Microsoft Word Dinler cap doc



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə29/113
tarix22.11.2017
ölçüsü2,79 Kb.
#11327
1   ...   25   26   27   28   29   30   31   32   ...   113

 
95
5.  Sirlər kitabı 
6.  Divlər (Şeytanlar) kitabı 
 
4-3. Təlimləri və əsas prinsipləri 
Mani deyirdi: “İlahi hikməti və həqiqəti peyğəmbərlər müxtəlif 
zamanlarda və müxtəlif məkanlarda yaymışdırlar. Bir zaman Hindis-
tanda Budda, İranda Zərdüşt, Fələstində İsa və indi də mən Mani Al-
lahın peyğəmbəriyəm. Mənim vəzifəm Babilistanda həqiqətləri yay-
maqdan ibarətdir.” Maninin dini təlimlərinin  əksər hissəsi Xristi-
yanlıq və Zərdüştlük təlimləri üzərində yaranmışdı. Bu dinin təlimlə-
rində Nurla zülmət arasındakı müharibə böyük əhəmiyyət kəsb edir. 
Manilər cəmiyyəti beş dini təbəqə bölürdülər: 
1.  Feristeqan yaxud ferişteqan:  On iki nəfərdirlər və onlar 
Maninin canişinləri hesab edilridilər. 
2.  İspasaqan yaxud Yepiskoplar: Yetmiş iki nəfər idilər 
3.  Mehişteqan yaxud Keşişlər: Üç yüz altmış nəfər idilər 
4.  Vizideqan yaxud Qozideqan (Seçilmişlər): Bu təbəqəyə aid 
insanların sayı çox idi və onlar Manəviliyi yaymaqla məşğul 
olurdula. 
5.  Nəğuşakan yaxud Niyuşəndeqan: Bu təbəqəyə Manəviliyin 
davamçılarının  əksəriyyəti daxil idi və onların sayı bütün 
başqa təbəqələrdən daha çox idi.  
Manəvilər Zərdüştliyin dini təlimləri altına düşərək üç əsas əxlaqı 
prinsipə riayət edirdilər və bu prinsipləri “Üç möhür” adlandırırdılar: 
1.  Ağız möhürü (Pis sözlərdən və danışıqlardan uzaqlaş-
maq) 
2.  Əl möhürü (Pis əməllərdən uzaqlaşmaq) 
3.  Ürək möhürü (Pis və səhv təsəvvürlərdən uzaqlaşmaq) 
Maninin davamçıları vegeterian idilər və birinci təbəqədən so-
nuncu təbəqəyə  qədər heç kimin evlənməyə, var-dövlət toplamağa 
ixtiyarı tox idi. Manilər namaz qılırdılar və oruc tuturdular, öz mə-
bədlərini xanegah adlandırırdılar. Onların bu xahegahları İslam dinin-
dəki Sufilərin ibadət üçün toplaşdığı məkanla eynidir.  


 96 
5. Məzdək dini  
İctimai böhranların yeni dini inanc və etiqadların yaranmasında 
böyük rolu vardır. Böhranlı zaman və məkanda meydana çıxan dinlər 
kütləvi şəkildə yayılmağa başlayır. Tam ictimai din olan Məzdəkilik 
dini bizim irəli sürdüyümüz bu iddia üçün gözəl misaldır. Əbülqasim 
Firdovsi “Şahnamə”  əsərində Qubad şah barədə söz açanda Məzdə-
kin meydana çıxması barədə ətraflı məlumat verir. O deyir ki, Məz-
dək filosof idi və qıtlıq illərində insanları taxıl anbarına hücuma sövq 
etdi. Bu hadisədən sonra onun şöhrəti genişlənməyə başladı.  
 
