112
həmin sandığın içərisinə qoyaraq Nil çayının qamışlıqları arasında
suya buraxır. Körpənin bacısı isə həmin ətrafda
dayanaraq onun ba-
şına nə gələcəyinə tamaşa edir.
Qısa bir müddətdən sonra yuyunmaq üçün Nil çayının sahilinə
gələn Fironun qızının gözü sandığa sataşır və kənizlərdən birini san-
dığın arxasınca göndərir. Sandığı onun yanına gətirirlər və o sandığı
açanda içərisində ağlayan uşaq görür. Onun ürəyi uşağın halına yanır,
amma həmin körpənin Bəni-İsraildən olduğunu bilir. Bu zaman kör-
pənin bacısı Fironun qızına yaxınlaşır və uşağa süd vermək üçün
qadın tapmasını ona təklif edir. Fironun qızı onun bu təklifini qəbul
edir və qız öz anasını onların yanına gətirir. Fironun qızı həmin xanı-
ma deyir: “Uşağı özünlə apar, ona süd ver
və mən də sənin bütün xər-
cini ödəyəcəm.” Bir neçə ildən sonra uşaq böyüyür və anası onu Firo-
nun qızının yanına aparır. Fironun qızı onu oğulluğa qəbul edir və
ona Musa (Muşe, İbri dilində “Sudan çıxarılmış”) adını verir. Bu ha-
disə Qurani-Kərimin Qisəs surəsində qeyd olunmuş hekayə ilə yaxın-
dır. Bəzi tarixi hesablamalara və hadisələrin analizinə görə bu hadi-
sənin eradan 1250-1300 il öncə baş verməsi bildirilir.
5-1. Peyğəmbərliyi
Tövratın Xuruc bölümünün üçüncü fəslində oxyuruq ki, Həzrət
Musa (ə) Hurib
1
səhrasında dağın ətəyində Allahu-Taalanın
səsini bir
kol topasından qalxan alovun içərisindən eşitdi və onunla danışdı.
Qurani-Kərimdə Allahın Tuva səhrasındakı ağacdan buyurduğu söz-
lər belədir:
ﻰَﺳﻮُﻣ ﺎَﻳ يِدﻮُﻧ ﺎَهﺎَﺗَأ ﺎﱠﻤَﻠَﻓ
*
َﻚْﻴَﻠْﻌَﻧ ْﻊَﻠْﺧﺎَﻓ َﻚﱡﺑَر ﺎَﻧَأ ﻲﱢﻧِإ
ىًﻮُﻃ ِسﱠﺪَﻘُﻤْﻟا ِداَﻮْﻟﺎِﺑ َﻚﱠﻧِإ
*
ﺎَﻧَأَو
ﻰَﺣﻮُﻳ ﺎَﻤِﻟ ْﻊِﻤَﺘْﺳﺎَﻓ َﻚُﺗْﺮَﺘْﺧا
*
ﺎﱠﻟِإ َﻪَﻟِإ ﺎَﻟ ُﻪﱠﻠﻟا ﺎَﻧَأ ﻲِﻨﱠﻧِإ
يِﺮْآِﺬِﻟ َةﺎَﻠﱠﺼﻟا ِﻢِﻗَأَو ﻲِﻧْﺪُﺒْﻋﺎَﻓ ﺎَﻧَأ
*
ﱠنِإ
ُدﺎَآَأ ٌﺔَﻴِﺗَاء َﺔَﻋﺎﱠﺴﻟا
ُأ
ﻰَﻌْﺴَﺗ ﺎَﻤِﺑ ٍﺲْﻔَﻧ ﱡﻞُآ ىَﺰْﺠُﺘِﻟ ﺎَﻬﻴِﻔْﺧ
*
ُﻦِﻣْﺆُﻳ َﻻ ْﻦَﻣ ﺎَﻬْﻨَﻋ َﻚﱠﻧﱠﺪُﺼَﻳ َﻼَﻓ
ﺎَﻬِﺑ
ىَدْﺮَﺘَﻓ ُﻩاَﻮَه َﻊَﺒﱠﺗاَو
1
Bu söz Səmat duasında “huris” formasında qeyd olunmuşdur. Hurib həmin Sina
səhrasıdır.
113
“(Musa) odun yanına yetişdikdə belə bir nida gəldi: “Ya
Musa! * Mən, həqiqətən, sənin Rəbbinəm. Nəleynini çıxart, çünki
sən müqəddəs vadidə - Tuvadasan * Mən səni (peyğəmbər) seçdim.
(Sənə) vəhy olunanı dinlə! * Mən, həqiqətən, Allaham. Məndən baş-
qa heç bir tanrı yoxdur. Mənə ibadət et və Məni anmaq üçün namaz
qıl! * O saat (qiyamət saatı) mütləq gələcəkdir. Mənim onu az qala
açmağım gəlir ki, hər kəs etdiyi əməlin əvəzini (mükafatını, yaxud cə-
zasını) alsın. (Və ya: Mən onu az qala Özümdən belə gizlədirəm; və
ya: Mən onu Özümdən başqa hamıdan gizlədirəm. Yaxud: Mən onu
zorla gizlədirəm, çünki qiyamətin yaxınlaşması hər addımda özünü
müxtəlif əlamətlərlə büruzə verir). * Ehtiyatlı ol ki, (qiyaməti) danıb
nəfsinin istəklərinə uyan bir kəs səni ona inanmaqdan yayındırmasın,
yoxsa məhv olarsan!” (Taha surəsi. Ayə 11-16)
Tövratda belə qeyd olunur ki, Allahu-Taala Həzrət Musa (ə) Bəni-
İsraili Misirlilərin əlindən xilas edəcəyini və bərəkətli, məhsuldar Kə-
nan torpaqlarını onlara əta edəcəyini vədə verdi. Elə bu səbəbdən də,
Həzrət Musa (ə) Fironun yanına getməsi, ondan Bəni-İsraili azad bu-
raxması üçün peyğəmbərliyə çatdı. Qurani-Kərimdə Həzrət Musa (ə)
üçün başqa bir mühim risalət məsələsinə də işarə olunmuşdur. Bu
risalət Fironu imana, yaxşı əməllərə dəvət
etməkdən, kafirlik və zülm-
dən uzaqlaşdırmaqdan ibarət idi. Həzrət Musa (ə) müxtəlif möcüzələrlə
Misirə yola düşdü və qardaşı Harun (ə) onun köməkçisi oldu.
5-2. Möcüzələri
Həzrət Musa (ə) Fironu Bəni-İsrailə zülm etməkdən əl çəkməsi
və onları azad buraxmaları üçüm müxtəlif yollardan istifadə etməklə
təzyiq altına saldı.
Qurani-Kərim və Tövratda qeyd olunduğuna əsasən
Allahu-Taa-
la Həzrət Musaya (ə) möcüzə etmək bacarığı verdi. Həzrət Musa (ə)
əsa ağacını (tövratda qardaşı Harunun da əsası qeyd olunmuşdur) əj-
dəhaya çevirə bilirdi və əli ağ nur saçırdı. Firon bir dəstə cadugərləri-
ni çağıraraq Musa (ə) ilə yarışmalarını istədi. Qeyd etdiyimiz əjdəha
114
onları bütün cadugərlik sehirlərini və alətlərini uddu. Onlar Həzrət
Musanın (ə) gördüyü işlərin sehir olmadığını anladılar. Qurani-Kə-
rimdə qeyd olunmuşdur ki, cadugərlər Fironun
heç bir hədə-qorxu-
suna baxmayaraq Allahu-Taalaya iman gətirdilər. Onların iman gətir-
mələri Tövratda qeyd olunmamışdır və kitab əhli tərəfindən qəbul
olunmur.
Bu möcüzələrdən sonra Misirlilərə bir neçə əzab nazil oldu. Fi-
ron isə Bəni-İsraili azad buraxacağı barədə dəfələrlə vədə versə də öz
vədələrinə dönük çıxdı. Tövratda on cür əzab qeyd olunmuşdur:
1. Misirlilərin suyunun qana çevrilməsi
2. Sularda qurbağaların çoxalması
3. Ağcaqənədlərin çoxalması
4. Milçəklərin çoxalması
5. Vəba xəstəliyi nəticəsində Misirlilərin heyvanlarının kütləvi
şəkildə tələf olması
6. Misirlilərin və onların minik heyvanlarının dəri xəstəliklərinə
düçar olmaları və bədənlərində yaraların (cüzamın) çıxması
7. İri həcimli dolunun yağması və çoxlu sayda heyvanın
və əkin
sahələrinin tələf olması
8. Çəyirtkənin çoxalması
9. Üç gün ərzində Misirlilərin yaşadıqları hər yerin qaranlığa
qərq olması
10. Misirdə yaşayan bütün insanların, heyvanların, hətta Fironun
özünün də ilk övladlarının həlak olması
Bu əzabların bəziləri Qurani-Kərimdə başqa formalarda qeyd
olunmuşdur
:
“Biz Firon əhlini (illərlə) qıtlığa, quraqlığa və məhsul çatışmaz-
lığına məruz qoyduq ki, bəlkə, düşünüb ibrət alsınlar! * Biz ayrı-
ayrı möcüzələr üzrə onlara tufan, (əkinlərinə) çəyirtkə və həşərat,
(evlərinə, yeməklərinə) qurbağa və (çeşmələrinə, kəhrizlərinə) qan
göndərdik. Onlar yenə də (iman gətirməyi) özlərinə sığışdırmayıb ka-
fir bir tayfa oldular.” (Əraf surəsi, ayə 130 və 133)