Microsoft Word Dinler cap doc



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə32/113
tarix22.11.2017
ölçüsü2,79 Kb.
#11327
1   ...   28   29   30   31   32   33   34   35   ...   113

 106 
Bəzilərinin nəzərincə isə İbrani sözü Həzrət İbrahimin (ə) babası 
və əcdadı olan Abirə qayıdır.
1
 Eləcə də, bəziləri Həzrət İbrahimin (ə) 
atasının (əmisi) adının Azər olması  səbəbindən onun ailəsinin  əslən 
Ariyayi qövmündən olmasını bildirirlər. Amma alimlər bu nəzəri təs-
diqləmirlər, çünki Qurani-Kərimdə və İslami mətnlərdə qeyd olunmuş 
Azər sözünün lüğəti mənası barəsində düzgün informasiyaya malik 
deyilik. Tövratda İbrahimin (ə) atasının adı Tarəh qeyd olunmuşdur.  
 
2. Həzrət İbrahim (ə) 
Həzrət İbrahim Xəlil (ə) daim əzəmətli peyğəmbər olmuşdur və 
bütün tarix boyu müsəlmanlar, xristiyanlar və  yəhudilər arasındakı 
çəkişmələrin mərkəzində dayanmışdır. Çünki, hər üç dinin davam-
çıları O Həzrətin onalara aid olduğunu bildirmişlər: “İbrahim nə yə-
hudi, nə  də xaçpərəst idi. O ancaq hənif (batildən haqqa tapınan, 
haqqa yönəlmiş olan) müsəlman (Allaha təslim olan) idi və (Allaha) 
şərik qoşanlardan deyildi.” (Ali İmran, 67)  O, hətta müşriklər ara-
sında belə böyük hörmət və ehtirama malik bir şəxsiyyətdir və onun 
Məkkədə qalan izləri onlar tərəfindən müqəddəs bir irs kimi ziyarət 
edilirdi. Bəzi insanlar da ad oxşarlığına görə Brahmanizm dininin 
(yəni Hinduizmin, Caynizmin və Buddizmin) də  Həzrət  İbrahimdən 
(ə) başlanması iddiasını irəli sürmüşlər. Yəhudilər özlərini Həzrət İb-
rahimin (ə) nəvəsi olan Həzrət Yaqubun (ə) nəslindən bilirlər və həm 
cismani, həm də ruhani baxımdan Həzrət İbrahimin (ə) nəslindən ol-
malarına görə böyük iftixar hissi keçirirlər.  
Tövratda O Həzrətin nəslinin Həzrət Adəmə (ə) qədər uzanması 
qeyd olunur. Tövratda olan nəsil sənədləri İslami kitablara da yol tap-
mışdır və bu sənədin düzgünlüyünə  və  mənbəyinə diqqət yetirilmə-
dən qəbul edilmişdir.  
Kitab əhlinin (bu nəzər müqəddəs kitablarda qeyd olunmuş hə-
dislərdən nəticə kimi çıxarılmışdır) nəzərincə Həzrət İbrahim (ə) Era-
                                                 
1
 Abir adı Yaranı səfəri 24:10 və 16:11-də qeyd olunmuşdur. 


 
107
dan əvvəl 2000-ci ildə, yəni 4000 il öncə Ur şəhərində dünyaya gəl-
mişdir və Tövratda qeyd olunduğuna  əsasən öncə Abram (yəni mə-
qam sahibi) adını daşıyırdı. Allahu-taala onun adını doxsan doqquz 
yaşında dəyişərək  İbrahim (yəni Qövmlərin atası) etdi.
1
 Ur  şəhəri 
təxminən bir əsr bundan öncə  İraqda Fərat çayının sahilində torpaq 
altından aşkar edildi və həmin məkanda saysız-hesabsız antik tapıntı-
lar əldə olundu.   
Tövratda qeyd olunduğuna əsasən Tarəh oğlu Həzrət İbrahim (ə), 
onun həyat yoldaşı Sara və qardaşı  oğlu Həzrət Lutu (ə) götürərək 
Fələstinin qərbində yerləşən Kənan torpaqlarına köçdü. Onlar yolun 
yarısında köçdüklərinə görə peşiman olaraq Hərran  şəhərində yerləş-
dilər. Bu şəhər bu günkü Türkiyənin cənubunda Suriya ilə  sərhəddə 
yerləşmişdir.  
Həzrət  İbrahimin (ə) atası Tövratda Tarəh adlandırılır, amma 
Qurani-Kərim onu bütpərəst Azər kimi təqdim edir: “(Ya Rəsulum) 
Xatırla ki, bir zaman İbrahim atası Azərə demişdi: “Sən bütləri tanrı-
larmı  qəbul edirsən? Mən səni və  sənin tayfanı açıq-aydın zəlalət 
içində görürəm!” (Ənam surəsi, 74) Həzrət İbrahim  (ə) atası İslam 
Peyğəmbəri Həzrət Muhəmmədin (s) əcdadları  sırasında yerləşmiş-
dir. Bütün şiyə  və sünni alimlərinin  əksəriyyəti o Həzrətin Həzrət 
Adəmə (ə) qədər olan bütün atalarının hamısının tək Allahlığa inandı-
ğını bildirirlər. Elə buna görə də, Azərin Həzrət İbrahimin (ə) həqiqi 
atası olmadığını vurğulayırlar və bunu təsdiqləmək üçün lazımi dəlil-
lər də gətirirlər.  
Tövratda qeyd olunduğuna əsasən həzrət İbrahim (ə) 75 yaşında 
Allahın əmri ilə Hərran şəhərindən Kənan torpaqlarına tərəf yola dü-
şür. O, həyat yoldaşı Sara və qardaşı oğlu Həzrət Lut (ə) və Hərran 
əhalisindən başqa bir neçə nəfəri də özü ilə götürərək Kənana aparır. 
Onlar həmən məkanda Beytu İyl-in  şərqindəki dağın üzərində çadır 
qurur. Həzrət İbrahim (ə) bir müddətdən sonra Hebronda (Əl Xəlildə) 
məskunlaşır və ömrünün sonuna qədər orada yaşayır. Hal-hazırda da 
onun ailəsinin məqbərəsi bu məkanda yerləşir. Amma Həzrət Lut (ə) 
                                                 
