8
İslamın və ilahi peyğəmbərlərin əsl mesajı
İslamın və həqiqi ilahi dinlərin əsas mesajı budur ki, həmin fitri
meylinizə diqqət yetirin və bu intuitivin işarə etdiyi həmin ali gerçəyi
– istənilən adla adlandırılmasına baxmayaraq – unutmayın. Bu ali hə-
qiqət birdən artıq deyil. İnsanlar ölümdən sonrakı həyata da malikdir-
lər. İnsanların tək Allaha və ölümdən sonrakı həyata olan etiqadları
və bəzi əməlləri yerinə yetirmələri, həqiqi dindarlarda gördüyümüz
kimi, elə bu dünyada ruhun sakitləşməsinə səbəb olacaq. Burada qısa
olaraq İslamın təməl rəftarlarının bəzilərinə - bu rəftarların bəziləri
digər ilahi dinlərdə də vardır – işarə edirik:
1. Bütün adəm övladlarını şərəfli və hörmətli etdik.
2. İnsanlarla yaxşı rəftar edin.
3. Ədalətlə davranın.
4. Zülm etməyin və zülmə məruz qalmayın.
5. Əmr sahibləri cəmiyyətin ən zəif təbəqəsi səviyyəsində
yaşamalıdırlar.
6. Allahın haram buyurduğu cana haqsız yerə qəsd etməyin.
7. Zinaya yaxınlaşmayın.
8. Həsəd aparmayın.
9. Güzəşt edin və bağışlayın.
10. Hər kəsi sevin.
11. Vədinizə əməl edin.
12. Doğru danışın.
13. Heç vaxt yalan danışmayın.
14. Əmanətə xəyanət etməyin.
15. Qonşuya və qohumlara yaxşılıq edin.
16. Qəzəb və məğrurluqdan uzaq olun.
17. Ata-anaya yaxşlıq edin.
18. Elm öyrənin və başqalarına da öyrədin.
19. Qeybət etməyin.
20. Hər işi Allaha görə yerinə yetirin.
Burada qısa olaraq işarə etdiklərimiz çoxun içindən az olmaqla
İslamın etiqad və əməl külliyyatına işarədir ki, bu kitabda xülasə
şəklində digər dinlərlə müqayisə olunub. Hərçənd onlar heç vaxt
əməldə və əqidədə İslamın dərinliyinə və genişliyinə çata bilməzlər
və İslam insan həyatının bütün guşələrində mövcuddur.
Doktor Əhməd Əhmədi
9
Dinlərlə tanışlıq necə baş verir:
mühit, elm və kitab
Dinlə tanışlıq çox erkən, kitab dünyası ilə yaxın dostluqdan əv-
vəl başlanılır. Uşaq öz ailəsi və ətraf mühitin təsiri ilə, onları nümunə
götürmək və müəyyən dərəcədə təqlid etməklə mənəvi-mədəni də-
yərləri, o cümlədən dini anlayışları anlamağa və mənimsəməyə baş-
layır. İnsanın dinə münasibəti, dindarlığı və ya möminliyi onun tər-
biyəsindən, böyüdüyü və yaşadığı mühitdən qaynaqlanır, peşəsindən
və digər keyfiyyətlərdən qidalanır. Ümumiyyətlə, dini və mədəni
duyğuların dünyaya göz açan uşaqla bir doğulduğuna, bu duyğuların
fitri olduğuna inanmıram. Mənim kimi düşünməyənlərin var oldu-
ğunu da bilirəm. Yetkinləşmiş insanın dünyagörüşü və dini baxışları
ciddi surətdə dəyişmir, onlar davamlı, qərarlı, oturmuş inanc, bilik,
etiqad və duyğular küllisi üzərində formalaşır (izahı çətin olan ruhi
fırtınaları, “yenidən doğulmalar”ı burada bir istisna kimi kənarlaşdırı-
ram). Hər bir insan öz sosial və fərdi təcrübəsində din və təmas etdiyi
digər mədəni sistemlərlə tanış olur və əlbəttə ki, o, bu təcrübə haqqın-
da, bu tanışlığın necə baş verdiyi barədə söhbət açmaq iqtidarındadır.
Bəlli sosial-siyasi mühitdə böyümüş bir uşağın, dünyəvi təhsil alan
bir şagird və tələbənin, təbiəti və cəmiyyəti öyrənmək və tədqiq
etməklə məşğul olan bir elm adamının dini təsəvvürləri, dinə və din-
darlara münasibəti nə qədər fərdi xarakter daşısa da, cəmiyyətin bö-
yük bir qrupunun uyğun təsəvvür və münasibətini, sxematik olsa da,
düzgün təmsil etdiyinə əminəm.
Ateizmi rəsmi ideologiya elan etmiş Sovetlər Birliyi zamanında
yaşayan nənəm Zeynəb mömin insan idi. Namaz və orucu yerində ol-
maqla, zəiflərə və kasıblara köməyi, mərhəməti ilə seçilirdi. “İlan ye-
risin balaları dalınca, içində də mənimkilər” - bunu dua kimi tez-tez
təkrar edərdi. Məkkəni ziyarət edə bilməmişdi, amma atası Hacı
Məmməd kişi, deyilənə görə, yeddi dəfə həccə getmişdi. Nənəmi çox
sevirdim. O da məni çox sevirdi. Orucluq ayında nənəmin öz orucunu
açmaq vaxtına mən nəzarət edirdim; söhbət mənim orta məktəbdə
10
oxuduğum illərdən gedir. Adətim üzrə gecə keçənə kimi oxuyub-
yazardım, Orucluq ayında isə bu sevimli zehni işi səhərə az qalmışa
qədər davam edərdim ki, nənəmi sübh açılana yaxın oyada bilim və
o, yemək yesin. Evimizdə nənəmdən başqa heç kim dindar deyildi.
Din haqqında hər şeyi uşaqlıqda mən ondan eşitmişdim, mənim dinlə
ilkin tanışlığım onun namazı, duaları, orucu və söhbətlərindən ibarət
idi. Nə Quran oxumuşdum, nə hədis. Məktəbdə isə dünyəvi elmlər
öyrədilir, onların içində də ateizm tərbiyəsi verilirdi. “Kim kimi
yaratdı” adlı şeirimdə bu məsələyə toxunmuşam; aşağıda onun bir
hissəsi gətirilir:
Allah özü xəlq eyləyib
Ən əziz bəndəsini-insanı
Quran-i Kərimi, Musanı, Isanı…
Imanı, ilahi dini -
Bunları mənə nənəm söyləyib
Çox istəyirdim onun xətrini...
O mələkdi, ülfəti qəlbimə doldu
Onun şığındığı tanrı
Mənim də allahım oldu,
Mən onun, nənəmin allahını sevdim.
Önсə nənəm mənə bir dünya yaratdı
Sonra gördüm həyat qəribə həyatdı.
Nədir həyat? Yaşadıqсa duydum az-az
Anladım ki onu tam anlamaq olmaz.
Müdriklərsə...elə hey ortanı qatdı
Ortaya hey sual atdı:
Kim kimi yaratdı?
Sonralar ”Ziyarət” adlı poema yazdım. Doğulduğum diyarı və
sanki uşaqlığımı və keçmişi ziyarət edirəm - duyğusu ilə yazılan bu
11
lirik-epik əsərin də baş qəhrəmanı, belə demək olarsa, nənəm Zey-
nəbdir. Aşağıda həmin poemadan kiçik bir parça gətirilir:
Sübh tezdən, axşam çağı
Sakit dua oxumağı
Məndə min hiss oyadardı
O ətrafda, o dünyada
İmansızlıq ruhu vardı
Dərdi ki, açmazlar yada –
Dərdini göyə açardı...
Oruс, namaz, dəstəmazı
Yerindəydi, dəyişməzdi
Ruhu dolu sevgi, vüqar
Allahla oturub-durar
İnsanlarla deyişməzdi.
Dilindən heç vaxt düşməzdi
Allah, peyğəmbər kəlməsi.
Hələ getmir qulağımdan
"Bismillah, üssəməd..." səsi
O pıçıltı, o ruh, iman
Mənimlə dünyanı gəzdi...
Zülm gördü, сəfa çəkdi
Ayaq altında qalmadı.
Arzusu gözündə qaldı
İmanı zədə almadı.
Bir dəfə, 11-12 yaşım ola bilərdi, evimizin həyətində böyük şai-
rimizin növbəti şeirini oxumaqla məşğuldum. Müəllimlər şeiri uca-
dan, səslə oxumağı tövsiyə edirdilər. Mən də çox dərindən düşünmə-
dən, heç nəyi vecimə almadan, hətta bir az təntənə ilə şeiri oxuyur-
dum:
Dostları ilə paylaş: |