125
1990-cı il tarixli Beynəlxalq Konvensiyasına qoşulmuşdur. Əmək miqrasiyası
prosesləri sosial-iqtisadi həyatın bir çox sahələrinə təsir etdiyini nəzərə alsaq, onların
hüquqi tənzimlənməsi və idarə olunması zəruriliyini daha aydın görərik.
113
Milli təhlükəsizlik və milli maraqların qorunması strategiyasında iqtisadi
təhlükəsizlik və iqtisadi maraqların qorunması strategiyası mühüm yer tutur. qtisadi
təhlükəsizlik dedikdə, bütöv milli iqtisadiyyatda müstəqil təsərrüfat mexanizmlərinin
formalaşdırılması, xüsusən əhalinin maddi və mənəvi səviyyəsinin öz milli gəliri
hesabına təmin edilməsi, xarici asılılğın minimuma endirilməsi nəzərdə tutulur.
qtisadi mütəqilliyin mühüm tərkib hissəsi iqtisadi təhlükəsizlik, enerji təhlükəsizliyi
və ərzaq təhlükəsizliyidir.
Ölkəmizin milli təhlükəsizlik və onun mühüm tərkib hissəsi olan iqtisadi
təhlükəsizlik konsepsiyası Prezident lham Əliyevin imzaladığı 23 may 2007-ci il
tarixli sərəncamı ilə təsdiq edilmişdir. qtisadi müstəqilliyin təmin olunmasının
aparıcı istiqamətlərindən biri də enerji təhlükəsizliyidir. Ölkəmizdə enerji siyasəti
reallaşdıqca ölkənin həyati əhəmiyyət kəsb edən enerji daşıyıcılarına olan ehtiyacı
tam şəkildə ödənilir, dövlətə kənardan təzyiqlər minimuma endirilir.
3.3. Azərbaycan Respublikasının xarici iqtisadi siyasət strategiyasının
formalaşdırılmasının hüquqi təminatının
təkmilləşdirilməsi istiqaməti
Azərbaycan Respublikası dövlət müstəqilliyi əldə etdikdən sonra illər boyunca
xarici iqtisadi əlaqələrin təmzimlənməsi strukturunun təkmilləşdirilməsi prosesi
getdi. Dövlət sektorunun desentralizasiyası və demonopolizasiyası ümumi fonunda
dünya, regional və sahəvi beynəlxalq institutların, Qeyri Hökumət Təşkilatlarının və
digər birliklərin rolunun gücləndirilməsi baş verdi.
Qeyd edə bilərik ki, administrativ-idarəetmə aparatının kifayət qədər
genişləndirilmiş strukturunun olmasına baxmayaraq xarici iqtisadi əlaqələrin effektiv
idarə olunması hələ kifayət qədər yüksək deyil. Bu problemin həlli üçün, çevik və
yoxlanıla bilən dövlət tənzimlənməsi və nəzarət sisteminin yaradılması məqsədilə
113
Дюмулен И.И., “Всемирная торговая организация”, Экономика, Москва, 2008
126
konkret funksional-struktur analizi aparılmalı, icra hakimiyəti orqanları tərəfindən
göstərilən elektron xidmətlər bir portalda birləşdirilməlidir. Bu daha çox,
respublikada “Elektron Azərbaycan” Dövlət Proqramına keçidi təmin etmək üzrə
işlərin getdiyi bir zamanda daha zəruridir.
Xarici iqtisadi siyasət strategiyasının effektivliyini yüksəltmək üçün, yerli və
regional orqanların təşəbbükarlığı genişləndirilməli, yerlərdə hüquqi və digər
xidmətlərin yaradılması ilə bağlı ümumi prosesual qaydalar sadələşdirilməlidir.
114
Yaxın illərədək imzalanan müqavilələrin, razılaşmaların, konvensiyaların və
protokolların kvalifikasiyası vasitəsilə yaradılan siyasi və hüquqi əsasların analizi
Azərbaycan Respublikasının 20 illik dövlət müstəqilliyi boyunca hüquq institutlarının
formalaşdırılması prosesini və o cümlədən, respublikanın bütün beynəlxalq
strukturlara inteqrasiya prosesini müşahidə etməyə imkan verir. (Cədvəl 3.1.)
Cədvəl 3.1.
