131
elmtutumlu məhsulların dünya ixracında respublikamızın ciddi mövqe tutmasına
imkan verəcək;
-
Bazar tipli innovasiya sisteminin formalaşdırılması, özəl sahibkarlıq
sektorunun aktivliyinin təmin olunması, banklar, maliyyə bazarları, patentləşdirmə və
sığorta sahə strukturları kimi institutların möhkəmləndirilməsi;
-
Tədricən bərpa olunmayan və bərpa olunan resusrların effektiv
istifadəsini təmin edən proqramlara keçid;
-
Audit, enerji və resurs istehlak sisteminin tətbiqi ilə resursların
istehlakının optimallaşdırılması. Bu xərclərin və qiymətlərin azalmasını, müvafiq
olaraq istehsalın makro və mikro göstəricilərinin yaxşılaşmasını nəzərdə tutur;
-
Korrupsiya əleyhinə milli və beynəlxalq hüquq normalarının aliliyi
prinsipinə riayət edilməsi;
-
Beynəlxalq və dövlət institutlarına və digər strukturlara nəzarət
mexanizminin sonrakı təkmilləşdirilməsi;
-
Normativ sənədlərin işlənib hazırlanmasında iştirak və hesabat
formalarının standartlaşdırılması və unifikasiyası hesabına biznesin şəffaflığının
təmin edilməsi;
-
Ə
mtəələrin istehsalında və marketinqində monopolizmin ləğv edilməsi,
daha sonra, maliyyə-kredit və vergi siyasətinin effektivliyinin təmin edilməsi
hesabına investisiya fonunun və beynəlxalq ticarət rejiminin təkmilləşdirilməsi.
118
Azərbaycan iqtisadiyyatının müasir inkişaf mərhələsində onun xarici iqtisadi
siyasətinin strateji hədəfləri ilk növbədə ölkə iqtisadiyyatının müasir durumu, onun
dünya iqtisadiyyatında mövqeyinin möhkəmlənməsi və ümumi iqtisadi inkişaf
strategiyasının reallaşdırılması fonunda formalaşır. Hazırda dövlətin xarici iqtisadi
siyasətinin strateji istiqamətləri daha çox aşağıdakıları əhatə etməlidir:
•
Xarici ticarətin ümumi dövriyyəsinin artırılması və ÜDM-da xüsusi
çəkisinin daha da yüksəldilməsi;
•
dxal-ixrac balansının sağlamlaşdırılması;
118
Руслан Сафар оглы Абиев, «Экономический сувернитет Азербайджанской Республики и международное
право
», автореферат диссертации на соискание ученой степени доктора философии по юридическим наукам,
Баку
, 2010
132
•
Ölkənin dünya iqtisadi məkanına və bazarlarına inteqrasiyasının
gücləndirilməsi;
•
Xarici investisiyaların qeyri neft sektoruna istiqamətləndirilməsi;
•
Beynəlxalq iqtisadi təşkilatlarda təmsilçiliyin gücləndirilməsi və
Ümumdünya Ticarət Təşkilatına üzv qəbul olunma;
•
Beynəlxalq valyuta təşkilatları ilə fəaliyyətin səmərəliliyinin artırılması;
•
Beynəlxalq qlobal və regional iqtisadi layihələrdə təmsilçiliyin
gücləndirilməsi;
•
Dünya bazarlarında enerji daşıyıcıları ixrac edən ölkə kimi təmsil
olunmaq;
•
Xarici ölkələrin iqtisadiyyatına investisiya qoyuluşu və kreditlərin
yerləşdirilməsi;
•
Xarici ölkələrdə istehsal və xidmət müəssisələrinin yaradılması və s.
Eyni zamanda xarici ticarət siyasətinin prioritet istiqamətləri kimi aşağıdakıları
nəzərə almaq son dərəcə vacibdir:
•
Xarici
ticarət
münasibətlərinin
uzunmüddətli
perespektivə
istiqamətlənməsi;
•
Daxili bazarın qorunması və iqtisadiyyatın real sektorunun inkişafının
stimullaşdırılması;
•
Ölkədə istehsal olunan məhsulların dünya bazarlarına çıxarılmasına
kömək edilməsi, yəni ixracatın stimullaşdırılması;
•
Xarici bazarlarda ölkə istehsalçılarının mənafelərinin qorunması;
•
xracatın struktur keyfiyyətinin artırılması;
•
Daxili bazarların tənzimlənməsi;
•
dxalın tənzimlənməsi məqsədi ilə səmərəli gömrük və vergi sisteminin
tətbiqi;
•
Xarici ticarət balansına nail olunması;
•
Tədiyyə balansının tənzimlənməsi və s.
133
Bu və digər istiqamətləri özündə əks etdirən xarici iqtisadi siyasət o vaxt
effektli ola bilər ki, onun işlək, çevik və milli maraqları təmin edən hüquqi
tənzimləmə mexanizmləri olsun.
119
Azərbaycanın xarici iqtisadi siyasət strategiyasının vacib problemlərindən biri
də xarici ticarət balansının, idxal və ixracın strukturunun sağlamlaşdırılmasıdır.
Xüsusilə idxal ixrac əməliyyatlarında “bir pəncərə” prinsiplərinin tətbiqinə
başlanması olduqca təqdirə layiqdir. dxal-ixrac əməliyyatlarına “bir pəncərə”
sisteminin tətbiqi və digər gömrük prosedurlarının sadələşdirilməsi, vergi sisteminin
təkmilləşdirilməsi nəticəsində ölkədə xarici iqtisadi fəaliyyətin sürətlə artması, idxal-
ixracın strukturunun xeyli genişlənməsi müşahidə olunur. Nəticədə, idxal və ixracın
strukturunun məqsədyönlü şəkildə dəyişməsinə, ölkə sahibkarlarının xarici bazarlara
çıxış imkanlarının artırılmasına nail olunmuş və artıq Azərbaycan sahibkarlarının 27
Avropa ölkəsi və ABŞ bazarlarına rüsumsuz və ya çox aşağı gömrük vergiləri ilə
ixrac imkanları yaranmışdır. Bütün bunlar isə dünya bazarlarına Azərbaycanın qeyri
neft məhsulları çıxarması sahəsində ardıcıl fəaliyyəti üçün əlavə tədbirlərin görülməsi
imkanlarını daha da yaxşılaşdırır. Bu sahədə qarşıda duran əsas məsələlərdən biri də
ayrı-ayrı ölkələrlə iqtisadi əlaqələri genişləndirməklə bərabər, dünya iqtisadi
məkanında xüsusi nüfuza malik olan beynəlxalq təşkilatlarla əlaqələri genişləndirmək
və onlarda təmsil olunmaqdır.
120
Bu gün Azərbaycan Respublikasının xarici ticarətinin strukturu iqtisadi
baxımdan səmərəli deyildir. Hazırkı şəraitdə respublikamızda xarici ticarətin
tənzimlənməsi sahəsində həyata keçirilən bütün tədbirlər ticarətin maksimum
liberallaşdırılması, onun ümumi iqtisadi inkişaf tələblərinə uyğun şəkildə
tənzimlənməsi mexanizminin müəyyənləşdirilməsi və ticarət siyasətini formalaşdıran
bütün dövlət strukturlarının fəaliyyətinin ticarət sahəsində mövcud olan problemlərin
həllinə yönəldilməsi məqsədini daşımalıdır.
Bununla yanaşı, respublikamızda daxili bazarın azad rəqabət prinsipləri
ə
sasında tam formalaşması məqsədi ilə bütün əsassız məhdudiyyətlər tədricən aradan
119
Berrin Mutlu Bölek, “Azərbaycanın xarici ticarət əlaqələrinin səmərəliliyinin yüksəldilməsi istiqamətləri”, iqtisad
üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın avtoreferatı, Bakı, 2014
120
Kərimov . A., “Beynəlxalq iqtisadi münasibətlərin müasir problemləri”, Bakı, ABÜ nəşriyyatı, 2005, s. 320
Dostları ilə paylaş: |