5-1. Məzdəkin həyatı 
Bamdadın oğlu Məzdək Qubad şahın zamanında (488-531-ci 
illərdə) Dəclə çayının kənarında yerləşən, qədim zamanlarda Mazar-
ya və hal-hazırda Kut Əl-İmarə adlanan şəhərdə alim ailəsində 
dünyaya göz açmışdır. Tarixçilər, hətta onun düşüncələri ilə müxalif 
olan  şəxslər onun ağıllı, məntiqli və yaxşı xüsusiyyətlərə malik ol-
masını bildirmişlər. Onun təqvalı və həmişə sadə paltar geyinən insan 
olması da qeyd olunmuşdur.  
Məzdək heç vaxt peyğəmbər olduğunu bildirməmişdir və özünü 
həmişə Bundus adlı bir şəxsin davamçısı kimi tanıdırdı. Bundus 300-
cü ildə Manilikdə bəzi islahatlar aparmışdır. Onun İranda və Romada 
çoxlu sayda davamçıları var idi.  
 
5-2. Məzdəkin qiyamı 
Firdovsinin  Şahnamə  əsərində  Məzdəkin alim və natiq insan 
olduğunu oxuyuruq. O, bir gün ölkənin ac və  səfil  əhalisindən bir 
dəstəsinin şahın sarayının ətrafında toplaşmasını və şahdan çörək is-
təmələrini gördü. Sarayda dövlət məmurlarından biri olan Məzdək 
şahdan soruşdu: “Əgər bir insanı ilan vurarsa və o ölüm ayağında 
olarsa, eyni zamanda onun qonşusunda bunun dərmanı, yaxud dirilik 
suyu olarsa və həmin ölüm yatağında olan xəstədən gizlədərsə həmin 


 
97
insanla necə davranmaq lazımdır?” Qubad şah cavab verdi: “Onun 
cəzası ölümdür!” Məzdək yenidən soruşdu: “Əgər insanların çörəyə 
ehtiyacı olarsa və çörəyi olan insanı öz çörəyini onlardan gizlədərsə 
onun cəzası necədir?” Şah Qubad cavab verdi: “Onun da hökmü və 
cəzası ölümdür!” 
Məzdək üzünü insanlara çevirərək dedi: “Anbarlara hücum edin, 
ərzaqları götürün və canınızı aclığın əlindən qurtarın.” Onlar belə et-
dikdən sonra Şah Qubad Məzdəki danlamağa başladı. Məzdək dedi: 
“İnsanlar ac idilər, anbarlar isə dolu idi. Mən bu addımı sizin nəzəri-
nizə uyğun olaraq atdım.” 
Bu hadisədən sonra Məzdəkin insanlar arasındakı  şöhrəti artdı 
və  Şah Qubad da onun bu dini məktəbini qəbul edərək onun yayıl-
ması üçün lazımi şərait yaratdı. Zərdüşt dininin din alimləri və zadə-
ganları Məzdəkə qarşı qiyam etdilər və onun dini məktəbini müdafiə 
edən Şah Qubadı hakimiyyətdən uzaqlaşdırdılar. Qubad yenidən taxt-
tacını əldə edə bildi, amma artıq Məzdəki müdafiə etmədi. Onun oğlu 
və canişini olan Ənuşirəvan Zərdüşt alimləri və zadəganları  tərəfin-
dən müdafiə olduğu üçün 528-ci ildə Məzdəki və onun davamçılarını 
qətlə yetirdi. Onlardan sağ qalanlar gizləndilər və  İslam dininin ya-
ranmasından bir neçə on il sonra belə  bəzən öz varlıqlarını göstə-
rməyə çalışdılar. Islamın ilk illərində mövcud olan zındıqların bir 
dəstəsi Məzdəkin davamçılarından idi.  
   
5-3. Baxışları 
Məzdəkin düşüncələri “Məzdəknamə” adlı kitabda bir yerə top-
lanılmışdır. Həmin kitab İslam dininin yaranmasından sonra İbn Mü-
qəffə tərəfindən Ərəb dilinə tərcümə olunmuşdur. Hal-hazırda həmən 
kitab mövcud deyildir. Məzdək müxtəlif cəhətlərdən Konfutsiyə  və 
Plutona oxşayır, çünki onun yaratdığı bu din də təmamilə ictimai-si-
yasidir. Məzdək insanların mallarının hamı arasında bərabər bölün-
məsinin tərəfdarı idi. O zadəganlarla qeyri-zadəganlar arasında evli-
lik məsələsini də  rəsmiləşdirdi. Onun düşüncələri və  əqidəsi barədə 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə