278
Digər tərəfdən çoxallahlılığa inanan insanlar öz etiqadlarına belə
açıqlama
verirlər ki, onların çoxlu sayda tanrılarından birinin məqamı
digərlərindən daha yüksəkdir. Elə bu səbəbdən də, o biri tanrılar onun
mələkləri və vasitəçiləri rolunu daşıyırlar. Yalnız İbrahimi dinlərdə
bütün mələyin yerinə Allahın köməkçisi olması məsələsi qəbuledil-
məzdir. Qurani-Kərimdə bu barədə belə buyurulur:
ْﻢُﺘﻧَأ ﺎَهﻮُﻤُﺘْﻴﱠﻤَﺳ ءﺎَﻤْﺳَأ ﱠﻻِإ ِﻪِﻧوُد ﻦِﻣ َنوُﺪُﺒْﻌَﺗ ﺎَﻣ
ٍنﺎَﻄْﻠُﺳ ﻦِﻣ ﺎَﻬِﺑ ُﻪّﻠﻟا َلَﺰﻧَأ ﺎﱠﻣ ﻢُآُؤﺂَﺑﺁَو
“(Allahdan) qeyri ibadət etdikləriniz sizin və atalarınızın (özün-
dən uydurub) qoyduğunuz (Allaha heç bir aidiyyəti olmayan) adlar-
dan (bütlərdən) başqa bir şey deyildir. Allah isə onlara (ibadət edil-
məsinə dair) heç bir dəlil nazil etməmişdir.”
1
İnsan vəhy olmadan tövhidlə şirk arasındakı sərhədi təyin edə
bilməz.
“Allahın izni olmadan (qiyamətdə) Onun yanında (hüzu-
runda) kim şəfaət (bu və ya digər şəxsin günahlarının bağışlanma-
sını xahiş) edə bilər?(Bəqərə surəsi, ayə 255)
Tövhidə inananlar hər şeydən əzəmətli olan və insanın təsəvvü-
ründən belə çox yüksəklərdə dayanan Allaha inanırlar. Onların eti-
qadlarına əsasən Allahın elmi və qüdrəti
sonsuzdur və onlar dini
mətnlərdə bu nəzəriyyəyə zidd yazılmış hər bir sözü məcazi mənada
açıqlamağa çalışırlar.
Müşriklərin bəziləri “Allah o qədər böyük, əzəmətli və pakdır ki,
maddi dünya ilə heç bir əlaqəsi yoxdur. Elə bu səbəbdən də, öz istək-
lərimizə çatmaq üçün onun şəriklərindən kömək istəməliyik” kimi fi-
kirləri irəli sürürlər. Onlar belə mövcudları dünya işlərini
həyata ke-
çirən işçilər kimi adlandırmağa çalışırlar və gündəlik tələbatların ödə-
nilməsi üçün onlara müraciət olunmağın vacibliyini vurğulayırlar.
Əzəmətli peyğəmbərlər bu şəriklərin Allah tərəfindən təyin olunma-
dıqlarını və elə bu səbəbdən də, onların heç bir qüdrətə sahib olma-
dıqlarını, onlara sitayiş olunmamağı və onlardan kömək istəməməyi
bildirmişlər.
1
Yusif surəsi, ayə 40
279
10-2. İnsanlara oxşarlığı və insani sifətlərdən uzaq olması
İbrahimi dinlər yaradndığı ilk dövürlərdə fəlsəfə ilə o qədərdə
yaxşı əlaqədə deyildilər və elçi Pavlos öz davamçılarına xəbərdalıq
verərək belə deyirdi:
“Diqqətli olun ki heç kim sizi fəlsəfə və yalnış hiylələrlə yoldan
çıxartmasın (Kolusiyalılara məktub, 2:8)
Kilsənin ilk Papalarından olan Tertuliyan (Tertulian)
belə demiş-
dir: “Afinanın Urşəlimlə nə əlaqəsi var?”
1
Amma çox keçmədən bütün İbrahimi dinlərin davamçıları bir-
birinin arxasınca fəlsəfəyə tərəf getdilər və fəlsəfə də onlara tərəf gəl-
di. İlkin fəlsəfə kəlam elminin əsasını qoydu və bu hadisə də öz növ-
bəsində bütün müsəlmanların təşvişə düşməsinə səbəb oldu.
2
Daha
sonra isə fəlsəfə özü meydana çıxdı, yəhudi, xristyan və islam fəl-
səfələrinin əmələ gəlməsilə çaxnaşma yarandı. Ondan sonra İbrahimi
dinlərin davamçılarının əksəriyyəti Allahı tanıma mövzuları sahəsin-
də fəlsəfənin köməyindən yararlanmağa başladılar.
Fəlsəfi bəhslərdə adətən maddi və qeyri-maddi varlıqdan, mate-
riyadan söz açılır. Amma insan yalnız maddə və təbiəti təsəvvür et-
mək bacarığına malikdir və qeyri-maddi həyata, təbiətdən kənarda
olan məsələlərə inansa bu barədəki bütün
təsdiqləyici dəlilləri onun
təsəvvürü çərçivəsinə sığmayacaqdır. Ən çoxu isə o sirli aləmdən in-
kar sözlərindən istifadə etməklə söz açacaqdır. Elə bu səbəbdən də,
Allah-Taala, mənəvi məsələlər və əqlani bəhslər barəsində söz açan-
da söz qıtlığı ilə üzləşirik. Həqiqətdə isə bütün bu bəhslərdə gündəlik
həyatımızda istifadə etdiyimiz adi sözlərdən yararlanırıq və bu
məsələ də bizim üçün bəzi çətinliklər yaradır.
Allah-Taala barəsindəki yaranmış hər bir təsəvvür (məsələn o
müqəddəs zatın mövcudluq təsəvvürü), hər bir davranış (məsələn,
ona sitayiş etmək), hər bir söz (məsələn Allahla insan arasındakı əla-
qəni çatdırmaq üçü istifadə olunan “Ağa və qul”, “Ata və oğul” söz-
1
Bidətçilərə rədd cavabı, 7
2
Sələfilər hələ də kəlam elminin müsəlmanlar arasında əmələ gəlməsindən narahat-
dılar.
280
ləri) Allahın insana bənzədilməsi (Anthropomorphism) təəssüratını
yaradır. Bu məfhumları anlamaq üçün isə insan ağlı müqayisə yolun-
dan yaralanır və bununla nəticəyə çatır.
1
Onda yəhudilərin və xristyanların müqəddəs kitabları Allah-Taa-
lanın güləşmək
2
məsələsini meydana çıxartmaqdan
çəkinmirsə Qura-
ni-Kərim də bəzi məqamlarda Allahın pak zatına məkr, hiylə, intiqam
kimi hissləri aid edə bilər. Qurani-Kərim eləcə də, Allahın ona əziy-
yət verənləri cəzalandıracağını, möminlərin ona kömək etmək məc-
buriyyətində olmalarını, ona borc vermələrini və xəyanətdən ona sı-
ğınmaları kimi məsələləri də qeyd etmişdir. Eləcə də, Allahın taxtda
oturması, onun göydə olması, pərvərdigarın gəlməsi,
qiyamət günü
ona baxilması və ələ, gözə, üzə və kürəyə sahib olması kimi bəzi fi-
kirlərin Qurani-Kərimin bəzi ayələrində qeyd olunması Allahı cis-
manləşdirənlərin əlində şüar olmuşdur. Hədis əhli həmin sözlərin za-
hiri mənası ilə kifayətlənərək birbaşa olaraq cismi olmayan varlığın
“Mövcud” olması mümükün deyildir fikirlərini söyləmişlər. Halbuki,
Şiyələr və Mötəzililər Həzrət Əmirəlmöminin Əlinin (ə) bələdçiliyi
ilə bu sözləri daha geniş şərh etmişlər və onlara çox münasib açıqla-
malar vermişlər.
3
Əş’ərilər də illər boyunca yavaş-yavaş Hədis əhli-
nin belə dini etiqadlarından uzaqlaşaraq şiyələrin və mötəzililərin bu
1
İnsanın materialist düşüncəsi İlahi vəhyin köməyi olmadan dünyada
baş verən təbii
hadisələri (məsələn, sevinci, qəmi, xoşbəxtliyi, bədbəxtliyi, hamı tərəfindən sevilmə-
yi, bədnamlığı, ehtiyacsızlığı, ehtiyaclı olmağı, sağlamlığı, xəstəliyi, ömrün uzun və
yaxud qısalığını, ruzinin çox və yaxud az olmasını, sel, zəlzələ, quraqlığı, təhlükəni
və başqa məsələləri)insanla Allah arasındakı möhkəm bağlılığı nəzərə almadan açıq-
laya bilməz. Yəhudiliyin, xristyanlığın və islamın müqəddəs kitabları,
xüsusən də
Qurani-Kərim yuxarıda qeyd etdiyimiz hadisələri bəşəri fəlsəfənin köməkliyi ilə əcr,
savab, əzab və s. kimi açıqlayır və bunların hamısının əxlaqa və mənəvi aləmə aid
olduğunu bildirir.
2
Yaranış, 32:24-32
3
Kəlam elmi alimlərinin əksəriyyəti Hədis əhli ilə müxalif olduqlarını bildirmişlər.
Onlar Allahdan başqa hər bir varlığın, hətta mələklərin belə cismə malik olduqlarını
bildirdilər. Məad və axirət dünyası barəsindəki ayələrin də zahirən şərh olunmağa
ehtiyacı vardır, amma müsəlmanların əksəriyyəti belə ayələri məcazən şərh etmək-
dən çəkinmişlər və məadın cismən olacağını rəsmi şəkildə qəbul etdilər. Məadın və
axirət dünyasının ruhi olacağına inanmaq İslam cəmiyyətində həmişə məhkum olun-
muşdur.