1
 Bu məlumatlar və belə adlandırma Köhnə Əhddən götürülmüşdür. 


 108 
Səmud və onun ətrafındakı  şəhərlərə gedir. Bu şəhərlərin sakinləri 
onun dediklərinə itaətsizlik etdiklərinə görə Allah tərəfindən cəzalan-
dırılaraq təmamilə yer üzərindən silinirlər. Bu hadisə Qurani-Kərim-
də də qeyd olunmuşdur.  
Həzrət İbrahimin (ə) həyatında iki olduqca mühim məsələ möv-
cuddur və hal-hazırda mövcud olan Tövratda bu məsələlərə  işarə 
olunmamışdır: Birincisi bütlərin sındırılması və O Həzrətin oda atıl-
ması, ikincisi Kəbə evinin inşası.  
Qurani-Kərimdə  (Ənbiya və Saffat surələrində) Həzrət  İbrahim 
(ə) bütləri sındırması və O Həzrətin oda atılması hekayəsi qeyd olun-
muşdur.  
Qurani-Kərimdə eləcə də, Həzrət İbrahimin (ə) Həzrət İsmail (ə) 
ilə birlikdə Kəbə evini inşa etməsi də qeyd olunmuşdur: “Onu da ya-
dına sal ki, İbrahim və İsmail evin (Kəbənin) bünövrəsini ucaltdıqları 
zaman: “Ey Rəbbimiz! (Bu xeyirli işi) bizdən qəbul et, Sən, doğrudan 
da, (hər şeyi) eşidənsən, bilənsən!” – deyə dua etdilər.”  (Bəqərə su-
rəsi, 127) Həzrət İsmail (ə) O Həzrətin qoca yaşlarında əta olunma-
sını nəzərə alsaq, Həzrət İbrahim (ə) Kəbə evini şərəfli ömrünün son-
larında inşa etdiyi qənaətinə  gəlmiş olarıq:  “İxtiyar çağımda mənə 
İsmail və  İshaqı  bəxş etmiş Allaha həmd olsun! Həqiqətən, Rəbbim 
duaları eşidəndir! (İbrahim surəsi, 39) Qeyd etmək lazımdır ki, Kəbə 
və Məkkə kitab əhli tərəfindən müqəddəs sayılmır.  
Digər tərəfdən Tövratda belə bir iddia irəli sürülür ki, Allahu-
Taala Həzrət İbrahimi (ə) Nil çayından Fərat çayına qədər olan əra-
zini onun oğlu Həzrət  İsraildən (ə) törəyən övladlarına  əta edəcəyi 
əhd etmişdi. (Yaranış 15:1-18 və 17:18-21) Bu vədənin Bəni-İsrailə 
aid olacağını da müşahidə edəcəksiniz. 
 
3. İslamil və İshaq (ə) 
Qurani-Kərimdə və Tövratda qeyd olunduğu kimi Həzrət İbrahi-
min (ə) həyat yoldaşı Sara sonsuz idi və Tövratda qeyd olunduğu ki-
mi Allahu-Taala dəfələrlə Həzrət İbrahimin (ə) onun nəslini artıraca-
ğı barədə əhd bağlamışdı. O Həzrətin Hacər adlı kənizi dünyaya bir 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə