13
“Marksizm - ən ədalətli, təmiz, incə və sivilizasiyalı olsa da belə milliyətçiliyin
ə
leyhinədir”. Marksist iqtisadçılardan olan Y.S.Şiryayev inteqrasiyanın 3 mərhəlisini
– 1. region ölkəlirinin əməkdaşlığının ilkin iqtisadi və təşkilati strukturlarının
yaradılması, 2. struktur inteqrasiyası yəni qarşılıqlı iqtisadi tamamlanmanın plana
uyğun surətdə genişləndirilməsi vəinkişafı və3. funksional inteqrasiya başqa sözlə
regiondaxili vahid xalq təsərrüfatı kompleksinin formalaşmasını – fərqləndirir.
Marksist konsepsiya iqtisadi inteqrasiyanın yalniz şaquli istiqamətdə getdiyi fikrinə
gəlir ki, bu da nəticədə region ölkələrinin milli müstəqilliklərinin itirilməsi və güclü
partnyordan ifrat asılılığa gətirib çıxarır.
-Pluralist konsepsiya.Pluralist konsepsiyaya görə inteqrasiya proseslərinin
ə
sasını yəni onun hərəkətverici qüvvəsinin mərkəzi, istinad nöqtəsi milli dövlət
qurumlarıdır. nteqrasiya yüksək səviyyəli siyasi ,iqtisadi və sosial əlaqələrin mövcud
olduğu
dövlətlər
birliyidir.Pluralistlərin
fikrincə
inteqrasiya
proseslərinin
tənzimlənməsi problemlərinin həlli üçün fövqəlhökumət qurumlarının yaradılmasına
heç bir ehtiyac yoxdur.Bu konsepsiya dövlət müstəqilliyinin məhdudlaşdırılmasını
nəzərdə tutmur.Bununla belə.regional qruplaşma çərçivəsində oyun qaydalarının
müəyyənləşdirilməsini zəruri hesab edir.
- Federalist konsepsiya. Federalist baxışların meydana çıxmasında 1950-ci
illərdən başlayaraq Qərbi Avropa siyasi-iqtisadi məkanında gedən inteqrasiya
prosesləri əhəmiyyətli rol oynamışdır.Bu konsepsiyanın tərəfdarları inteqrasiya
prosesinin 3 mərhələdən ibarət olduğunu göstərirlər: gömrük ittifaqı; iqtisadi və
valyuta ittifaqı və siyasi ittifaq.
- Funksionalist konsepsiya. Funksionalistlərə görə tələbat yaxud funksiyalar
struktur dəyişiklikləri vasitəsilə ödənilir.Onlar siyasi dəyişikliklərin texnoloci və
iqtisadi amillərin tam təsiri altında olduğu fikrini irəli sürürlər.
- Neofunksional konsepsiya. Digər konsepsiyalarla müqayisədə bu konsepsiya
nisbətən yaxın keçmişdə meydana çıxmışdır.Konsepsiyanın əsas istinad nöqtələri kimi
“maraqlı
qruplar”
nəzəriyyəsi
və
sistemli
təhlil
metodları
çıxış
edir.Neofunksionalistlərin fikrincə, siyasi inteqrasiyanın məqsədi müxtəlif siyasi
qüvvələr arasındakı qarşılıqlı surətli təsirdir.
14
- Gömrük ittifaqı konsepsiyası.Bu konsepsiya amerikan iqtisadçısı Ç.Vayner
tərəfindən hazırlanmış və sonrakı dövrlərdə də təkmilləşdirilmişdir.Konsepsiyaya görə
inteqrasiya blokuna daxil olan ölkələr arasında ticarət məhdudiyyətləri aradan
qaldırılmalı və üçüncü ölkələrə qarşı vahid gömrük tarifi tətbiq edilməlidir.Vaynerə
görə gömrük ittifaqı o zaman daha yüksək fayda verə bilər ki, birliyə qədərki dövrdə
ölkələrin analoci istehsal sahələri tariflə müdafiə olunsun,başqa sözlə üzv ölkələr
rəqabət qabiliyyətli iqtisadi strukturlara malik olsunlar.
- Valyuta inteqrasiyası konsepsiyası.Valyuta inteqrasiyası dedikdə, regional
səviyyədə valyuta siyasətinin əlaqələndirilməsi mexanizmi, valyuta-kredit və maliyyə
təşkilatlarının yaradılması prosesi başa düşülür.
Dünya təsərüfatının beynəlxalq iqtisadi inteqrasiyası öz inkişafında,onun
kəmiyyət və keyfiyyət göstəricilərindən irəli gələn müxtəlif mərhələlər keçmişdir.Bu
təkcə ticarətin və yaxud digər iqtisadi fəaliyyətin həcmi məsələsi olmayıb,həmçinin
milli təsərrüfatlararası əlaqələrin sabitliyi,əhatə etdiyi sferalar,qarşılıqlı əlaqələrin
intensivliyi səviyyəsi və inteqrasiya proseslərinin dərinliyini də özündə
birləşdirir.Təbii haldır ki hər bir mərhələnin əlamətləri tədricən qəralaşır.Müasir
beynəlxalq iqtisadi inteqrasiya nəzəriyyəsində və praktikasında, Balassın təklif etdiyi
inteqrasiya proseslərinin inkişafının 5 pilləsini və yaxud da ardıcıl mərhələsini
fərqləndirirlər:azad ticarət zonası;gömrük ittifaqı;ümumi və yaxud vahid bazar;
iqtisadi birlik; iqtisadi və valyuta ittifaqı.Bu inkişaf mərhələləri iqtisadi inteqrasiyanın
ə
sas formalarını əhatə edir.
Azad ticarə t zonaları
Beynəlxalq iqtisadi inteqrasiyanın inkişafında məntiqi və
xronoloji mərhələ azad ticarət zonası hesab olunur.Müasir anlamda bu imtiyazlı zona
daxilindəəmtəələrlə beynəlxalq ticarət gömrük və kəmiyyət məhdudiyyətlərindən
azaddır.Azad ticarət zonası iqtisadi əməkdaşlıqdan inteqrasiyaya keçidin ilkin və həm
də ən zəif formasıdır. nteqrasiyanın belə forması Avropa Azad Ticarət Birliyi
(AATB) , Şimali Amerika Azad Ticarət Zonası (NAFTA), Cənub-Şərqi Asiya
(ASEAN) qruplaşması çərçivəsində həyata keçirilir.
Gömrük ittifaqları.
Beynəlxalq iqtisadi intqrasiyanın sonrakı pilləsi gömrük
ittifaqıdır.Bunu bir vəya bir neçə dövlətin öz aralarında ticarətdə gömrük rüsümlarını
15
ləğv
etmək
haqqında
razılaşması
kimi,kollektiv
proteksionizm
kimi
müəəyənləşdirmək olar.QATT-n X Y maddəsinə uyğun olaraq gömrük ittifaqı bir
neçə gömrük ərazilərinin biri ilə əvəz olunması olub bütün gömrük rüsumlarını tam
ittifaq daxilində ləğv edərək,ittifaq xaricində vahid gömrük tariflərinin tətbiq
edilməsidir. Azad ticarət zonasında üzv dövlət özünün xarici iqtisadi siyasətini
müəyənləşdirir,gömrük ittifaqında gömrük tarifləri,qayda və prosedurlar isə
bütövlükdə koordinasiya olunduğundan,inteqrasiya quruluşu kimi daha irəli
getmiş,daha təkmil, forma hesab olunur. Qeyd edilməlidir ki,azad ticarət zonası daimi
fəaliyyət göstərən idarəetmə orqanınin mövcudluğunu nəzərdə tutmur.
Vahid bazar və iqtisadi birlik
Beynəlxalq inteqrasiyanın daha yüksək pilləsi
vahid bazardır. Hal hazırda inteqrasiyanın inkişafında bu mərhələ ancaq Avropa
Birliyində formalaşmışdır ki, onun da təcrübəsi əsasında praktiki nəticələr çıxarılır və
qiymətləndirilmələr aparılır. Prinsip etibarı ilə vahid bazarın qurulması vahid iqtisadi
hüquqi informasiya məkanının yaradılması ilə tamamlanmalıdır ki, bu da həmin
inteqrasiya qruplaşmasının daha yüksək pilləsinə - iqtisadi birliyə keçməsinə təkan
verməlidir. Hələlik A mahiyyəti və mexanizmlərinə aid nəzəri baxışlar azdır, onun
təcrübəsinin ümumiləşdirmək və nəticələr çıxarmaq mümkün olmamışdır. Məlumdur
ki, Avropada vahid bazar 93-cü illərin əvvəllərində yaradılmışdır və onun ardınca da
iqtisadi və valyuta birliyinin yaradılması haqqında qərar qəbul edilmişdir
qtisadi və valyuta ittifaqı
Qərbi Avropada inteqrasiya proseslərinin ən
mürəkkəb mərhələlərindən biri vahid bazardan iqtisadi ittifaq vasitəsi ilə vahid
valyutaya və beleliklə ölkələrin vahid valyuta maliyə siyasəinə əsaslanan iqtisadi və
valyuta ittifaqına keçməsidir.1993-cü ildə Avropa birliyində ,əmtələrin,kapitalın və iş
qüvvəsinin sərbəst hərəkətini nəzərdə tutan vahid bazarın yaranması başa
çatdı.Avropa ölkələrinin bir-birindən asılılığının yeni səviyyəsinin meydana gəlməsi
artıq həqiqətdir. qtisadi ittifaq indi ayrı-ayrı ölkələrin müxtəlif maliyə-kredit
siyasətlərinin olması şəraitində sürətlə inkişaf etmək iqtidarında deyildir.Müxtəlif pul
nişanlarının olması və bunlara xidmət edən tənzimləyici tədbirlər iqtisadi ittifaqqın
inkişafına mane olan elementlərə çevrilmişdir.Vahid bazarın yaradılması sosial-
iqtisadi sferada uzunmüddətli və vacib problemlərin yaranması ilə yanaşı baş verirdi
Dostları ilə paylaş: |