16
ki,buları da kollektiv tənzimləmə mexanizmləri olmadan həll etmək mümkün
deyildir.Söhbət işsizlik,inflyasiya,pensiya təminatı kimi problemlərdən gedir .Bura
həmçinin, elm və texnika sahəsində vahid siyasətin aparılmasını da daxil etmək
lazımdır.Təcrübə göstərdi ki, A ölkələrində iqtisadiyyatın və maliyyənin
sağlamlaşdırılmasını qısa müddətə və bütün ölkələrdə eyni vaxtda aparmaq daha da
sərfəlidir.
1.2. Enerji resurslarının istifadə strategiyası, xüsusiyyətləri və formaları.
Dünyanın iqtisadi inkişafında enerji resurslarının rolu ənənəvi olaraq həmişə
yüksək olmuşdur. Müasir dövrdə isə bu amil daha yüksək struktur və konyuktur
yaradıcı amilə çevirilmişdir. qtisadi ədəbiyyatlarda resursların, istehsal güclərinin
yerləşməsi ilə bağlı bütöv bir nəzəriyyənin formalaşdığını görmüş olarıq. "Yerləşmə
amilləri" anlayışını elmi tədavülə alman iqtisadçısı Alfred Veber (1868-1958) özünün
1909-cu ildə yazdığı "Sənayenin yerləşməsi nəzəriyyəsi" adlı klassik tədqiqat işi ilə
daxil etmişdir. Nəzəriyyə görə sənayenin yerləşməsinin başlıca şərtlərindən əsası kimi
də təbii sərvətlərin coğrafiyası amili dominantlıq təşkil edir. Bu baxımdan
dəyərləndirmələr göstərir ki, yanacaq-enerji sərvətlərinin planetimizdə bölgüsü və
yerləşməsi son dərəcə qeyri bərabərliyi ilə səciyyəvidir. Yanacaq-enerji sərvətləri
faktiki olaraq əsas təməl kimi inkişafa təsir edir.
Dünya təcrübəsi göstərir ki, yanacaq-enerji sərvətləri bol olan ölkələrdə
israfçılıqla istifadə olunur. Lakin, əks qütbdə olan ölkələrdə isə, Yaponiya, Cənubi
Koreya, taliya və digər bu kimi ölkələrdə enerji resurslarından daha səmrəli istifadə
nəticəsində yüksək iqtisadi tərəqqi əldə edilmişdir.
Beynəlxalq əmək bölgüsü sistemində bir qayda olaraq inkişaf etmiş ölkələr
xammal resurslarının istehlakçısı, inkişaf etməkdə olan ölkələr isə onların istehsalçısı
və ixracatçısı kimi çıxış edirlər. Bu da həmin ölkələrdə iqtisadi inkişafın səviyyəsi ilə
yetərli şərtliliklə bağlılığı vardır. Misal olaraq qeyd etmək lazımdır ki, ABŞ özünə
lazım olan mineral xammalın 15-20 faiz, Qərbi Avropa ölkələri 70 faizə qədərini,
Yaponiya 90 faizdən çoxunu idxal edir.
17
Dünyada təbii ehtiyatlar balansı, onların müasir vəziyyəti və istifadə
perspektivləri ayrı-ayrı mənbələrdə qismən müxtəlif verilir. Bir çox yüksək reytinqli
beynəlxalq təşkilatlar, elmi idarələrin, analoji mətbu orqanların və hətta internet
şə
bəkəsinin məlumatlarında bu balansın ayrı-ayrı elementlərində müəyyən fərqlər
müşahidə olunur. BMT-nin Dünya və Avropa bankının, iri maliyyə qruplarının və
digər mötəbər təşkilatların hər il nəşr etdikləri hesabatlarda da bu fərq seçilməkdədir.
Cədvəl 1.
Dünyada tə bii sə rvə tlə rin sə viyyə si və onlardan istifadə müddə tlə ri
Beynəlxalq təşkilatların proqnozlarına görə yaxın on ildə ETT-nin inkişafı,
ə
halinin artımı, istehsalın yüksəlişi, ayrı-ayrı sahələrində texnoloji irəliləyiş,
Təbii ehtiyatların növləri Ehtiyatların səviyyəsi və istifadəsinin qısa xarakteristikası
Neft
Ehtiyatlar- 270-300 milyard ton
llik məsrəf 3 milyard ton. Perspektivlik imkanları 40-50 il
Tə bii qaz
Ehtiyatlar- 151 trilyon m3
llik məsrəf 2,2 trilyon m330-50 illik perspektiv
Daş kömür
Ehtiyatlar10 trilyon ton llik məsrəf 5 milyard ton.
Mənimsəmə imkanlığı 100 ildən çox
Yanar ş istlə r
Ehtiyatlar40 trilyondan çoxzəif istifadə olunur.
Yüksək əmək tutumludur.
Torf
Ehtiyatlar150 milyard ton
Ekoloji pozuntuluğuna görə məhdud perspektivlidir.
Çayların hidroenerjisi
Ehtiyatlar150 milyard ton
Ekoloji problemliyə baxmayaraq aktiv istifadə olunur
və perspektivlidir.
Atomun parçalanması və
nüvə sintezi enerjisi
Fiziki olaraq ehtiyatlartükənməzdir.
Ekoloji fəsadlı olmasına baxmayaraq inkişaf etməkdədir
Geotermal enerji
Yetərli ehtiyatlıdır.Zəif istifadə olunur. Perspektivlidir.
Də nizlə rin
qabarma
və çə kilmə lə ri,
okean
axınları enerjisi
Yetərli ehtiyatlıdır. Zəif istifadə olunur.
Perspektivlidir.
Günəş radiasiyası
Praktiki
tükənməzdir.
Məhdud
istifadə
olunur.Perspektivlidir.
Külə k enerjisi
Yerli
ə
həmiyyətlidirvə
lokal
keyfiyyətdə
də
perspektivlidir..
18
innovasiya və s. ilə bağlı enerjiyə olan tələbat ən azı iki dəfə artacaqdır. Belə inkişaf
isə təbii sərvətlərdən optimal istifadəni daha stimullaşdıracaqdır.
Yanacaq-enerji xammalı əsasında elektrik enerjisi istehsalı dövlətin iqtisadi
inkişafına təsir edən əsas amillərdən biri olduğundan ona tələbat daim artır, nəticədə
elektrik enerjisinə tələbatın ödənilməsi bir dövlət çərçivəsindən çıxaraq beynəlxalq
xarakter alır. Yanacaq-enerji sərvətlərinin dünyada qeyri-bərabər yerləşməsi zəif
inkişaf etmiş ölkələrdə bu resursların bolluğu şəklində özünü göstərir və bu da
istehlakçılar arasında qeyri mütənasiblik yaradır. Belə olan halda enerji resurslarının
mənimsənilməsi əlavə stansiyalar tikmək, bu məhsulu uzaq məsafələrə ötürmək kimi
çətinliklər yaradır.
Son 30 ildə dünyada təxminən 135 mlrd. ton neft, 145-155 mlrd. ton daş kömür
və 1600 trln. m3 təbii qaz yandırılmışdır. Digər tərəfdən dünyada kəşf edilmiş
yanacaq-enerji yataqları və istifadəyə verilmiş mədənlər hesabına onların ehtiyatı
xeyli artmışdır. Bütün bunlar isə müvafıq dövr ərzində enerji istehlakının 38-40 faiz
artımına gətirmişdir. Bu artımda təbii qaz 65 faiz, neft 12 faiz, daş kömür 28 faizlik
çəkiyə malikdirlər. Ötən vaxt ərzində ilkin enerji resursları balansında təbii qazın
xüsusi çəkisi 19 faizdən 27 faizə yüksəlmiş, neft 49 faizdən 40 faizə, daş kömür 30
faizdən 26 faizə enmişdir.
Son dövrlərdə enerjidaşıyıcılarının xüsusilə neftin qiymətinin yüksəlməsi və
yüksək volotilliyi ilkin enerji resurslarından istifadənin artmasının qarşısını ala
bilməmiş və elektrik enerjisinə olan tələbat da bu müddət ərzində sürətlə artmışdır.
Belə ki, əgər 2000-ci ildəenerji daşıyıcılardan istifadə 9,3 mlrd. ton təşkil edirdisə bu
2005-ci ildə 10,5 mlrd. ton, 2014-cu ildə təxminən 12,1 mlrd. tona bərabər olmuşdur.
Məlum olduğu kimi, milyon illər ərzində yerin təkində əmələ gəlmiş bu
sərvətlərin son əsrdə sürətlə tükənməsi yüzlərlə faydalı qazıntının ehtiyatlarının da
tükənməsi ilə nəticələnir. Yeni yataqların kəşf edilməsinin sürəti mövcud yataqların
istifadə sürətini qabaqlamaqla ehtiyatların artımını təmin edir, istismar edilən
resursların azalması meylinin sürətlənməsi, onların tükənməsi, müvafıq sərmayə
qoyuluşu vasitəsilə yeni enerji resurslarının kəşfıni tələb edir və bu da dünyada
Dostları ilə paylaş: |