5
4. Həzrət İsanın (ə) həyatı ...................................................... 169
5. Qüsl verən Yəhya ............................................................... 171
6. Həzrət İsanın (ə) qiyamı ..................................................... 172
7. Həzrət İsanın (ə) fəaliyyətinin sonu ................................... 173
8. Elçilər, yaxud Həvarilər ..................................................... 175
9. İnqilabçı İsa ........................................................................ 180
10. Kilsənin yaranması ........................................................... 189
11. Xristyanlığın yayılması .................................................... 191
12. Kəlami ixtilafların yaranması........................................... 191
13. Xristyanlıq Romada ......................................................... 192
14. İsa (ə) rahiblər üçün nümunədir ....................................... 193
15. Papalar .............................................................................. 195
16. Digər xristyan quruluşları ................................................ 202
17. Əhdi-Cədid ....................................................................... 204
18. Müqəddəs kitabın mötəbərliyi ......................................... 209
19. İnam və etiqadları............................................................. 215
20. Yeddi müqəddəs adət ....................................................... 227
21. Xristyanlıq bayramları ..................................................... 235
22. Kilsədə meydana çıxan ayrılıq ......................................... 237
23. Xristyanlıq firqələri .......................................................... 238
24. Rahiblik ............................................................................ 241
25. Kilsə şuraları .................................................................... 243
26. Məzhəb islahatı ................................................................ 245
27. Xristyanlıqda axirət məsələləri ........................................ 250
28. Həzrət İsa Məsihin (ə) qayıdış həyəcanı .......................... 252
10. İslam və digər dinlər ................................................................. 256
Nur və zülmət ......................................................................... 256
2. Adlandırılması: Müəyyənləşdirməklə və təyin etməklə .... 259
3. Sonunculuq və sonrakı dinlərin gəlməsi barəsində müjdə . 260
4. Düzgünlüyü ........................................................................ 263
5. Kəlami məsələləri .............................................................. 263
6. İnsanın süquta uğraması və xilas təlimi ............................. 269
7. Təhzib-paklanma ................................................................ 271
8. Adət və mərasimlərin dəyişdirilməsi ................................. 273
7
Bəşərin Allaha və dinə fitri ehtiyacı
Bəşərin keçmiş və hal-hazırkı tarixi göstərir ki,
böyük əksəriy-
yət üçün bu sual aktual olmuşdur: məni yaradan kimdir? Və ümumiy-
yətlə, yaradan varmı? Görəsən mənim həyatım elə buradaca sona ça-
tacaqmı və ya mənim həyatım ölümdən sonra da davam edəcəkmi?
Mənim bu həyatda vəzifəm nədir?
Bunlar ağıllı insanları daima düşündürən əsaslı suallar
olmuşdur
və hər kəs onların cavabını tapmaq üçün çoxlu və dərin araşdırmalar
aparmışdır. Hərçənd ki bəziləri bu sualların yanından çox asanlıqla
keçmiş və ya ümumiyyətlə, onları inkar etmişlər, lakin bu problem
onları heç vaxt rahat buraxmamışdır.
Bu arada birinci sualı – yəni Allahın varlığını – cavablandırmaq
üçün müxtəlif dəlillər
və yollar təqdim edilmişdir ki, əksər filosof-
ların nəzərinə görə bunların arasında ən yaxşı yol və dəlil fitrətdir;
yəni insan
heç bir dəlil və sübut olmadan, özünün fitri anlayışı ilə
özünü bir həqiqətə bağlı hesab edir və ya bütün kamil sifətləri özündə
birləşdirən həqiqəti özünün daxili şüurunda tapır və bu həqiqətdən
yalnız xarici amillərin təsiri ilə qafil olur. Allahı tanımağın fitri
olması da elə budur.
Görürük ki, insanın öz daxili şüurunda tapdığı
bu tapıntını silmək üçün edilən səylər və təzyiqlərə rəğmən bu təsir-
edici amillər kənara çəkilən kimi bu şüur tapıntısı yenidən canlanır və
aşkar olur; elə bu səbəbdən də daim şiddətli və ya zəif dərəcədə
mövcud olur və heç vaxt birdəfəlik aradan getmir.
Fitri şəkildə aşkar
edilən və bütün kamil sifətlərini özündə birləşdirən bu zat və həqi-
qətin varlığı tələb edir ki, O, bizi əbəs yerə yaratmasın və bu səbəb-
dən də ilahi ariflər və filosoflar ölümdən sonrakı həyatın
dərk edilmə-
sini, həm dünya həyatı və həm də ölümdən sonrakı həyat üçün ali in-
sani kamilliklərin əldə edilməsini fitri hesab edirlər. Həqiqi səmavi
dinlər
də buna görə gəliblər ki, insanın Allahı, ölümdən sonrakı hə-
yatı və insanın kamal və ali sifətlərinin fitri və intuitiv şəkildə dərk
edilməsi yolunda olan maneələri aradan qaldırsın və yolu hamarlasın.
Əslində həqiqi dinin işi insanın daxilində olan həmin fitri və intuitiv
məlumatı yenidən canlandırmaq, onun üstünü örtən pası təmizləmək-
dir.
Belə bir iddia səhvdir ki, peyğəmbərlər hər şeyi qıraqdan gətirmiş
və insanlara güclə qəbul etdirmişlər. Əgər belə olsaydı onlar öz iş-
lərində müvəffəqiyyət əldə edə bilməzdilər.