79
60 milyard ABŞ dolları həcmində sərmayə qoyulması nəzərdə tutulmuşdur ki, bu da
Respublikamızın gələcək inkişafına əsl qarantdır.
Azərbaycan neftinin dünya bazarına sərbəst və sürətli çıxışını təmin etmək üçün
ixrac boru kəmərləri sisteminin yaradılması.
Azərbaycanın milli sərvəti olan neftdən əldə olunan gəlirlərin gələcək nəsillər
üçün toplanaraq artırılması, bu gəlirlərdən ölkəmizin cari sosial ehtiyatlarını, iqtisadi
tərəqqi tələblərini nəzərə almaqla istifadə edilməsi.
Qərbin qabaqcıl texnika və texnologiyalarının Azərbaycana gətirilməsi.
Azərbaycan Respublikasının yeni neft strategiyası uğurla həyata keçirilir və bu
strategiyanın müsbət nəticələri getdikcə daha çox hiss edilir. Azərbaycanın yeni neft
strategiyası həm də Xəzərin karbohidrogen ehtiyatları vasitəsilə qlobal enerji
təhlükəsizliyinə şərait yaradan nəhəng enerji dəhlizinin formalaşmasına imkan
yaratmışdır. Azərbaycan dövlətinin dünya iqtisadiyyatına inteqrasiyasının mühüm
istiqamətlərindən biri də onun beynəlxalq iqtisadi təşkilatların işində iştirakıdır.
Ölkənin slam Konfransı Təşkilatına, Qara Dəniz qtisadi Əməkdaşlığına, EKO-ya,
Beynəlxalq Bərpa və nkişaf Bankına, MDB-yə, slam nkişaf Bankına və bir sıra
başqa beynəlxalq təşkilatlara üzv olması, onlarla müvafiq əlaqələrin yaradılması və
ə
məkdaşlıq
etməsi
dünya
iqtisadiyyatında
inteqrasiyanın
uğuru
kimi
qiymətləndirilməlidir.Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş
Azərbaycan Respublikasının beynəlxalq aləmə inteqrasiya siyasətinin əsas
prinsiplərinə söykənərək ölkəmiz dünyanın aparıcı beynəlxalq təşkilatları ilə əlaqələr
qurmağa başlamış, onların bir çoxuna üzv qəbul edilmişdir. Ən əsası isə bu təşlilatlara
üzvlük Azərbaycanın iqtisadi müstəqilliyini məhdudlaşdırmamış, əksinə üzv
dövlətlərlə bərabərsəviyyəli, ikitərəfli və çoxtərəfli əlaqələrin qurulmasına səbəb
olmuşdur. Məhz bunun nəticəsidir ki, Avropa Birliyinə daxil olan ölkələrdən fərqli
olaraq ölkəmizin müstəqil iqtisadi siyasət yürütmək imkanı vardır. qtisadi
müstəqilliyimizin qorunması söykənən inteqrasiya siyasətinin inkişaf etdirilməsinin
yolları ölkəmizin daxil olduğu inteqrasiya bloklarına üzv ölkələrlə əlaqələrin daha da
genişləndirilməsi , yeni ticarət partnyorlarının tapılması və yeni inteqrasiya
bloklarında birləşmədən ibarətdir. Bu siyasətin nəticəsidir ki, Azərbaycan hazırda
80
dünyanın 150 ölkəsi ilə qarşılıqlı iqtisadi-ticarət əlaqələrinə malikdir. Ölkənin iqtisadi
potensialı, xammal və mineral ehtiyatlarla zənginliyi, təbii şəraiti və əlverişli iqtisadi-
coğrafi mövqeyi əməkdaşlıq imkanlarını artırır.
Müasir dövrdə davamlı iqtisadi inkifın təmin olunması milli iqtisadiyyatın
ölkənin BƏB-də üstünlüklərinə və daxili tələbata uyğun ixtisaslaşmasına və xarici
ticarətin bu üstünlüklərin tam və səmərəli reallaşmasına və daxili tələbatın daha
dolğun ödənilməsinə xidmət edən siyasətin aparılmasını zəruri edir.Ümumiyyətlə,
xarici ticarət əlaqələrinin səmərəli şəkildə inkişaf etdirilməsi və dünya iqtisadiyyatına
inteqrasiya proseslərinin intensivliyinin artırılması üçün aşağıdakı tədbirlərinin həyata
keçirilməsi məqsədəuyğun hesab edilir:
Azərbaycanın müasir tələblərə müvafiq geoiqtisadi inkişaf modelinin
formalaşdırılması və bu kontekstdə xarici iqtisadi fəaliyyətin o cümlədən iqtisadi
inteqrasiya vektorunun formaslaşdırılması.
Ixrac potensialının inkişaf etdirilməsi və onun sahə strukturunun son məhsul
hesabına tədricən yaxınlaşdırılması və onun coğrafiyasının genişləndirilməsi;
Idxalı əvəzedən məhsul istehsalının artırılması və onun quruluşunu
yaxşılaşdırmaqla daxili bazarın iqtisadi üsullarla qorunmasının təmin olunması;
Mövcud iqtisadi fəaliyyət sahələrinin yenidənqurulması, modernləşdirilməsi və
yeni mütərəqqi istehsal və infrastruktur sahələrinin yaradılmasına xarici investisiyanın
cəlb olunmasının təşviqi stimullaşdırılması sisteminin yaradılması;
Dünya təsərrüfat sisteminin inkişaf meylləri, beynəlxalq əmək bölgüsü və
iqtisadi inteqrasiya birliklərinin yaratdığı imkanlardan maksimum istifadənin təmin
olunması;
Ölkənin daxili potensial bəşəri meyarlara əsaslanan iqtisadi təhlükəsizlik
konsepsiyasının yaradılması;
Xarici iqtisadi proseslərlə bağlı məlumatın toplanılması, işlənilməsi və
yayılması sisteminin qurulması;
Ölkədə bazar infrastrukturu sahələrinin bütün istiqamətlər üzrə inkişaf
etdirilməsi və s.
81
Yuxarıda qeyd olunanları reallaşdırmaq üçün Azərbaycanda xarici iqtisadi
ə
laqələrin yaratdığı imkanlardan mövcud iqtisadi potensiala və ölkənin BƏB-də malik
olduğu üstünlüklərə müvafiq şəkildə tam və səmərəli şəkildə istifadə ounması üçün
elmi cəhətdən əsaslandırılmış xarici iqtisadi fəaliyyət siyasəti hazırlanmalı və həyata
keçirilməlidir.
nkişaf etmiş ölkələrin təcrübəsinin təhlili göstərir ki, Azərbaycanın müasir
dövrdə xarici iqtisadi fəaliyyət siyasəti aşağıdakı vəzifələrin həllini təmin etməyə
yönəldilməlidir:
Dünya təsərrüfat sisteminin dinamik dəyişən şəraitinə uyğun çevik ixtisaslaşma
və investisiya əməkdaşlığı strategiyasının müəyyənləşdirilməsi;
Dünya təsərrüfat sisteminin dinamik konyukturasını nəzərə almaqla onun
institutsional və funksional bölmələri kəsimində fəaliyyət strategiyasının
müəyyənləşdirilməsi;
Dünya bazarında ölkənin mövqeyinin möhkəmləndirilməsi strategiyasının
müəyyənləşdirilməsi, bu likvidli istehsal sahələrinin üstün inkişafını nəzərə almalıdır;
Ölkənin milli maraqlarına və geosiyasi şəraitə müvafiq iqtisadi təhlükəsizlik
strategiyasının formalaşdırılması;
Xarici iqtisadi əlaqələrin tənzimlənməsinin çevik təşkilati-idarəetmə sisteminin
yaradılması.
Sadalanan bu istiqamətlərin hər birinin xüsusi lokal məqsəd və vəzifələri vardır.
Müasir dövrdə dünya təsərrüfat sistemində gedən prosesləri, Azərbyacanın yerli
xüsusiyyətlərini və iqtisadi inkişaf istiqamətlərini nəzərə alaraq belə nəticəyə gəlmək
olar ki, müasir dövrdə ölkəmizin inteqrasiya proseslərinin effektivliyini yüksəltmək
üçün aşağıdakı strategiyalara uyğun səmərəli fəaliyyətə riayət olunmalıdır :
Dünya təsərrüfat sisteminin dinamik dəyişən şəraitinə uyğun ixtisaslaşma və
investisiya əməkdaşlığı strategiyası:
Ölkənin iqtisadi potensialına, daxili tələbatına və beynəlxalq əmək bölgüsündə
malik olduğu üstünlüklərinə uyğun dayanıqlı və stabil beynəlxalq iqtisadi
ixtisaslaşmanın təmin olunması. Bu məqsədə nail olunmasının ən mühüm şərtlərindən
biri ölkənin DTS miqyaslı inkişaf meyllərinə çevik reaksiyasıdır;
Dostları ilə paylaş: |