10
Müasir beynəlxalq iqtisadiyyatda yaranmış və inkişaf edən çoxsaylı inteqrasiya
birlikləri öz qarşılarına prinsipcə eyni vəzifələri qoyurlar. Bu vəzifələrdən isə
inteqrasiyanın məqsədləri irəli gəlir:
Miqyas iqtisadiyyatının üstünlüklə
rində
n istifadə
.
Miqyas iqtisadiyyatı əsasında
bazarın həcminin genişlənməsini, tranzaksiya xərclərinin azalmasını və digər
üstünlüklərin əldə edilməsini təmin etmək. Bu, öz növbəsində, birbaşa xarici
investisiyaları cəlb etməyə imkan verəcəkdir. Belə ki, bu cür investisiyalar
ə
həmiyyətli ölçüyə malik bazarlara daha həvəslə yatırılır. Çünki, böyük ölçülü
bazarlarda onların ehtiyaclarını ödəyən müstəqil istehsalın yaradılması daha
məqsədəuyğun olur.
Ə
lverişli xarici siyasət mühitinin yaradılması.Ə
ksər inteqrasiya birliklərinin
vacib məqsədlərindən biri də bu birlikdə iştirak edən ölkələrin siyasi, hərbi, sosial,
mədəni və digər qeyri-iqtisadi hadisələrdə qarşılıqlı anlaşmalarının və
ə
məkdaşlıqlarının gücləndirilməsidir. Coğrafi baxımdan bir-birinə yaxın olan və
inkişaf sahəsində eyni cür problemlərə malik ölkələr üçün qonşularla yaxşı
münasibətlərin olması, bu münasibətlərin qarşılıqlı iqtisadi öhdəliklərlə
möhkəmləndirilməsi mühüm siyasi prioritet təşkil edir.
Ticarət siyasəti vəzifələrinin həlli.
Regional inteqrasiyadan çox zaman ÜTT
çərçivəsində həyata keçirilən çoxtərəfli ticarət danışıqlarında danışıq mövqelərinin
gücləndirilməsi vasitəsi kimi də istifadə edilir. Hesab edilir ki, hər hansı blok təşkil
edən ölkələr adından razılaşdırılmış çıxış daha çəkilidir və ticarət siyasəti sahəsində
daha arzuolunan nəticələrə gətirib çıxarır. Bundan əlavə, regional bloklar qarşılqlı
ticarət üçün daha sabit və proqnozlaşdırıla bilən mühit yaradır. Çoxtərəfli ticarət
danışıqları zamanı isə iştirakçıların maraqları bir-birlərindən ciddi surətdə fərqlənir.
qtisadiyyatın struktur də
yiş
ikliklə
rinə
də
stə
k.
Bazar iqtisadiyyatını quran və ya
ciddi iqtisadi islahatlar həyata keçirən ölkələrin daha yüksək bazar inkişafı
səviyyəsinə malik ölkələrin regional ticarət sazişlərinə qoşulmasına bazar təcrübəsinin
ötürülməsinin mühüm kanalı kimi, həmçinin seçilmiş bazar kursuna sədaqətlilik amili
kimi baxılır. Amma inkişaf etmiş ölkələr öz qonşularını inteqrasiya proseslərinə
11
qoşmaqla onların bazar islahatlarının sürətlənməsində və onlarda tam və tutumlu
bazarların yaradılmasında maraqlı olurlar.
Milli sənayenin gənc sahələrinin dəstəklənməsi.
nteqrasiya birlikləri üçüncü
ölkələrə qarşı ayrı-seçkilik tədbirləri nəzərdə tutmursa belə, birliklərə bir sıra hallarda
yerli istehsalçıları dəstəkləmək üsulu kimi baxılır. Belə ki, bu zaman yerli istehsalçılar
üçün daha geniş regional bazar meydana gəlir.
Dünya bazarlarında mövqelərin gücləndirilməsi.
Bu, regional rəqabət
üstünlüklərinin yaradılması vasitəsilə təmin edilir.
Beynəlxalqiqtisadi inteqrasiyanın nəzəri əsaslarını təçkil edən çoxlu saylı
konsepsiyaları mövcuddur:
Sxem 1
Bazar konsepsiyasının tərəfdarları (Vayner, Lipsey, Repke, Predolem və s.)
iqtisadiyyatın tənzimlənməsində bazarın ən səmərəli vasitə olması fikrini əsas
götürürlər. Buna görə də, inteqrasiyanı bir neçə ölkənin ərazisi çərçivəsində vahid
bazar məkanının yaradılması kimi başa düşürlər. Bu vəziyyətin yaranması üçün də
xarici ticarət və valyuta sferalarında dövlət müdaxiləsi olmamalıdır. Beynəlxalq
ticarətin neoklassik nəzəriyyəsinin prinsiplərini rəhbər tutmaqla bazar konsepsiyasının
qtisadi inteqrasiyanın
nəzəri əsasları
nteqrasiyanın siyasi
hüquqi konsepsiyaları
Ümumi inteqrasiya
konsepsiyaları
Funksional-sahəvi
konsepsiyalar
Funksionalist
konsepsiya
Bazar konsepsiyası
Ticarət yaxud
gömrük ittifaqı
konsepsiyası
Neofunksionalist
konsepsiya
Bazar-
institutsional
Valyuta
inteqrasiyası
konsepsiyası
Pluralist konsepsiya
Dirijist konsepsiya
Federalist konsepsiya
Struktur
konsepsiya
Marksist
konsepsiya
12
tərəfdarları regional inteqrasiyanı istehsal amillərinin sərbəst hərəkətini təmin edən ən
ə
lverişli vasitə kimi qəbul edirdilər.
Bazar institutsional konsepsiya inteqrasiya prosesində bazarın öncül rolunu
inkar etməməklə yanaşı, həmin prosesin səmərəli gedişi üçün fövqəl hökumət
komissiyalarının yaradılmasını nəzərdə tutur. Bazar institutsional konsepsiya bazar
mexanizmindən fərqli olaraq bir sıra problemlərin həllini də nəzərdə tutur. Bunlara–
iqtisadiyyatda durğunluğa yol verməmək, iqtisadiyyatda məşğulluğa nail olmaq, geri
qalmış rayonları inkişaf etdirmək, milli və beynəlxalq korporasiyaların fəaliyyətini
tənzimləmək və sairə.
Dirijist konsepsiyanın tərəfdarları kimi tanınan tədqiqtçıları (R.Kuper,
A.Marşall, Q.Murdal, Y.Tinbergen) neoliberal cərəyanın əsası kimi istifadə olunan
beynəlxalq ticarətin neoklassik nəzəriyyəsinə kəskin tənqidi münasibət birləşdirir. Bu
konsepsiyanın görkəmli nümayəndələrindən olan Q.Murdal belə bir nəticəyə gəlir ki,
Real məzmunlu beynəlxalq inteqrasiya üçün dünya bazarında azad rəqabətin
formalaşması deyil, şansların bərabərliyi zəruridir ki, bu da dövlətin bazar proseslərinə
aktiv müdaxiləsi olmadan qeyri-mümkündür.
Dirijist konsepsiyanın digər nümayəndəsi Y.Tinbergen azad rəqabətli bazar
mexanizmini həm sosial, həm də iqtisadi nöqteyi nəzərdən optimal inkişafa nail
olmasının mümkünsüzlüyünü qeyd edərək “pozitiv” və “neqativ”inteqrasiya
terminlərini iqtisadi leksikona daxil etmişdir. Müasir dövrdə inkişaf etmiş ölkələrin
inteqrasiya qruplaşmalarının təcrübəsi göstərir ki, dirijist konsepsiyanın mövqeləri
getdikcə zəifləməkdədir.
- Struktur konsepsiyanın əsası Y.V.Şişkov tərəfindən formalaşdırılmışdır. Bu
konsepsiya öz mahiyyəti etibarı ilə dirijist yanaşmanın təməl prinsiplərinə əsaslanır.
Bu yanaşmada başlıca diqqət inteqrasiya prosesində inhisarların yeri və roluna, eləcə
də onların fəaliyyəti nəticəsində meydana çıxan struktur problemlərə yönəldilir.
- Marksist konsepsiya inteqrasiya prosesinin mərkəzləşdirilmiş direktiv
idarəedilməsinə əsaslanır və bu prosesdə bazar mexanizminin rolunu tamamilə inkar
edir. Marksist iqtisadçılar inteqrasiyanın əsas prinsiplərindən biri kimi proletar
beynəlmiləlçiliyini önə çəkirdilər. Bu baxımdan V. .Lenin fikri səciyyəvidir: