qədər düz-
günlük, paklıq, təqvalılıq öyrədirlər. Elə insanlar müqəssir deyillər
və onlar cənnətə daxil olacaqlar, Onların keşişləri də cənnətə daxil
olacaqlar.”
1
8. Adət və mərasimlərin dəyişdirilməsi
Dinlər və məzhəblər ictimai, siyasi, hərbi və emosional hadisələ-
rin hadisələri tarixdə və coğrafiyada yazmış dindarlar okeanından
ibarətdir. Bu okeanlardan olan bəzi damlalar isə bəzən başqa okean-
lara düşə və yaxud keçə bilirlər. Başqa okeanların yeni damlalarını öz
sularında görən hər bir okean onları ən bahalı mirvarid dənələri kimi
əzizləyir və belə bir bahalı damlaya sahib olduqlarına görə çox
sevinir və fəxr edir. Bu damlalar əslində yeni din seçənlərdir.
Yeni din qəbul etmiş insanların keçmişi və əxlaqi dəyərləri barə-
sində araşdırmalar apardıqda onların əksəriyyətinin
avam insanlar
arasından olduğunu və öz dinləri barəsində heç bir elmə sahib olma-
dığını görürük. Digər tərəfdən hər hansı bir dini alimin öz ata-baba
dinindən imtina edərək yeni bir din qəbul etməsinə nadir hallarda
təsadüf olunur. Keşiş Cezuit Tomas Mişel belə yazır:
“Tarixi mənbələrdən əldə olunmuş məlumatlar bunu göstərir ki,
öz dini və mənəvi aləminə tam qəlbilə bağlı olan hər hansı bir müsəl-
man və ya xristyanın öz dinindən üz döndərərək başqa bir dini qəbul
etməsi olduqca azdır. Bunu da qeyd etmək lazımdır ki, istər keçmişdə,
istərsə də indi bəzi insanların evlilik, peşə seçimi, mədəni göstərici-
lərinin yüksəldilməsi və ictimai təzyiqdən yaxa qurtarmaq üçün baş-
qa bir dinin sıralarına daxil olmuşlar. Amma yuxarıda qeyd etdiyimiz
məsələlərə baxmayaraq öz dininə tam şəkildə bağlı olan insanın baş-
1
Əsərlər toplusu, cild 3, səhifə 439
274
qa bir din seçərək öz dinini tərk etməsinə olduqca nadir hallarda rast
gəlmək olar.”
1
Bir şəxsin öz dinini tərk edərək başqa bir din sıralarına daxil ol-
ması məsələsi sahəsində verilmiş dinlərarası bu açıqlama kəlam el-
mində qəbul olunmaz məsələdir. Kəlam
elmində dini dəyişmək pro-
sesi yalnız bir yolla mümkündür. Həmən şəxs seçdiyi dinin düzgün
və başqa dinin isə səhv olmasını sübut etməlidir.
Yeni din qəbul edən şəxslər çox vaxt hansı səbəblər üzündən ye-
ni bir din seçmələrini izah edə bilmirlər. Dinini yeni dəyişmiş şəxsin
dostları yeni dinin hansı tərəflərinin onu özünə cəlb etməsini soruşur-
lar. Amma yeni din qəbul etmiş insanların əksəriyyəti nə əvvəlki, nə
də yeni qəbul etdiyi din sahəsində heç bir məlumata malik olmamala-
rına görə onların arasında müqayisə aparmaqda aciz qalırlar və onla-
rın suallarına heç bir cavab tapa bilmirlər.
Bir məsələni də unutmayaq
ki, dindarların öz ata-babalarından qalan dinlərinin davamçıları
olması üçün səbəbləri olduqları kimi dinlərini dəyişmiş insanların da
yeni din seçmələri sahəsində özünəməxsus səbəbləri vardır.
Dinlərin əksəriyyəti sıralarına yeni insanları qəbul edirlər. Am-
ma, bəzi dinlər həmin dini qəbul etməyən şəxsləri qəbul etmirlər və
onları rəsmən bu dinin davamçıları kimi tanımırlar. Belə dinlərə mi-
sal olaraq Livandakı Dürziləri, İranda və İraqda olan sabiiləri misal
çəkmək olar. Bu din nözteyi-nəzərindən yalnız həmən dinin davamçı-
larından ibarət olan ailədə dünyaya gəlmiş uşaqlar qeyd olunmuş di-
nin davamçıları ola bilərlər.
Öz sıralarına yeni insanlar qəbul edən dinlərdə təbliğ məfhumu
mövcuddur. Bəzi dinlərdə təbliğ məfhumu yoxdur, amma hər hansı
bir şəxs bu dinin sıralarına daxil olmaq istəsə onu qəbul edirlər. Buna
misal olaraq Yəhudiliyi nümunə gətirmək olar.
Yarandığı ilk dövründən indiyədək Xristyanlıqda güclü təbliğat
məsələsi mövcud olmuşdur. Bu din təbliğatçıları və missionerləri
dünyanın bütün yerlərinə gedərək böyük uğurlar qazanmışlar. Onlar
1
Məsihi kəlamı, səh 16-17