1992-2011-ci illər boyunca Azərbaycan Respublikası ilə dünya ölkələri və beynəlxalq
strukturlar arasında bağlanılmış müqavilələr, razılaşmalar və konvensiyalar
1992-
2011
Siyasi
sferada
Ticari-
iqtisadi,
elmi-
texniki,
sənaye,
neft-qaz
Sosial,
ekologiya,
ə
traf
mühitin
mühafizəsi
nsan əsas
hüquq və
azadlıq-
larının
müdafiəsi
Digər
sahələr
Ümumi
2510
347
1076
572
209
253
MDB, Şərqi Avropa və
Baltikyanı
ölkələrlə
ikitərəfli müqavilələr
930
137
427
150
53
73
MDB ölkələrilə çoxtərəfli
razılaşmalar
228
42
88
55
19
24
nkişaf etmiş və inkişaf
etməkdə olan ölkələrlə
ikitərəfli müqavilələr
983
141
487
213
63
83
Beynəlxalq
institutlarla
çoxtərəfli razılaşmalar
186
41
52
44
16
30
Aərbaycan Respublikasının
qoşulduğu
beynəlxalq
səviyyəli konvensiya və
protokollar
226
6
22
110
97
53
114
Алескеров А. К., Ахвердова С. Г., «Независимая Азербайджанская Республика в мировом рынке» // “Müasir
mərhələdə Azərbaycanın sosial-iqtisadi inkişafın əsas meylləri”, Azərbaycan Milli Elmlər Akademiyası qtisadiyyat
nstitutunun məqalələr toplusu, VI buraxılış, Bakı, 2000
127
Analiz göstərir ki, 20 il boyunca Azərbaycan Respublikası ilə beynəlxalq
birliklər, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr, Mərkəzi və Cənub-Şərqi
Asiya ölkələri, o cümlədən MDB, Şərqi Avropa və Baltikyanı ölkələr arasında siyasi
(12.0%), ticari-iqtisadi və elmi-texniki (52.0), sosial-mədəni (25.0), insan hüquq və
azadlıqlarının müdafiəsi (9.0%) sferasında və digər sahələrdə 2.5 mindən artıq birgə
sənədlər qəbul edilmiş və imzalanmışdır. Bu sənədlər nəticədə ölkənin milli
qapalılıqdan və eqoizimdən uzaqlaşmasına gətirib çıxardı.
Hal-hazırda ayrı-ayrı dövlətlərin iradəsindən asılı olmayaraq, fövqəlmilli
səviyyədə qərarların (ÜTT, AB, AŞ) qəbulunun formalaşdırılması, beynəlxalq-
hüquqi tənzimləmə sferasının genişləndirilməsi və bütün iştirakçı dövlətlər tərəfindən
dəstəklənməsi tələb olunan imperativ və dispozitiv norma və standartların işlənib
hazırlanması prosesi getməkdədir.
Mili Məclis tərəfindən Azərbaycanın BVF (Beynəlxalq Valyuta Fondu), BY B
(Beynəlxalq Yenidənqurma və
nkişaf Bankı), B A (Beynəlxalq
nkişaf
Assosiasiyası), BƏT (Beynəlxalq Əmək Təşkilatı), BMT (Beynəlxalq Miqrasiya
Təşkilatı) və digər beynəlxalq strukturlara üzvlüyü ilə bağlı qayda və şərtlər müəyyən
edilmişdir. Beynəlxalq normaların təcrübədə tətbiq edilməsi və daxili qanunvericilik
normalarının trasformasiyası yolu ilə dövlətin strateji maraqları xarici iqtisadi sferada
və o cümlədən, daxili siyasətdə reallaşır.
Bu qeyd-şərtsiz onunla bağlıdır ki, institusional əsaslar istehsalçılar və
istehlakçılar, rezidentlər və qeyri-rezidentlər, idarə edənlər və idarə olunanlar
arasında iqtisadi münasibətlərin xarici emprik forması sayılır. Nəticədə iqtisadiyyat
və siyasət arasında mübarizə aradan qalxmış olur.
115
Ölkənin beynəlxalq aləmə inteqrasiya prosesi nə qədər çox özünü göstərərsə,
ölkənin öz üzərinə götürdüyü öhdəliklərin icrası və bütün sferalarda və sahələrdə icra
intizamının möhkəmlənməsi bir o qədər çox dəyər qazanacaq.
Eyni zamanda emal sənayesi, elmi-texniki sfera, ekologiya, təbii resurslar və
ə
traf mühitin mühafizəsi sahəsində istehsal korporasiyaları arasında cüzi sayda
115
Назрин Мехди кызы Салимзаде, «Проблемы регулирования внешнеторговых связей Азербайджана в
современных
условиях глобализации», автореферат диссертации на соискание научной степени доктора
философии
по экономики, Гянджа, 2014
Dostları ilə paylaş: |