Microsoft Word Dissertasiya M?h?mm?dli Nicat docx



Yüklə 0,5 Mb.
Pdf görüntüsü
səhifə18/23
tarix17.09.2018
ölçüsü0,5 Mb.
#69036
1   ...   15   16   17   18   19   20   21   22   23

 

53 


 

Müəssisənin uçot siyasətində vergiqoyma məqsədi üçün vergi uçotunun 

aparılması qaydası müəyyən edilir. Vergiqoyma məqsədi üçün uçot siyasətinin 

auditi auditor təşkilatının ən önəmli vəzifəsi sayılır. Vergiqoymanın optimal 

sisteminin  yaradılması  üçün  uçot  siyasətinin  əsaslandırılmış  şəkildə  hazırlanması 

təklif edilir. 

Auditor uçot siyasətinin təsdiqlənməsi haqqında müəssisə rəhbərinin əmrinin 

(sərəncamının) olmasını yoxlayır. Müəssisənin təsdiq olunmuş uçot siyasəti onun 

yaradılması  günündən  ləğv  edildiyi  tarixədək  ardıcıllıq  prinsipinə  əsasən  tətbiq 

olunur. 


Bir qayda olaraq uçot siyasəti iki bölmədən ibarətdir: ümumi və xüsusi. 

Ümumi bölmədə təşkilati-texniki məsələlər, yəni vergi uçotunun aparılması 

qaydası, vergi uçotunun aparılması zamanı sənəd dövriyyəsinin qaydası, struktur 

bölmələrdə vergi uçotunun aparılması qaydası və məlumatların baş ofisə təqdim 

edilməsi  ilə  bağlı  məsələlər  əks  etdirilir.  Xüsusi  bölmədə  vergi  bazasının 

formalaşması qaydası göstərilir. 

Uçot siyasətinin auditində vergi uçotunun məlumatlarının formalaşmasının 

əsaslandırılması səviyyəsini yoxlamaq lazımdır. Vergi uçotunun məlumatlarının 

analitik uçotu vergi bazasının formalasması qaydasını açıqlamalıdır. Auditor üçün 

vergi uçotunun təsdiq olunmuş məlumatları aşağıdakılardır: 

-

  ilkin uçot sənədləri; 



-

   vergi uçotunun analitik reqistri; 

-

   vergi bazasının hesablanması 



Azərbaycan Respublikasının “Mühasibat uçotu haqqında” Qanununa uyğun 

olaraq təskilat tərəfindən aparılan bütün təsərrüfat əməliyyatları təsdiqləndirici 

sənədlərlə  tərtib  edilməlidir.  Bu  sənəd  mühasibat  uçotunun  aparılması  üçün  ilkin 

uçot sənədləri hesab edilir. 

Vergiqoyma məqsədi üçün qəbul olunmuş məsrəflərin əsaslandırılmasını 

yoxlayarkən auditor mühasibat uçotu məqsədi üçün istifadə olunan ilkin uçot 

sənədlərini qəbul edə bilər. Vergi uçotunu qurmaq üçün təşkilat vergi uçotunun 

analitik reqistrlər sistemindən istifadə etməlidir. 




 

54 


 

Müəssisənin mühasibat uçotunun və uçot siyasətinin təşkilinin auditor 

yoxlamasının nəticələrinə görə auditor rəyinin bölməsi kimi auditor şəhadətnaməsi 

tərtib  edilir.  Onda  mühasibat  uçotu  sistemilə  tanışlıq,  uçot  siyasətinin 

qiymətləndirilməsi,  mühasibat  uçotunun  və  sənəd  dövriyyəsinin  aparılması  və 

təşkili prinsipləri şərh edilir. 

Auditor mühasibat uçotunun aparılmasına və mühasibat hesabatının 

hazırlanmasına, uçotun aparılmasında və hesabatın hazırlanmasında iştirak edən 

işçilər arasında vəzifə və səlahiyyətlərin bölünməsinə görə məsuliyyət daşıyan 

bölmələrin təşkilati strukturunu təqdim edir. 

Auditor mühasibat uçotu reqistrlərində təsərrüfat əməliyyatlarının, mühasibat 

uçotunun  məlumatları  əsasında  dövrü  mühasibat  hesabatının  hazırlanması 

qaydasının,  məlumatların  ümumiləşdirilməsinin  forma  və  metodlarının  əks 

etdirilməsi qaydasını şərh etməlidir. 

 

3.2 

stehsal 

xərclərinin 

və 

məhslun 

maya 

dəyərinin 

kalkulyasiyasının metodlarının təkmilləşdirilməsi istiqamətləri 

Geniş  dairədə  idarəetmə  vəzifələrinə  cavab  tapmanın  əsasında  məhz 

məhsulların  (işlərin,  xidmətlərin)  maya  dəyəri  durur.  Təşkil  etmə  işlərinin 

səmərəliliyi  maya  dəyərinin  formalaşması  haqqında  informasiyalardan  daha  çox 

asılıdır. 

Məhsulların  (işlərin,  xidmətlərin)  maya  dəyərini  kalkulyasiya  edilməsinin 

köməyi  ilə  müəyyən  etmək  olar.  Kalkulyasiya  edilmə  ayrı-ayrı  növ  məhsul  (iş, 

xidmət)  vahidinin  maya  dəyərinin  hesablanması  iqtisadi  sistemini  özündə  əks 

etdirir.  Kalkulyasiya  olunma  prosesində  istehsala  olan  məsrəflər  buraxılan 

məhsulların miqdarı ilə ölçülür və məhsul vahidinin maya dəyəri müəyyən edilir. 

Kalkulyasiya edilmənin vəzifəsi – məhsul vahidinə düşən yəni satış üçün, eləcə də 

daxili  istehlak  üçün  nəzərdə  tutulmuş  məhsul  vahidinə  düşən  xərcləri  müəyyən 

etməkdir. Kalkulyasiya edilmənin son nəticəsi kalkulyasiyanın tərtib edilməsidir. 



 

55 


 

Müəssisənin  yaxud  cavabdehlik  (istehsal  vahidləri)  mərkəzinin  qəbul  etdiyi 

planın  yerinə  yetirilməsinin  qiymətləndirilməsinin  əsasında  müasir  kalkulyasiya 

edilmə  durur.  O,  maya  dəyəri  üzrə  plan  tapşırıqlarında  kənarlaşmanın  səbəbinin 

təhlili üçün lazımdır. Faktiki kalkulyasiyanın məlumatları maya dəyərinin sonrakı 

planlaşdırılması  üçün,  müasir  texnoloji  proseslərin  seçilməsi,  məhsulların 

keyfiyyətinin  yüksəldilməsi  üzrə  tədbirlərin  aparılması  üçün,  gələcəkdə 

məhsulların, yerinə yetirilən işlərin buraxılışının məqsədəuyğunluğunun proqnozu 

üçün istifadə olunur 

Beləliklə,  hesabat  kalkulyasiyalarında  maya  dəyəri  haqqında  olan 

informasiyalar,  istehsalı  idarə  etməyə  və  proqnozlaşdırmağa  imkan  verir.  Faktiki 

maya  dəyəri  əmtəənin  istehlak  dəyəri  ilə  yanaşı  məhsullara  (işlərə,  xidmətlərə) 

satış qiymətinin müəyyən edilməsi üçün baza hesab olunur. Nəhayət kalkulyasiya 

edilmə transfer qiymətqoymanın əsasıdır. 



Transfert  (daxili) qiymət – bu müəssisə daxili bir cavabdehlik mərkəzinin 

digər cavabdehlik mərkəzinə (digər istehsal vahidinə) verilən məhsulların (işlərin, 

xidmətlərin) dəyərini müəyyən etmək üçün istifadə olunan qiymətdir. 

Kalkulyasiya  edilmə müəyyən olunmuş metodun köməyi ilə həyata keçirilir. 



Kalkulyasiya  edilmə  metodu  –  məhsulların  faktiki  maya  dəyərini  müəyyən 

edilməsini  təmin  edən  istehsal  məsrəflərinin  əks  etdirilməsi,  eyni  zamanda 

xərclərin məhsul vahidinə aid edilməsi üsuludur. Kalkulyasiya edilmənin müxtəlif 

metodları  mövcuddur.  Onların  ümumqəbul  olunmuş  təsnifatı  hələlik  yoxdur. 

Bununla  yanaşı onlara  aşağıdakı  metodları  daxil  etmək  olar:  sadə,  əlavə  məhsula 

düşən  xərclərin  çıxılması  metodu,  əmsal  metodu,  proporsional,  birləşdirilmiş 

metod. Onları tətbiq etməklə istehsal prosesinin xüsusiyyətləri, məhsul istehsalının 

xarakteri, onun tərkibi və s. müəyyən edilir. 

Bunların sonunda bu və digər kalkulyasiya edilmə metodlarını düzgün tətbiq 

etmək  mühümdür,  ona  görə  ki,  faktiki  maya  dəyəri  məbləği  bundan  asılıdır. 

Bununla da məhsullara qiymət qoyulur. 

Müəssisələrində  geniş  dairədə  idarəetmə  vəzifələrinə  cavab  tapmanın 

əsasında məhz məhsulların (işlərin, xidmətlərin) maya dəyəri durur. 



Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə